Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə184/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   180   181   182   183   184   185   186   187   ...   197

www.vivo-book.com 

 

921 



olduğunu  dərk  eləyirdi.  O  dayanmadan  öz-özünə 

təkrarlayırdı: 

“Onu  qorxu  içində  saxlamaq  lazımdır!  Matilda  hər 

dəqiqə  özünə  bu  sualı  verməlidi:  O  məni  sevirmi?  Onun 

ailəsinin  nüfuzu,  hər  gün  ətrafındakıların  durmadan  ona 

yaltaqlanması  Matildanı  həddən  artıq  özündən  arxayın 

eləyir”. 

Matilda 


rəngi  ağarmıĢ 

halda,  sakitcə  divanda 

oturmuĢdu,  amma  ona  baxan  kimi  qızın  yerindən  tərpənə 

bilmədiyini bilmək olurdu.  

Jülyen içəri girən kimi, qız əlini ona uzatdı: 

–  Əzizim,  mən  sənin  xətrinə  dəymiĢəm,  düzdü,  sən 

mənə hirslənməkdə haqlısan. 

Jülyen qızın belə sadə sözlərlə danıĢacağını gözləmirdi. 

O az qaldı ki, özünü ələ versin. 

–  Əzizim,  sən  məndən  təminat  istəyirsən?  –  bir  az 

susub,  Jülyenin  öz  sükutunu  pozacağına  ümid  eləyən  qız, 

təzədən  dilləndi.  –  Haqlısan.  Apar  məni,  birlikdə  Londona 

gedək.  Bu  hərəkət  məni  ömürlük  məhv  eləyər,  adımı 

ləkələyər. Qız əllərini Jülyenin əlindən çəkib, üzünü qapadı. 




www.vivo-book.com 

 

922 



Qadın  utancaqlığı  yenə  onun  qəlbinə  hakim  kəsildi.  –  Qoy 

mən ləkələnim, hə, bu da sizə təminat. 

“Təmkinimi  qoruyub  saxladığıma  görə  mən  dünən 

özümü  xoĢbəxt  hiss  eləyirdim”  –  Jülyen  düĢündü.  Bir  az 

susandan  sonra,  o  özünü  təzədən  ələ  alıb,  bacardığı  qədər 

soyuq səslə qıza dedi: 

–  Hə,  deyək  ki,  səninlə  Londona  getdik,  deyək  ki, 

özünüz demiĢkən, adınız ləkələndi. Mənə kim təminat verə 

bilər 

ki,  poçt  karetasında  qəfildən  mənə  nifrət 



eləməyəcəksiniz?  Mən  ürəksiz  adam  deyiləm.  Sizin  adınızı 

ləkələyib,  cəmiyyətin  gözündən  salmaq  mənim  üçün  daha 

bir bədbəxtlik olar. Axı bizim aramızdakı maneə təkcə sizin 

cəmiyyətdəki yeriniz deyil. Məsələ sizin xasiyyətinizin belə 

olmağındadır. Siz heç olmasa özünüzə söz verə bilərsiniz ki, 

məni bircə həftə sevəcəksiniz? 

“Ġlahi, o məni bircə həftə, bircə həftə sevsəydi! – Jülyen 

öz-özünə  pıçıldayırdı.  –  Mən  sevindiyimdən  ölərdim. 

Gələcək,  bu  həyat,  bunlardan  mənə  nə  var?  Əgər  mən 

istəsəm, cənnət həzzini elə bu dəqiqədən baĢlayaraq, yaĢaya 




www.vivo-book.com 

 

923 



bilərəm!  Bu  ancaq  məndən  asılıdır!”  Matilda Jülyenin  fikrə 

getdiyinin fərqinə vardı. 

–  Deməli,  mən  sizə  layiq  deyiləm?  –  qız  Jülyenin 

əlindən yapıĢaraq, dedi. 

Jülyen onu qucaqlayıb, öpdü. Amma elə həmin anda da 

elə bil dəmir bir əl onun ürəyini bərk-bərk sıxdı.  

“Matilda mənim onu nə qədər sevdiyimi bilsə, mən onu 

təzədən  itirə  bilərəm!”  –  deyə  düĢünərək,  Jülyen  təmkinli 

kiĢilərə  xas  olan  bir  görünüĢ  alaraq,  qızı  qucağından 

buraxdı.  

Həmin  gün  və  sonrakı  bütün  günlərdə  o  özünün 

izahagəlməz xoĢbəxtliyini ustalıqla gizləyirdi. Elə dəqiqələr 

olurdu 

ki, 


hətta 


özünü  qızı  bağrına  basmaq 

xoĢbəxtliyindən məhrum eləyirdi. 

Amma  elə  dəqiqələr də olurdu ki, xoĢbəxtlikdən ağlını 

itirərək, o bütün təmkinli tədbirləri yaddan çıxarırdı. 

Bir vaxtlar Jülyenin bağda sevimli yeri vardı – kolların 

sıx  yerində,  bağbanın  nərdivanı  qoyduğu  yerdə,  ətirli 

yarpaqların  arasında  gizlənərək,  Matildanın  pəncərəsinin 

barmaqlıqlı 

qapaqlarına 

baxır 


və 

sevgilisinin 




www.vivo-book.com 

 

924 



hərdəmxəyallığının  əzabını  çəkirdi.  Yaxınlıqda  ucalan 

nəhəng palıd Jülyeni Ģər gözlərdən qoruyurdu. 

Bir  dəfə,  onlar  birlikdə  bağçada  gəziĢəndə,  həmin 

yerdən  keçməli  oldular:  bura  Jülyenə  əzablı  dəqiqələrini 

xatırlatdı. Oğlan hələ bu yaxınlarda yaĢadığı iztirablı anlarla 

indiki  həzzin  arasındakı  fərqi  düĢündü  və  gözləri  doldu. 

Jülyen Matildanın əlini dodaqlarına yaxınlaĢdırıb dedi: 

–  Mən  burada  gizlənib,  sizi  düĢünür,  bu  pəncərə 

qapaqlarına  saatlarla  baxaraq,  bu  gözəl  əlin  pəncərəni 

açacağı o xoĢbəxt anı səbirsizliklə gözləyirdim. 

Və Jülyen daha özünü zorlaya bilmədi. 

O  bütün  səmimiyyətilə  –  axı  belə  səmimiliyi  heç  cür 

oynamaq  olmur  –  acı  məyusluq  anlarının  necə  dəhĢətli 

olduğunu Matildaya danıĢmağa baĢladı. Arada özündən asılı 

olmadan  büruzə  verdiyi  sevinc  çığırtıları  onun  indi,  o 

dəhĢətli  əzablar  keçəndən  sonra  necə  xoĢbəxt  olduğunu 

açıq-aĢkar ələ verirdi.  

“Ġlahi,  mən  neynirəm?!  –  qəfildən  özünə  gələn  Jülyen 

düĢündü. – Mən məhv oldum!” 



www.vivo-book.com 

 

925 



Onu  dəhĢət  bürümüĢdü,  Jülyenə  elə  gəlirdi  ki, 

Matildanın  gözləri  daha  ona  bayaqkı  kimi  mehribanlıqla 

baxmır.  Bu,  sadəcə,  özünətəlqin  idi,  amma  Jülyenin  sifəti 

qəfil  dəyiĢərək,  meyit  kimi  ağappaq  oldu.  Onun  gözləri  o 

dəqiqə  parıltısını  itirdi,  çılğın,  səmimi  sevginin  yerini  az 

qala nifrətlə dolu qəzəbli baxıĢlar tutdu. 

–  Sənə  nə  oldu,  əzizim?  –  Matilda  mehribancasına  və 

həyəcanla soruĢdu.  

– Mən yalan deyirdim, – Jülyen əsəbiliklə dedi. – Mən 

sizə  yalan  deyirdim.  Bunu  özümə  bağıĢlamıram.  Tanrı 

Ģahidimdir ki, mən sizə nə qədər hörmət eləyirəm, odur ki, 

sizə  yalan  danıĢa  bilmərəm.  Siz  məni  sevirsiniz,  mənə 

sadiqsiniz,  xoĢunuza  gəlmək  üçün  bəzəkli  ifadələr 

fikirləĢməyin bir adı yoxdur. 

– 

Ġlahi! 


Deməli, 

son 


on 

dəqiqədə 

mənə 

danıĢdıqlarınızın, heyranlıqla qulaq asdığım sözlərin hamısı 



ancaq bərbəzəkli, yalan sözlər idi? 

– Hə, amma əzizim, buna görə indi mən özümü dəhĢətli 

Ģəkildə qınayıram. Bir vaxtlar mən bu yalanları məni həddən 

artıq sevən və zəhləmi tökən bir qadın üçün quraĢdırmıĢdım. 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə