Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə181/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   177   178   179   180   181   182   183   184   ...   197

www.vivo-book.com 

 

906 



 

  KOMĠK OPERADAKI LOJA 

 

  As the blackest sky 



  Foretells the heaviest tempest 

    Don juan, s LXXIII

64

 

 



Bu  çılğın  səhnə  yaĢananda  Jülyen  sevincdən  daha  çox 

heyrət hiss eləyirdi. Matildanın təhqiredici sözləri oğlanı rus 

siyasətinin müdrikliyinə inandırdı. 

“Mümkün  qədər  az  danıĢmaq  və  az  hərəkət  eləmək  – 

mənim xilasım bundadır”. 

                                                 

64

Göy üzünü bürümüĢ qara-qara buludlar 



Qəzəbli bir tufandan xəbər verən sayağı 

Bayron, “Don Juan”, birinci nəğmə (ing.) 

 

 



www.vivo-book.com 

 

907 



O, Matildanı yerdən qaldırıb, bircə kəlmə də demədən, 

onu  divanda  otuzdurdu.  Qız  yavaĢ-yavaĢ  özünə  gəlir, 

gözlərindən axan yaĢ yanaqları boyu süzülürdü. 

Özünü birtəhər ələ almaq üçün, qız xanım de Fervakın 

məktublarını  götürüb,  aramla  bir-bir  açmağa  baĢladı. 

Matilda marĢal arvadının xəttini tanıyanda özünü itirdi. Qız 

məktubları  oxumadan  vərəqləri  səhifələməyə  baĢladı  –  hər 

məktubda ən azı altı səhifə vardı.  

Hələ  də  Jülyenin  üzünə  baxmağa  cəsarət  eləməyən 

Matilda yalvarıcı səslə dedi: 

–  Heç  olmasa,  mənə  cavab  verin.  Mənim  qürurumu 

tanıyırsınız, mən ərköyünəm, bədbəxtlik də bundadır – bunu 

etiraf  eləyirəm.  Mənə  cavab  verin,  deməli,  indi  sizin 

ürəyiniz  xanım  de  Fervakın  sevgisilə  döyünür,  deməli,  o 

sizin  sevginizi  mənim  əlimdən  alıb?  Bu  necə  ola  bilər,  axı 

bu  dəhĢətli  sevgiyə  uyub,  mənim  sizin  üçün  verdiyim 

qurbanları o verməyib? 

Jülyenin cavabı qaraqabaq bir sükutdan ibarət oldu. 

“Onun  nə  haqqı  var  ki,  məndən  ləyaqətli  insana  xas 

olmayan belə qeyri-ciddilik tələb eləsin?” – o düĢündü. 




www.vivo-book.com 

 

908 



Matilda yazılı vərəqləri oxumağa cəhd elədi, amma göz 

yaĢları oxumağına mane oldu. 

Düz  bir  ay  idi  ki,  o  özünü  izahagəlməz  dərəcədə 

bədbəxt  hiss  eləyirdi,  amma  qüruru  ona  hisslərini  etiraf 

etməyə  imkan  vermirdi.  Qəfil  təsadüf  onu  partlamağa 

məcbur  elədi.  Qısqanclıq  və  sevgi  onun  qəlbinə  birdən 

hücum eləyib, qızın qürurunu məğlub elədi. 

Matilda  divanda,  düz  Jülyenin  yanında  oturmuĢdu. 

Jülyen  onun  saçlarını,  ağ  mərmər  kimi  boynunu  görürdü. 

Qəfildən oğlan özünə təlqin etdiyi hər Ģeyi unudaraq, sakitcə 

qızın belindən yapıĢıb, onu sinəsinə sıxdı. 

Matilda  baĢını  yavaĢca  qaldırıb,  ona  baxdı  –  Jülyen 

qızın  gözlərindəki  nəhayətsiz  kədəri  görüb,  heyrətə  gəldi: 

onun  hər  zamankı  baxıĢlarında  heç  vaxt  belə  kədər 

olmamıĢdı! 

Jülyen  hiss  elədi  ki,  daha  özüylə  bacarmır:  o  daha 

özünü zorlaya bilmirdi, buna daha gücü çatmırdı. 

“Tezliklə  bu  gözlərdə  buz  kimi  soyuq  laqeydlikdən 

baĢqa heç nə olmayacaq, – Jülyen öz-özünə dedi. – Mən bu 



www.vivo-book.com 

 

909 



xoĢbəxtliyə  təslim  olmamalıyam,  mən  onu  sevdiyimi 

deməməliyəm!” 

Matildasa güclə eĢidilən, tez-tez qırılan səslə qürurunun 

öhdəsindən gələ bilmədiyi üçün yol verdiyi hərəkətlərindən 

necə peĢman olduğunu təkrarlayırdı. 

– Mənim də qürurum var, – üzündən ruhunun nə qədər 

yorulduğu hiss olunan Jülyen zorla dilləndi. 

Matilda  çılğınlıqla  ona  tərəf  döndü.  O,  Jülyenin  səsini 

eĢidəcəyinə  ümidini  artıq  itirmiĢdi  –  indi  bu  səsi  eĢitmək 

necə  böyük  xoĢbəxtlik  idi!  Qız  bu  dəqiqə  öz  qürurunu 

lənətləyir, nəsə elə qeyri-adi bir hərəkət eləmək istəyirdi ki, 

Jülyeni necə sevdiyini və ona əzab verdiyi üçün özünə necə 

nifrət elədiyini göstərə bilsin! 

–  Yəqin  ki,  məni  bir  anlıq  öz  diqqətinizə  layiq 

bilməyinizin  də  səbəbi  elə  bu  qürurdur,  –  Jülyen  sözünə 

davam elədi. – Mənə əsl kiĢiyə xas olan təmkinim sayəsində 

azacıq  hörmət  elədiyinizə  də  heç  bir  Ģübhəm  yoxdur.  Mən 

xanım de Fervakı sevə bilərəm... 

Matilda  titrədi,  onun  gözləri  nəsə  izahedilməz  bir 

ifadəylə  doldu.  Ona  elə  gəlirdi  ki,  bu  dəqiqə  öz  edam 




www.vivo-book.com 

 

910 



hökmünü eĢidəcək. Onun bu davranıĢı Jülyenin gözlərindən 

qaçmadı,  hiss  elədi  ki,  daha  gücü  çatmır.  Dodaqlarının 

dediyi  mənasız  sözlərə  özü  qulaq  verə-verə  Jülyen 

düĢünürdü: 

“Ġlahi,  kaĢ  mən  bu  rəngi  avazımıĢ  yanaqları  ona  hiss 

etdirmədən öpə biləydim!” 

– ...Mən xanım de Fervakı sevə bilərəm, – oğlan sözünə 

davam  eləsə  də,  səsi  əvvəlki  təmkini  itirir,  onu  artıq  güclə 

eĢitmək  olurdu  –  amma  onun  özünün  mənimlə 

maraqlanmağına dair heç bir sübutum yoxdur. 

Matilda onun üzünə baxdı. Jülyen bu baxıĢ sınağından 

birtəhər keçə bildi, ən azı elə elədi ki, qız onun üzündən heç 

nə  oxuya  bilməsin.  Jülyenin  içi  sevgiylə  dolmuĢdu,  o,  bu 

sevginin  bütün  bədənini  bürüdüyünü,  ürəyinin  ən  əlçatmaz 

künc-bucaqlarını belə siləbəsilə doldurduğunu hiss eləyirdi. 

O hələ heç vaxt Matildaya belə sitayiĢ etməmiĢdi, bu dəqiqə 

o, ən azı Matildanın özü qədər ağlını itirmiĢdi. Əgər Matilda 

bu dəqiqə özündə bircə damcı təmkin və soyuqqanlılıq tapa 

bilsəydi,  Jülyeni  ayaqlarına  qapanmağa  və  bu  boĢ,  mənasız 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə