Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə175/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   171   172   173   174   175   176   177   178   ...   197

www.vivo-book.com 

 

876 



“Əgər  o,  xanım  de  Fervakla  belə  uzun-uzadı,  özü  də 

belə  çılğınlıqla  danıĢacaq  qədər  anlayıĢsızdısa,  mən  daha 

ona qulaq asmayacağam” – Matilda düĢündü. 

Qız bütün axĢamı özünə verdiyi sözə əməl etsə də, bu 

sözün  üstündə  durmaq  ona  bütün  qüvvəsini  səfərbər  etmək 

bahasına baĢa gəldi. 

Gecəyarısı, Matilda Ģamdanı əlində tutub, anasını yataq 

otağına ötürəndə, xanım  De  La-Moll pilləkəndə dayanaraq, 

Jülyeni uzun-uzadı təriflədi. Anasının bu hərəkəti Matildanı 

daha  da  qıcıqlandırdı,  qız  bütün  gecəni  yata  bilmədi.  Onun 

ürəyinə  soyuq  su  səpən  bircə  fikir  vardı:  “Mənim  üstdən 

aĢağı  baxdığım  cəhətlər  yəqin,  xanım  de  Fervaka  ləyaqətli 

Ģeylər kimi görünür. O qadın indi elə bilir ki, bu adam qeyri-

adi Ģəxsiyyətdir”. 

Jülyenə gəlincə, o artıq hərəkətsizlik halından çıxmıĢdı 

və  daha  özünü  əvvəlki  kimi  bədbəxt  hesab  eləmirdi. 

Qəfildən  onun  gözləri  knyaz  Korazovun  ona  əlli  üç  sevgi 

məktubu  ilə  birlikdə  verdiyi  dəri  pulqabıya  sataĢdı.  Jülyen 

məktublardan  birincisini  açdı.  Məktubun  kənarında  qeyd 



www.vivo-book.com 

 

877 



vardı:  “Birinci  məktub  ilk  görüĢdən  bir  həftə  sonra 

göndərilməlidi...” 

Jülyen az qala qıĢqırdı: 

– Mən gecikmiĢəm! Gör, neçə vaxtdı ki, mən xanım de 

Fervakı görürəm! 

Oğlan  tezcə  qollarını  çırmayıb,  ilk  məktubun  üzünü 

köçürməyə  baĢladı.  Bu  məktub,  ləyaqət  barədə  pafoslu 

sözlərlə dolu əsl moizə idi. Belə bir mətni köçürmək olduqca 

darıxdırıcı iĢ idi. 

Tale  Jülyenin  üzünə  güldü:  ikinci  səhifədə  onu  yuxu 

tutdu. 

Bir  neçə  saatdan  sonra  pəncərədən  düĢən  parlaq  gün 



iĢığı  onu  yuxudan  oyatdı.  Oğlan  bütün  gecəni  elə  yazı 

masasının  arxasında  yatdığının  fərqinə  vardı.  Bu  aralar 

yuxudan  oyanmaq  onun  üçün  günün  ən  ağrılı  vaxtı  idi  – 

gözlərini açar-açmaz Jülyen öz bədbəxtliyini xatırlayırdı. 

Bu səhər isə, məktubun üzünü köçürəndə oğlan az qala 

gülürdü:  

 



www.vivo-book.com 

 

878 



“Ġlahi,  yəni  dünyada  belə  bir  məktubu  yaza  biləcək 

gənc varmı?” 

Məktubda  doqquz  sətirdən  ibarət  cümlələr  belə  vardı. 

Jülyen  məktubun  sonunda  karandaĢla  yazılmıĢ  qeyd  gördü: 

“Bu  məktubları  yazan  adam  Ģəxsən  özü  aparmalıdır, 

məktubu  aparanda  mavi  sürtuk  geyinmək,  qara  qalstuk 

taxmaq  və  at  belində  olmaq  lazımdır.  Məktub  Ģveysara 

təqdim  edilməlidir,  bu  zaman  adamın  üzündə  faciəvi  bir 

ifadə,  gözlərində  mümkün  qədər  bol  kədər  olmalıdır.  Əgər 

qapıya  qulluqçu  qadın  çıxıbsa,  bir  neçə  damcı  gözyaĢı  da 

tökmək  olar.  Qulluqçuya  bir-iki  kəlmə  nəsə  demək  də 

mümkündür”. 

Jülyen yazılanların hamısına əməl elədi.  

“Mən olduqca dikbaĢ hərəkət eləyirəm – de Fervakların 

qəsrindən  çıxarkən  Jülyen  düĢündü.  –  Amma  Korazov  belə 

məsləhət  görüb.  Ġlahi,  öz  ləyaqəti  ilə  ad  çıxarmıĢ  bir  kübar 

qadına  məktub  yazmaq!  Təsəvvür  edirəm,  gələn  görüĢdə  o 

məni necə alçaldıcı baxıĢlarla süzəcək! Ġlahi, bu nə hoqqadı! 

Amma  bu  oyun  məni  bir  az  əyləndirə  bilər.  Hə,  içimdəki 

“mən” deyilən o mənfur varlığı gülünc hədəfinə çevirmək – 




www.vivo-book.com 

 

879 



məni ancaq bu əyləndirə bilər. Ġndi özümdə nəsə bir cinayət 

törətmək  qətiyyəti  hiss  eləsəm,  onu  da  məmnuniyyətlə 

eləyərəm, təki baĢım bir az qarıĢsın”. 

Bütün bu ay ərzində Jülyen üçün yeganə xoĢbəxt zaman 

kəsiyi  onun  atını  tövləyə  bağlamağa  apardığı  dəqiqələr  idi. 

Korazov  onu  tərk  eləmiĢ  sevgiliyə  istənilən  vəziyyətdə, hər 

hansı bəhanə ilə baxmağı oğlana qəti qadağan eləmiĢdi. 

Amma  oğlanın  atının  tanıĢ  tappıltısı,  kənardan  məhz 

Jülyenə aid olduğu bilinən qamçı səsləri hər dəfə Matildanı 

məcbur eləyirdi ki, pəncərəni aralayıb, ona baxsın. Pərdə elə 

nazik  idi  ki,  Jülyen  hər  dəfə  qızı  görə  bilirdi.  ġlyapasının 

qırağından gizlicə baxaraq, o, qızın ancaq quruluĢunu görür, 

gözlərinə isə baxa bilmirdi.  

“Deməli,  o  da  mənim  gözlərimi  görmür.  Bu  da  o 

deməkdir ki, mən ona baxmıram” – oğlan düĢündü. 

AxĢam  xanım  de  Fervak  Jülyeni  oğlanın  bu  səhər 

üzündə  kədərlə  onun  xidmətçisinə  təqdim  elədiyi  fəlsəfi-

mistik-dini məktubu sanki almayıbmıĢ kimi qarĢıladı. 

Bu  arada  Jülyen  çılğınca  danıĢa  bilməyin  sirrini 

tapmıĢdı – o qəsdən elə oturdu ki, Matildanın gözlərini görə 




www.vivo-book.com 

 

880 



bilsin. Matilda da xanım de Fervak gələn kimi mavi divanın 

yanını  tərk  eləyib,  baĢının  dəstəsini  buraxaraq,  onların 

yanında  əyləĢdi.  Cənab  de  Kruazenua,  deyəsən,  bu 

hərəkətdən  bərk  mütəəssir  oldu:  onun  məyusluğu  Jülyenin 

içini didib-dağıdan əzabları bir az azaltdı.  

Bu  gözlənilməz  sevinc  onun  çılğın  nitqinin  havasını 

doğrudan  da  göylərə  qaldırdı.  ġöhrətpərəstlik  hətta  ləyaqət 

yuvası  hesab  olunan  ürəklərə  də  yol  tapır  –  bu  gecə 

karetasına oturan xanım de Fervak düĢündü: 

– Yox, xanım de La-Moll haqlıdır. Bu gənc abbat sözün 

əsl mənasında dahi Ģəxsiyyətdir. Yəqin əvvəl-əvvəl o mənim 

yanımda  sıxılırmıĢ.  Axı  bu  evdə  hamı  bir  az 

yüngülməcazdır.  Evdəki  ləyaqətli  xanımlar  isə  ədəb-ərkana 

yaĢlanandan  sonra  sahib  olublar  –  bu  yaĢda  ləyaqətli 

olmaqdan  baĢqa  yol  qalmır.  Bu  gənc  oğlan  da  yəqin,  fərqi 

hiss  eləyib.  Onun  yazdıqları  maraqlıdır,  amma  görəsən,  bu 

məktubda  o  məndən  idarə  eləyə  bilmədiyi  hisslərinə 

münasibət  tələb  eləmir  ki?  Bir  tərəfdən  də  baxanda,  məgər 

biz həqiqət yoluna məhz bu üsulla qədəm qoyan azmı adam 

tanıyırıq?  Mənə  ən  çox  ümid  verən  Ģeysə  onun  yazı 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə