Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə176/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   172   173   174   175   176   177   178   179   ...   197

www.vivo-book.com 

 

881 



üslubunun  mənə  məktub  yazan  baĢqa  cavanlardan  olduqca 

fərqlənməsidir.  Bu  cavan  din  xadiminin  məktubundakı  ali 

əxlaqı, dərin ciddiyyəti və qəti əminliyi görməzdən gəlmək 

olmaz. Onda, sözün əsl mənasında Massilyon ləyaqəti var.  

 

XXVII 


 

 ƏN YAXġI DĠNĠ RÜTBƏLƏR 

 

Xidmətlər?  Ġstedad?  Ləyaqət?  BoĢ  Ģeydi!  Hansısa 



təriqətə mənsub olmaq lazımdır... 

 

Telamax 



 

Əvvəl-axır  Fransa  kilsəsinin  ən  ali  mərtəbələrini 

müəyyənləĢdirəcək  bu  qadının  təsəvvüründə  indi  yepiskop 

rütbəsi  Jülyenlə  uyğunlaĢırdı.  Amma  Jülyen  bunu  bilsəydi, 

çətin ki, sevinərdi: indi o hansısa məqsədi düĢünəcək halda 



www.vivo-book.com 

 

882 



deyildi.  Onun  bütün  fikri-zikri  öz  dərdinin  yanında  idi, 

ətrafdakı hər Ģeysə bu dərdi daha da artırırdı: məsələn, indi 

öz otağı ona dözülməz bir yer kimi gəlirdi.  

AxĢamlar  o  əlində  Ģamdan  içəri  girəndə,  oğlana  elə 

gəlirdi  ki,  otağındakı  hər  balaca  əĢya,  hər  bəzək  səsini 

baĢına atıb, ona baĢındakı bəlanın xırdalıqlarını qəddarlıqla 

təsvir edir. 

Bu axĢam o öz otağına girəndə, çoxdan hiss eləmədiyi 

bir həvəslə öz-özünə dedi: 

–  Hə,  bu  axĢam  mən  məcburi  günahımın  cəzasını 

çəkməliyəm.  Ümid  eləyirəm  ki,  ikinci  məktub  birincisi 

qədər darıxdırıcı olmayacaq.  

Amma  ikinci  məktub  birincidən  də  darıxdırıcı  idi. 

Oğlanın üzünü köçürdüyü mətn ona elə mənasız göründü ki, 

məktubun  axırında  o  artıq  sözləri  oxuyub,  məğzinə 

varmadan, mexaniki yazırdı. 

“Bu  məktub  öz  bərbəzəkliyilə  hətta  diplomatiya 

müəllimimin  mənə  Londonda  zorla  üzünü  köçürtdüyü 

Müntersk traktatının rəsmi məqalələrini də üstələyir”. 



www.vivo-book.com 

 

883 



Bunu  düĢünəndə  onun  yadına  don  Diyeqo  Bustosa 

qaytarmalı  olduğu  məktublar  –  xanım  de  Fervakın 

məktubları  düĢdü.  Oğlan  onları  axtarıb  tapdı:  açığı,  bu 

məktublar  da  mənasızlıq  sarıdan  rus  əyanının  yazdıqlarına 

çox  oxĢayırdı.  Məktublarda  aləm  bir-birinə  dəymiĢdi!  Bu 

məktubları  yazan  adam  eyni  anda  nə  qədər  söz  demək 

istəmiĢ və heç birini deməmiĢdi. 

“Bu  nə  üslubdur,  ilahi!  –  Jülyen  düĢündü.  –  Fanilik, 

ölüm,  əbədiyyət  barədə  bu  dərin  mülahizələrin  kökündə 

gülünc  görünmək  kimi  məzlumca  qorxudan  savayı  heç  nə 

yoxdur”.  

Burada  qısaca  məzmununu  verdiyimiz  monoloq  iki 

həftə idi ki, davam edirdi. Axirət dünyasına verilən qarĢılıqlı 

Ģərhlərə oxĢayan  məktubların üzünü köçürəndə  yuxulamaq, 

səhəri gün hüznlü görkəmlə bu məktubları aparıb çatdırmaq, 

heç olmasa Matildanın donunu görmək ümidi ilə atı tövləyə 

aparmaq, iĢləmək, əgər xanım de Fervak həmin gün de La-

Molların  qəsrinə  gəlibsə,  axĢamlar  Operada  görünmək  – 

Jülyenin  həyatı  bu  ahənglə  keçirdi.  Xanım  de  Fervak 

markizanın yanına gələndə onun həyatına bir az rəng gəlirdi 




www.vivo-book.com 

 

884 



–  belə  vaxtlarda  Jülyen  marĢal  arvadının  Ģlyapasının  enli 

kənarları  arasından  Matildanın  gözlərini  görür  və  öz  çılğın 

nitqlərinə baĢlayırdı. Onun obrazlı, hisslərlə dolu nitqi daha 

ifadəli və eyni zamanda, daha sərbəst olurdu. 

Oğlan  yaxĢı  baĢa  düĢürdü  ki,  onun  danıĢdığı  hər  Ģey, 

Matilda üçün mənasızdı, amma Jülyen öz səlis, çılğın nitqi 

ilə qızı heyran qoymaq istəyirdi. Jülyen: 

“DanıĢdıqlarımda  sünilik  nə  qədər  çox  olsa,  onun 

xoĢuna o qədər çox gələ bilərəm” – deyə düĢünür və qeyri-

adi cəsarətlə zəngin təbiət təsvirlərinə, təriflərinə baĢlayırdı. 

Oğlan  tezliklə  fərqinə  vardı  ki,  xanım  de  Fervakın  gözünə 

darıxdırıcı  görünməmək  üçün,  ən  çox  sadə  və  ağıllı 

düĢüncələrdən  ehtiyatlanmaq  lazımdır.  O  bu  Ģərtlərə  əməl 

edir,  bu  ruhda  danıĢır  və  arada  xoĢlarına  gəlməyə  çalıĢdığı 

bu  iki  kübar  xanımın  gözlərindən  oxuduğu  təqdir,  ya  da 

laqeydlikdən asılı olaraq, nitqini qısaldıb-uzadırdı. 

Bir  sözlə,  indi  onun  yaĢayıĢı  əvvəlki,  günlərini  boĢ-

boĢuna keçirdiyi vaxtlardakı kimi dözülməz deyildi.  

“Neynək,  –  bir  axĢam  o  öz-özünə  dedi,  –  budur,  artıq 

mən bu iyrənc dissertasiyanın on beĢinci məktubunun üzünü 




www.vivo-book.com 

 

885 



köçürürəm.  Əvvəlki  on  dörd  məktubu  mən  indiyə  qədər 

əlbəəl  o  marĢal  arvadının  xidmətçisinə  təqdim  eləmiĢəm. 

Deyəsən,  mən  onun  yazı  masasının  bütün  siyirmələrini 

məktublarla  doldurmaq  Ģərəfinə  nail  olacağam.  Buna 

baxmayaraq, o özünü elə aparır ki, elə bil məndən bircə dənə 

də  məktub  almayıb!  Görəsən,  bu  iĢlərin  axırı  necə  olacaq? 

Bu  inadkarlığım  artıq  öz  zəhləmi  töküb,  görəsən,  onun  da 

səbrini  daĢıra  bilərmi?  Etiraf  etmək  lazımdır  ki,  Korazovun 

dostu,  Riçmondlu  gözəl  kvaker  arvadına  vurulmuĢ  o  rus, 

olduqca  dəhĢətli  adam  imiĢ.  Ġlahi,  bu  qədər  də  darıxdırıcı 

olmaq mümkündürmü?” 

Böyük  sərkərdənin  manevrlərinə  təsadüfən  Ģahid  olan 

hər sıradan ölümlü kimi, Jülyen də bu cavan rusun əlçatmaz 

ingilis qadınının ürəyini ələ almaq üçün elədiyi hücumlardan 

heç  nə  baĢa  düĢmürdü.  Ġlk  qırx  məktubun  hamısı  bircə 

məqsədlə yazılmıĢdı – qadın ona məktub yazmaq cəsarətini 

bağıĢlasın.  DəhĢətli  dərəcədə  darıxan  bu  sevimli  xanımı 

onun  gündəlik  mövcudluğundan  azacıq  daha  rəngsiz  olan 

məktublar almağa öyrəĢdirmək vacib idi. 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə