Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə193/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   189   190   191   192   193   194   195   196   197

www.vivo-book.com 

 

966 



pərəstiĢ  etməmiĢdi.  Qız  onun  ifrat  təkəbbürünün  iĢləri 

korlayacağından dəhĢətli dərəcədə qorxurdu.  

Matilda abbat Pirarın az qala hər gün evlərinə gəldiyini 

görürdü.  Bəlkə  Jülyen  markizin  planlarından  xəbər  tutub? 

Ya da çılğınlıq anında markiz özü ona məktub yazıb? Yoxsa 

belə  gözlənilməz  və  sevindirici  xəbərdən  sonra  Jülyenin 

soyuqluğunu nəylə izah etmək olardı?  

Matilda bunu ona deməyə cəsarət eləmirdi. 

Cəsarət eləmirdi! O, Matilda! 

Bu  andan  etibarən,  qızın  Jülyenə  olan  hisslərində  nəsə 

buludlu,  tutqun,  dəhĢətə  oxĢayan  bir  Ģey  də  əmələ  gəldi. 

Matildanın  quru,  rəhmsiz  ürəyi  sevgidən  Parisin  öyündüyü 

ifrat  sivilizasiyanın  ərköyünlüklə  tərbiyə  elədiyi  insan 

ruhunun bacara biləcəyi qədər çox Ģey öyrənmiĢdi. 

Səhəri gün hava iĢıldayanda Jülyen abbat Pirarın yanına 

gəldi.  Onun  ardınca  oğlanın  yaxınlıqdakı  poçt  həyətindən 

birovuz götürdüyü köhnə, sınıq arabaya qoĢulmuĢ poçt atları 

da həyətə girdi. 

QaĢqabaqlı abbat həqarətlə baxaraq dedi: 



www.vivo-book.com 

 

967 



– Sizə belə minik yaramaz. Alın, cənab de La-Moll sizə 

iyirmi  min  frank  hədiyyə  verir.  Siz  bu  pulu  bir  il  ərzinə 

xərcləməli,  amma  elə  eləməlisiniz  ki,  kinayələrə  bəhanə 

verməyəsiniz. 

Abbat  hesab  edirdi  ki,  cavan  oğlana  bu  qədər  xərclik 

vermək, onu dirigözlü günahların caynağına atmaqdır.  

Markiz bunu da dedi ki, cənab Jülyen de La-Verne elə 

hesab  eləməlidir  ki,  bu  pulu  ona  adının  çəkilməsinə  elə  də 

ehtiyac  olmayan  atası  göndərib.  O  deyir  ki,  cənab  deLa-

Verne, ola bilsin ki, uĢaqlıqda onun qayğısını çəkən Veryerli 

cənab Sorelə hədiyyə eləmək istəyər... 

Sonra abbat əlavə elədi: 

–  Mən  onun  tapĢırıqlarından  bəzilərinin  icrasını  öz 

üzərimə götürə bilərəm. Axır ki, mən cənab de La-Mollu o 

yezuit abbat Frilerlə razılaĢmaya məcbur eləyə bildim. Təbii 

ki, onun nüfuzu bizimkindən artıqdır. Bizim razılaĢmamızın 

bir Ģərti də budur ki, əslində bütün Bezansonu idarə eləyən o 

adam Sizin ali zümrədən olduğunuzu təsdiqləsin. 




www.vivo-book.com 

 

968 



Jülyen hisslərini idarə edə bilməyərək, abbatın boynuna 

atıldı.  Oğlana  elə  gəlirdi  ki,  onun  kübarlığını  artıq 

təsdiqləyiblər.  

– Bu nədi? – abbat Pirar onu özündən aralayaraq, narazı 

halda  dedi,  –  yəni  siz  kübarlıq  azarına  bu  qədər 

yoluxmusunuz?  O  ki,  qaldı  Sorel  və  onun  oğullarına,  mən 

onların  davranıĢından  razı  olduğum  halda,  hər  il  hər  birinə 

öz adımdan altı yüz franklıq təqaüd təklif edəcəyəm.  

Jülyen yenə soyuq və təkəbbürlü sifət aldı. O, mümkün 

qədər  qeyri-müəyyən  və  boynuna  heç  bir  öhdəlik 

götürməyən ifadələrlə təĢəkkür elədi.  

“Bəlkə  də  mən  Napoleonun  bizim  dağlardakı 

sərkərdələrinin  birinin  qeyri-qanuni  oğluyam!”  Bu  fikir  hər 

dəqiqə ona daha mümkün bir Ģey kimi görünürdü.  

“Mənim  atama  olan  nifrətim  buna  möhkəm  sübut  ola 

bilərdi...Deməli, mən elə də boĢ adam deyiləm!” 

Bu  monoloqdan  bir  neçə  gün  sonra  on  beĢinci  qusar 

alayı  –  fransız  ordusunun  ən  cəsur  alaylarından  biri 

Strasburq Ģəhərinin əsas meydanında hərbi səliqəylə farağat 

halında  dayanmıĢdı.  Bahasına  altı  min  frank  ödədiyi  gözəl 




www.vivo-book.com 

 

969 



elzas atının belindəki Ģevalye de La-Verne alaya əmr verirdi. 

Adı  heç  vaxt  heç  bir  alayın  sənədlərində  –  adı  bəlkə  də 

barəsində  heç  nə  bilmədiyi  hansısa  alayın  sənədlərində 

keçsə  də  –  poruçik  köməkçisi  kimi  qeyd  olunmasa  da, 

Jülyen indi bu alayın qusar poruçikiydi.  

Onun  soyuq  davranıĢı,  sərt,  az  qala  qəzəbli  baxıĢları, 

avazımıĢ rəngi, bir an da üzünü tərk etməyən soyuqqanlılığı 

elə  ilk  gündən  müzakirə  mövzusu  oldu.  Tezliklə  Jülyenin 

gün kimi gözəçarpan qüsursuz və təmkinli davranıĢı, atıcılıq 

və  qılıncoynatmadakı  fərasəti  hətta  ən  dildənpərgarları  belə 

onun  barəsində  lağlağı  və  ya  kinayəylə  danıĢmaqdan 

çəkinməyə məcbur elədi. Bir neçə günlük tərəddüddən sonra 

alayın  bütün  heyətinin  rəyi  Jülyenin  xeyrinə  oldu.  Alayda 

qeybətcillikdə  saç  ağartmıĢ  hərbiçilər  belə  onun  barəsində 

deyirdilər:  “Bu  cavan  oğlanda,  cavanlıqdan  baĢqa  hər  Ģey 

var”. 


Strasburqda olduğu müddətdə Jülyen indi qocalıb əldən 

düĢmüĢ keçmiĢ Veryer küresinə məktub yazdı: 

“ġübhə  eləmirəm  ki,  siz  qohumlarımı  məni 

varlandırmaq  arzusuna  salan  hadisələrdən  xəbərdarsınız. 




www.vivo-book.com 

 

970 



Sizə  beĢ  yüz  frank  göndərir  və  xahiĢ  eləyirəm  ki,  bu  pulu 

kimin  göndərdiyini  bildirmədən,  kasıb  və  fağır  adamlara 

paylayasınız.  Kasıb  olduğum  vaxtlarda  mənə  kömək 

elədiyiniz, əl uzatdığınız kimi”. 

Jülyenin  baĢı  indi  öz  nüfuzuna  qarıĢsa  da, 

Ģöhrətpərəstlik  azarına  yoluxmamıĢdı.  Amma  bu,  ona  öz 

görkəminə,  geyim-keciminə  xüsusi  diqqət  ayırmağa  mane 

olmurdu.  Onun  atları,  mundiri,  xidmətçilərin  paltarları  – 

hamısı  ingilis  lordlarına  xas  Ģəkildə  qüsursuz  və  yerində 

olurdu. Hələ dünən poruçik təyin olunduğuna baxmayaraq, o 

artıq çox yox, iyirmi üç yaĢında poruçiklikdən yuxarı rütbə 

almıĢ  bütün  generallar  kimi,  otuz  yaĢında  alay  komandiri 

olmaq  barədə  düĢünürdü.  Ġndi  o  ancaq  öz  Ģöhrətini  və 

oğlunu düĢünürdü. 

Belə  uzaqvuran  arzulara  qapıldığı  günlərin  birində 

markiz  de  La-Mollun  qəsrindən  məxsusi  onun  yanına  at 

çapan cavan xidmətçinin gətirdiyi məktub onu gerçək həyata 

qaytardı. 

Matilda yazırdı: 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə