Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə189/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   185   186   187   188   189   190   191   192   ...   197

www.vivo-book.com 

 

946 



–  Əmin  olun ki, o  yolunu  azmıĢ  adamın ağlına birinci 

gələn elə bu olacaq. 

Bu  ərəfədə  Parisdə  olan  Matilda  dərddən  ağlını 

itirmiĢdi. O, səhər saat yeddidə atasıyla görüĢmüĢdü. Markiz 

ona Jülyenin yazdığı kağızı göstərmiĢdi, o saatdan bu yana 

qız  özünə  yer  tapmırdı.  Jülyenin  alicənab  hərəkət  edərək, 

intihar  edə  biləcəyi  fikri  onu  dəhĢətə  gətirirdi.  Qız 

ağrıqarıĢıq  hiddətlə  düĢünürdü:  “Ġlahi,  özü  də  Jülyen  bunu 

mənə bircə kəlmə demədən edə bilər!” 

– Əgər o ölsə, mən də özümü öldürərəm! – qız atasına 

deyirdi. – Özü də onun ölümündə günahkar siz olacaqsınız. 

Ola  bilər  ki,  siz  bundan  çox  məmnun  olacaqsınız.  Amma 

onun  xatirəsinə  and  içirəm  ki,  mən  qara  geyinib,  hamıya 

Sorelin dul qalmıĢ arvadı olduğumu deyəcəyəm, yas barədə 

bildiriĢlərə  bu  soyadla  imza  atacağam,  bunları  nəzərə 

alın...Mənim  nə  heç  kimdən  qorxmaq,  nə  də  gizlənmək 

fikrim yoxdu. 

Sevgi Matildanı dəli eləmiĢdi. Ġndi markiz əməlli-baĢlı 

çaĢıb  qalmıĢdı.  Ġndi  o,  məsələyə  daha  ayıq  baĢla  baxırdı. 

Matilda  səhər  yeməyinə  gəlmədi.  Markizin  çiyinlərindən 




www.vivo-book.com 

 

947 



sanki dağ götürüldü, üstəlik, qızın anasına bu məsələ barədə 

bircə  kəlmə  demədiyini  biləndə,  xoĢ  bir  arxayınlıq  hiss 

elədi. 

Jülyen atdan düĢməyə güclə macal tapmıĢdı ki, Matilda 



onun arxasınca adam göndərdi və oğlanı görən kimi, az qala 

elə  qulluqçu  qızın  yanında  onun  boynuna  atıldı.  Bu  sevgi 

nümayiĢi  Jülyenin  elə  də  xoĢuna  gəlmədi,  abbat  Pirarla 

uzun-uzadı  söhbətdən  sonra  o  hər  Ģeyi  hesablayaraq, 

diplomatcasına 

hərəkət 


eləməyi 

qərara 


almıĢdı. 

Hesablamalar  və  müxtəlif  ehtimalları  nəzərə  alandan  sonra, 

onun çılğınlığı soyumuĢdu. GözüyaĢlı Matilda Jülyenə onun 

intihar kağızını gördüyünü dedi. 

–  Atam  fikrini  dəyiĢə  bilər.  Lütf  edin,  tez  Vilkyeyə 

gedin, bizimkilər masadan qalxmamıĢ, atınızı minib, gedin.  

Jülyenin  yerindən  tərpənmədiyini,  təəccüblü  və  soyuq 

nəzərlərlə ona baxdığını görəndə, qızı yenə ağlamaq tutdu.  

–  Qoy,  bu  iĢlərlə  mən  məĢğul  olum,  –  Matilda  onun 

qucağına atılıb, oğlanı bərk-bərk qucaqlayaraq, dedi.  – Axı 

sən  bilirsən  ki,  mən  ancaq  ən  pis  Ģərtlər  altında  səndən 

ayrılmağa  razı  ola  bilərəm.  Mənə  məktub  yazarsan,  amma 




www.vivo-book.com 

 

948 



mənim  qulluqçumun  adını  göstərərsən.  Ünvanı  da  baĢqa 

adam yazsın ki, sənin xəttini tanımasınlar. Mənsə sənə uzun-

uzadı məktublar yazacağam. Əlvida! Qaç!  

Axırıncı  söz  Jülyenin  qüruruna  toxunsa  da,  o,  qızın 

dediyinə əməl elədi.  

– Bu necə olur axı,  – oğlan düĢündü, – hətta  ən gözəl 

anlarda belə bu adamlar nəyləsə məni incidə bilirlər?!  

Matilda  atasının  bütün  ağıllı  planlarından  qəti  Ģəkildə 

imtina elədi. O heç bir güzəĢtə getmədi. Qız ya xanım Sorel 

adını götürərək, ərilə birlikdə Ġsveçrədə sadə ömür sürəcək, 

ya  da  ərilə  burada,  Parisdə,  atasının  yanında  qalacaqdı. 

UĢağı  hamıdan  gizli  dünyaya  gətirmək  barədəsə  o  eĢitmək 

belə istəmirdi.  

–  Bu  elə  bir  rüsvayçılıq  olar  ki,  adamı  bundan  heç  nə 

xilas  edə  bilməz.  Toydan  iki  ay  sonra  biz  ərimlə  səfərə 

çıxarıq,  belə  eləsək,  iĢləri  elə  qurarıq  ki,  heç  kim  uĢağın 

vaxtından əvvəl dünyaya gəldiyini baĢa düĢməz. 

Bu  tərslik  markizi  özündən  çıxarsa  da,  axırda  o 

tərəddüd elədi. Necə oldusa, o bir az yumĢaldı. 



www.vivo-book.com 

 

949 



– Al, – o, qızına dedi, – bu da sənə illik on min frank. 

Tez bunu öz Jülyeninə göndər, qoy, o nə lazımdısa, eləsin. 

Özün də tez göndər ki, mən fikrimi dəyiĢə bilməyim.  

Matildanın  əmr  vermək  ehtirasına  bələd  olduğundan, 

Jülyen ona güzəĢt eləmək xatirinə qırx lyelik məsafəni niyə 

gəldiyini  bilmədən,  çaparaq  gəldi.  O  Vilkyedə  idi,  oradakı 

fermerlərin  hesablarını  yoxlayırdı.  Markizin  güzəĢti  onun 

qayıtması  üçün  bir  bəhanə  oldu.  Oğlan  sığınacaq  axtarmaq 

üçün abbat Pirara müraciət elədi – bu ərəfədə Matildanın ən 

yaxĢı müttəfiqi o idi. Hər dəfə, markiz abbata məsləhət üçün 

müraciət  eləyəndə,  o  cənab  de  La-Mollu  inandırmağa 

çalıĢırdı  ki,  bu  məsələnin  nikahdan  baĢqa  hər  hansı  yolla 

həlli Tanrı qarĢısında cinayətdir. 

–  XoĢbəxtlikdən,  –  abbat  deyirdi,  –  bu  məsələdə 

həyatın  müdrikliyi  dinin  xeyrinə  iĢləyir.  Madmazel 

Matildanın  ipə-sapa  yatmaz  xasiyyətini  nəzərə  alsaq,  biz 

bircə dəqiqə də düĢünə bilərikmi ki, o gizlin saxlamağa cəhd 

eləmədiyi  Ģeyi  sirr  kimi  qoruyacaq?  Amma  siz  açıq  nikaha 

razılaĢsanız,  cəmiyyət  buna  gizlində  baĢ  tutmuĢ  qeyri-

bərabər nikaha  yanaĢacağından daha  az  maraq və  təəccüblə 




www.vivo-book.com 

 

950 



yanaĢacaq.  Hər Ģeyi  birdən və  açıq  elan  etmək  lazımdır  ki, 

heç kim üçün nə bir sirr, nə də bir sual qalmasın.  

Markiz fikirli-fikirli razılaĢdı: 

–  Düzdü,  indiki  dövrdə  belə  bir  nikah  barədə  söz-

söhbətlər  üçcə  gündən  sonra  köhnəlir  və  boĢ,  lazımsız 

adamları  məĢğul  eləyən  darıxdırıcı  qeybətə  çevrilir.  Bu 

ərəfədə  yakobinçilərin  nəsə  böyük  tədbirlərindən  birindən 

istifadə  edərək,  o  səs-küyün  içində  elə  bu  məsələni  də 

yoluna qoymaq yaxĢı olardı. 

Cənab  de  La-Mollun  dostlarından  bir  neçə  nəfəri  də 

abbat  Pirar  kimi  düĢünürdü.  Onlar  da  fikirləĢirdilər  ki, 

Matildanın  sərt  xasiyyəti  hansısa  imkanların  qarĢısını  alan 

əsas  maneədir.  Amma  belə  gözəl  mülahizələrdən  sonra  da 

markiz  qəlbinin  dərinliyində  qızının  hersoq  arvadı 

olmayacağıyla barıĢa bilmirdi. 

Ġndi  onun  yaddaĢı,  onun  təxəyyülü  hələ  onun 

gəncliyində  mümkün  olan  bütün  fəndlər,  bütün  uğurlu 

oyunlarla  doluydu.  Vacib  olana  güzəĢtə  getmək,  qanundan 

qorxmaq  markizə  onun  mərtəbəsində  olan  bir  adam  üçün 

naqolay  görünürdü.  On  il  ərzində  qızıyla  bağlı  gözəl 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə