Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə182/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   178   179   180   181   182   183   184   185   ...   197

www.vivo-book.com 

 

911 



oyunu  bitirməyə  məcbur  edə  bilərdi.  Amma  Jülyen 

canındakı son gücü bir yerə yığıb, sözünə davam elədi.  

“Ah,  Korazov,  –  oğlan  ürəyində  deyirdi,  –  kaĢ,  sən 

burda  olaydın!  Ġndi,  belə  məqamda  nə  eləməli  olduğumu 

bircə kəlməylə mənə baĢa salaydın!” 

Bu an onun dodaqları isə baĢqa Ģey deyirdi: 

–  Mən  xanım  de  Fervaka  qarĢı  heç  nə  hiss  eləməsəm 

belə,  ona  bəslədiyim  minnətdarlıq  hissi  o  qadına 

bağlanmağım  üçün  bəs  eləyərdi.  O  mənə  qarĢı  elə  lütfkar 

oldu, siz mənə nifrət eləyəndə o mənə elə təskinlik verdi ki! 

Mənim  kifayət  qədər  əsasım  var  ki,  özümə  çox  xoĢ  gələn, 

amma böyük ehtimalla tez ötüb-keçən hisslərə inanmayım. 

– Ġlahi! – Matilda qıĢqırdı. 

– Doğrudan da, siz mənə necə təminat verə bilərsiniz? – 

diplomatsayağı  təmkini  qəfil  əlindən  verən  Jülyen  dedi.  – 

Bir  də  ki,  hansı  təminatdan  söhbət  gedə  bilər?  Hansı  Tanrı 

sizin bu dəqiqə mənə göstərdiyiniz diqqətin iki gündən artıq 

davam edəcəyinə zamin dura bilər? 




www.vivo-book.com 

 

912 



–  Mənim  sonsuz  sevgim,  bir  də,  əgər  siz  daha  məni 

sevmirsinizsə,  sonsuz  dərdim  zamin  dura  bilər,  –  qız  bunu 

deyib, onun əllərindən yapıĢdı.  

Bu  qəfil  hərəkəti  eləyəndə,  Matildanın  əynindəki 

pelerinin  bir  çiyni  azacıq  sürüĢdü  və  Jülyen  onun  gözəl 

çiynini  gördü.  Qızın  azacıq  dağılmıĢ  saçları  onun  yadına 

qısa sürən o gözəl çağları saldı... 

Jülyen təslim olmağın bir addımlığındaydı.  

“DüĢünmədən  deyilmiĢ  bircə  kəlmə...  –  o  düĢündü.  – 

Və  mən  yenə  aylarla  ümidsizliyə  düçar olacağam. Ürəyinin 

dediyinə  əməl  eləyəndə  xanım  de  Renal  özünə  əsaslı 

bəhanələr  tapırdı.  Bu  kübar  qızsa  ürəyin  dediyinə  əməl 

etməyə  ancaq  ağlıyla  əmin  olandan sonra qəlbinin  dediyinə 

qulaq asır. 

Bu  gerçəklik  onu  özünə  gətirdi  və  bayaqkı  təmkinini 

ona qaytardı. 

Jülyen  Matildanın  bərk-bərk  sıxdığı  əllərini  qızın 

əllərinin  arasından  çıxartdı  və  rəsmi  bir  nəzakətlə  ondan 

aralandı. Bunu eləmək üçün, o, bir insanın qadir ola biləcəyi 

bütün  qüvvəsini,  bütün  təmkinini  toplamalı  oldu.  Sonra  o 




www.vivo-book.com 

 

913 



xanım  de  Fervakın  divanın  üstünə  səpələnmiĢ  məktublarını 

bir  yerə  yığaraq,  bu  dəqiqə  olduqca  amansız  görünən 

bayaqkı rəsmi nəzakətlə dedi:  

– Ümid edirəm ki, madmazel de La-Moll mənə bunları 

düĢünməyə icazə verəcək. 

Sonra  Jülyen  cəld  addımlarla  kitabxanadan  çıxdı.  Qız 

onun qapıları bir-bir arxasınca örtüb uzaqlaĢdığını eĢitdi. 

“O  heç  bir  damcı  da  təsirlənmədi!  Necə  də  dəhĢətli 

adamdır!  –  Matilda  düĢündü.  –  Ġlahi,  mən  ona  “dəhĢətli 

adam”  deyirəm?  Yox,  o  ağıllı,  hər  Ģeyi  qabaqcadan  görən 

adamdır.  Mən  özüm,  təkcə  mən  günahkaram,  özü  də  elə 

günahkaram  ki,  bundan  o  yanasını  düĢünmək  mümkün 

deyil!” 

Matilda bütün gününü bu faciəvi ovqatda keçirtdi. Qız 

az  qala  özünü  xoĢbəxt  hiss  eləyirdi,  çünki  indi  onun  bütün 

varlığını təkcə sevgi bürümüĢdü: ona elə gəlirdi ki, qəlbi heç 

vaxt qürur – özü də necə qürur! – ağrısını yaĢamayıb! 

AxĢam  qulluqçu  xanım  de  Fervakın  gəliĢini  xəbər 

verəndə,  qız  dəhĢətlə  titrədi.  Qulluqçunun  səsi  ona 

bədbəxtlik  gətirən  bir  səs  kimi  gəldi.  Matilda  özünü  xanım 




www.vivo-book.com 

 

914 



de  Fervakla  üz-üzə  gəlməyə  hazır  hiss  eləmirdi  və  tələsik 

qonaq otağını tərk elədi. 

Belə çətinliklə nail olduğu qələbəylə qürrələnmək üçün 

Jülyenin çox əsası yox idi, oğlan özünü ələ verməmək üçün 

bu  gün  de  La-Molların  qəsrində  nahar  eləməmiĢdi. 

Matildayla  təkbətək  döyüĢdən  sonra  vaxt  keçdikcə  onun 

sevgisi sürətlə artırdı. O artıq özünü danlamaq üzrəydi: 

–  Necə  oldu  ki,  mən  ona  təslim  olmadım?  Birdən,  o 

məni  tamam  yaddan  çıxarsa,  nə  olacaq?  Bu  təkəbbürlü 

ürəkdən  hər  Ģey  gözləmək  olar,  o  bircə  anın  içində  qəfil 

qərarlar  verə  bilər.  Mənsə  özümə  etiraf  eləməliyəm  ki,  bu 

gün onunla dəhĢətli dərəcədə pis rəftar elədim. 

AxĢam  onun  yadına  düĢdü  ki,  mütləq  Komik  Operada 

xanım  de  Fervakın  lojasına  baĢ  çəkməlidir.  Xanım  de 

Fervak  hətta  ona  məxsusi  dəvətnamə  göndərmiĢdi.  Əlbəttə, 

Matilda  artıq  bundan  xəbər  tutmuĢdu  və  qız  oğlanın  xanım 

de Fervakın lojasına gedib-getmədiyini də biləcəkdi. Amma 

ehtimallar nə qədər güclü olsa da, axĢam düĢəndə, oğlan hiss 

elədi  ki,  adam  arasına  çıxacaq  halda  deyil.  Operaya  getsə, 



www.vivo-book.com 

 

915 



orada  insanlarla  danıĢmalı  olacaqdı,  bu  isə  bugünkü 

sevincinin yarısını xərcləmək demək idi. 

Saatlar  onu  göstərdi:  nəyin  bahasına  olursaolsun, 

getmək lazım idi. 

XoĢbəxtlikdən  həmin  axĢam  xanım  de  Fervakın  lojası 

kübar  xanımlarla  doluydu,  onu  lap  kənara  əyləĢdirdilər, 

Jülyen  də  füsətdən  istifadə  eləyib,  Ģlyapa  buludlarının 

arxasında gizlənə bildi. 

Belə təsadüf onu xilas elədi, yoxsa Jülyen pis vəziyyətə 

düĢə bilərdi: “Gizli nikah”dakı Karolinanın etiraflarıyla dolu 

ilahi  səslər  onu  göz yaĢlarına  qərq  olmağa  məcbur  eləyirdi. 

Xanım de Fervak Jülyenin ağladığının fərqinə varmıĢdı.  

Bu  göz  yaĢları Jülyenin  adətən sifətində gəzdirdiyi  əsl 

kiĢiyana  təmkinlə  elə  ziddiyyət  təĢkil  edirdi  ki,  hətta  qəlbi 

çoxdan  xəstəhalcasına  özünəvurğun,  görməmiĢ  qadınlara 

xas  iti  hisslərdən  doymuĢ  bu  kübar  qadın  belə  təsirləndi. 

Onun  içində  qadınlıqdan  qalan  nə  vardısa,  elə  tərpənmiĢdi 

ki,  xanım  de  Fervak  Jülyenlə  danıĢmaq  istədi.  Məhz  bu 

dəqiqə onun səsini eĢitmək xanım de Fervak üçün vacib idi. 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə