Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə174/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   170   171   172   173   174   175   176   177   ...   197

www.vivo-book.com 

 

870 



əhatə  olunmuĢ  sahili  boyu  səpələnərək,  çaya  özünəməxsus 

bir  görkəm  verən  qədim  qəsrlərin  xarabalıqlarından 

danıĢdığını gördü. Jülyen indi bəzi ziyafət salonlarında ağıl 

göstəricisi  hesab  olunan  duyğulu  nitq  söyləmək  sənətinə 

yiyələnmiĢdi.  

Knyaz Korazov Parisdə olsaydı, özü ilə fəxr edə bilərdi 

–  bu  axĢam  hər  Ģey  onun  əvvəlcədən  təsvir  elədiyi  kimi 

gedirdi.  Jülyenin  səhərki,  o  biri  günkü  davranıĢı  da  onun 

xoĢuna gələrdi. 

Sirli  bir  kamarilyanın  üzvlərinin  apardığı  hansısa 

oyunlar  bir  neçə  mavi  lentin  kimlərin  arasında 

paylaĢdırılacağını  müəyyən  etməli  idi.  Xanım  de  Fervak 

babasının  da  orden  alacaq  kavalerlər  siyahısına  düĢməsinə 

iddialı  idi.  Markiz  de  La-Moll  isə  bu  lenti  qayınatası  üçün 

istəyirdi.  Bu  iki  iddiaçı  öz  qüvvələrini  birləĢdirdiyindən, 

xanım  de  Fervak  demək  olar  ki,  hər  gün  de  La-Molların 

qəsrinə gəlib-gedirdi. Jülyen  markizin nazir təyin  olunacağı 

xəbərini  də  xanım  de  Fervakdan  eĢitmiĢdi.  Markiz 

kamarliyaya  iki-üç  il  ərzində,  özü  də  heç  bir  itki  vermədən 



www.vivo-book.com 

 

871 



Xartiyanın tam ləğvi kimi olduqca hiyləgər bir plan təqdim 

eləmiĢdi. 

Deməli,  cənab  de  La-Moll  nazir  olsa,  Jülyen  də 

gələcəkdə  yepiskopluğa  ümid  edə  bilərdi.  Amma  indi  onun 

üçün  belə  yüksək  mərtəbələr  nəsə  qara  bir  pərdəyə 

bürünmüĢdü. O indi belə Ģeylər barədə düĢünsə də, bunları 

nəsə  uzaq  və  tutqun  bir  Ģey  kimi  təsəvvür  edirdi.  Jülyeni 

manyaka  çevirmiĢ  uğursuz  sevgi  onun  bütün  məqsədlərini 

dəyiĢmiĢdi:  indi  o  nə  düĢünürsədüĢünsün,  hər  Ģeyi  Matilda 

ilə  münasibətlərinin  necə  olacağı  ilə  əlaqələndirirdi.  Jülyen 

beĢ-altı il çoxluca əziyyət çəkəndən sonra qızın onu təzədən 

sevəcəyinə ümid edirdi. 

Gördüyümüz  kimi,  o  soyuq,  ayıq  baĢ  demək  olar  ki, 

tamam ağlını itirmiĢdi. Bir vaxtlar onu hamıdan fərqləndirən 

cəhətlərindən  indi  təkcə  inadkarlığı  qalmıĢdı.  Zahirən, 

davranıĢ baxımından o, cidd-cəhdlə knyaz Korazovun tərtib 

etdiyi  plana  əməl  edirdi.  Hər  axĢam  o  xanım  de  Fervakın 

kürsüsünün  yanında  oturur,  amma  bircə  kəlmə  də  danıĢa 

bilmirdi.  



www.vivo-book.com 

 

872 



Onun  atmalı  olduğu,  Matildanın  münasibətini 

dəyiĢəcək addımlar Jülyenin gücünü əlindən alırdı. O, xanım 

de  Fervakın  yanında  bütün  həyat  əlamətlərindən  məhrum 

halda  otururdu.  Onun  üzündə  fiziki  ağrılardan  usanmıĢ 

adamlara xas bir ifadəsizlik olurdu. 

Gələcəkdə  onu  hersoq  arvadı  eləyəcək  ərinin 

dediklərini təkrarlayan xanım de La-Moll bir neçə gün idi ki

Jülyenin əvəzsiz xidmətlərini tərifləyib, göyə qaldırırdı.  

 

 

 



 

 

 



 

XXVI 


 

SEVGĠ RUHUN XĠLASKARIDIR  

 



www.vivo-book.com 

 

873 



  There also was ot course in Adeline 

  That calm patrician polish in the address, 

  Which ne'er can pass the equinoctial line 

  Of any thing which nature would express; 

  Cust as a Mandarin finds nothcng fine,  

  At least his manner suffers not to guess 

  That any thing he views can greatly please 

  Don Cuan, s XI 11, st XXXI V

63

 

 



“Bu  ailədə  hamıda  nəsə  qəribəlik  var.  Hamısı  bütün 

günü öz abbatcıqlarından danıĢır. Abbat da ki, bütün axĢamı 

                                                 

63

Heç Ģübhəm yoxdur ki, Adelinanın 



Bir patrisian soyuqluğu vardı müraciətində, 

Yəni bütün hisslərin çılğınlığını soyudan 

Tarazlığı pozmağı az qala cinayət bilən  

O kübar təmkin... 

  Bayron, “Don Juan”, on üçüncü nəğmə, (ing.) 

 

 




www.vivo-book.com 

 

874 



gözlərini  bərəldib,  adama  qulaq  asmaqdan  baĢqa  heç  nə 

bacarmır.  Amma  öz  aramızdı,  gözəl  gözləri  var...”  –  deyə 

xanım de Fervak düĢünürdü.  

Jülyensə  öz  növbəsində,  xanım  de  Fervakın  simasında 

özünü  əvəzsiz  nəzakət  və  hansısa  iti  hisslərə  qadir 

olmamaqda  büruzə  verən  patrisian  arxayınlığının  əsl 

nümunəsini görürdü. Tabeliyində olanlarla kifayət qədər sərt 

davrana  bilməmək  kimi  hansısa  qəfil  hərəkət,  özünüidarəni 

itirmək  kimi  Ģeylər  də  xanım  de  Fervakı  Ģoka  sala  bilərdi. 

Azacıq duyğulanmaq ifadəsi onun gözündə kübar cəmiyyətə 

məxsus  adamı  utandıracaq,  Ģəxsi  ləyaqət  hissini  alçaldan 

əxlaq  natamamlığı  kimi  görünürdü.  Onun  üçün  ən  ali  həzz 

kralın  ovçuluq  barədə  söhbətləri,  onun  ən  sevimli  kitabı 

“Sen  Simonun  memuarları”  –  xüsusilə  kitabdakı  genoloji 

hissələr idi.  

Jülyen  bilirdi  ki,  xanım  de  Fervakın  qonaq  otağında 

sevimli yeri var – burada oturanda qadının üstünə düĢən iĢıq 

onun  gözəlliyini  birə-beĢ  artırırdı.  Oğlan  özünə  orada  yer 

eləyir və elə otururdu ki, Matildanı görməsin. Oğlanın ondan 



www.vivo-book.com 

 

875 



qaçmaq məsələsində göstərdiyi inadkarlıqdan heyrətə gələn 

Matilda  bir  axĢam  mavi  divanın  yanındakı  yerini  tərk 

edərək,  əl  iĢini  də  götürüb,  xanım  de  Fervakın  kürsüsünün 

yanında  özünə  yer  elədi.  Jülyen  xanım  de  Fervakın 

Ģlyapasının kənarından onun bu dərəcədə yaxın olan üzünü 

görürdü. Onun taleyini həll edəcək qüdrətdə olan bu gözləri 

belə  yaxından  görəndə,  Jülyen  qorxdu.  Sonra  həyəcanı 

qəfildən  keçdi  və  oğlan  özünü  ələ  alıb,  həvəslə  danıĢmağa 

baĢladı.  

O  ancaq  xanım  de  Fervaka  müraciət  eləyirdi,  amma 

bütün fikri-zikri Matildaya təsir etmək idi. O elə çılğınlıqla 

danıĢırdı  ki,  bir  müddətdən  sonra  xanım  de  Fervak  daha 

onun nə dediyini baĢa düĢmürdü. 

Bu parlaq bir qələbə idi. Əgər bu mətni bir az da alman 

mistikası, ali ruhanilik və yezuitlik kimi məsəllər barədə bir-

iki  ifadə  ilə  bəzəmək  Jülyenin  ağlına  gəlsəydi,  xanım  de 

Fervak  onu  əsrin  gediĢatını  dəyiĢəcək  dahi  adamlardan  biri 

hesab edəcəkdi. 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə