Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə192/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   189   190   191   192   193   194   195   196   197

www.vivo-book.com 

 

961 



düĢür  ki,  belə  bir  Ģübhə  onu  mənim  gözümdən  sala  bilər, 

buna  görə  də  etiraf  eləyir  ki,  özü  birinci  oğlana  eĢq  elan 

eləyib. Belə möhkəm xasiyyəti olan qız, yəni ağlını o qədər 

itirib  ki,  özü  oğlana  sevgisini  təklif  eləyib?  Buna  inanmaq 

çətindir.  AxĢam  vaxtı  bağçada  oğlanın  əlini  sıxmaq?  Ġlahi, 

bu dəhĢətdir!  Sanki onun  oğlana  hisslərini  göstərməyi  üçün 

baĢqa,  yüzqat  ləyaqətli  üsullar  yoxdur?  Özünü  təmizə 

çıxarmağa  çalıĢan  adam,  özü-özünü  ifĢa  edir.  Mən 

Matildaya inanmıram...” 

Bu  axĢam  markizin  düĢüncələri  həmiĢəkindən  daha 

qətiyyətli  və  daha  ardıcıl  idi.  Amma  vərdiĢ  öz  sözünü 

deyirdi: o bir az vaxt qazanmaq üçün qızına məktub yazdı. 

Ġndi ata-bala qonĢu otaqlardan bir-birinə məktub yazırdılar. 

Cənab  de  La-Moll  Matildayla  mübahisə  eləmək  və  qızın 

fikrini  dəyiĢməyə  cəhd  eləməyə  cürət  etmirdi.  O  qorxurdu 

ki, birdən bu addım onun Matildaya qəfil güzəĢtə getməsiylə 

nəticələnə bilər.  

Məktub: 


“Növbəti  axmaqlığı  eləməyə  tələsməyin;  alın,  bu  da 

sizə  Ģevalye  Jülyen  Sorel  de  La  Vernenin  adına  qusar 




www.vivo-book.com 

 

962 



poruçikinin  əmri.  Görürsünüzmü,  mən  onun  üçün  nə  qədər 

iĢ  görürəm?  Mənimlə  mübahisə  eləməyin,  məndən  heç  nə 

soruĢmayın.  Qoy  o,  iyirmi  dörd  saat  ərzində  öz  alayının 

yerləĢdiyi Strasburqa getsin. Bu da mənim bankirimin adına 

yazdığım veksel. Bircə kəlmə də demədən, riayət etməyinizi 

tələb eləyirəm”. 

Matildanın sevgi və sevincinin həddi-hüdudu yox idi. O 

elə  həmin  dəqiqə  öz  qələbəsindən  istifadə  edərək,  atasına 

cavab yazmağa tələsdi: 

“Cənab  de  La-Verne  onun  üçün  nələr  elədiyinizi 

bilsəydi,  minnətdarlığını  bildirmək  üçün  ayaqlarınıza 

qapanardı.  Amma  bütün  səxavətinizə  rəğmən  deyim  ki,  siz 

mənim  namus  məsələmi  unudursunuz.  Qızınızın  namusu 

təhlükədədir.  Xırda  bir  söz-söhbət  onun  adını  ömürlük 

ləkələyə bilər, onda daha sizin illik yüz min ekü gəliriniz bu 

rüsvayçılığı  silə  bilməyəcək.  Mən  əmri  cənab  de  La-

Verneyə  ancaq  bir  Ģərtlə  göndərə  bilərəm:  siz  gələn  ay 

ərzində  bizim  toyumuzu  Vilkyedə,  özü  də  cəmiyyətə  açıq 

Ģəkildə  təĢkil  eləməyə  söz  versəniz.  Həmin  vaxtdan  sonra 

qızınız  cəmiyyətin  gözünə  ancaq  xanım  de  La-Verne 




www.vivo-book.com 

 

963 



soyadıyla  görünəcək.  Əziz  ata,  məni  o  Sorel  soyadından 

qurtardığınız  üçün  Sizə  necə  minnətdar  olduğumu 

bilsəniz!...” 

Atanın cavabı gözlənilməz oldu: 

“Ya  dediklərimə  əməl  edin,  ya  da  mən  hər  Ģeyi  geri 

alacağam. Ehtiyatlı olun, südəmər, çılğın qızcığaz! Mən hələ 

sizin  o  Jülyeninizin  kim  olduğunu  əməlli-baĢlı  bilmirəm, 

sizsə onu  məndən də  az  tanıyırsınız. Qoy  Strasburqa gedib, 

özünü  mən  deyən  kimi  aparsın.  Mənsə  öz  qərarımı  iki 

həftədən sonra deyəcəyəm”. 

Bu qəti cavab Matildanı çox təəccübləndirdi. “Mən hələ 

sizin  o  Jülyeni  yaxĢı  tanımıram...”  sözləri  onu 

düĢündürmüĢdü. Amma atasının Ģübhələri o dəqiqə Jülyenin 

xeyrinə çevrildi. 

“Mənim  Jülyenimin  ağlı  salonlarda  dolaĢan  gənclərin 

bir-birinə oxĢar zəkalarına, yəni o qəlibə uyğun gəlmir deyə, 

atam  ona  inanmır.  Amma  onun  sözünə  qulaq  asmasam, 

məsələ  cəmiyyətə  məlum  ola  bilər,  bu  iĢin  hamıya  məlum 

olmasısa  adıma  ləkə  gətirər  və  hətta  Jülyeni  də  məndən 

soyuda  bilər.  Belə  bir  iĢ  cəmiyyətə  məlum  olandan  sonra 




www.vivo-book.com 

 

964 



isə...Heç  kimə  lazım  olmayan,  uzaqbaĢı  on  il  çəkəcək 

məzlum  həyat...Özünə  Ģəxsi  ləyaqət  hissinə  görə  ər  seçmək 

çılğınlığınasa ancaq böyük sərvətə sahib olduğun halda yol 

verə bilərsən. Əgər atamdan uzaqda yaĢasam, o yaĢda adam, 

məni  rahatca  yaddan  çıxara  bilər.  Norber  də  hansısa  gözəl, 

fərasətli  qızla  evlənəcək.  Necə  ki,  Burqund  hersoginyası 

qoca on altıncı Lüdoviki yoldan çıxarmıĢdı.  

Qız  atasının  sözünə  qulaq  asmaq  qərarına  gəldi  amma 

markizin  məktubunu  Jülyenə  göstərməyə  ürək  eləmədi. 

Jülyenin  islaholunmaz  xasiyyətini  bildiyindən,  qız  onun 

nəsə bir çılğınlıq eləyəcəyindən ehtiyatlanırdı. 

AxĢam  Matilda  Jülyenə  onun  artıq  qusar  poruçiki 

olduğunu deyəndə, oğlanın sevincinin həddi-hüdudu olmadı. 

Onun  Ģöhrətpərəstliyini  və  gələcək  övladı  barədəki 

təkəbbürlü  arzularını  nəzərə  alanda,  sevincini  təsəvvür 

etmək mümkündür. 

Ünvanının yüksəlməsi onu həyəcanlandırmıĢdı: 

“Beləliklə,  –  oğlan  öz-özünə  deyirdi  –  axır  ki,  mənim 

romanımın sonu yaxınlaĢır və buna görə mən ancaq özümə 

borcluyam.  Mən  bu  dəhĢətli  dərəcədə  yekəxana  qızı  məni 




www.vivo-book.com 

 

965 



sevməyə məcbur elədim – Jülyen qıza baxaraq, düĢünürdü – 

onun  atası  qızından  ayrı  qala  bilmir,  o  isə  mənsiz  yaĢaya 

bilməz”. 

 

 



 

XXXV 


 

TƏHLÜKƏ 


 

  Ġlahi, mənə ortabab olmağı bəxĢ elə! 

 

Mirabo 


 

Onun  ruhu  bu  dəyiĢiklikdən  həzz  alırdı  və  oğlan 

Matildanın aramsız nəvaziĢlərinə çox az cavab verə bilirdi. 

O susqun və qaraqabaq idi. Matilda hələ heç vaxt onun belə 

qeyri-adi  halını  görməmiĢdi  və  heç  vaxt  Jülyenə  bu  qədər 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə