Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə18/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   14   15   16   17   18   19   20   21   ...   197

www.vivo-book.com 

 

87 



–  Cənab,  düĢünürəm  ki,  düzdü,  sizin  kimi  təmiz 

zadəganın  adının  o  kitab  alverçisinin  murdar  siyahısında 

olmağı olduqca mənfur bir iĢ olardı. 

Cənab Renalın çiçəyi çırtladı. 

–  Elə  mənim  kimi  kasıb,  imanlı  bir  tələbənin  də  – 

Jülyen  cənab  Renala  yarınacaq  bir  ahənglə  dedi  –  adımın 

evə  kitab  verən  bu  kitab  alverçisinin  siyahısında  olduğunu 

sonradan  kimsə  araĢdırıb  tapsa,  bu  mənim  üçün  qara  ləkə 

olar.  Liberallar  sonradan  məni  ən  iyrənc  kitabları  almaqda 

ittiham  eləyə  bilərlər  –  kim  bilir  o  kitab  alverçisi  bəlkə  ən 

murdar kitabların adını da mənim adımın qarĢısına yazar. 

Bu  yerdə  Jülyen  səhvə  yol  verdiyini  baĢa  düĢdü.  O, 

merin  sifətinin  çaĢqınlıq  və  narazılıqdan  necə  əyildiyini 

gördü. Oğlan susdu. Öz-özünə “hə, ələ keçdi, indi mən onu 

ovcumun içi kimi görürəm” – deyə düĢündü. 

Bir  neçə  gündən  sonra  ailənin  böyük  oğlu  atasının 

yanında  Jülyendən  “Kotidyen”də  elanı  gedən  kitab  barədə 

soruĢdu. 

– Yakobinçilərin riĢxəndinə əsas verməmək və cənab 

Adolfun sualına  cavab verə bilməyim  üçün  yaxĢı  olardı ki, 




www.vivo-book.com 

 

88 



sizin  qulluqçularınızdan  kimsə  həmin  kitab  dükanına  abunə 

yazılsın. 

–  Hə,  bunu  yaxĢı  düĢünmüsünüz  –  sevindiyi  açıq-

aĢkar hiss olunan cənab Renal cavab verdi. 

–  Amma  istənilən  halda  əvvəlcədən  tədbir  görmək 

lazımdır.  –  Jülyen  üzündə  ciddi,  hətta  çoxdandır  ki,  can 

atdıqları  hədəfə  çatdıqlarını  hiss  eləyən  adamların  üzündə 

olan  yorğun  ifadəylə  dedi.  –  Gərək  diqqət  eləyək  ki, 

qulluqçunuz  oxumağa  roman-zad  götürməsin.  O  kitablar 

evdə peyda olar-olmaz, bütün qulluqçu qızların da, xidmətçi 

oğlanların da əxlaqını korlayar. 

– Bəs siyasi pamfletlər? Onlar yadınızdan çıxdımı? – 

cənab Renal vacib səslə qeyd elədi. 

O, uĢaqlarının mürəbbəsi olan bu adamın tapdığı bu 

siyasi gediĢə heyran qaldığını büruzə vermək istəmirdi. 

Beləliklə,  Jülyenin  həyatı  bu  xırda  hiyləgərliklərlə 

keçirdi.  Və  belə  uğurlar  onu  xanım  Renalın  qəlbindəki 

səmimi  meyildən  daha  çox  maraqlandırırdı.  Özünə  qarĢı 

olan bu gizli meyli o çox yaxĢı hiss edirdi. 



www.vivo-book.com 

 

89 



Jülyenin indiyə qədərki ruhi halı cənab merin evində 

də  ona  hakim  kəsilmiĢdi.  Atasının  miĢarxanasında  olduğu 

kimi, burada da ətrafındakı insanlara nifrət eləyir və onların 

da özünə nifrət elədiyini hiss eləyirdi. 

Hər  gün  cənab  Valnonun,  bələdiyyə  sədrinin 

köməkçisinin  və  ailənin  dostu  olan  hamının  müxtəlif 

hadisələr barədəki söhbətlərinə qulaq asır və görürdü ki, bu 

adamların təsəvvürləri gerçəkdən nə qədər uzaqdır. Onun öz 

aləmində heyran olduğu hər hansı bir hadisə ətrafındakıların 

qəzəbinə  səbəb  olurdu.  Oğlan  durmadan  öz-özünə 

təkrarlayırdı: “Necə də mənfur adamlardır! Əbləhlər!” 

Maraqlı  olan  bu  idi  ki,  özünü  belə  təkəbbürlü 

tutduğuna  baxmayaraq,  çox  vaxt  o,  yanındakıların 

danıĢdıqlarından heç nə baĢa düĢmürdü. 

Onun  açıq  danıĢdığı  yeganə  insan  qoca  loğman  idi. 

Loğmanın  bilgilərisə  ancaq  Napoleonun  müharibələri  və 

cərrahiyyə  iĢindən  ibarət  idi.  Ən  əzablı  əməliyyatların 

xırdalıqlarla  dolu  təsviri  Jülyenin  gənclik  cəsarətini 

alovlandırırdı. Bu əməliyyatlardan söz düĢəndə o: 

– Mən gözümü qırpmadan dözərdim – deyirdi. 




www.vivo-book.com 

 

90 



Xanım  Renal  ilk  dəfə  onunla  uĢaqların  təhsilindən 

kənar  bir  Ģey  barədə  söhbət  eləmək  istəyəndə  Jülyen  ona 

cərrahiyyə  əməliyyatlarından  danıĢmağa  baĢladı.  Rəngi 

ağaran qadın ondan susmasını xahiĢ elədi. 

Jülyensə  bunlardan  baĢqa  heç  nə  bilmirdi.  Onun 

həyatı  xanım  Renalla  daimi  ünsiyyətdə  keçməyinə 

baxmayaraq,  qadınla  ikilikdə  qalan  kimi  onların  aralarında 

sükut baĢlayırdı. 

Adam arasında, qonaq otağında oğlan özünü nə qədər 

təmkinli tutsa da, qadın onun  gözlərindəki  ən  xırda  iĢartını, 

evlərindəki hər kəsdən ağıllı görünüĢünü gözdən qaçırmırdı. 

Amma onunla ikilikdə qalan kimi, Jülyen özünü itirirdi. Bu, 

ona  ağır  gəlirdi,  çünki  xanım  Renal  qadın  həssaslığıyla 

anlayırdı  ki,  bu  çaĢqınlığın  səbəbi  hansısa  isti  duyğular 

deyil. 

Qoca  loğmanın  danıĢıqlarından  öyrəndiyi  yüksək 



cəmiyyət haqqında qarmaqarıĢıq təsəvvürlərə qapılan Jülyen 

qadınlarla  söhbət  zamanı  araya  sükut  çökməyini  özü  üçün 

təhqir  hesab  eləyirdi.  Ona  elə  gəlirdi  ki,  bu  sükutun 



www.vivo-book.com 

 

91 



günahkarı  özüdür.  Amma  qadınla  ikilikdə  qalanda  belə 

sükut baĢlayırdısa, onun yaĢadığı əzab yüz qat artırdı. 

Qadınla  ikilikdə  qalanda  nələrdən  danıĢmaq  lazım 

olduğu  barədə  olan  ağlasığmaz  ispansayağı  təsəvvürlərlə 

zəngin təxəyyülü çaĢqınlıq anlarında ona qəribə Ģeylər diktə 

eləyirdi. Öz təsəvvüründə o nə qədər cəsarətli olurdu! Buna 

baxmayaraq,  bu  alçaldıcı  sükutu  çözə  bilmirdi.  Bu  ağır 

əzablara görə də oğlanın quru üzü xanım Renal və uĢaqlarla 

gəzintilər zamanı daha rəsmi və tutqun olurdu. 

Jülyen dəhĢətli dərəcədə özünə nifrət eləyirdi. Özünü 

danıĢmağa  məcbur  eləyəndəsə,  bədbəxtlikdən  mütləq  nəsə 

çox  axmaq  bir  Ģey  deyirdi.  Ən  dəhĢətlisi  də  bu  idi  ki,  o, 

nəinki  öz  hərəkətinin  yersizliyini  görür,  hətta  bunu 

böyüdürdü də. 

Amma bu məsələdə oğlanın görə bilmədiyi bir Ģey də 

vardı. Onun özünün görə bilmədiyi gözləri elə gözəl idi, bu 

gözlər yaxĢı aktyorların gözləri kimi elə odlu-odlu parlayırdı 

ki,  hətta  danıĢdığı  ən  axmaq  sözlərə  belə  bənzərsiz  məna 

verirdi. 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə