Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə186/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   182   183   184   185   186   187   188   189   ...   197

www.vivo-book.com 

 

931 



olurdu.  O,  Jülyenə  deyə  bilmirdi  ki,  bir  vaxt  cənab  de 

Kruazenua  əlini  mərmər  masaya,  onun  əlinin  üstünə 

qoyanda əlini tez çəkmədiyini məmnuniyyətlə danıĢmağının 

səbəbi bu hadisəni məhz Jülyenə danıĢmağıydı. 

Ġndi  bu  cənablardan  biri  onunla  söhbətə  baĢlar-

baĢlamaz, Matilda mütləq Jülyeni yanına çağırmaq üçün bir 

bəhanə tapır və oğlanı yanında saxlamağa çalıĢırdı. 

Bu  arada  Matilda  hamilə  qaldı  və  sevinə-sevinə  bunu 

Jülyenə dedi. 

–  Hə,  bundan  sonra  da  siz  mənim  sevgimə 

inanmayacaqsınız? Ġndi mən əbədilik sizin arvadınızam. 

Bu  xəbər  Jülyeni  sarsıtdı:  oğlan  artıq  riayət  elədiyi 

plandan imtina eləməyə hazır idi. 

– Özünü mənə görə qurban verən bu bədbəxt qıza qarĢı 

necə belə qəddar ola bilərəm axı?! 

Qızın üzündə nəsə narahatlıq görən kimi, Jülyen özünü 

nə qədər zorlasa da, onların münasibətlərini davam etdirmək 

üçün vacib bildiyi sərt sözlərdən heç birini Matildaya deyə 

bilmirdi. 

Bir gün Matilda dedi: 




www.vivo-book.com 

 

932 



– Mən bu məsələni atama yazmaq barədə düĢünürəm. O 

mənim  üçün  atadan  artıq  bir  adamdı.  O  həm  də  mənim 

dostumdu və mən onu bundan sonra aldatmağı nə sizə, nə də 

özümə yaraĢan bir iĢ hesab eləmirəm. 

– Ġlahi! Siz neyləmək istəyirsiniz? – Jülyen soruĢdu. 

– Mən öz borcumu yerinə yetirmək istəyirəm, – Matilda 

sevincdən  par-par  yanan  gözlərilə  ona  baxaraq,  dedi.  Axır 

ki, o öz sevgilisindən daha cəsarətli çıxmıĢdı! 

– Axı o məni rüsvay eləyib, evdən qovar! 

–  Onun  buna  haqqı  var.  Və  bu  haqqa  hörmətlə 

yanaĢmaq  lazımdı.  Biz  əl-ələ  tutub,  bu  evdən  birlikdə 

çıxacağıq. 

Heyrətdən özünə gələ bilməyən Jülyen ondan bir həftə 

gözləməyini istədi.  

– Olmaz, – Matilda dedi. – Bu, Ģərəf məsələsidir. Mən 

bilirəm  ki,  bu  mənim  borcumdu  və  bu  borcu  tez  yerinə 

yetirmək lazımdı.  

–  Deməli,  belə!  Onda  mən  sizə  əmr  eləyirəm  ki,  bir 

həftə  gözləyəsiniz!  –  Jülyen  inadla  dedi.  –  Sizin  Ģərəfiniz 

sahibsiz  deyil.  Mən  sizin  ərinizəm!  Sizin  bu  qətiyyətli 




www.vivo-book.com 

 

933 



hərəkətiniz bütün həyatımızı dəyiĢəcək. Sizin də, mənim də 

–  hər  ikimizin  həyatını.  Deməli,  bu  məsələdə  mənim  də 

haqqım var. Bu gün həftənin ikinci günüdür, gələn həftənin 

ikinci günü hersoq Retsin evində ziyafət var. Həmin axĢam 

markiz  de  La-Moll  ziyafətdən  qayıdanda  Ģveytsar  o 

gözlənilməz  məktubu  ona  təqdim  edəcək...Atanızın  ən 

böyük arzusu sizin hersoq arvadı olduğunu görməkdir, bunu 

məndən  yaxĢı  heç  kim  bilmir.  Ġlahi,  bu  məktub  onun  üçün 

necə böyük zərbə olacaq! 

– Deyirsiniz yəni, bunun qisası ağır olacaq?  

– Mənə hamilik edən adama mərhəmət göstərə bilərəm, 

ona pislik elədiyimə görə əzab çəkə bilərəm, amma mən heç 

vaxt, heç kimdən qorxmaram. 

Matilda  təslim  oldu.  O  öz  hamiləliyini  bildirəndən 

sonra  ilk  dəfəydi  ki,  Jülyen  onunla  əmr  Ģəklində  danıĢırdı. 

Jülyen hələ heç vaxt onu belə sevməmiĢdi. Ürəyindəki bütün 

zərif  hisslər  indi  qızın  hamiləliyi  bəhanəsindən  yapıĢıb, 

Jülyeni  onunla  sərt  rəftar  etməkdən  çəkindirirdi.  Qızın 

markiz  de  La-Molla  etiraf  etmək  istəyi  Jülyeni  bərk 

həyəcanlandırdı. Ġlahi, birdən onu Matildadan ayırarlar? Qız 




www.vivo-book.com 

 

934 



ilk  vaxtlar  əzab  çəkə  bilər,  amma  onun  gediĢindən  iki  ay 

sonra  Jülyeni  xatırlayacaqmı?  Markizdən  eĢidəcəyə  haqlı 

tənələr,  hədələr  də  onu  az  qorxutmurdu.  AxĢam  o,  ikinci 

qorxusu  barədə  Matildaya  danıĢanda,  hisslərə  qapılaraq, 

özünü unudub, birinci narahatlığını da qıza etiraf elədi. 

Matilda heyrətə gəldi.  

– Doğrudan? Doğrudanmı məndən yarım il ayrı qalmaq 

sizin üçün bədbəxtlikdir? 

–  Bu,  dünyada  tək  Ģeydir  ki,  düĢünəndə  məni  dəhĢətə 

gətirir. 

Matilda xoĢbəxtlikdən göyün yeddinci qatındaydı. Neçə 

vaxtdı Jülyen öz roluna elə uymuĢdu ki, qızın onu daha çox 

sevdiyinə,  öz  sevgisininsə  elə  də  alovlu  olmadığına 

Matildanı inandırmıĢdı. 

Növbəti ikinci gün, o qorxunc gün gəlib çatdı. 

Evə  qayıdan  markiz  bir  məktub  aldı:  məktubun 

üstündəki qeyddə deyilirdi ki, cənab de La-Moll məktubu öz 

əlilə açmalı və təklikdə oxumalıdır. 

“Ata. Aramızdakı bütün ictimai bağlar qırılıb. Ġndi bizi 

ancaq  damarlarımızdan  axan  qanın  eyni  olmağı  bağlayır. 




www.vivo-book.com 

 

935 



Ərimdən  sonra  siz  mənim  üçün  ən  dəyərli  insansınız. 

Gözlərim  yaĢla  dolur,  mən  sizə  vurduğum  zərbəni 

düĢünürəm, amma mənim rüsvayçılığım ictimailəĢməsin, siz 

düĢünmək  və  lazım  olanı  eləmək  üçün  kifayət  qədər  vaxt 

qazanasınız  deyə,  mən  bu  etirafı  gecikdirə  bilmərəm.  Əgər 

sizin  mənə  olan  bağlılığınız  özüm  bildiyim  qədər 

sonsuzdursa,  onda  məncə  qızınıza  balaca  bir  təqaüd 

ayırarsınız.  Mən  öz  ərimlə  sizin  məsləhət  bildiyiniz  yerə, 

məsələn  Ġsveçrəyə  gedərəm.  Onun  soyadı  heç  nə  ifadə 

etmədiyindən,  heç  kim  sizin  qızınızı,  veryerli  dülgərin 

gəlini,  xanım  Soreli  tanımayacaq.  Bayaqdan  yazmağa 

çətinlik 

çəkdiyim 

soyadım 


budur. 

Mən 


sizi 

qəzəbləndirməkdən  qorxuram,  qəzəblənməkdə  nə  qədər 

haqlı olsanız da, bu hirsin Jülyenin baĢında çatlayacağından 

ehtiyatlanıram.  Ata,  mən  hersoq  arvadı  olmayacağam,  onu 

sevən  andan  bunu  baĢa  düĢmüĢəm.  Birinci  mən  onu 

sevmiĢəm, mən onu yoldan çıxarmıĢam. Mən sizdən, bizim 

sələflərimizdən  böyük  ürək  miras  almıĢam.  Bu  ürək  məni 

darıxdırıcı, boz görünən Ģeylərə maraq göstərməyə qoymur. 

Sizin  maraqlarınızı  təmin  eləmək  üçün  mən  cənab  de 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə