Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə190/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   186   187   188   189   190   191   192   193   ...   197

www.vivo-book.com 

 

951 



arzulara  qapılmağının  bədəlini  indi  o  necə  də  ağır 

ödəməliydi! 

“Belə bir iĢ kimin ağlına gələrdi?! – markiz öz içində az 

qala bağırırdı. – Elə təkəbbürlü, elə ağlı baĢında olan bir qız! 

Axı  o  daĢıdığı  soyadla  məndən  də  çox  fəxr  eləyirdi!  Axı 

hələ  o  balaca  olanda  Fransanın  ən  adlı-sanlı  adamları 

məndən onun elçiliyini eləyirdi”. 

Yox,  ağıl-zad  məsələsini  yaddan  çıxartmaq  lazımdı. 

Ġndi  zəmanə  belədir,  heç  nə  bizim  düĢündüyümüz  kimi 

olmur. Biz məhvə doğru gedirik.  

 

 

XXXIV 



 

  BAġI OLAN ADAM 

 

Prefekt at belində yol gedir və düĢünürdü: 




www.vivo-book.com 

 

952 



“Axı niyə mən nazir, Ģura sədri, ya da hersoq olmayım? 

Mən  elə  müharibələr  eləyər,  bu  yenilikçilərin  qollarına  elə 

bir qandallar vurardım ki!  

 

Qlob 



 

ġüurun  gəldiyi  heç  bir  nəticə  onillik  Ģirin  arzuların 

bölünməz  hakimiyyətinə  qalib  gələ  bilməz.  Markiz  bu 

məsələdə  qəzəblənməyin  ağılsız  hərəkət  olduğunu  baĢa 

düĢür, amma bağıĢlamağa qərar verə bilmirdi. 

“Ah,  əgər  bu  Jülyen  qəfildən,  nəsə  bir  bədbəxt  hadisə 

nəticəsində həlak olsaydı!” – deyə o hərdən düĢünürdü.  

  Onun  qayğılı  təxəyyülü  özünü  ən  ağlasığmaz 

fantaziyalarla  sakitləĢdirməyə  çalıĢırdı.  Bu  da  abbat  Pirarın 

bütün müdrik məsləhətlərinin təsirini heçə endirirdi. Aradan 

bir ay keçdi, amma məsələnin həlli istiqamətində hələ bircə 

addım da atılmamıĢdı.  

Siyasi  məsələlərdə  olduğu  kimi,  bu  ailə  iĢində  də, 

aradabir markizin beyninə parlaq fikirlər gəlir və onu üç gün 

məĢğul  edirdi.  Belə  olanda,  məntiqli  düĢüncələrin  məhsulu 



www.vivo-book.com 

 

953 



olan  hərəkət  planları  arxa  plana  atılırdı,  çünki  məntiqli 

düĢüncələr  ancaq  onun  özünə  sərf  eləyən  planı 

dəstəkləyəndə məntiqli görünürdü. Üç gün ərzində o əsl Ģair 

ilhamıyla  iĢi  özünə  sərf  edəcək  Ģəkildə  qurmaq  üçün 

əlləĢirdi, amma növbəti gün gəlir və markiz artıq bu barədə 

düĢünmürdü. 

Əvvəl-əvvəl  Jülyen  çaĢıb  qalmıĢdı  –  markizin 

astagəlliyi  onu  çaĢdırmıĢdı  –  amma  aradan  bir  neçə  həftə 

keçəndən sonra o baĢa düĢdü ki, cənab de La-Moll, sadəcə, 

qərar verə bilmir. 

Xanım  de  La-Moll  və  evin  baĢqa  sakinlərinin  hamısı 

Jülyenin  mülklərin  iĢiylə  bağlı  əyalətə  getdiyinə  əmin  idi. 

Jülyensə abbat Pirarın evində qalır və demək olar ki, hər gün 

Matildayla görüĢürdü. Qız hər səhər onun yanına gəlir və bir 

saat  Jülyenin  yanında  qalırdı.  Amma  elə  olurdu  ki,  onlar 

bütün varlıqlarını məĢğul edən məsələ barədə düz bir həftə 

danıĢmırdılar.  

Bir gün markiz qızına dedi: 

– Mən o adamın harada olduğunu bilmək istəmirəm. Bu 

məktubu ona göndərin.  




www.vivo-book.com 

 

954 



Matilda məktubu açdı: 

“Langedokdakı torpaqlar ildə iyirmi min altı yüz frank 

gəlir gətirir. Bunlardan on min altı yüzünü qızım Matildaya, 

on  minini  cənab  Jülyen  Sorelə  bağıĢlayıram.  Təbii  ki, 

torpaqları  da  onlara  bağıĢlayıram.  Notariusa  deyin, 

bağıĢlama  sənədlərini  hazırlasın  və  sabah  yanıma  gətirsin. 

Bundan sonra aramızdakı bütün bağlar qopmuĢ olacaq. Ah, 

cənab! Mən sizdən bunu gözləmirdim axı! 

  Markiz de La-Moll.” 

–  Ata,  sizə  ürəkdən  təĢəkkür  edirəm,  –  Matilda 

sevincək  dedi.  –  Biz  Ajen  və  Marmanda  yaxınlığındakı 

d'Eqiyon  qəsrində  yerləĢəcəyik.  Deyirlər,  oranın  çox  gözəl 

mənzərəsi var – lap Ġtaliyaya oxĢayır.  

Bu  hədiyyə  Jülyeni  çox  təəccübləndirdi.  Jülyen  daha 

bizim tanıdığımız ipə-sapa yatmaz, soyuq adam deyildi. Ġndi 

onun  bütün  fikri-zikri  oğlunun  taleyinin  yanındaydı.  Bu 

gözlənilməz  və  kasıb  adama  olduqca  çox  görünən  pay  onu 

dəyiĢmiĢdi.  Ġndi  onun  və  arvadının  illik  otuz  altı  min 

franklıq gəliri vardı. Matildaya gəlincə, onun bütün iĢi-gücü 

ərinə pərəstiĢ eləmək idi – indi o, təkəbbürlə Jülyeni “ərim” 




www.vivo-book.com 

 

955 



adlandırırdı.  Və  qızın  indi  istədiyi  ancaq  bu  nikahı 

rəsmiləĢdirmək  idi.  Matilda  belə  ağıllı  hərəkət  eləyib, 

həyatını  bu  dahi  insanla  birləĢdirdiyi  üçün  elə  hey  özünü 

tərifləyirdi.  ġəxsi  ləyaqət  –  onun  istinad  elədiyi  sevimli 

dayaq nöqtəsi təkcə bu idi. 

Uzun  ayrılıq,  müxtəlif  iĢlərin  çoxluğu,  sevgi  barədə 

danıĢmağa  imkan  tapdıqları  təkəmseyrək  dəqiqələr  – 

bunların  hamısı  Jülyenin  zamanında  kəĢf  elədiyi  müdrik 

siyasətin məhsuldar inkiĢafına olduqca yaxĢı təsir edirdi. 

Nəhayət, Matilda hövsələdən çıxdı və indi doğrudan da 

sevdiyi  adamı  ancaq  aradabir  görmə  imkanı  olduğuna 

qəzəbləndi. 

Bu  qəzəb  anlarında  o,  atasına  Otellosayağı  baĢlanğıcı 

olan bir məktub yazdı: 

“Mənim  cəmiyyətin  cənab  de  La-Mollun  qızına  təklif 

elədiyi  kübar  zövqlərdən  imtina  edərək,  Jülyeni  seçməyim, 

seçimimdə nə qədər əmin olduğumu sübut edir. Mənim üçün 

ancaq  dar  könüllərə  fərəh  gətirə  biləcək  o  xırda  sevinclər, 

ucuz Ģöhrət mövcud deyil. Budur, düz ay  yarımdır ki, mən 

ərimdən ayrı yaĢamaq məcburiyyətindəyəm. Bu mənim Sizə 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə