Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə171/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   167   168   169   170   171   172   173   174   ...   197

www.vivo-book.com 

 

855 



Onlar  hər  gün  atla  gəzintiyə  çıxır  və  knyaz  günbəgün 

Jülyeni daha çox bəyənirdi. Ona olan bağlılığını ifadə etmək 

üçün,  knyaz  Jülyenə  Moskvada  olduqca  böyük  bir  miras 

sahibi olacaq əmisi qızı ilə evlənməyi təklif elədi.  

–  Onunla  evlənsəniz,  mənim  nüfuzum  və  öz ordeniniz 

sayəsində iki ildən sonra alay komandiri ola bilərsiniz. 

– Axı bu ordeni mənə Napoleon verməyib... 

– Nə olsun ki, – knyaz dedi. – Bu ordeni Napoleon təsis 

edib və bu, hələ də Avropadakı ən ali ordendir.  

Jülyen  knyazın  təklifi  ilə  az  qala  razılaĢırdı,  amma 

vəzifə  borcuna  görə  o,  alimənsəb  Ģəxslə  görüĢməli  idi. 

Korazovla sağollaĢanda, Jülyen ona məktub yazacağına söz 

verdi. 

Jülyen  çatdırdığı  gizli  məktubun  cavabını  alıb,  tez 



Parisə  qayıtdı.  Burada  iki  gün  özü  ilə  təkbətək  qalandan 

sonra  Fransanı  və  Matildanı  tərk  etmək  fikri  onun  üçün 

ölümdən də betər görünürdü.  

–  Yox,  mən  Korazovun  təklif  elədiyi  milyonlarla 

evlənməyəcəm.  Amma  onun  verdiyi  məsləhətlərə  əməl 

eləyəcəm. Axı qadın biĢirmək sənəti onun peĢəsidir. Düz on 




www.vivo-book.com 

 

856 



beĢ  ildir  ki,  o  bu  iĢdən  baĢqa  heç  nə  ilə  məĢğul  olmur. 

Özünün də otuz yaĢı var. Onu axmaq hesab eləmək olmaz, 

Korazov  hiyləgər,  bacarıqlı  adamdı.  Bu  xasiyyətdə  adamda 

çılğınlıq,  Ģairanəlik  ola  bilməz.  Onun  ürəyi  prokuror 

ürəyidir. Onda, bəs necə olsun? Deməli, onun daha düzgün 

fikir  yürütdüyü  ilə  razılaĢmalıyam.  Hə,  elə  də  etmək 

lazımdır,  mən  xanım  de  Fervak  ilə  dilxoĢluq  eləməyə 

baĢlayaram.  Yəqin,  onun  yanında  xeyli  darıxacam,  amma 

neynək, gözlərimi onun məni hələ heç kimin sevmədiyi kimi 

sevən  gözlərə  oxĢayan  gözlərinə  zilləyərəm.  O  əcnəbidi, 

deməli, qarĢımda öyrənilməsi lazım olan yeni bir xislət var.  

Mən  ağlımı  itirmək  üzrəyəm,  mən  məhv  oluram,  mən 

özümlə  mübarizə  aparmalı  və  dost  məsləhətinə  əməl 

eləməliyəm!  

 

 

XXV 



 

 LƏYAQƏTĠN KEġĠYĠNDƏ 




www.vivo-book.com 

 

857 



 

Əgər  mən  bu  həzzi  belə,  düĢünərək  və  ehtiyatla 

yaĢayacağamsa, o daha həzz olmayacaq. 

 

Lope de Veqa 



 

Parisə  qayıdıb,  markizi  böyük  ehtimalla  məyus  eləyən 

cavabı  ona  təqdim  edər-etməz,  qəhrəmanımız  tez  qraf 

Altamiranın yanına qaçdı. Ölüm cəzasına məhkum olunmaq 

üstünlüyündən  baĢqa,  bu  qəribə  əcnəbi  ətrafındakılardan 

həm  də  dərin  düĢünmə  bacarığı  və  möminliyi  ilə  seçilirdi. 

Qrafın  bu  cəhətləri  və  kübar  cəmiyyətə  mənsub  olması 

xanım  de  Fervaka  olduqca  sərf  eləyirdi  –  onlar  tez-tez 

görüĢürdülər. 

Jülyen  bu  xanıma  vurulduğunu,  sevgidən  ağlını 

itirdiyini tam ciddiyyəti ilə ona danıĢdı. 

–  Bu  qadının  olduqca  təmiz  əxlaqı,  saf  və  alicənab 

ürəyi var – qraf Altamira dedi. – Amma bir az yezuitliyi, bir 

az  da  ifrat  dəbdəbəsi  var.  Hərdən  elə  olur  ki,  onun  hər 

kəlməsini  yaxĢı  baĢa  düĢdüyüm  halda,  nə  demək  istədiyini 



www.vivo-book.com 

 

858 



anlamıram.  Onunla  danıĢanda  mənə  elə  gəlir  ki,  fransız 

dilini  çox  da  yaxĢı  bilmirəm.  Onunla  ünsiyyətdə  olmağınız 

sizin xeyrinizə olar, cəmiyyətdə sizə çəki qazandırar. Amma 

bilirsiniz nə var, gəlin Bustosun yanına gedək, – hər addımı 

ağıl  və  ardıcıllıqla  atmağı  sevən  qraf  Altamira  dedi.  –  Bir 

vaxtlar o bu xanımın sevgisini qazanmağa çalıĢırdı.  

 

Don  Dieqo  Bustos  uzun-uzadı danıĢsa  da,  əsl  vəkillərə 



xas  olan  kimi,  bircə  kəlmə  də  dəqiq  söz  demədi.  O  qəlbi 

rəhmə  gəlmiĢ  keĢiĢə  oxĢasa  da,  qara,  yekə  bığları  vardı, 

özünü  olduqca  vacib  adamlar  kimi  aparırdı,  amma 

ümumiyyətlə, o vicdanlı bir karbonariydi.  

–  Sizi  baĢa  düĢürəm,  –  axır  ki,  o,  Jülyenə  dedi.  –  Siz 

xanım 


de 

Fervakın 

məĢuqlarının 

olub-olmadığını 

soruĢursunuz.  Həmçinin,  onunla  münasibətdə  taleyin 

üzünüzə  nə  qədər  gülə  biləcəyi  də  sizi  maraqlandırır.  Düz 

baĢa  düĢmüĢəm,  sizi  bunlar  maraqlandırır?  ġəxsən  mən 

onunla  sevgi  məsələsində  uğur  qazana  bilmədim.  Ġndi 

onunla bağlı heç nə məni təsirləndirmir, odur ki, sizə xanım 

de Fervakın bəzi xasiyyətləri barədə danıĢa bilərəm. O tez-




www.vivo-book.com 

 

859 



tez  malxulyaya  qapılır,  özünüz  də  bu  qadının  necə 

qisaspərəst  olduğunu  görəcəksiniz.  Mən  istedadlı  adamlara 

məxsus  olan,  elədikləri  hər  iĢə  ehtiras  qatan  məkri  onda 

görməmiĢəm. 

Əksinə, 

məhz 


bu 

hollandsayağı 

fleqmatikliyinin  və  sakitliyinin  sayəsində  o  belə  nadir 

gözəlliyə və belə heyrətamiz Ģirinliyə sahib ola bilir. 

Bu  ispanın  qeyri-adi  soyuqqanlılığı  və  astagəlliyi 

Jülyeni  qıcıqlandırırdı.  Səbirsizlikdən  o  bir  neçə  dəfə 

müxtəlif sözlərlə bu adamın sözünü kəsməyə cəhd elədi.  

Don Diyeqo Bustos soyuqqanlılıqla soruĢdu: 

– Mənə qulaq asmaq istəyirsinizmi? 

–  Mənim  furia  francese

62

-mi  bağıĢlayın.  Fikrim 



dağılırdı – Jülyen dedi.  

–  Xanım  de  Fervak  dəhĢətli  dərəcədə  nifrət  etməyə 

qadir  qadındır.  O,  üzünü  heç  vaxt  görmədiyi  müxtəlif 

adamları – vəkilləri, cürbəcür mahnı qoĢan yazıq Kolle kimi 

                                                 

62

Fransız çılğınlığı (ital.) 



 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə