Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə180/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   176   177   178   179   180   181   182   183   ...   197

www.vivo-book.com 

 

901 



Bir  dəfə,  Jülyenin  bu  aralar  ona  məktub  yazmadığına 

iki-üç  dəfə  əmin  olandan  sonra,  qəfildən  oğlana  cavab 

yazmaq  qərarına  gəldi.  Jülyen  bu  qələbəyə  görə,  xanım  de 

Fervakın  darıxmağına  minnətdar  olmalıydı.  Amma  ikinci 

məktubu yazanda xanım de Fervak tərəddüd elədi: “Markiz 

de La-Mollun evinə, cənab Jülyen Sorelə” ünvanını öz əliylə 

yazmaq  ona  olduqca  ədəbsiz  bir  hərəkət  kimi  göründü. 

Həmin axĢam o çox rəsmi səslə Jülyenə: 

– Mənə sizin ünvanınız olan zərflər lazımdır – dedi. 

Jülyen düĢündü: 

“Hə, deməli, mən artıq xidmətçi məĢuq rolundayam”. 

Oğlan xanım de Fervaka təzim edərək, məktubu alanda 

markizin qoca xidmətçisi Arsenin üzünü təsəvvür elədi.  

Həmin  axĢam  Jülyen  xanım  de  Fervaka  bir  yığın  zərf 

apardı  və  sabah  səhər  üçüncü  məktubu  aldı.  Oğlan 

məktubun  əvvəlindən  də,  axırından  da  beĢ-altı  sətir  oxudu. 

Məktubun  özüsə  xırda  xətlə  yazılmıĢ  dörd  vərəqdən  ibarət 

idi. 


YavaĢ-yavaĢ  xanım  de  Fervakda  hər  gün  məktub 

yazmaq  vərdiĢi  əmələ  gəldi.  Jülyen  rus  zadəganının 




www.vivo-book.com 

 

902 



məktublarının  üzünü  köçürərək,  onun  məktublarına  cavab 

verirdi. Rus gəncinin məktublarının üslubu elə idi ki, xanım 

de Fervak aldığı kağızlardakı mətnin onun öz yazdıqlarının 

cavabı olmadığına təəccüblənmirdi.  

Əgər  evdə  Jülyenin  arxasınca  casusluq  eləməyi  öz 

boynuna götürmüĢ cənab Tambo oğlanın otağını axtarsa və 

xanım  de  Fervaka  onun  bütün  məktublarının  möhürü 

açılmamıĢ halda yazı masasının gözündə saxlanıldığını desə, 

marĢalın dul arvadının qüruru necə təhqir olunardı! 

Bir  səhər  Ģveytsar  xanım  de  Fervakın  məktubunu 

Jülyenin iĢ otağına, markizin kitabxanasına gətirdi. Matilda 

məktub  aparan  Ģveytsarı  gördü  və  zərfin  üstünə  baxanda 

Jülyenin xəttini tanıdı.  

ġveytsar otaqdan çıxan kimi, Matilda kitabxanaya girdi 

– məktub hələ də masanın kənarındaydı. BaĢı iĢinə qarıĢmıĢ 

Jülyen məktubu gizlətməyə vaxt tapmamıĢdı.  

–  Yox,  mən  daha  buna  dözə  bilmərəm!  –  Matilda 

qıĢqıraraq,  məktubu  qapdı.  –  Siz  məni  görmürmüĢ  kimi 

davranırsınız,  axı  mən  sizin  arvadınızam,  cənab!  Sizin 

davranıĢınız dəhĢətdir! 




www.vivo-book.com 

 

903 



Amma  bu  sözləri  deyər-deməz,  özünü  belə 

ədəbsizcəsinə  çılğın  apardığına  görə  qüruru  zədələnmiĢ  qız 

qəzəbləndi.  Matilda  elə  ağladı  ki,  Jülyen  qızın  bu  dəqiqə 

özündən gedəcəyini düĢündü. 

Qızın gözlənilməz hərəkətindən özünü itirən Jülyen bu 

səhnənin  necə  həzverici  gözləntilərdən  xəbər  verdiyinin 

fərqinə  varmadı.  O,  Matildaya  oturması  üçün  kömək  elədi: 

qız az qala onun qucağına yıxıldı.  

Ġlk  dəqiqələrdə  oğlan  sevindiyindən  az  qaldı  ağlını 

itirsin. Amma tez özünə gəlib, Korazovun sözlərini xatırladı.  

“Yox,  mən  bircə  kəlmə  də  desəm,  hər  Ģeyi  məhv 

eləyərəm”. 

Ehtiyat  siyasətinin  ona  diktə  elədiyi  məcburi  təmkin 

oğlana  o  qədər  əzab  verirdi  ki,  gərginlikdən  qollarının 

əzələləri bərkidi.  

“Mən  heç  bu  gözəl,  hamar  gərdəni  qucaqlamağı  da 

özümə  icazə  verə  bilmərəm.  Belə  eləsəm,  o  yenə  mənə 

üstdən aĢağı baxacaq, yanından qovacaq. Ġlahi, bu nə axmaq 

xasiyyətdir!”  



www.vivo-book.com 

 

904 



Matildanın  xasiyyətini  lənətlədikcə,  o  bu  qızı  yüzqat 

çox sevirdi, indi ona elə gəlirdi ki, qucağındakı kraliçadır.  

Jülyenin  təmkini,  soyuqluğu  Matildanın  ürəyini  didib-

dağıdan parçalanmıĢ qürurunun əzablarını daha da artırdı. O 

bu dəqiqə  soyuqqanlılıqla  düĢünmək  iqtidarında deyildi:  bu 

dəqiqə Jülyenin gözlərinə baxmaq və onun nə hiss elədiyini 

öyrənmək  qızın  ağlına  gəlmirdi.  O,  Jülyenin  gözlərinə 

baxmağa  cəsarət  eləmirdi  –  Matilda  bu  gözlərdə  nifrət 

görəcəyindən qorxurdu. 

Matilda  arxasını  Jülyenə  çevirərək,  kitabxanadakı 

divanda oturmuĢdu, sevgi və qürurun insan qəlbinə gətirdiyi 

əzablar onun ürəyini didib-parçalayırdı. Axı necə ola bilərdi 

ki, o özünə belə dəhĢətli bir addım atmağa icazə versin? 

“Ġlahi, mən necə də bədbəxtəm! Utanmağı, ləyaqəti bir 

kənara  qoyub,  az  qala  özünü  təklif  eləyəsən  və  rədd 

edildiyini  görəsən?  Özü  də  məni  gör,  kim  rədd  eləyir?! 

Atamın qulluqçusu!” 

– Yox, mən buna dözə bilmərəm – qız bərkdən dedi. 

Bunu  deyərək,  Matilda  ayağa  qalxdı,  dəli  kimi  yazı 

masasına  tərəf  atılıb,  siyirmələrdən  birini  çəkdi.  ġveytsarın 




www.vivo-book.com 

 

905 



bayaq  gətirdiyi  möhürü  açılmamıĢ  zərflərdən  az  qala  onu 

yerə səpələndi – qız heyrətdən yerindəcə quruyub qalmıĢdı. 

Məktubların 

hər  birinin  üstündə  Jülyenin  azacıq 

dəyiĢdirilmiĢ  xəttiylə  ünvan  yazılmıĢdı.  Matilda  dəli  kimi 

qıĢqırdı: 

–  Demək,  belə?  Deməli,  onunla  yaxınlıq  eləməkdən 

baĢqa, siz həm də ona nifrət edirsiniz?! Siz, sizin kimi alçaq 

bir adam xanım de Fervaka nifrət eləyir?!  

Qəfildən Matilda Jülyenin ayaqlarına qapandı: 

–  Ah!  BağıĢla  məni,  sevgilim!  Ġstəyirsən,  lap  mənə 

nifrət  elə,  amma  sev  məni!  Mən  sənin  sevgin  olmadan 

yaĢaya bilmirəm! 

Bunu deyərək, qız huĢunu itirib, yerə sərildi.  

“Bu  da  o  qürurlu  qız!  Mənim  ayaqlarıma  qapanıb!”  – 

deyə, Jülyen düĢündü. 

 

 

 



XXX 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə