Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə173/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   169   170   171   172   173   174   175   176   ...   197

www.vivo-book.com 

 

865 



–  Bu  axmaq  kövrəklikdən  də  canımı  qurtarmalıyam,  – 

oğlan  narahat-narahat  düĢündü.  –  Bu  kövrəklik  məni  ələ 

verəcək.  

O  özünü  məĢğul  kimi  göstərmək  üçün  əlinə  qəzet 

götürərək,  bağçada  bir  az  o  baĢ-bu  baĢa  gəziĢdi.  Nəhayət, 

nəhəng  palıd  ağacının  arxasında  gizlənərək,  özündə  cürət 

tapıb,  Matildanın  pəncərəsinə  baxdı.  Pəncərə  kip 

örtülmüĢdü. Oğlan ayaq üstə güclə dayanaraq, palıd ağacına 

söykəndi.  Bir  azdan  addımlarını  güclə  ata-ata  nərdivan 

qoyulan tərəfə getdi. 

Bir müddət əvvəl Jülyenin araladığı dəmir halqa – ilahi, 

o vaxtlar hər Ģey baĢqa cürə idi! – hələ də düzəldilməmiĢdi. 

Nə  elədiyini  bilməyən  oğlan,  çılğıncasına  dodaqlarını 

halqaya dirədi. 

Bağça  ilə  qonaq  otağının  arasında  uzun-uzadı 

gəziĢəndən  sonra  Jülyen  özünü  dəhĢətli  dərəcədə  yorğun 

hiss elədi. Bu hiss, onu olduqca sevindirən ilk nailiyyət idi.  

– Ġndi baxıĢlarım çox sönük və yorğun olacaq, deməli, 

özümü ələ verməkdən qorxmaya bilərəm.  



www.vivo-book.com 

 

866 



YavaĢ-yavaĢ hamı qonaq otağına yığıĢdı. Qapı hər dəfə 

açılanda Jülyenin ürəyi əzabla sıxılır və dayanırdı.  

Hamı masa arxasına keçdi. Nəhayət, özünü gözlətməyi 

xoĢlayan  madmazel  de  La-Moll  da  gəlib  çıxdı.  Jülyeni 

görəndə,  qızın  rəngi  bərk  qızardı:  oğlanın  qayıtmağını  heç 

kim ona deməmiĢdi. 

Knyaz  Korazovun  sözlərini  xatırlayan  Jülyen  qızın 

əllərinə  baxdı  –  Matildanın  əlləri  əsirdi.  Jülyen  yorğun 

olduğuna və buna görə də bədənini bürüyən həyəcanı büruzə 

vermədiyinə bir daha sevindi. 

Cənab de La-Moll Jülyenə uzun-uzadı tərif yağdırdı, bu 

təriflərdən  sonra  nəhayət,  markiza  oğlana  müraciət  edəcək 

qədər  tənəzzül  eləyib,  onun  yorğun  göründüyü  barədə  nəsə 

xoĢ bir söz dedi.  

Jülyen hər dəqiqə öz-özünə deyirdi: 

“Mən madmazel de La-Molla tərəf çox baxmamalıyam, 

amma  baxıĢlarımı  ondan  qaçırmaq  da  lazım  deyil.  Mən 

bədbəxtliyimin baĢlanğıcı olan o həftəyə qədər necə idimsə, 

o cür olmağa çalıĢmalıyam”.  



www.vivo-book.com 

 

867 



Nəhayət,  Jülyen  düĢündü  ki,  davranıĢından  razı  qala 

bilər.  Ev  sahibəsinə  diqqət  göstərərək,  o,  xanımın 

qonaqlarını  da  söhbətə  cəlb  eləməyə  çalıĢır  və  özünü  çox 

söhbətcil göstərirdi. 

Onun  hazırlığı  əbəs  deyilmiĢ:  saat  səkkizdə  xəbər 

verdilər ki, xanım de Fervak təĢrif buyurub. 

Onun  gəliĢini  eĢidən  kimi,  Jülyen  tezcə  yoxa  çıxdı  və 

bir  azdan  ən  gözəl  kostyumunda  otağa  qayıtdı.  Bu  diqqət 

nümayiĢinə  görə  xanım  de  La-Moll  oğlana  minnətdarlığını 

bildirmək  üçün  xanım  de  Fervaka  onun  səfərindən  danıĢdı. 

Jülyen  xanım  de  Fervakın  yanında  oturdu  və  yönünü  elə 

çevirdi ki, Matilda onun gözlərini görməsin.  

Oğlanın  oturuĢunda  bütün  incə  davranıĢ  qaydalarına 

riayət  vardı  və  indi  o,  xanım  de  Fervaka  heyranlıqla  dolu 

cəsarətli gözlərlə baxırdı. Knyaz Korazovun ona verdiyi əlli 

üç məktubdan birincisi məhz heyranlığa həsr olunmuĢ qeyri-

adi etiraflardan ibarət idi.  

Xanım  de  Fervak  Komik  Operaya  gedəcəyini  dedi. 

Jülyen  də  ora  yollandı  və  operada  kavaler  de  Bovuazi  ilə 

rastlaĢdı.  Bovuazi  onu  xanım  de  Fervakın  lojasına  yaxın 




www.vivo-book.com 

 

868 



olan  saray  lojasına  apardı.  Jülyen  bütün  axĢamı  xanım  de 

Fervakdan gözünü çəkmədi. Evə qayıdanda o fikirləĢdi: 

–  Gərək  bu  hücumların  gündəliyini  tutum.  Yoxsa 

gediĢlərin hamısını qarıĢıq salaram. 

Oğlan  özünü  məcbur  eləyərək,  üç-dörd  səhifəlik 

gündəlik  yazdı  və  ən  qəribəsi  budur  ki,  bu  müddət  ərzində 

bircə dəfə də olsun, Matilda barədə düĢünmədi.  

 

Oğlan  səfərdə  olduğu  müddət  ərzində  Matilda  demək 



olar ki, onu yaddan çıxartmıĢdı. Qız bu nəticəyə gəlmiĢdi ki, 

Jülyen  olduqca  adi  adamdı;  “Onun  adı  həmiĢə  mənə 

həyatımın  çox  böyük  bir  rüsvayçılığını  xatırladacaq.  Hamı 

tərəfindən  qəbul  olunmuĢ  təmkin  və  ədəb,  ləyaqət 

anlayıĢlarına ürəkdən inanmaq lazımdı. Bu qaydaları unudan 

qadın hər Ģeydən məhrum ola bilər”. 

Qız bildirdi ki, onunla markiz de Kruazenuanın çoxdan 

hazırlanan nikah müqaviləsini baĢa çatmıĢ hesab etmək olar. 

Markiz  de  Kruazenua  sevindiyindən  özünə  gələ  bilmirdi. 

Ġndi  markiz  de  Kruazenua  Matildanın  ona  qarĢı  dəyiĢən 

münasibəti ilə bərk fəxr edirdi və ona desəydilər ki, qızın bu 



www.vivo-book.com 

 

869 



münasibəti sadəcə onun öz taleyinə təslim olmağından irəli 

gəlir, yazıq bərk məyus olardı. 

Amma  Matilda  Jülyeni  görən  kimi,  bütün  məqsədləri 

bir anın içində dəyiĢdi. 

–  Ġlahi,  axı  mənim  ərim  ola  biləcək  adam  elə  budur! 

Əgər  mən  doğrudan  da  ləyaqət  və  ağıl  yolu  ilə  getmək 

istəyirəmsə, deməli, ancaq ona ərə getməliyəm. 

Qız  Jülyenin  qayıdanda  yenə  ona  bitməz-tükənməz 

etiraflar  edəcəyini,  fağır  gözlərlə  baxacağını  çoxdan 

gözləyirdi.  Matilda  artıq  masadan  qalxar-qalxmaz  oğlanın 

onunla  danıĢmaq  istəyəcəyini,  ona  nə  cavab  verəcəyini 

götür-qoy eləmiĢdi.  

Amma  Jülyen  nəinki  belə  eləmədi,  hətta  masadan 

qalxandan  sonra  qonaq  otağında  qalaraq,  bircə  dəfə  də 

bağçaya sarı baxmadı. Bir Allah bilir ki, bu hərəkət Jülyenə 

nəyin bahasına baĢa gəlmiĢdi. 

–  Ən  yaxĢısı,  onunla  məsələni  tez  aydınlaĢdırmaqdı  – 

deyə,  düĢünən  Matilda  təkcə  bağçaya  çıxdı.  Jülyen 

görünmədi. Matilda böyük ĢüĢə qapıların yanında gəziĢəndə, 

oğlanın  həvəslə  xanım  de  Fervaka  Reyn  çayının  dağlarla 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə