Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə177/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   173   174   175   176   177   178   179   180   ...   197

www.vivo-book.com 

 

886 



Bir  səhər  Jülyenə  məktub  gəldi.  O,  xanım  de  Fervakın 

möhürünü  tanıdı  və  məktubu  elə  tələskənliklə  açdı  ki,  hələ 

bu  yaxınlara  qədər  o  belə  tələskənliyə  qadir  deyildi.  Bu, 

sadəcə, bir nahar dəvəti idi. 

Oğlan  məsləhət  üçün  təcili  Korazova  müraciət  elədi. 

Təəssüf ki, bu cavan rus ən sadə və asan anlaĢıla bilən dildə 

danıĢmalı  olduğu  vaxt,  söhbəti  elə  dolaĢdırdı  ki,  Jülyen 

marĢalın  dul  arvadının  nahar  masasında  özünü  necə 

aparmalı olduğunu öyrənə bilmədi. 

Xanım de Fervakın Diananın Tyülridəki ziyafət salonu 

kimi  qızıla  tutulmuĢ  qonaq  otağı,  par-par  alıĢıb-yanırdı; 

divarlar yağlı boya ilə çəkilmiĢ, bahalı çərçivələrə salınmıĢ 

rəsm  əsərləri  ilə  dolu  idi.  Əsərlərin  demək  olar  ki,  boyaları 

hələ  qurumamıĢdı.  Sonradan  Jülyen  bildi  ki,  əsərlərdəki 

hansısa  süjetlər  xanım  de  Fervaka  yetərincə  ədəbli 

görünməyib  və  o  bu  qüsurların  aradan  qaldırılmasını  tələb 

edir. 

–  Bu  əsr,  doğrudan  da  əsl  əxlaq  əsridir,  –  Jülyen 



düĢündü.  


www.vivo-book.com 

 

887 



Oğlan otaqda gizli göndəriĢ tərtib edilən vaxt gördüyü 

adamlardan üçünü tanıdı. Onlardan biri, xanım de Fervakın 

əmisi olan ... yepiskopu ruhani rütbələrin müəyyən olunması 

məsələsinə baxır və deyilənə görə o heç vaxt qardaĢı qızının 

istəklərinə laqeyd qalmırdı. 

Jülyen kədərlə gülümsəyərək öz-özünə dedi: 

“Gör,  mən  haralara  gəlib  çıxmıĢam?  Amma  indi  bu 

Ģeylər mənə elə mənasız görünür ki! Təsəvvür edin ki, mən 

...yepiskopu ilə nahar eləyirəm”. 

Nahar  olduqca  bəsit,  söhbət  isə  dözülməz  dərəcədə 

qıcıqlandırıcı idi.  

“Bu  söhbət  lap  mənasız  bir  kitabın  giriĢinə  oxĢayır,  – 

Jülyen düĢündü. – Bu evdə adamlar insanı düĢündürəcək ən 

böyük  problemlər  barədə  necə  əminliklə  danıĢırlar?  Amma 

onlara  üçcə  dəqiqə  qulaq  asandan  sonra  nəyə 

təəccüblənəcəyini  bilmirsən:  danıĢan  adamın  pafosuna, 

yoxsa onun adamı heyrətə salan cahilliyinə?”  

Öz  iyrənc  qeybətləri  ilə  de  La-Molların  qəsrinin 

havasını  korlayan  qoca  akademik  və  gələcək  professorun 

bacısı  oğlu,  məzlum  mirzə  Tambo  yəqin  ki,  oxucunun 




www.vivo-book.com 

 

888 



yadından çıxıb. Məhz bu bayağı adam Jülyenin ağlına saldı 

ki,  xanım  de  Fervak  onun  məktublarına  cavab  verməsə  də, 

ola  bilər  ki,  bu  namələri  yazdıran  hisslərə  xoĢ  münasibət 

bəsləyir.  Jülyenin  uğurları  tikan  olub,  məkrlə  dolu  ürək 

sahibi olan Tambonun gözlərinə batsa da, bu məsələdə onun 

ürəyincə  olan  bir  Ģey  vardı.  Axı  insan  nə  qədər  istedadlı, 

bacarıqlı  olsa  da,  eyni  vaxtda  iki  yerdə  ola  bilməzdi  –  bu 

vəziyyətdə ən istedadlı adamın da bacarığı istənilən axmağın 

fərasətindən  o  yana  gedə  bilməz.  Buna  görə  də,  gələcək 

professor  düĢünürdü  ki,  əgər  Jülyen  marĢalın  dul  qalmıĢ 

arvadının məĢuqu olsa, xanım de Fervak ona yaxĢı bir kilsə 

verər, özüsə de La-Molların qəsrinədək yerini bərkidər.  

Abbat  Pirar  Jülyenə  de  Fervakın  evindəki  uğuru 

məsələsində  uzun-uzadı  bir  moizə  oxudu.  Qatı  yansençi  və 

əxlaq 

zəmanəsinin 



intibahına, 

monarxiyanı 

möhkəmləndirməyə  iddialı  yezuit  xanım  de  Fervakın 

salonundakı rəqabət olduqca güclüymüĢ! 

 

 

 




www.vivo-book.com 

 

889 



XXVIII 

 

  MANON LESKO 



 

Nəhayət,  priorun  axmaqlığına  və  eĢĢək  inadkarlığına 

əmin olandan sonra, onun dilini asanlıqla tapmıĢdı: ağa ağ, 

qaraya qara deməklə. 

 

Lixtenberq 



 

Rus  məktublarında  vurğulanan  əsas  dərs  –  nitqini 

ünvanladığı  xanıma  açıq-aĢkar  etiraz  etməmək  və  heç  bir 

halda,  ona  heyran  olduğunu  hər  dəqiqə  nümayiĢ 

etdirməkdən ibarət idi. Məktubların hamısında bu xətt cidd-

cəhdlə qorunurdu. 

Bir dəfə, operada xanım de Fervakın lojasında oturduğu 

zaman,  Jülyen  “Manon  Lesko”  baletinin  tərifini  göyə 

qaldırmaqla  məĢğul  idi.  Bu  təriflərin  əsl  səbəbi,  əslində 



www.vivo-book.com 

 

890 



oğlanın özlüyündə bu baleti olduqca mənasız bir Ģey hesab 

etməsiydi. 

Xanım  de  Fervak  dedi  ki,  bu  balet  abbat  Prevonun 

romanından dəfələrlə zəifdir.  

“Demək belə? – Jülyen təəccüb və maraqla düĢündü. – 

Belə  ali  ləyaqət  mücəssəməsi  olan  kübar  xanım  hansısa 

romanı  tərifləyir?”  Xanım  de  Fervak  insanı  məhvə  aparan 

mənfur  ehtiraslara  tez  təslim  olan  bugünkü  gəncliyi  öz 

iyrənc yazılarıyla yoldan çıxaran bayağı yazarlara həftədə ən 

azı  iki-üç  dəfə  öz  alçaldıcı  münasibətini  bildirməyi 

müqəddəs borc bilirdi.  

–  Belə  ədəbsiz,  təhlükəli  əsərlərin  arasında  –  xanım 

Fervak  davam  elədi  –  “Manon  Lesko”,  belə  demək 

mümkünsə, birinci yerdə dayanır. Deyilənə görə, unutqanlıq, 

dərindən  ləkələnmiĢ  qəlbin  haqlı  iztirabları  orada  olduqca 

gerçəkliklə  təsvir  olunub,  amma  bu  sizin  Bonaparta 

Müqəddəs  Yelena  adasında  bu  romanın  xidmətçilər  üçün 

yazıldığını deməyə mane olmadı.  

Bu sözlər Jülyeni özünə gətirdi.  



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə