Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə21/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   17   18   19   20   21   22   23   24   ...   197

www.vivo-book.com 

 

102 



baxırdı:  bu  fırıldaqdan  baĢqa  bir  Ģey  deyil  və  bu  məsələdə 

bəxtinin gətirəcəyinə inanan ancaq axmaqlardı. 

Nahar  zəngi  çalındı  və  xanım  Renal  uĢaqlarla 

gəzintidən  qayıdan  Jülyenin  səsini  eĢidib  yerindən  sıçradı. 

O,  sevəndən  bəri  yavaĢ-yavaĢ  hiyləgərlik  etməyi  də 

öyrənmiĢdi,  buna  görə  də  yanağındakı  qızartını  gizlətmək 

üçün baĢının bərk ağrıdığını dedi. 

Cənab Renal bərkdən güldü: 

– Ġlahi, bu qadınların hamısı eynidi, mütləq haralarısa 

ağrımalıdı.  

Xanım  Renal  belə  zarafatlara  nə  qədər  öyrəĢsə  də, 

yenə  də  ərindən  bərk  incidi.  Bu  xoĢagəlməz  hisslərdən 

canını  qurtarmaq  üçün  o,  Jülyenə  tərəf  baxdı.  Oğlan  lap 

çirkinin  biri  olsaydı  belə,  indi  onun  gözünə  dünyanın  ən 

yaraĢıqlı adamı kimi görünəcəkdi. 

Cənab  Renal  zadəgan  həyatının  qaydalarına  cədd-

cəhdlə əməl edirdi. Buna görə də isti yaz günləri gələn kimi, 

ailəni  Verjiyə  apardı.  Bura  faciəvi  “Qabrielin  hekayəti”ylə 

məĢhurlaĢan  balaca  kənd  idi.  Qədim  qotik  kilsənin  olduqca 

mənzərəli  görünən  dağıntılarının  bir  neçə  addımlığında 




www.vivo-book.com 

 

103 



cənab  Renala  məxsus  olan  dörd  qülləli  qədim  qəsr,  qəsrin 

ətrafındasa  Tyüril üslubunda  salınmıĢ,  qaraçöhrə  ağacından 

olan  çoxlu  bordürləri  və  ildə  iki  dəfə  budanan  Ģabalıd 

ağaclarıyla  dolu  xiyabanları  olan  park  vardı.  Xiyabana 

bitiĢik  alma  bağısa  gəzinti  üçün  əla  yerdir.  Meyvə  bağının 

sonunda səkkiz-on dənə böyük qoz ağacı var – buradakı qol-

budaqlı ağaclar hardasa səksən futa qədər ucalır. 

Arvadının  bu  ağaclara  heyrətlə  tamaĢa  elədiyini 

görən cənab Renal deyirdi: 

–  Bu  lənətə  gəlmiĢ  qoz  ağaclarının  hər  biri  yarım 

arpan sahədə məhsulu zay eləyir. Bunların kölgəsində buğda 

yetiĢmir. 

Xanım Renal elə bil ömründə ilk dəfəydi ki, təbiətin 

gözəlliyinin  fərqinə  varırdı.  Həzdən  özünü  unutmuĢ  qadın 

ətrafındakı hər Ģeydən zövq alırdı. Onu bürüyən hiss qadını 

tədbirli və qərarlı eləmiĢdi. Onlar Verjiyə köçəndən iki gün 

sonra,  mer  cənab  Renal  vacib  iĢlərlə  əlaqədar  Ģəhərə  gedən 

kimi  xanım  Renal  öz  hesabına  fəhlələr  tutdu.  Jülyen  ona 

meyvə bağından tutmuĢ nəhəng qoz ağaclarına qədər, qumla 

örtülü balaca bir yol salmağı məsləhət görmüĢdü. O deyirdi 




www.vivo-book.com 

 

104 



ki,  uĢaqlar  səhər  ertədən  ayaqlarını  Ģehə  batırmadan  bu 

yolda  gəziĢə  bilərlər.  Söz  Jülyenin  ağzından  çıxandan  bircə 

gün sonra məsləhətə əməl olundu. Xanım Renal həmin günü 

Jülyenə qoĢulub iĢçilərə rəhbərlik edərək çox Ģən keçirdi.  

Veryer meri Ģəhərdən evə qayıdanda artıq hazır olan 

yolu görüb, çox təəccübləndi. Xanım Renalsa onun Ģəhərdən 

belə  tez  qayıtmağına  təəccübləndi.  O,  ərinin  varlığını  artıq 

unutmuĢdu. Düz iki ay cənab Renal arvadını özbaĢınalığına 

görə  danladı:  axı  necə  ola  bilərdi  ki,  əriylə 

məsləhətləĢməmiĢ belə iri miqyaslı bir iĢə giriĢmiĢdi?! Onu 

ancaq  arvadının  bu  iĢin  xərcini  öz  üzərinə  götürməyi 

sakitləĢdirirdi. 

Xanım  Renal  bütün  gününü  uĢaqlarla  bağda  keçirir, 

onlara  qoĢulub  kəpənək  tuturdu.  Onlar  nazik  tordan  girdə 

qalpaqlar düzəltmiĢdilər, yazıq pulcuqqanadlıları da bununla 

ovlayırdılar.  Bu  qəribə  adı  xanım  Renal  Jülyendən 

öyrənmiĢdi.  Bu  yaxınlarda  xanım  Renal  Bezansondan 

Qodarın  əla  bir  kitabını  aldırmıĢdı  və kitabı oxuyan  Jülyen 

qadına bu həĢəratların qəribə həyatından danıĢmıĢdı. 



www.vivo-book.com 

 

105 



Kəpənəkləri  sancaqlarla  amansızcasına  Jülyenin 

düzəltdiyi iri karton çərçivəyə bərkidirdilər. 

Axır  ki,  Jülyenlə  xanım  Renalın  danıĢmağa  ortaq 

mövzuları  tapılmıĢdı.  Jülyen  daha  sükutla  dolu  dəqiqələrdə 

əzab  çəkməkdən  yaxasını  qurtarmıĢdı.  HəmiĢə  ən  adi 

mövzularda olsa da, böyük həvəslə uzun-uzadı danıĢırdılar. 

Onların  hadisələrlə  dolu  qaynar  həyatı  evdə  bir  dəqiqə  də 

dincələ  bilməyən  qulluqçu  Elizadan  baĢqa  hamının 

ürəyincəydi.  Qulluqçu  qız  öz-özünə  deyirdi:  “Bizim  xanım 

heç  Veryerdəki  ziyafət  ərəfəsində  də  öz  geyim-keciminə 

belə fikir vermirdi. Ġndi xanım gündə iki, üç, hətta dörd dəfə 

paltar dəyiĢir”. 

Ġnsafən deyək ki, gözəl dərisi olan xanım Renal indi 

özünə  qolları  qısa,  yaxasısa  əməlli-baĢlı  açıq  olan  donlar 

tikirdi.  Qadının  gözəl  biçimli  bədəni  olduğu  üçün  belə 

paltarlar ona çox yaraĢırdı. 

Hərdən  Veryerdən  Verjiyə  nahara  qonaq  gələn 

dostlar ona deyirdilər: 

– Sizi hələ heç vaxt belə gənc görməmiĢdik. 



www.vivo-book.com 

 

106 



Bizim  tərəflərdə  belə  sözlər  lütfkarlıq  hesab  olunur. 

Buna inanmaq çətin olsa da, xanım Renalın əyin-baĢına belə 

cidd-cəhdlə  fikir  verməyinin  baĢqa  heç  bir  məqsədi-filanı 

yox  idi. Bu  onun  xoĢuna  gəlirdi, boĢ vaxt tapan  kimi,  yəni 

əgər  Jülyen  və  uĢaqlarla  kəpənək  tutmurdusa,  Elizayla 

oturub, özünə paltar tikirdi. Cəmi bircə dəfə Veryerə getdi, o 

da yay donları üçün Müluzdan gələn yeni parçalardan almaq 

üçün. O cavan bir qohumunu da özüylə Verjiyə gətirmiĢdi. 

Xanım Renal ərə gedəndən sonra Ġsanın ürəyi monastırında 

bir  yerdə  oxuduğu  xanım  Dervillə  özü  də  hiss  eləmədən 

bərk dostlaĢmıĢdı. 

Xanım  Dervil  öz  əmisi  qızının,  özü  demiĢ,  “gic-gic 

yalan-palanlarını” ələ salır və deyirdi: 

“Buna  bax,  bu  heç  mənim  ağlıma  da  gəlməzdi”. 

Xanım Renal Parisdə hazırcavablıq göstəricisi sayıla biləcək 

qəfil uydurduğu belə söz-söhbətləri yüngüllük hesab edir və 

ərinə  deməkdən  utanırdı.  Amma  xanım  Dervil  yanında 

olanda  ürəklənir  və  ağlına  gələnləri  çəkinə-çəkinə  olsa  da, 

dilinə  gətirirdi.  Uzun  müddət  rəfiqəsiylə  təklikdə  qalandasa 

əməlli-baĢlı  canlanır,  dil  açırdı.  Ġkilikdə  keçirdikləri  uzun 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə