Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə19/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   15   16   17   18   19   20   21   22   ...   197

www.vivo-book.com 

 

92 



Xanım  Renal  hiss  eləyirdi  ki,  oğlan  ancaq  hansısa 

hadisə  ucbatından  kompliment  deməyi  yaddan  çıxaranda 

həvəslə  danıĢa  bilir.  Ailənin  dostu  olan  insanlardan  çox  da 

ağıllı, yeni fikirlər eĢitmədiyi üçün ona yalnız Jülyenin ara-

sıra nümayiĢ etdirdiyi iti zəkaya heyran olmaq qalırdı. 

Napoleonun  məğlubiyyətindən  sonra  əyalətlərdə  heç 

bir  nəzakətdən  söz  gedə  bilməzdi.  Hamı  öz  yerini 

itirməkdən  qorxurdu.  Fırıldaqçılar  dəstəyi  konqresdən 

gözləyir, saxtakarlıqsa hətta liberal çevrələrdə belə baĢ alıb 

gedirdi.  Hər  Ģey  darıxdırıcı  olur.  Mütaliədən  və  kənd 

təsərrüfatından baĢqa heç bir əyləncə tapılmır. 

Ġman  yiyəsi  bir  varlı  xalanın bacısı qızı, varisi  olan, 

on  altı  yaĢında  çox  da  cavan  olmayan  bir  zadəgana  ərə 

verilən  xanım  Renal  ömrü  boyu  sevgiyə  oxĢayan  bir  hiss 

yaĢamaq bir yana dursun, heç görməmiĢdi də. 

Ancaq  onun  mənəvi  atası,  mehriban  küre  ġelan, 

cənab  Valnonun  xanıma  qarĢı  olan  diqqətiylə  bağlı  sevgi 

barədə bəzi Ģeylər danıĢmıĢ və xanım Renal üçün elə iyrənc 

bir  mənzərə  çəkmiĢdi  ki,  bu  sözün  özü  belə  qadın  üçün 

əxlaqsızlıq  demək  idi.  Təsadüfən  əlinə  keçmiĢ  sevgi 




www.vivo-book.com 

 

93 



romanlarından  oxuduğu  bir-iki  hadisəsə  onun  gözündə 

istisna  və  mümkünsüz  Ģeylər  idi.  Bu  cahilliyinə  görə  də 

bütün  günü  Jülyeni  düĢünən  xanım  Renal  özünü  göyün 

yeddinci  qatında  hiss  eləyir  və  özünü  nəyə  görəsə  ittiham 

eləmək onun heç ağlına da gəlmirdi. 

 

 



 

VIII 


 

 

BƏZĠ XIRDA HADĠSƏLƏR 



   

 

   Then there were sighs, the deeper for suppression, 



   And stolen glances, sweeter for the theft, 

   And burning blushes, though for no transgression... 

   Don Juan, c. I, st. LXXIV 

16

 

                                                 

16

Daha dərindən köks ötürməli olduqca, qorxurdu ah çəkməkdən, 



Onun baxıĢlarını görüb, xoĢbəxtcə donub qalırdı 

Utanmalı bir Ģey olmasa belə, qıpqırmızı qızarırdı... 




www.vivo-book.com 

 

94 



 

Qulluqçusu Eliza barədə düĢünən kimi xislətindən və 

indiki  vəziyyətindən  gələn  məsumluq  xanım  Renalı  tərk 

edirdi.  Bu  günlərdə  qıza  miras  qalmıĢdı  və  bu  hadisədən 

sonra  Eliza  küre  ġelanın  yanına  gedib,  Jülyenə  ərə  getmək 

istədiyini  ona  etiraf  eləmiĢdi.  Küre  sevimli  tələbəsinin  bu 

qəfil xoĢbəxtliyinə ürəkdən sevinmiĢdi. Amma Jülyen xanım 

Elizanın  təklifini  qəbul  etməyəcəyini  qəti  Ģəkildə  ona 

bildirəndə qoca kürenin heyrəti yerə-göyə sığmadı. 

Qoca qaĢlarını çatıb: 

– 

Övladım, 



ehtiyatlı 

olun, 


– 

dedi. 


– 

Qəlbinizdəkilərdən  qorxun.  Əgər  siz  ancaq  dini  rütbəniz 

üçün belə gözəl təklifə etiraz edirsinizsə, mən sizin yerinizə 

sevinirəm.  Budur,  düz  əlli  altı  ildir  ki,  mən  Veryerin 

rahibiyəm,  buna  baxmayaraq,  məni  bu  yaxınlarda  iĢdən 

çıxaracaqlar. Bu məni narahat eləyir, amma mən heç olmasa 

ildə  səkkiz  yüz  icarə  haqqı  alıram.  Bu  xırdalıqları  sizə  ona 

                                                                                                                   

Bayron, “Don Juan”, birinci nəğmə (ing.) 

 

 




www.vivo-book.com 

 

95 



görə  deyirəm  ki,  rahib  rütbəsinin  sizə  çox  Ģey  gətirəcəyinə 

ümid etməyəsiniz. Əgər sonra hansısa hakim rütbələrə sahib 

olan  insanlara  etiraz  etsəniz,  özünüzü  uçuruma  aparmıĢ 

olacaqsınız. Ola bilər ki, özünüzü yaxĢı tuta biləsiniz, amma 

bunun  üçün  fağırları  incitməli,  bələdiyyə  sədrinin 

köməkçisinə,  merə  və  bütün  baĢqa  hakim  mövqe  tutan 

insanlara  yaltaqlanmalı,  onların  istəyilə  oturub-durmalı 

olacaqsınız. Ġnsanların “yaĢamağı bacarmaq” dediyi Ģey çox 

vaxt  ruhun  təmizliyinə  ləkə  salır.  Bunsuz  da  mümkündür  – 

amma  bizim  vəziyyətimizdə  gərək  seçim  eləyəsən  –  ya  bu 

dünyada rifah içində,  ya o biri dünyada cənnətdə yaĢamaq. 

Orta  yol  yoxdu.  Gedin,  dostum,  bu  təklifi  götür-qoy  eləyin 

və üç gündən sonra mənə qəti cavabınızı deyin. Mən hərdən 

nə  əsl  kilsə  xadiminə  vacib  olan  zahidliyə,  nə  də  dünya 

tamına  laqeydlikdən  xəbər  verməyən  xislətinizdə  gizlənmiĢ 

gizli  bir  ehtiras  sezirəm.  Bilirəm,  belə  ağla  siz  çox  qabağa 

gedə  bilərsiniz,  amma  icazə  verin  açıq  danıĢım  –  əgər  siz 

rahib  rütbəsi  alsanız  belə,  nəfsinizi  tox,  ruhunuzu  təmiz 

saxlayacağınıza Ģübhəm var. 



www.vivo-book.com 

 

96 



Jülyen  bərk  kövrəldiyini  utana-utana  özünə  etiraf 

etməli  oldu.  Ġlk  dəfəydi  ki,  oğlan  kiminsə  onu  belə  çox 

sevdiyinin  Ģahidi  olurdu.  Jülyenin  gözünün  yaĢı  sel  kimi 

axdı və heç kim görməsin deyə oğlan Veryerin baĢı üstündə 

ucalan dağlara, meĢəyə qaçdı. 

– Mənə nə olur? – o özündən soruĢdu – Hiss eləyirəm 

ki,  bu  xeyirxah  qocanın  yolunda  yüz  dəfə  ölümə  getməyə 

hazıram.  Amma  bu  adam  elə  indicə  səfeh  olduğumu  mənə 

sübut elədi. Mən ən çox onu aldatmaq istəyirəm – amma o 

mənə  baxan  kimi  iç  üzümü  görür.  Onun  hiss  elədiyi  gizli 

ehtiras  mənim  adam  arasına  çıxmaqdan  ötrü  ölməyimdi. 

Mən elə bilirdim ki, ildə beĢ yüz luidor icarə haqqı kimi bir 

təklifdən imtina eləməyimlə ona özümü tox nəfisli, rahibliyə 

layiq adam kimi sübut eləyəcəm. Amma o mənim rahibliyə 

yaramadığımı deyir. 

“Bundan sonra, – Jülyen özünə təlqin etməyə baĢladı, 

– əməldə mənə xeyir gətirən keyfiyyətlərimə inanacam. Kim 

deyə  bilərdi  ki,  mən  belə  gözyaĢı  tökməyə  qadirəm?  Kim 

deyə  bilərdi  ki,  mənə  səfeh  olduğumu  sübut  eləyən  adamı 

belə sevməyə qadirəm? 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə