Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə194/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   189   190   191   192   193   194   195   196   197

www.vivo-book.com 

 

971 



“Hər  Ģey  məhv  oldu.  Tez,  mümkün  qədər  tez  gəlin. 

Alaydan  qaçın,  yoxsa  baĢqa  cür  mümkün  olmayacaq.  Hər 

Ģeyi  buraxın,  tələsin.  Bura  çatan  kimi,  birovuz  faytona 

oturub,  N...  küçəsində,  N...evinin  bağına  açılan  balaca 

qapının yanında məni gözləyin. Mən sizinlə danıĢmaq üçün 

ora  çıxacağam,  bəlkə  sizi  bağa  da  keçirə  bildim.  Hər  Ģey 

məhv  oldu  və  qorxuram  ki,  bu  yerdən  daha  geri  dönüĢ 

mümkün olmasın. Məndən Ģübhəniz olmasın, mən möhkəm 

olacağam  və  nə  olursa,  olsun,  sizə  sadiq  qalacağam.  Sizi 

sevirəm!”. 

Bir  neçə  dəqiqədən  sonra  polkovnikdən  icazə  əmri 

almıĢ  Jülyen nə baĢ verə biləcəyini  düĢünərək, baĢ  sındıra-

sındıra Strasburqdan Parisə at çapırdı. Amma onun beynini 

gəmirən dəhĢətli narahatçılıq oğlanı heydən salırdı və Metsə 

çatanda,  o  artıq  at  çapmaq  iqtidarında  deyildi.  O  poçt 

karetasına atılaraq, qeyri-adi sürətlə Matildanın təyin elədiyi 

yerə  –  de  La-Molların  evinin  yaxınlığındakı  evin bağçasına 

açılan  qapının  yanına  çatdı.  Qapı  açılan  kimi,  Matilda 

kiminsə  gözünə  görünə  biləcəklərini  eyninə  almayaraq, 



www.vivo-book.com 

 

972 



onun qucağına atıldı. XoĢbəxtlikdən hələ səhər saat beĢ idi, 

küçədə heç kim gözə dəymirdi. 

–  Hər  Ģey  qurtardı!  Mənim  göz  yaĢlarımdan  qorxan 

atam,  dördüncü  günün  axĢamı  harasa  getdi.  Hara  getdiyini 

heç  kim  bilmir.  Bu  da  onun  məktubu  –  oxuyun!  –  Bunu 

deyib, qız Jülyenin oturduğu karetaya mindi. 

Məktub: 

“Mən  ona  sadəcə  varlısınız  deyə,  sizi  yoldan 

çıxarmağından  baĢqa  hər  Ģeyi  bağıĢlayardım.  Mənim 

bədbəxt  qızım,  bu  da  sizə  qorxunc  həqiqət.  ġərəfimə  and 

içirəm ki, mən heç vaxt sizin bu adamla nikaha girməyinizə 

razı  olmayacağam.  Əgər  o,  Fransadan  uzağa,  məsələn, 

Amerikaya  rədd  olub  getməyə  razı  olsa,  ona  ildə  on  min 

frank verməyə hazıram. Mən onun barəsində nəsə öyrənmək 

üçün bir adama müraciət eləmiĢdim. Bu da aldığım cavab – 

oxuyun.  O  əclaf  özü  mənə  demiĢdi  ki,  xanım  de  Renala 

məktub  yazım.  Bundan  sonra  mən  yuxarıda  adı  çəkilən 

adam 


barədə 

mənə 


yazacağınız  bircə  sətri  də 

oxumayacağam.  Bu  dəqiqə  Parisdən  də,  sizdən  də 

bezmiĢəm. Bundan sonra baĢ verəcəkləri sirr saxlamağınızı 



www.vivo-book.com 

 

973 



sizə  təkidlə  məsləhət  görürəm.  O  əclaf  adamdan  birdəfəlik 

imtina edin və siz atanızı təzədən qazanacaqsınız...” 

Jülyen sakitcə soruĢdu: 

– Xanım Renalın məktubu hanı?  

– Budur. Mən səni hazırlamamıĢ, məktubu göstərməyə 

ürək eləmirdim.  

Məktub: 

“Cənab,  əxlaq  və  dinin  müqəddəs  qaydaları 

qarĢısındakı  borcum  məni  bu  ağır  etirafa  məcbur  edir.  Bu 

müqəddəs,  pozulması  cinayət  olan  qanunlar  mənə  özümə 

əziz olan adamı daha betər günahlardan qorumaq xətrinə ona 

zərər  yetirməyi  diktə  edir.  Borc  hissi  indi  yaĢadığım  acıya 

qalib  gəlməlidir.  ġübhəm  yoxdur  ki,  cənab,  barəsində 

soruĢduğunuz  və  hər  Ģeyi  öyrənmək  istədiyiniz  xanımın 

davranıĢı  sizə  izaholunmaz  və  hətta  doğru  görünə  bilər. 

Sizdən  həqiqətin  bir  hissəsini  gizlətməyi  lazım  biliblər, 

bəlkə  də  ehtiyat,  ya  da  dini  qaydalara  görə  hər  Ģeyi  baĢqa 

cürə  qələmə  veriblər.  Amma  sizi  maraqlandıran  davranıĢ 

sərt  qınağa  hətta  mənim  ifadə  edə  biləcəyimdən  də  artıq 

cəzaya  layiqdir.  Kasıblıq  və  acgözlük  qeyri-adi  dərəcədə 




www.vivo-book.com 

 

974 



saxtakarlığa  qadir  bu  adamı  bədbəxt  qadını  yoldan 

çıxarmağa  və  bu  yolla  adam  arasına  çıxmaq,  özünə  yer 

qazanmağa  çalıĢmağa  vadar  elədi.  Borc  hissi  məni  məcbur 

edir  ki,  deyim;  cənab  J...  heç  bir  dini  qanun  tanımır.  Əlimi 

vicdanıma  qoyaraq  deyim  ki,  onun  üçün  uğur  qazanmağın 

ən  rahat  yolu  evdə  böyük  nüfuza  malik  qadını  yoldan 

çıxarmaqdır. Mümkün qədər gözütox görünməyə çalıĢsa, əsl 

simasını  romanlardan  oxuduğu  gözəl  ifadələrlə  gizlətsə  də, 

onun  əsas  və  yeganə  məqsədi  evin  sahibəsini  ələ  almaq  o 

evin  sərvətini  ələ  keçirməkdir.  O  ayaq  basdığı  hər  yerə 

bədbəxtlik və təəssüf gətirir...” 

Ağlasığmaz  dərəcədə  uzun  və  yarısı  göz  yaĢlarıyla 

yuyulmuĢ  bu  məktubun  xanım  de  Renalın  xəttiylə,  özü  də 

həmiĢəkindən  daha  diqqətlə  yazıldığına  heç  bir  Ģübhə  yox 

idi.  

Məktubu axıracan oxuyandan sonra Jülyen dedi: 



– Mən cənab de La-Mollu qınaya bilmərəm. O düzgün 

və  ağıllı  hərəkət  edib.  Hansı  ata  öz  qızını  belə  adamla 

evləndirməyə razı olar? Əlvida! 



www.vivo-book.com 

 

975 



Jülyen  faytondan  düĢərək,  küçənin  o  baĢında  onu 

gözləyən  poçt  karetasına  tərəf  atıldı.  Onun  elə  bil  tamam 

yaddan  çıxartığı  Matilda  oğlanın  ardınca  atılsa  da, 

dükanlardan  boylanan  və  qızı  yaxĢı  tanıyan  satıcıların 

baxıĢları  onu  tez  bağçaya  qayıdıb,  gözdən  itməyə  məcbur 

elədi. 


Jülyen Veryerə tələsirdi. Bu çılğın çaparlıq müddətində 

o,  Matildaya  məktub  yaza  bilmirdi,  əlini  lələyə  atan  kimi, 

kağızda nəsə anlaĢılmaz, əyri-üyrü cızma-qara əmələ gəlirdi. 

Bazar  günü  səhər  Jülyen  Veryerə  çatdı.  O,  silah 

dükanına girən kimi, satıcı onu baĢına dövlət quĢu qonması 

münasibətilə  təbrik  elədi.  Bu  xəbər  bütün  Ģəhəri  ayağa 

qaldırmıĢdı.  

Jülyen  tapança  almaq  istədiyini  ona  güclə  baĢa  saldı. 

Oğlanın xahiĢilə satıcı onun aldığı tapançaları doldurdu.  

Kilsə zəngi üç dəfə çaldı. Bütün fransız kəndlərində bu 

xoĢ  cingilti  səhərlər  səslənən  çoxsaylı  zənglərdən  sonra  bir 

azdan kilsə ayininin baĢlayacağını xəbər verir.  

Jülyen  Veryerdəki  təzə  kilsəyə  girdi.  Məbədin  bütün 

hündür  pəncərələri  tünd-qırmızı  pərdələrlə  kip  örtülmüĢdü. 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə