Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə17/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   13   14   15   16   17   18   19   20   ...   197

www.vivo-book.com 

 

82 



sonuna  qədər  heç  biri  söhbəti  davam  elətdirmək  üçün  söz 

tapa bilmədi. 

Ġndi  xanım  Renalı  sevmək  Jülyenin  məğrur  qəlbi 

üçün  nəsə  ağlasığmaz  bir  Ģey  idi.  Qadınsa,  qadınsa  onun 

qarĢısında  baĢ  əyməyə  hazır  idi:  oğlan  onun  dərsini  necə 

verdi?! 


Oğlana özü də istəmədən yaĢatdığı incikliyin əvəzini 

çıxmağa  çalıĢaraq  indi  o  Jülyenə  çox  incə  diqqət  və  qayğı 

göstərməyə baĢladı. Bu qayğılar həftə uzunu xanım Renala 

olmazın sevinc yaĢatdı. Nəhayət, o, Jülyenin qəzəbini bir az 

yumĢalda bildi, amma bu qayğılarda özünə qarĢı nəsə xüsusi 

xoĢ məram görmək gəncin heç ağlına da gəlməzdi. 

“Deməli,  bu  varlılar  belədi”,  –  Jülyen  düĢünürdü,  – 

“Səni  çirkaba  bulaĢdırırlar,  sonra  da  elə  bilirlər  ki,  belə 

dilxoĢluqla hər Ģeyi yoluna qoymaq olar”. 

Xanım  Renalın  ürəyi  dolub-daĢırdı,  bu  ürək  hələ  o 

qədər  məsum  idi  ki,  hər  Ģeyi  açıb  ağartmamaqla  bağlı 

özünün  bütün  xoĢniyyətli  qərarlarına  baxmayaraq,  Jülyenə 

elədiyi təklifi və aldığı rədd cavabını ərinə deməyə bilməzdi. 



www.vivo-book.com 

 

83 



– Necə?! DəhĢətli dərəcədə qəzəblənən əri qıĢqırdı. – 

Siz  necə  imkan  verdiniz  ki,  nökəriniz  sizə  rədd  cavabı 

versin?! 

Bu  ağır  kəlmədən  qəzəblənən  xanım  Renal  etiraz 

eləməyə cəhd göstərdi. 

–  Xanım,  –  o  cavab  verdi,  –  mən  məĢhur  Ģahzadə 

Konde  öz  qulluqçularını  cavan  xanımına  təqdim  edəndə 

iĢlətdiyi  sözü  iĢlədirəm:  “Bu  adamların  hamısı  –  bizim 

nökərlərimizdir!”  De  Bezanvelin  memuarlarında  nüfuzun 

qorunması  üçün  örnək  götürüləsi  o  səhifələri  mən  sizə 

oxumuĢam. Zadəgan nəslindən olmayan və sizdən maaĢ alan 

hər  kəs  –  sizin  nökərinizdir!  Mən  o  Jülyenlə  danıĢıb,  ona 

yüz frank verərəm. 

–  Ah,  dostum,  –  bütün  bədəni  titrəyən  xanım  Renal 

dilləndi.  –  Amma  heç  olmasa  elə  eləyin  ki,  qulluqçular 

görməsin. 

– Yox, hələ bir onların yanında verəcəkdim! Hamısı 

haqlı olaraq oğlana paxıllıq eləyər. 




www.vivo-book.com 

 

84 



Əri bunu deyib, oğlana vermək istədiyi məbləğin çox 

da  böyük  olub-olmadığını  götür-qoy  eləyə-eləyə  otaqdan 

çıxdı. 

Xanım  Renal  o  qədər  məyus  olmuĢdu  ki,  heysiz-



heysiz kürsüyə çökdü. 

“Ġndi  o,  Jülyeni  təhqir  eləməyə  çalıĢacaq.  Hamısı  da 

mənim ucbatımdan!” 

O, ərinə qarĢı ikrah hissi duyaraq əliylə üzünü qapadı. 

Qadın özünə söz verdi: nə olursa olsun, daha heç vaxt əriylə 

açıq danıĢmayacaq. 

Jülyeni  görəndə  onun  bütün  bədəni  titrədi,  ürəyi  elə 

döyündü ki, qadın bir kəlmə də deyə bilmədi. Özünü itirən 

xanım Renal oğlanın hər iki əlindən yapıĢıb, bərk-bərk sıxdı. 

– Hə, dostum, – axır ki, o dilləndi, – indi siz mənim 

ərimdən razısınız? 

–  Hələ  bir  razı  qalmayım?  –  Jülyen  acı-acı 

gülümsəyərək, dedi. – Ġndicə o mənə yüz frank verdi. 

Xanım Renal qərarsız-qərarsız oğlana baxırdı. 

–  Gedək,  –  o  indiyə  qədər  Jülyenin  onun  səsində 

duymadığı qətiyyətlə dedi. – Əlinizi də mənə verin. 




www.vivo-book.com 

 

85 



Qadın  onu  götürüb,  kitab  dükanına  getdi  –  Veryer 

kitab  satıcısının  qatı  liberal  kimi  ad  çıxartmağı  belə  onu 

qorxutmadı.  Xanım  Renal  uĢaqlarına  on  luidorluq  kitab 

seçdi.  Əslindəsə  bunlar  onun  Jülyenə  hədiyyə  eləmək 

istədiyi  kitablar  idi.  Qadın  Jülyenin  bu  kitabları  almaq 

istədiyini  bilirdi.  O  elə  kitab  dükanındaca  tələb  elədi  ki, 

uĢaqlardan  üçü  də  özünə  çatan  kitaba  adını  yazsın.  Eyni 

zamanda  xanım  Renal  sevinirdi  ki,  Jülyenə  minnətdarlığını 

çatdırmaq üçün bir üsul tapıb. Jülyensə mağazanın rəflərində 

qalaqlanmıĢ  kitabların  çoxluğuna  heyrət  eləyə-eləyə 

gözlərini onlardan ayırmırdı. O, hələ heç vaxt belə natəmiz 

yerə  ayaq  basmağa  cəsarət  eləməmiĢdi:  indi  də  ürəyi  bərk-

bərk  döyünürdü.  Xanım  Renalın  həyəcanlarından  nəinki 

xəbərsiz idi, heç bu barədə düĢünmürdü də. 

Onun  bütün  fikri-zikri  özünün  dindar  adına  ləkə 

gətirmədən hansı  yolla  buradan bir neçə  kitab  əldə  etməyin 

yanındaydı.  Nəhayət,  ağlına  gəldi  ki,  bir  az  hiyləgərlik 

iĢlətsə, uĢaqların yazı bacarığını inkiĢaf elətdirmək üçün bu 

yerlərin  tanınmıĢ  zadəganlarının,  həyat  tarixçələrinin  ən 



www.vivo-book.com 

 

86 



yaxĢı  nümunə  olduğunu  cənab  Renala  deyib,  bəzi  kitabları 

aldıra bilər. 

Düz bir ay götür-qoy elədikdən sonra axır ki, Jülyen 

öz  məqsədinə  çatdı.  Özü  də  bunu  elə  ustalıqla  elədi  ki,  az 

müddətdən sonra cəhdini təkrarlamaq fikrinə düĢdü. Bir dəfə 

cənab  Renalla  söhbəti  zamanı  o,  ali  mənsəbdən  olan  mer 

üçün  çox  da  asan  olmayan  bir  imkan  barədə  iĢarə  vurdu. 

Söhbət  liberal  kitabsatanı  varlandıracaq  bir  hərəkətdən  – 

onun kitab dükanına abunə yazılmaqdan gedirdi. 

Cənab  Renal  böyük  oğlunun  hərbi  məktəbdə 

oxuyarkən  haqqında  söhbət  düĢmək  ehtimalı  olan  bəzi 

əsərlər  barədə  de  visu

15

  təsəvvürlərə  malik  olmasını  yaxĢı 



hal  kimi  dəyərləndirdi.  Amma  Jülyen  hiss  elədi  ki,  mer 

bundan  artığını  eləməyəcək.  Jülyen  bu  məsələdə  nəsə  gizli 

bir Ģey olduğunu hiss eləsə də, gizlənən Ģeyin nə olduğunu 

anlaya bilmirdi. 

Bir dəfə söhbət ərəfəsində o, Renala dedi: 

                                                 

15

De visu – əyani (lat.) 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə