Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə197/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   189   190   191   192   193   194   195   196   197

www.vivo-book.com 

 

987 



oğlanı  həm  də  Parisdən  Veryerə  yollanandan  bəri  düĢdüyü 

xəstəhal qızdırma və anlaqsızlıqdan da çıxardı. 

Ġndi  onun  gözlərindəki  alicənab,  təmiz  göz  yaĢlarıydı: 

o,  mühakimə  olunacağına  bircə  dəqiqə  də  olsun  Ģübhə 

eləmirdi.  

“Deməli,  o  yaĢayacaq!  –  oğlan  durmadan  öz-özünə 

deyirdi – O yaĢayacaq, bağıĢlayacaq və məni sevəcək...” 

Səhər  həbsxana  nəzarətçisi  onu  yuxudan  çox  gec 

oyatdı.  

–  Görünür,  vicdanınız  sakitləĢib,  cənab  Jülyen,  – 

nəzarətçi  dedi.  –  Mən  düz  iki  dəfə  gəlib,  sizi  oyatmaq 

istəmiĢəm. Alın, sizə  iki  ĢüĢə əla  Ģərab gətirmiĢəm. Bunları 

sizə bizim küre, cənab Maloy göndərib. 

– Necə?! O fırıldaqçı hələ burdadı? – Jülyen soruĢdu. 

–  Bəli,  cənab,  –  nəzarətçi  səsini  alçaltdı.  –  Amma  siz 

onun  barəsində  belə  danıĢmayın,  bunun  sizə  ancaq  ziyanı 

ola bilər. 

Jülyen güldü. 

–  Əzizim,  mən  elə  vəziyyətə  düĢmüĢəm  ki,  indi  mənə 

zərər  ancaq  sizdən  –  belə  mehriban  və  xeyirxah 




www.vivo-book.com 

 

988 



olmayacağınız  halda  –  gələ  bilər.  Siz  də  ki,  çətin  öz 

münasibətinizi  dəyiĢəsiniz,  axı  mehribanlığınızın  dəyərini 

alacaqsınız... 

Bunu  deyəndən  sonra  Jülyen  nəzarətçiyə  bir  qızıl  pul 

ataraq, sözlərini təsdiqləmiĢ oldu. 

Cənab Nuaru xanım de Renal barədə öyrənə bildiklərini 

bir də, özü də daha böyük həvəslə danıĢdı, amma madmazel 

Elizanın gəliĢi barədə bircə kəlmə də demədi.  

Cənab  Nuaru  sözün  əsl  mənasında  əclaf  və  kölə  ruhlu 

adam idi. Qəfildən Jülyenin ağlına bir fikir gəldi: “Bu idbar 

yekəpər burada üç-dörd yüz frank maaĢ alır, axı həbsxanada 

elə də çox adam olmur. Deməli, mənimlə Ġsveçrəyə qaçacağı 

təqdirdə,  ona  on  min  frank  təklif  eləyə  bilərəm.  Amma  bu 

əbləhi  inandırmaq  lazımdı  ki,  mən  onu  aldatmayacağam  – 

bu isə çox çətin olacaq”. 

Amma  Jülyen  bu  heyvanaoxĢar  adama  məsələni  necə 

uzun-uzadı izah edəcəyini təsəvvür elədi və iyrənərək, baĢqa 

Ģeylər barədə düĢünməyə baĢladı. 

AxĢam  məlum  oldu  ki,  artıq  gecdir.  Gecəyarısı  poçt 

karetası  gəlib  onu  apardı.  Jülyen  öz  yol  yoldaĢlarından  – 




www.vivo-book.com 

 

989 



jandarmlardan  çox  razı  qaldı.  Səhər  onu  Bezanson 

həbsxanasına  çatdırdılar,  buradasa  Jülyeni  nəzakətlə 

qarĢılayaraq, qotik qalanın ən üst mərtəbəsinə apardılar. Bir 

az  diqqətlə  baxandan  sonra, o  bu  nəticəyə  gəldi  ki, buranın 

arxitekturası  XIV  əsrin  əvvəllərinə  aiddir  və  tikilinin 

gözəlliyinə, ovsunlayıcı rahatlığına heyran qaldı. Həyətin iki 

qaramat  divarının  arasından  uzaqdakı  heyranedici  mənzərə 

açılırdı.  

Səhəri gün onu istintaqa çağırdılar. Sonra bir neçə gün 

Jülyeni  dindirib-danıĢdıran  olmadı.  Oğlanın  ürəyi  rahat  idi. 

Bu  iĢ  ona  sadədən  sadə  görünürdü:  “Mən  adam  öldürmək 

istəmiĢəm, mən ölümə layiqəm”. 

O  bu  barədə  çox  düĢünmürdü.  Məhkəmə,  izdiham 

qarĢısında  çıxıĢ  eləmək,  müdafiə  –  bunlar  hamısı  ona 

zəhlətökən  faydasız  iĢlər,  darıxdırıcı,  nə  vaxt  baĢ  tutacağı 

barədə baĢ sındırıb, gözləməli olduğu iĢlər kimi görünürdü. 

O  ölüm  barədə  də  çox  düĢünmürdü.  “Məhkəmədən 

sonra bu barədə düĢünərəm” deyirdi. 

Həyat  heç  də  ona  darıxdırıcı  gəlmirdi.  Ġndi  o  hər  Ģeyə 

baĢqa  gözlə  baxırdı.  Canında  daha  bir  damcı  da 




www.vivo-book.com 

 

990 



Ģöhrətpərəstlik  hissi  qalmamıĢdı.  O  madmazel  de  La-Moll 

barədə  demək  olar  ki,  fikirləĢmirdi.  Onun  hiss  elədiyi 

yeganə  Ģey  –  peĢmançılıq  idi.  Ġndi  gecələr,  təkcə  qala 

üstündə  uçuĢan  qartalların  səsinin  pozduğu  sükutda,  xanım 

de Renalın xəyalı tez-tez onun gözünə görünürdü.  

Yaranın ölümcül olmadığına görə Jülyen Tanrıya Ģükür 

eləyirdi.  

“Qəribədir!  –  o,  tək  qalanda  düĢünürdü.  –  Mənə  elə 

gəlirdi  ki,  cənab  de  La-Molla  yazdığı  məktubla  o  qarĢımda 

açılan  bütün  xoĢbəxt  yolları  bağladı.  Aradan  ikicə  həftə 

keçib, amma o vaxt mənə xoĢbəxtlik kimi görünən Ģeylərin 

heç bir dəyəri qalmayıb. Verjinin harasındasa rahat yaĢamaq 

üçün ildə iki-üç yüz livrlik gəlir...o vaxt mən xoĢbəxt idim. 

Amma mən necə xoĢbəxt olduğumu baĢa düĢmürdüm!” 

Elə  dəqiqələr  olurdu  ki,  o,  dəhĢətli  dərəcədə 

həyəcanlanaraq, kətildən sıçrayırdı. 

“Əgər mən xanım de Renalı öldürsəydim, sonra özümü 

də  öldürərdim.  Özümdən  iyrənməmək  üçün  onun  sağ 

olduğunu bilmək mənə çox vacibdir. Ġntihar! Bax, bu barədə 

düĢünməyə  dəyər.  Bədbəxt  müttəhimlə  mümkün  qədər 




www.vivo-book.com 

 

991 



qəzəbli davranan bu formalist hakimlər, özləri nəsə avara bir 

ordeni  almaqdan  ötrü  ən  yaxĢı  vətəndaĢı  dar  ağacından 

asmağa  hazırdılar...  Özümü  öldürsəm,  o  hakimlərin  iyrənc 

fransız dilində deyəcəkləri, burdakı fransız qəzetlərinin bəh-

bəhlə çap edəcəyi təhqiramiz nitqlərdən canımı qurtarardım. 

Axı  mən  ən  azı  hələ  altı-yeddi  həftə  də  yaĢaya 

bilərəm”. 

Bir neçə gündən sonra o düĢünürdü: 

–  Ġntihar?!  Yox,  lənət  Ģeytana!  Axı  Napoleon  yaĢadı. 

Bir  də  ki,  mən  yaĢamağı  sevirəm.  Burada  sakitçilikdi,  heç 

kim mənə mane olmur.  

Sona  o  gülərək,  Parisdən  gətirtmək  istədiyi  kitabların 

siyahısını tutmağa baĢladı.  

 

 



XXXVII 

 

  QÜLLƏ 



 


www.vivo-book.com 

 

992 



  Dost qəbri. 

 

  Stern 



 

Dəhlizdən  bərk  səs-küy  gəldi  –  qəribəydi,  bu  saatlarda 

buralara  heç  kim  gəlmirdi.  Qülləyə  qonmuĢ  Ģahin  səs-küy 

salaraq,  uçub  getdi,  qapı  açıldı  və  ahıl  küre  ġelan  tir-tir 

əsərək, əlindəki əsayla birlikdə Jülyenin qucağına yıxıldı.  

–  Mərhəmətli  Tanrı!  Axı  bu  necə  ola  bilərdi, 

övladım...Yox, mən vəhĢi deməliydim! 

Yazıq qocanın daha bir kəlmə də deməyə halı qalmadı. 

Jülyen  onun  bu  dəqiqə  yıxılacağından  qorxurdu.  O,  qocanı 

kətilə  qədər  aparmalı  oldu.  Zaman  ağır  əllərini  bir  vaxtlar 

yorulmaq  bilməyən  bu  adamın  çiyinlərinə  çox  bərk 

dirəmiĢdi.  Jülyenə  elə  gəlirdi  ki,  qarĢısındakı  kürenin  özü 

yox, kölgəsidir. Bir az nəfəs alandan sonra qoca dilə gəldi: 

–  Mən  sizin  Strasburqdan  yazdığınız  məktubu  və 

veryerli kasıblar üçün göndərdiyiniz o beĢ yüz frankı ancaq 

dünən  almıĢam.  Mənə  məktubu  ora,  dağlara,  Livraya 

çatdırdılar. Axı mən indi orada, qardaĢım oğlu Janın yanında 



www.vivo-book.com 

 

993 



yaĢayıram.  Sonra  da  qəfildən  bu  bədbəxt  hadisəni  eĢitdim. 

Ġlahi! Belə Ģey ola bilərmi? 

Qoca  daha  ağlamırdı,  onun  baxıĢlarında  indi  heç  bir 

məna yox idi və o, demək olar ki, mexaniki danıĢırdı. 

– Mən o beĢ yüz frankı gətirmiĢəm, alın, bu pullar sizə 

lazım ola bilər.  

Jülyen kövrəldi: 

– Ata, sizi görmək mənə bəsdir! Pulumsa hələ var.  

Bundan  sonra  o,  qocadan  bir  kəlmə  də  olsun,  ağıllı-

baĢlı söz ala bilmədi. Göz yaĢları cənab ġelanı boğur, sonra 

yanaqları boyu axırdı. O, gözlərini Jülyenə zilləyib baxır və 

sanki  oğlanın  onun  əllərini  əlinə  alaraq,  dodaqlarına 

yaxınlaĢdırdığını  görmürdü.  Bir  vaxtlar  sözün  həqiqi 

mənasında  alicənab  ifadəylə  parlayan  o  canlı  sifət  indi 

demək  olar  ki,  donmuĢ  və  bütün  ifadələrdən  məhrum 

olmuĢdu.  

Bir azdan qocanın arxasınca bir kəndli gəldi. Kəndli:  

–  Ona  çox  yorulmaq  olmaz,  elə  çox  danıĢmağı  da 

ziyandı.  – Jülyen bu kəndlinin onun qardaĢı oğlu olduğunu 

baĢa düĢdü. 




www.vivo-book.com 

 

994 



Onun  gəliĢi  Jülyenə  çox  pis  təsir  elədi  –  indi  o  ağlaya 

da  bilmirdi  ki,  bir  az  yüngülləĢsin.  Jülyen  üçün  hər  Ģey 

qaramat,  çıxılmaz  olmuĢ,  ürəyi  sinəsində  elə  bil  buza 

dönmüĢdü. 

Bunlar  onun  törətdiyi  cinayətdən  bəri  yaĢadığı  ən 

dəhĢətli  dəqiqələr  idi.  Ġndi  o,  ölümü  bütün  xırdalıqlarına 

qədər  görürdü.  Qəlb  geniĢliyi,  alicənablıq  söhbətləri  – 

hamısı yağıb boĢalan bulud kimi yoxa çıxmıĢdı. 

Bu dəhĢətli hal bir neçə saat çəkdi. Ġnsanın zəhərlənmiĢ 

ruhunu fiziki təsirlər və Ģampan Ģərabıyla müalicə eləyirlər. 

Amma Jülyen belə üsullara əl atmağı qorxaqlığın son həddi 

hesab  eləyirdi.  Durmadan  otağın  o  baĢ-bu  baĢına 

addımladığı  bu  dəhĢətli  günün  sonunda  oğlan  qəfildən 

qıĢqırdı: 

–  Ġlahi,  mən  necə  də  axmağam?  Axı  bu  qocanın 

dözülməz  halı  mənə  ancaq  baĢqaları  kimi,  adi  ölümlə  ölə 

biləcəyim  halda  əzab  verməliydi.  Amma  bu  cavan  yaĢda, 

özü  də  ani  ölümlə  ölmək  məni  bu  məzlum  aqibətdən  xilas 

edəcək.  



www.vivo-book.com 

 

995 



Belə düĢündüyünə baxmayaraq, Jülyen hiss eləyirdi ki, 

o yorulub, o qorxub, məhz buna görə də qoca kürenin gəliĢi 

ona  belə  pis  təsir  eləyib.  Daha  onda  sərtlik,  alilik,  romalı 

cəngavər  davranıĢı  qalmamıĢdı.  Ölüm  hardasa  hündür  bir 

yerdə pərvaz eləyirdi və o elə də asan iĢ deyildi.  

– Bu mənim termometrim olacaq, – o öz-özünə dedi. – 

Bu  axĢam  mən  gilyotinə  gedən  adamın  göstərə  biləcəyi 

əzmkarlığın  on  dərəcəsini  aĢağı  salmıĢam.  Axı  bu  səhər 

mənim  əzmkarlığım  lazım  olan  dərəcədəydi.  Belə  baxanda, 

axı  nə  fərqi  var  ki?  Əsas  odu  ki,  lazım  olan  dəqiqədə  o 

əzmkarlıq mənə qayıtsın.  

Termometr  məsələsi  bir  az  onun  eynini  açdı  və  qara 

fikirləri beynindən dağıtdı. 

Səhəri gün oyananda, Jülyen dünənki günə görə utandı.  

“Mənim xoĢbəxtliyim və sakitliyim təhlükə altındadı” – 

o düĢündü.  

Oğlan  hətta  qərara  gəldi  ki,  baĢ  prokurora  məktub 

yazıb, yanına heç kimi buraxmamağı xahiĢ eləsin.  

“Bəs Fuke? – o düĢündü. – O bura, Bezansona gəlsə, bu 

iĢ onu çox məyus eləyər!” 




www.vivo-book.com 

 

996 



Bəlkə də iki ay idi ki, Fuke onun yadına düĢmürdü. 

“Strasburqda  mən  necə  də  axmaq  olmuĢam.  Mənim 

fikirlərim mundirimin yaxalığından yuxarı iĢləməyib!” 

Fuke  barədə  düĢünmək  onu  çox  da  məĢğul  eləmədi, 

Jülyen  yenə  kövrəldi.  Həyəcandan  o  baĢ-bu  baĢa 

addımlamağa baĢladı.  

“Hə, ölümqabağı əzmkarlığım iyirmi dərəcə də azaldı... 

Əgər  mənim  zəifliyim  çoxalsa,  ən  yaxĢı  yol  intihardı. 

Mənim qorxaq kimi öldüyümü görsələr, o abbat Malonlar və 

cənab Valnolar necə bayram eləyər?!” 

Fuke  gəlib  çıxdı  –  bu  sadə,  mehriban  adam  dərddən 

özünə  yer  tapmırdı.  Onun  fikri-zikri  ancaq  öz  varidatını 

satmaq,  həbsxana  nəzarətçisini  satın  almaq  və  Jülyenin 

qaçıĢını  təmin  etmək  idi.  O  durmadan  cənab  de  Lavaletin 

qaçmağından danıĢırdı. 

– Sən məni məyus eləyirsən, – Jülyen dedi. – Cənab de 

Lavaletin günahı  yox  idi,  mənsə  günahkaram.  Sən  özün də 

istəmədən,  bu  fərqi  mənim  yadıma  salırsan.  Özün  də  bura 

bax,  sən  nə  danıĢırsan?  Doğrudan  da  sən  bütün  varidatını 



www.vivo-book.com 

 

997 



satmağa  hazırsan?  –  MüĢahidə  qabiliyyəti  və  inamsızlığı 

özünə qayıdan Jülyen qəfildən heyrətə gəldi. 

Fuke  dostunun  axır  ki,  onun  təklif  elədiyi  məsələylə 

maraqlanmağından sevinərək, torpaqlarının hər biri üçün ala 

biləcəyi pulları hesablamağa baĢladı.  

“Kənd mülkədarına xas olmayan heyrətamiz fədakarlıq! 

–  Jülyen  düĢündü.  –  Ona  baxanda,  gördüyüm  xəsislik, 

ehtiyatlılıq,  xırdaçılığı  məni  utandığımdan  qızarmağa 

məcbur  eləyirdi  –  o  isə  indi  hər  Ģeyini  mənim  yolumda 

qurban  verməyə  hazırdı!  Düzdü,  cənab  de  La-Mollun 

qəsrinə  gələn  o kübar,  “Rene”  oxuyan  gənclər  bunun  qədər 

gülməli  görünmürlər,  amma  əlinə  qəfil  keçən  mirasla 

varlanan və pulun qədrini bilməyən gəncləri çıxmaq Ģərtiylə, 

o kübar parislilərin hansı belə fədakarlığa hazır ola bilər?” 

Dostunun  bütün  nitq  qüsurları,  yonulmamıĢlığı  – 

hamısı  yoxa  çıxdı,  Jülyen  dostunun  boynuna  atılıb,  onu 

qucaqladı. Parislə müqayisə olunan əyalət hələ heç vaxt belə 

üstünlüyə  sahib  olmamıĢdı.  Fuke  Jülyenin  gözlərində 

oxuduğu hissləri qaçmağa razılıq kimi qiymətləndirdi. 



www.vivo-book.com 

 

998 



Bu alicənablıq nümayiĢi cənab ġelanın gəliĢindən sonra 

ruhdan  düĢən  Jülyeni  özünə  gətirdi.  O  hələ  çox  cavan  idi, 

amma  məncə,  onun  xislətində  olduqca  çoxlu  gözəl  Ģeylər 

vardı.  Əksər  insanların  elədiyi  kimi,  kövrəklikdən 

hiyləgərliyə  keçmək  əvəzinə,  illər  keçdikcə,  o  əsl 

xeyirxahlığa çatmıĢ və özünün ağlasığmaz Ģübhəkarlığından 

xilas  olmuĢdu.  Bir  də  ki,  axı  qabaqcadan  bu  xoĢ 

xəbərvermələrin nə mənası var? 

Öz ifadələriylə bu darıxdırıcı prosesə tez son qoymağa 

çalıĢan  Jülyenin  cəhdlərinə  baxmayaraq,  istintaq  uzandı.  O 

isə hər gün: 

– Mən adam öldürmüĢəm, istənilən halda, qəsdən adam 

öldürmək istəmiĢəm – deyə təkrarlayırdı. 

Amma  onun  hakimi  əsl  bürokrat  idi. Jülyenin  ifadələri 

sorğu-sualları  azaltmırdı  –  bu  ifadələr  hakimin  qüruruna 

toxunurdu.  Jülyen  bilmirdi  ki,  onu  ağır  Ģərtləri  olan 

zirzəmiyə köçürmək istəyirmiĢlər, ancaq Fukenin xidmətləri 

sayəsində  səksən  addımlıq  hündürlükdə  yerləĢən  bu  gözəl 

otaqda qalır.  



www.vivo-book.com 

 

999 



Abbat  de  Friler  Fukenin  odun  satdığı  adamlardan 

biriydi.  Xeyirxah  odun  alverçisi  bütün  vasitələrdən  istifadə 

eləyib, hər Ģeyə qadir baĢ vikarinin yanına düĢmüĢdü. Cənab 

de  Friler  ona  deyəndə  ki,  Jülyenin  yaxĢı  keyfiyyətlərini  və 

seminariyada  göstərdiyi  xidmətləri  yaddan  çıxarmayıb  və 

buna  görə  də  hakimləri  Jülyenə  qarĢı  ədalətli  davranmağa 

çalıĢacaq,  Fukenin  sevincinin  həddi-hüdudu  olmadı.  Fuke 

dostunun  xilas  olacağına  ümid  eləyərək,  az  qala  baĢ 

vikarinin  qarĢısında  diz  çökdü  və  xahiĢ  elədi  ki,  ayinlərin 

keçirilməsinə  kömək  məqsədilə  verdiyi  altı  luidoru  qəbul 

eləsin ki, dua eləyənlər Tanrıdan müttəhimin bağıĢlanmasını 

istəsinlər. 

Fuke  bərk  yanılırdı.  Cənab  de  Friler  az  qala  cənab 

Valnoyla  əlbir  idi.  O,  altı  luidoru  qəbul  eləməkdən  qəti 

Ģəkildə  imtina  elədi  və  hətta  bu  kəndliyə  baĢa  salmağa 

çalıĢdı  ki,  pulunu  özündə  saxlasın.  Bunu  ona  baĢa  sala 

bilməyəcəyini  görəndə,  cənab  de  Friler  Fukeyə  dedi  ki,  bu 

pulları  doğrudan  da  hər  Ģeydən  məhrum  olan  bədbəxt 

dustaqlara paylasın. 

Cənab Friler düĢünürdü: 




www.vivo-book.com 

 

1000 



“Bu Jülyen də nəsə qəribə məxluqdu. Onun hərəkətinin 

heç  bir  izahı  yoxdur,  mənim  üçün  izaholunmaz  Ģeylər 

olmamalıdı.  Bəlkə  də  onu  əzabkeĢ  elan  eləmək  olar...  Hər 

halda  mən  bu  iĢin  axırına  çıxmalıyam,  məsələnin  nə  yerdə 

olduğunu  bilməliyəm.  Yeri  gəlmiĢkən,  bizə  az  da  olsa, 

hörmət  eləməyən  və  məndən  zəhləsi  gedən  o  xanım  de 

Renalı da bir az qorxutmaq lazımdı. Bəlkə bu məsələdə mən 

Jülyenə  qarĢı  açıq-aĢkar  xoĢ  münasibət  bəsləyən  cənab  de 

La-Molla da barıĢmaq fürsəti tapdım. 

Onların davasının həlli müqaviləsi bir neçə həftə əvvəl 

imzalanmıĢdı,  o  vaxt  abbat  Pirar  Bezansondan  gedərkən 

Jülyenin  sirli  əsil-nəcabəti  barədə  bir-iki  kəlmə  demiĢdi  – 

bunlar  hamısı  Jülyen  Veryer  kilsəsində  xanım  de  Renalı 

öldürməyə cəhd etdiyi gün baĢ vermiĢdi. 

Ġndi  ölümqabağı  Jülyeni  qorxudan  bircə  Ģey  vardı  – 

atasının onun yanına gələ bilmə ehtimalı. O, baĢ prokurora 

yanına  adam  buraxmaması  üçün  məktub  yazma  məsələsini 

Fukeylə məsləhətləĢdi. Doğma atayla, özü də belə bir vaxtda 

görüĢməkdən  imtina  eləmək  odun  alverçisinin  kəndli 

xasiyyətinə  yad  idi  və  o  bərk  təəccübləndi.  Ona  hətta  elə 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə