Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə178/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   174   175   176   177   178   179   180   181   ...   197

www.vivo-book.com 

 

891 



“Məni xanım de Fervakın gözündən salmağa çalıĢıblar. 

Mənim  Napoleona  pərəstiĢ  elədiyimi  kimsə  ona  deyib.  Bu 

məsələ  ona  elə  təsir  eləyib  ki,  o  özünü  bunu  mənə  hiss 

elətdirmək zövqündən çəkindirmədi”. 

Bu kəĢf bütün gecə Jülyenin beynini məĢğul elədi və o 

qəfildən hərəkətə gəldi.  

Onlar  Operanın  vestibülündə  ayrılanda,  xanım  de 

Fervak oğlana dedi: 

–  Yadda  saxlayın,  cənab,  məni  sevən  adam  Bonapartı 

sevməməlidir.  UzaqbaĢı  onu  Tanrının  hansısa  zərurət 

ucbatından  göndərməsiylə  razılaĢmaq  olar.  O  adamın  heç 

vaxt  incə  zövqü  olmayıb,  Bonapart  dahiyanə  incəsənət 

əsərlərini qiymətləndirəcək Ģəxsiyyət deyildi. 

“Məni sevən adam! – Jülyen özlüyündə təkrarladı. – Bu 

sözlər ya heç nə ifadə eləmir, ya da hər Ģeyi deyir. Bu da biz 

yazıq  əyalət  adamlarının  heç  vaxt  anlaya  bilməyəcəyi  dilin 

sirləri!” 

Və  həmin  axĢam  xanım  de  Fervak  üçün  növbəti 

mənasız  məktubun  üzünü  köçürəndə,  Jülyen  xanım  Renalı 

xatırladı. 




www.vivo-book.com 

 

892 



Səhəri gün xanım de Fervak ona süni gələn laqeyd səslə 

dedi: 


–  Bu  necə  ola  bilər  ki,  biz  dünən  axĢam  Operadan 

qayıdandan  sonra  siz  mənə  məktubunuzda  Londondan, 

Riçmonddan danıĢırsınız? 

Jülyen  tutuldu:  dünənki  məktubu  o  sətirbəsətir, 

mənasına  varmadan  köçürmüĢdü  və  yadına  düĢməmiĢdi  ki, 

məktubdakı London və Riçmond sözlərini Paris və Sen Klu 

ilə  əvəzləmək  lazımdı.  O  nəsə  deməyə  cəhd  elədi,  ifadənin 

birini  baĢladı,  sonra  baĢqa  nəsə  demək  istədi,  amma  heç 

birini  axıra  çatdıra  bilmədi  –  o  az  qalırdı,  gülməkdən 

boğulsun. Nəhayət, birtəhər vəziyyətdən çıxdı: 

–  Sizə  məktub  yazanda,  insan  ruhunun  əlçatmaz 

idealları barədə ali xəyallara qərq olan qəlbim, asanca yanıla 

bilərdi.  

O  bunu  deyəndən  sonra,  xanım  de  Fervakın  qəsrindən 

az  qala  qaça-qaça  çıxdı.  Gecəyarısı  məktubun  əslini  tapıb, 

gənc  rusun  London  və  Riçmond  barədə  yazdığı  o  lənətə 

gəlmiĢ  yerləri  tapdı.  Jülyen  qəfildən  bu  məktubun  az  qala 



www.vivo-book.com 

 

893 



sevgi  etirafı  olduğunun  fərqinə  varanda  dəhĢətli  dərəcədə 

təəccübləndi. 

Onun  danıĢığındakı  sərbəstlik  və  məktublarındakı  az 

qala  yerlə-göylə  əlləĢən  dərinliyin  arasındakı  bu  ziddiyyət 

xanım de Fervakın Jülyenlə maraqlanmasına səbəb olmuĢdu. 

MarĢalın  dul  arvadını  ən  çox  heyran  qoyan  oğlanın  uzun-

uzadı ifadələri  idi  – bu ifadələr  Volterin, o  ədəbsiz  insanın 

dəbə  mindirdiyi  məsuliyyətsiz  nitqlərə  heç  oxĢamırdı. 

Qəhrəmanımız  söhbətləri  zamanı  danıĢığından  sağlam 

təfəkkürə  aid  hər  Ģeyi  ixtisara  salmağa  çalıĢsa  da,  nitqində 

antimonarxizmin  və  allahsızlığın  yüngül  havası  hiss 

olunurdu  ki,  bunlar  da  xanım  de  Fervakın  diqqətindən 

qaçmırdı. 

Son  dərəcə  ədəbli,  bütün  axĢam  bircə  kəlmə  də  olsun, 

düz-əməlli  söz  deməyə  qadir  olmayan  insanlarla  əhatə 

olunmuĢ  bu  xanım,  özündə  azacıq  yenilikçilik  duyulan  hər 

sözə  qarĢı  çox  həssas  idi  və  belə  Ģeylərə  qəzəblənməyi  də 

özünə borc bilirdi. 

Xanım de Fervak belə Ģeyləri yüngülməcaz əsrin lənəti 

adlandırırdı... 




www.vivo-book.com 

 

894 



Belə  ziyafət  salonlarına  insan  ancaq  bir  –  konkret 

məqsəd  güddüyü  halda  ayaq  basa  bilərdi.  Jülyenin  bu 

dövrdə  sürdüyü  həyatın  nə  qədər  darıxdırıcı  olduğu  artıq 

oxucuya  aydındır.  Hekayətimizin  bu  hissəsini,  oxucu  ilə 

birlikdə səyahətimizin boĢ çölləri hesab eləmək olar.  

Jülyenin  baĢı  xanım  de  Fervakla  baĢladığı  hoqqaya 

qarıĢdığı  müddət  ərzində  Matilda  onun  barəsində 

düĢünməmək üçün özü ilə amansız mübarizə aparırdı. Onun 

ağlı  ilə  qəlbi  arasında  qəddar  bir  müharibə  baĢlamıĢdı: 

hərdən qız özünü bu bəsit adama nifrət elədiyinə inandırdığı 

yerdə,  qəfildən  oğlanın  nitqi  onun  ağlını  baĢından  alırdı. 

Matildanı  ən  çox  heyrətə  gətirən  Ģey,  Jülyenin  ağlasığmaz 

aktyorluğuydu – axı onun xanım de Fervaka danıĢdıqlarının 

bircə kəlməsi də gerçək deyildi. Onun danıĢdıqlarının hamısı 

ya  yalan,  ya  da  Matildanın  əla  bələd  olduğu  fikirlərinin 

dəhĢətli  dərəcədə  təhrif  olunmuĢ  vəziyyətiydi.  Jülyenin 

makiavellizmi onu heyrətə gətirmiĢdi.  

“Ġlahi,  o  bunları  necə  düĢünüb,  tapır?!  –  Matilda 

düĢünürdü.  –  Belə  mövzularda  bol-bol  çərənləyən  bu 



www.vivo-book.com 

 

895 



yekəxana  əbləhlər  və  cənab  Tambo  kimi  darıxdırıcı 

adamlarla müqayisədə, o necə də parlaya bilir!”  

Bütün  bunlara  baxmayaraq,  Jülyen  çox  ağır  günlər 

yaĢayırdı. Xanım de Fervakın ziyafət salonuna ayaq basdığı 

hər  gün,  o  sanki  ağır  günahın  cəzasını  çəkirdi.  Hərdən  bu 

rolu  oynamaq  ona  çox  ağır  baĢa  gəlir  və  Jülyen  heydən 

düĢdüyünü hiss eləyirdi. Dəfələrlə xanım de Fervakın böyük 

həyətinə  girəndə,  o  təslim  olmamaq  üçün  bütün  iradəsini 

köməyə çağırmalı olurdu!  

–  Axı  mən  seminariyada  təslim  olmadım,  –  o  özünə 

ürək-dirək  verirdi.  –  Axı  o  vaxt  mənim  vəziyyətim 

indikindən daha ağır, məni gözləyən Ģeylər daha dəhĢətliydi. 

O vaxtlar mən uğur qazansam da, heç nə əldə eləməsəm də, 

ən idbar, iyrənc çevrədə yaĢamalı olacağımı bilirdim. 

Amma dözülməz gerçəkliyin qarĢısında bütün bu gözəl 

mülahizələr  tamamilə  gücsüz  olurdu.  Hər  səhər  yeməyi  və 

nahar vaxtı o Matildanı görürdü. Markiz de La-Mollun ona 

diktə  elədiyi  məktublardan  bilirdi  ki,  çox  keçməyəcək, 

Matilda  markiz  de  Kruazenuanın  arvadı  olacaq.  Bu 

xoĢagəlimli cavan oğlan artıq gündə iki dəfə de La-Molların 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə