Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə179/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   175   176   177   178   179   180   181   182   ...   197

www.vivo-book.com 

 

896 



qəsrində peyda olur və tərk edilmiĢ məĢuqun qısqanc gözləri 

onun hər addımını izləyirdi. 

Oğlan  Matildanın  öz  gələcək  əriylə  xoĢ  rəftar  etdiyini 

gördüyü  axĢamlar  otağına  qayıdanda  həsrətlə  öz 

tapançalarına baxırdı.  

–  Ah,  –  o  öz-özünə  deyirdi,  –  paltarımdan  bütün  bu 

niĢanları  çıxarıb,  Parisdən  iyirmi  lye  aralıda  bir  meĢəyə 

girərək,  bu  əzaba  son  vermək  və  bu  idbar  həyatdan  canımı 

qurtarmaq  necə  də  ağıllı  iĢ  olardı!  Orada  məni  heç  kim 

tanımayacaq, heç kim də ölümümdən xəbər tutmayacaq, iki 

həftədən sonrasa mən hamının yadından çıxacağam. 

Nə demək olar, doğrudan da ağıllı mülahizəydi. Amma 

səhəri gün Matildanın qolçağıyla  əlcəyinin arasından çılpaq 

dirsəyini görmək bəs eləyirdi ki, bizim gənc filosof artıq onu 

həyata bağlayan xatirələrə qərq olsun.  

–  Hə,  yaxĢı!  –  o  öz-özünə  deyirdi.  –  Mən  bu  rus 

siyasətini  axıra  çatdıracam.  Görək,  axırı  nə  ilə  qurtarır? 

Xanım de Fervaka gəlincə, bu əlli üç məktubdan sonra mən 

daha  ona  heç  nə  yazmayacağam.  Matildaya  gəlincə,  ya  bu 

ay  yarımlıq  dözülməz  komediya  ilə  mən  heç  nəyə  nail 




www.vivo-book.com 

 

897 



olmayacağam və qız yumĢalıb eləməyəcək, ya da bu məsələ 

mənə  bircə  anlıq  da  olsa,  barıĢıq  xoĢbəxtliyini  yaĢadacaq. 

Ġlahi! Belə olsa, mən sevindiyimdən ölə bilərəm!  

Bunları  düĢünəndən  sonra  o  daha  heç  nə  barədə 

fikirləĢə bilmirdi. 

Amma  bu  qısa,  Ģirin  xəyaldan  baĢı  ayılan  kimi,  o 

təzədən fikrə gedir və öz-özünə deyirdi: 

–  Lap  belə  olsa  da,  axı  bundan  nə  çıxacaq?  Bircə 

günlük  xoĢbəxtlik,  sonra  da  yenə  onun  zəhərli  sözləri. 

Hamısının  da  səbəbi  budur  –  mən  onun  xoĢuna  gəlməyi 

bacarmıram. Deməli, düĢündüyüm kimi olsa, sonra daha heç 

nəyə  ümidim  qalmayacaq,  hər  Ģey  birdəfəlik  bitmiĢ  olacaq. 

Onun  elə  xasiyyəti  var  ki,  nə  eləyireləsin,  arxayın  olmaq 

mümkün deyil. Ġlahi,  ən böyük bəla budu ki, mənim öyünə 

biləcəyim heç bir ləyaqətli cəhətim yoxdur. Kübar insanlara 

xas  olan  zərifliklə  davranmağı  bacarmıram,  özüm  də  ağır, 

darıxdırıcı  söhbətlər  eləyirəm.  Ġlahi!  KaĢ  mən  –  mən 

olmayaydım!  

 

 



www.vivo-book.com 

 

898 



XXIX 

 

  DARIXMAQ 



 

Öz ehtiraslarının qurbanı olmaq! Bu hələ heç nə demək 

deyil.  Sən  gərək  əslində  yaĢamadığın  ehtirasların  qurbanı 

olasan! Ah, məzlum on doqquzuncu əsr! 

 

Cirode 


 

Əvvəl-əvvəl  xanım  de  Fervak  Jülyenin  uzun-uzadı 

məktublarını  heç  bir  məmnunluq  hiss  etmədən  oxuyurdu. 

Amma  vaxt  keçdikcə,  bu  məktublar  onu  maraqlandırmağa 

baĢladı.  Amma  xanım  de  Fervakı  bərk  məyus  edən  bir 

məsələ vardı: heyif ki, cənab Sorel əsl rahib deyildi! Əgər o 

əsl  din  xadimi  olsaydı,  onda  Jülyenlə  yaxınlıq  yaratmaq 

olardı.  Amma  əynindəki  mülki  geyim,  yaxasında  belə  bir 

orden  olan  adamla  yaxınlıq  eləsə,  onda  məkrli  suallardan 

yaxa  qurtara  bilməz  və  bu  suallara  verməyə  cavab  da 




www.vivo-book.com 

 

899 



tapmazdı. Hələ bəzi Ģeylər vardı ki, xanım de Fervak bunları 

düĢünməməyə çalıĢırdı: 

“Birdən  paxıl  rəfiqələrimdən  biri  hamının  yanında 

həvəslə  bu  oğlanın  atamın  qohumu,  hansısa  xırda  tacirin 

oğlu  olduğunu  və  ordeni  də  milli  qvardiyada  aldığını  desə, 

nə olacaq?” 

Jülyenə rast gələnə qədər, xanım de Fervak üçün adının 

yanına  “marĢalın  xanımı”  ifadəsini  vurğulamaqdan  böyük 

həzz  yox  idi.  Amma  qınından  çıxıb,  qınını  bəyənməyən  bu 

qadının içində hər Ģeydən xoflanan xudbinlik indi ürəyində 

təzəcə baĢ qaldırmağa baĢlayan hisslə mübarizəyə girmiĢdi.  

“Axı mən onu Paris yaxınlığında bir kilsədə rahatca baĢ 

vikari  təyin  etdirə  bilərdim!  Amma  cənab  Sorel,  özü  də  de 

La-Mollun katibi?! Yox, bu dəhĢətdir!”  

Ġlk  dəfəydi  ki,  hər  Ģeydən  xoflanan  bu  qadın  kübarlıq 

iddiasına  dəxli  olmayan  bir  Ģeydən  təsirlənmiĢdi.  Qoca 

Ģveytsar  görürdü  ki,  o,  hüznlü  sifəti  olan  gəncin 

məktublarını  xanımına  təqdim  etdikdə,  xanım  de  Fervakın 

üzündən  qulluqçuların  yanında  hiss  etdirməyi  özünə  borc 

bildiyi narazılıq ifadəsi yoxa çıxır. 




www.vivo-book.com 

 

900 



Qəlbində  bunlardan  azacıq  da  məmnunluq  duymadığı 

halda,  təpədən-dırnağa  qədər  Ģöhrətpərəstlik  sevdasına, 

yüksək cəmiyyətdə xoĢ təsir buraxmaq arzusuna qərq olmuĢ 

mövcudluğu,  Jülyenlə  tanıĢ  olandan  bəri  ona  elə  dözülməz 

görünürdü  ki,  axĢam  bircə  saat  o  qeyri-adi  gənclə  söhbət 

eləsə, səhəri gün onun qulluqçuları rahat nəfəs ala bilirdilər 

–  həmin  gün  xanım  de  Fervak  öz  zəhlətökənliyilə  onların 

canını boğazına yığmayacaqdı.  

Jülyen  xanım  de  Fervakın  etibarını  elə  qazanmıĢdı  ki, 

hətta  onun  əleyhinə  böyük  ustalıqla  yazılan  imzasız 

məktublar da bu etibarı sarsıtmadı. Cənab Tambo əbəs yerə 

Jülyen  barədə  məharətlə  düĢünülmüĢ  bir-iki  qeybət  yazıb-

doldurduğu  məktubları  cənab  de  Lyuz  və  cənab  de 

Kruazenuaya soxuĢdurmuĢdu. Bu gənclər orada yazılanların 

doğru  olub-olmadığını  yoxlamağı  ağıllarına  da  gətirmədən 

həmin  qeybətləri  hər  yerdə  danıĢsalar,  belə  kobud  fəndlərə 

laqeyd  yanaĢacaq  qədər  ağıllı  olmayan  xanım  de  Fervak 

Ģübhələrini Matildayla bölüĢsə də, qız hər dəfə onu arxayın 

eləyirdi. 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə