Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə22/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   18   19   20   21   22   23   24   25   ...   197

www.vivo-book.com 

 

107 



səhər  saatları  bir  an  kimi  keçirdi  və  hər  ikisi  də  bundan 

olduqca Ģənlənirdi. 

Bu  səfəri  zamanı  iti  ağıla  malik  xanım  Dervil  xalası 

qızını həmiĢəki kimi Ģən görməsə də, xeyli xoĢbəxt gördü. 

Jülyensə  öz  növbəsində  kəndə  gələndən  bəri  özünü 

uĢaq  kimi  xoĢbəxt  hiss  eləyir  və  bütün  günü  uĢaqlara 

qoĢulub  kəpənək  dalınca  qaçırdı.  O,  həmiĢə  təmkinini 

qorumalı,  çox  qəliz  və  müəmmalı  siyasət  həyata  keçirməli 

olmuĢdu,  amma  burada,  yad  gözlərdən,  nəzarətdən  uzaqda 

oğlan xanım Renalın qarĢısında fitri qorxu hiss eləmir və bu 

yaĢlarda olan gəncin dünyanın ən gözəl dağlarının qoynunda 

asanca hiss elədiyi xoĢbəxtliyini yaĢayırdı. 

Jülyen elə ilk gündən xanım Dervili dost kimi qəbul 

elədi,  ona  qoz  ağaclarının  altına  qədər  uzanıb  gedən  yolun 

axırından  baxanda  görünən  mənzərəni  göstərməyə  tələsdi. 

Ġnsafən,  bu  mənzərə  Ġsveçrə  və  Ġtaliyadakı  göllərin 

mənzərəsindən heç də pis deyil, hətta bəlkə daha gözəl idi. 

Əgər  bu  yerin  iki  addımlığından  baĢlayan  dik  dağ 

yamacına  qalxsanız,  qarĢınıza  dikdirində  düz  çaya  qədər 

palıd  meĢələri  uzanan  dərin  uçurumları  görəcəksiniz.  Bax, 




www.vivo-book.com 

 

108 



Ģən, sərbəst, hətta sözün hansısa mənasında evin ağası olan 

Jülyen  hər  iki  rəfiqəsini bura gətirir və onların bu  əzəmətli 

mənzərəyə necə heyrətlə baxdığını qürurla seyr eləyirdi. 

– Elə bil Motsartın musiqisinə qulaq asıram, – xanım 

Dervil deyirdi. 

Əvvəllər,  Veryer  kənarındakı  dağların  bütün 

gözəlliyini Jülyenin qardaĢların paxıllığı və həmiĢə nədənsə 

narazı olan atasının qəddarlığı zəhərləyirdi. Veryerdə bu acı 

xatirələri  onun  yadına  salan  heç  nə  yox  idi.  Ġlk  dəfəydi  ki, 

ətrafına  baxanda  onunla  düĢmənçilik  eləyən  kimisə 

görmürdü. 

Cənab Renal Ģəhərə gedəndə – belə hallar lap tez-tez 

olurdu – Jülyen kitab oxuyurdu. Artıq o, kitabı gecələr, özü 

də  tərsinə  aĢırdığı  gül  dibçəyinin  altına  gizlətdiyi  lampanın 

iĢığında  oxumaq  əvəzinə  gecələr  rahat  yatır,  gündüzlərsə 

uĢaqlar dincələndə özünü kitab oxumağa verirdi. Kitab onun 

həyatdakı  yeganə  müəllimi  və  heyrətinin  əvəzolunmaz 

səbəbiydi. Kədərli anlarında o sevinci də, ilhamı da, təsəllini 

də kitablardan alırdı. 



www.vivo-book.com 

 

109 



Napoleonun qadınlar barədə bəzi ifadələri bir vaxtlar 

dəbdə  olan  romanlardakı  fikirlər  Jülyenin  ağlına  baĢqa 

gəncin ağlına çoxdan gələ biləcək Ģeyləri gətirirdi. 

Ġsti  günlər  baĢlamıĢdı.  Ailə  gecələr  evin  bir  neçə 

addımlığındakı nəhəng cökə ağacının altına yığıĢmağı vərdiĢ 

eləmiĢdi. Ağacın altı həmiĢə çox qaranlıq olurdu. 

Bir dəfə Jülyen özünün gözəl nitq qabiliyyətindən və 

cavan  qadınların  ona  qulaq  asmağından  ilhamlanıb  nəsə 

danıĢırdı.  Həvəslə  əl-qol  atdığı  yerdə  əli  qəfildən  xanım 

Renalın təzə rənglənmiĢ taxta oturacağın kürəyinə söykədiyi 

qoluna toxundu. Qadın tezcə qolunu çəkdi. Bu vaxt Jülyenin 

ağlına  gəldi  ki,  nəsə  eləsin  və  qadın  o  toxunanda  qolunu 

çəkməsin. 

Özünün  öhdəsindən  gəlməli  olduğu  bu  borc  hissi 

gülməli  görünmək,  daha  doğrusu,  alçalmıĢ  vəziyyətə 

düĢmək qorxusu bir anın içində onun sevincini zəhərlədi. 

 

 

 



IX 


www.vivo-book.com 

 

110 



 

   BĠR AXġAM BAĞDA… 

 

 Herenin “Didona”sı – əla cızmaqaradı! 

   


Ştrombek 

 

 



Növbəti səhər Jülyen xanım Renalı görəndə bir neçə 

dəfə  təəccüblə  qadına  baxdı.  O,  xanım  Renala  ağır  döyüĢə 

hazırlaĢdığı düĢmən kimi baxırdı. 

Dünəndən  bəri  bu  qədər  dəyiĢən  baxıĢlar  xanım 

Renalı  bərk  narahat  elədi:  o  bu  oğlanla  belə  mehribanlıq 

elədiyi  halda,  oğlan  nəyəsə  qəzəblənirdi.  Qadın  gözünü 

Jülyendən çəkə bilmirdi. 

Xanım  Dervilin  burda  olmağından  istifadə  edən 

Jülyen  az  danıĢa  bilmək  və  beynindəki  planı  götür-qoy 

eləmək  imkanı  qazanırdı.  O,  bütün  günü  özünə  inamını 

möhkəmləndirən,  ona  bərk  təsir  eləyən  kitabı  oxumaqla 

keçirirdi. 




www.vivo-book.com 

 

111 



Bu axĢam o, uĢaqlarla məĢğələsini həmiĢəkindən bir 

az tez qurtardı və xanım Renalla olan hadisəni yadına salıb, 

bunun  artıq  Ģərəf  və  ləyaqət  məsələsi  olduğunu  düĢünərək 

qərara  gəldi  ki,  bu  axĢam  necə  olursa  olsun,  xanımın  əlini 

ondan çəkməməyinə nail olmalıdı. 

GünəĢ qüruba əyilir, həlledici məqam yaxınlaĢırdı və 

Jülyenin ürəyi sinəsində aramsız döyünürdü. Axır ki, axĢam 

düĢdü. O hiss elədi ki, bu gecə həmiĢəkindən daha qaranlıq 

olacaq  və  bunu  anlayanda  oğlanın  çiynindən  elə  bil  yük 

götürüldü. Güclü küləyin havasına düĢüb, lap yaxında üzən 

buludlarla  dolu  göy  üzü  hətta  ildırım  çaxacağından  xəbər 

verirdi. 

Qadınlar  gecə  düĢənə  qədər  gəziĢdilər.  Onlar  bu 

axĢam gəzintiləri zamanı nə eləsələr, Jülyenə qəribə gəlirdi. 

Həssas  qadınlar  üçün  sevginin  dadını  artıran  bu  bürkülü 

hava elə bil onlara zövq verirdi. 

Axır  ki,  hamı  masa  arxasına  əyləĢdi.  Xanım  Renal 

Jülyenin  yanında,  xanım  Dervilsə  öz  rəfiqəsiylə  yanaĢı 

oturdu.  Bir  azdan  eləyəcəyi  Ģeyi  bir  an  da  olsun  ağlından 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə