Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə188/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   184   185   186   187   188   189   190   191   ...   197

www.vivo-book.com 

 

941 



– Mən qaçmaq istəyirdim. O vaxt sizdən xahiĢ elədim 

ki, məni Langedoka göndərəsiniz. 

Markiz  qəzəbdən  otaq  boyu  o  baĢ-bu  baĢa  qaçırdı. 

Nəhayət,  qaçmaqdan  yorularaq,  dərddən  ikiqat  olaraq 

kürsüyə  çökdü.  Jülyen  onun  dodağının  altında  astadan  öz-

özünə dediyi: 

 “Axı bu heç pis adam da deyil...” sözlərini eĢitdi. 

Oğlan markizin qarĢısında diz çökərək: 

– Yox, mən heç vaxt sizə pislik etmək istəməmiĢəm! – 

deyə  az  qala  yalvardı.  Amma  elə  həmin  dəqiqə  də  bu 

hərəkətindən utanaraq, tez ayağa qalxdı.  

Markiz  yaddaĢını  itirmiĢ  adamlar  kimi  çaĢıb  qalmıĢdı. 

Jülyenin  onun  qarĢısında  necə  diz  çökdüyünü  görəndə,  o 

yenə  də  oğlanı  nəinki  özünə,  heç  mehtərlərə  də 

yaraĢmayacaq  söyüĢlərlə  təhqir  eləməyə  baĢladı.  Bəlkə  də 

öz  nitqində  belə  yeni  sözlər  iĢlətmək  onun  fikrini  bir  az 

dağıdırdı.  

“Necə?  Mənim  qızım  “xanım  Sorel”  adını  daĢıyacaq? 

Mənim  qızım  hersoq  arvadı  olmayacaq?”  O  bu  iki  gerçəyi 



www.vivo-book.com 

 

942 



düĢünər-düĢünməz,  dəli  olur,  özünü  idarə  edə  bilmirdi. 

Jülyen hətta markizin onu döyəcəyindən ehtiyat edirdi. 

Ağlı  baĢına  gələndəsə  markiz  sanki  öz  bədbəxtliyilə 

barıĢaraq,  Jülyeni  qınamağa  baĢlayır  və  etiraf  edək  ki,  bu 

qınaqlar kifayət qədər əsaslı olurdu. 

–  Getmək  lazım  idi, cənab... –  markiz  deyirdi. –  Sizin 

borcunuz  burdan  getmək  idi.  Siz  özünüzü  ən  axırıncı  əclaf 

kimi apardınız... 

Bu vaxt Jülyen masaya yaxınlaĢıb aĢağıdakıları yazdı: 

“Mənim  gözümdə  həyat  çoxdan  öz  mənasını  itirib, 

dözülməz  olub.  Mən  ona  son  vermək  istəyirəm.  Cənab 

markizdən  xahiĢ  edirəm  ki,  mənim  sonsuz  minnətdarlığımı 

və  ölümümlə  onun  evində  bais  ola  biləcəyim  qanqaraçılıq, 

qayğılara görə üzrlərimi qəbul eləsin”. 

– Cənab markizdən xahiĢ edirəm ki, bu sətirləri oxusun. 

Sonra  da  öldürün  məni...  –  Jülyen  dedi.  –  Ya  da 

kamerdinerinizə  göstəriĢ  verin,  o  məni  öldürsün.  Ġndi  gecə 

saat birdi, mən bağçada, arxa divar boyu gəziĢəcəm. 

–  Ġtilin  burdan!  Cəhənnəm  olun!  –  markiz  onun 

arxasınca bağırdı. 




www.vivo-book.com 

 

943 



“BaĢa  düĢürəm,  –  Jülyen  düĢündü,  –  əgər  mən  özümü 

öldürsəm və onun xidmətçisini məni öldürmək qayğısından 

xilas eləsəm, markiz mənə ürəkdən minnətdar olardı... Yox, 

qoy  zəhmət  çəkib,  öldürsün,  mən  bu  həzzi  özüm  ona  təklif 

edirəm...Amma lənət Ģeytana, axı mən həyatı sevirəm. Mən 

oğlumun xatirinə yaĢamalıyam”. 

Ġlk dəfə ağlına belə aydın Ģəkildə gətirdiyi bu fikir onu 

büsbütün  özünə  çəkdi.  Sonra  Jülyen  bir  azdan  təhlükə 

gözləyə biləcəyi bağçada bir neçə dəqiqə gəziĢdi. 

Oğlanın yeni qayğısı indi onu ehtiyatlı eləmiĢdi. 

“Mən  bu  ipə-sapa  yatmaz  adamla  necə  davranmaq 

barədə gərək kimdənsə məsləhət alım. Ġndi o ağlını itirib, bu 

dəqiqə  markiz  hər  Ģeyə  qadirdi.  Fuke  həddən  artıq  uzaqdır, 

həm də o, markiz kimi adamın beynində nələr ola biləcəyini 

hardan  bilsin?  Qraf  Altamira...Amma  o  bu  sirri  qəbrə 

aparana  qədər  susacaqmı?  Elə  adama  müraciət  eləmək 

lazımdı  ki,  vəziyyəti  daha  da  çətinləĢdirib,  daha  pis 

nəticələrə  aparıb  çıxarmasın.  Heyhat!  Deyəsən,  qaraqabaq 

abbat 

Pirardan 



baĢqa 

pənah 


aparmalı 

adamım 


yoxdu...Amma  o  öz  mühafizəkar  yansençi  baxıĢlarıyla 


www.vivo-book.com 

 

944 



neyləyə  bilər  ki...  Bu  vəziyyətdə  ən  avara,  amma  dünyanı 

görmüĢ bir yezuitin mənə daha çox köməyi dəyərdi... Pirar 

isə...  o  elə  ağzımı  açıb,  məsələni  danıĢar-danıĢmaz  məni 

eĢĢək kimi döyə bilər!” 

Jülyenin dadına yenə də Tartüf çatdı. O düĢündü: 

“Tapdım!  Onun  yanına  günahlarımı  etiraf  eləməyə 

gedim!” 

Bağda  iki  saat  gəziĢəndən  sonra  axır  ki,  o  bu  çıxıĢ 

yolunun  üstündə  dayandı.  Jülyen  daha  bu  dəqiqə  alnından 

gülləylə  vurulacağı  barədə  düĢünmürdü.  Ġndi  o  ancaq 

yatmaq barədə fikirləĢirdi. 

Səhəri  gün  hələ  səhər  açılmamıĢ  Jülyen  artıq  Parisdən 

xeyli  aralıda,  qaĢqabaqlı  yansençinin  qapısını  döyürdü. 

Etirafının  abbat  üçün  qətiyyən  yenilik  olmadığını  görəndə 

oğlan  dəhĢətli  dərəcədə  təəccübləndi.  Üzündən  qəzəbdən 

daha çox qayğı yağan abbat öz-özünə deyirdi: 

“Yəqin  ki,  bu  məsələdə  günahkar  təkcə  mənəm...Mən 

bu  sevgi  məsələsindən  demək  olar  ki,  Ģübhələnirdim. 

Bədbəxt oğlan, sizin xətrinizi çox istədiyimdən, bu məsələni 

qızın atasına demədim...” 




www.vivo-book.com 

 

945 



– Sizcə, indi o neyləyəcək? – Jülyen səbirsizcə soruĢdu. 

Həmin dəqiqə o, abbata qarĢı möhkəm bir bağlılıq hiss 

eləyirdi  və  indi  abbatın  onunla  sərt  danıĢmağı  oğlan  üçün 

olduqca ağır zərbə olardı. 

– Mənə elə gəlir ki, indi onun üç çıxıĢ yolu var – Jülyen 

sözünə  davam  elədi.  –  Birincisi,  cənab  de  La-Moll  məni 

öldürə bilər.  

Bu ehtimalı deyəndən sonra Jülyen abbata markiz üçün 

yazıb qoyduğu intihar kağızından danıĢdı.  

–  Ġkincisi,  o  bu  iĢi  qraf  Norberə  tapĢıra  bilər  və  oğlu 

məni duelə çağıra bilər. 

– Siz də bu çağırıĢı qəbul edəcəksiniz? – abbat yerindən 

sıçrayaraq, həyəcanla soruĢdu. 

– Siz fikrimi bitirməyə imkan vermirsiniz. Əlbəttə, mən 

heç  vaxt  havadarımın  oğluna  güllə  atmaram.  Üçüncüsü, 

markiz məni buradan uzaqlaĢdıra bilər. Əgər o mənə desə ki, 

Edinburqa,  ya  da  Nyu  Yorka  gedin,  mən  bu  əmrə  əməl 

eləyəcəm.  Belə  olan  halda,  madmazel  de  La-Mollun 

rüsvayçılığını  ört-basdır  eləmək  olar,  amma  mən  heç  vaxt 

icazə vermərəm ki, onlar mənim oğlumu öldürsünlər. 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə