Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə23/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   19   20   21   22   23   24   25   26   ...   197

www.vivo-book.com 

 

112 



çıxara  bilməyən  Jülyen  heç  bir  Ģey  barədə  sərbəst  danıĢa 

bilmirdi. Söhbət heç cür alınmırdı. 

“Ġlahi, doğrudanmı mən ilk döyüĢ vaxtı da belə tir-tir 

əsəcəm,  özüm  də  belə  fağır  günə  qalacam?”  –  özünə  və 

baĢqalarına  həmiĢə  hədsiz  inamsızlıqla  yanaĢan  Jülyen  öz-

özünə bunu deyir və indiki halının adını tapa bilmirdi. 

O,  bu  əzablı  gözləntidənsə  istənilən  təhlükəyə  hazır 

idi. Bayaqdan dəfələrlə Allaha yalvarmıĢdı ki, xanım Renalı 

kimsə çağırsın və qadın bağdan çıxıb getsin. Jülyenin özünə 

verdiyi  əzab  elə  ağır  idi  ki, səsi  titrəməyə  baĢladı. Jülyenin 

səsi titrəyən kimi hətta xanım Renalın da səsi titrədi. Amma 

Jülyen  o  qədər  həyəcanlıydı  ki,  bunu  hiss  eləmədi. 

Qərarsızlıq və Ģərəf borcu arasında gedən  mübarizə onu elə 

gərginlikdə  saxlayırdı  ki,  öz  içindən  kənarda  olan 

hadisələrin heç birini görmürdü. 

Qüllə saatının zəngi ona on beĢ dəqiqə qalmıĢı vurdu, 

o  isə  hələ  də  qərara  gəlməmiĢdi.  Öz  cəsarətsizliyindən 

qəzəblənən Jülyen ürəyində dedi: 




www.vivo-book.com 

 

113 



–  Ya  saat  onu  vuranda  mən  bütün  günü 

düĢündüyümü eləməliyəm,  ya da otağıma gedib təpəmə bir 

güllə vuracam! 

Gözləntinin  və  əzablı  qorxunun  axırıncı  dəqiqəsi  də 

bitdi, Jülyen həyəcandan özünü unudanda qüllə saatları saat 

onu  vurdu.  Bu  lənətə  gəlmiĢ  zınqırov  hər  dəfə  elə  bil  onun 

ürəyində vurur və oğlanı titrəməyə məcbur eləyirdi. 

Nəhayət,  saat  axırıncı  dəfə  də  vurdu  və  səs  hələ 

kəsilməmiĢdi  ki,  o,  əlini  uzadıb,  xanım  Renalın  əlindən 

yapıĢdı  –  qadın  tez  əlini  geri  dartdı.  Jülyen  nə  elədiyindən 

ĢaĢırmıĢ  halda  bir  də  qadının  əlindən  yapıĢdı.  Oğlan  nə 

qədər  həyəcanlı  olsa  da,  özündən  asılı  olmayaraq  yenə  də 

heyrətə  gəldi  –  qadının  əli  buz  kimiydi,  o  xanım  Renalın 

əlini  ovcunda  bərk-bərk  sıxdı.  Qadın  sonuncu  dəfə  əlini 

çəkməyə cəhd elədi və nəhayət, oğlanın ovcundakı əl təslim 

oldu. 


Onun  qəlbi  hədsiz  bir  həzz  yaĢayırdı  –  səbəb  bu 

deyildi  ki,  o  xanım  Renalı  sevirdi,  o,  sadəcə,  bu  dəhĢətli 

əzabdan  qurtardığına  görə  sevinirdi.  Xanım  Dervil  heç  nə 

hiss  eləməsin  deyə,  oğlan  danıĢmağı  lazım  bildi.  Ġndi  onun 




www.vivo-book.com 

 

114 



səsi  daha  qətiyyətli  və  arxayın  idi.  Xanım  Renalın  səsisə 

əksinə,  həyəcandan  elə  titrəyirdi  ki,  rəfiqəsi  qadının 

xəstələndiyini düĢünərək evə getməyi məsləhət bildi. 

Jülyen  təhlükəni  hiss  elədi:  Əgər  xanım  Renal  indi 

qonaq  otağına  getsə,  mən  yenə  də  bayaqkı,  bütün  günü 

çəkdiyim  o  dözülməz  vəziyyətə  düĢəcəm.  Mən  onun  əlini 

əlimdə  o  qədər  az  saxlamıĢam  ki,  bunu  hələ  mənim  əsl  və 

mütləq qələbəm hesab eləmək olmaz. 

Xanım Dervil bir daha evə getməyi təklif elədi və bu 

dəfə Jülyen ovcunda təslim olmuĢ əli bərk-bərk sıxdı. 

Artıq  demək  olar  ki,  ayağa  qalxmıĢ  xanım  Renal 

təzədən oturdu və güclə eĢidiləcək səslə: 

– Düzdü, mən özümü bir az pis hiss eləyirəm, amma 

məncə açıq havada qalsam, daha yaxĢı olar. 

Bu  sözlər  Jülyeni  elə  sevindirdi  ki,  o  sevincindən 

özünü  göyün  yeddinci  qatında  hiss  eləyirdi.  Oğlan  bütün 

riyakarlığını  bir  tərəfə  buraxaraq  deyib-gülməyə  baĢladı  – 

indi ona qulaq asan rəfiqələr bu oğlanı dünyanın ən sevimli 

adamı bilirdilər. Amma dilinin qəfil bu cür açılmasında bir 

az  da  qorxu  var  idi.  Bir  azdan  çaxacaq  ildırımdan  xəbər 




www.vivo-book.com 

 

115 



verən küləkdən qəzəblənən xanım Dervilin qalxıb təkbaĢına 

qonaq  otağına  gedə  biləcəyi  onu  qorxudurdu.  Belə  olsa,  o 

xanım  Renalla  tək,  göz-gözə  qalacaqdı.  Düzdü,  o  bu  gün 

planlaĢdırdığını  eləməyə  özündə  güc  tapmıĢdı,  amma 

bundan  o  yana  bircə  addım  belə  atmaq  ixtiyarında  deyildi. 

Qadın  onu  nə  qədər  cüzi  danlasa  da,  Jülyen  özünü  məğlub 

hiss edəcək və bu gün qazandığı qələbəsi onun gözündə heç 

olacaqdı. 

XoĢbəxtlikdən  bu  axĢam  onun  çılğınlıq  və  həvəslə 

söylədiyi  nitqlər  hətta  daima  Jülyenin  uĢağa  oxĢadığını 

deyən  və  onu  maraqsız  biri  hesab  edən  xanım  Dervilin  də 

ürəyini  fəth  eləmiĢdi.  Əli  Jülyenin  ovcunda  uyuyan  xanım 

Renala  gəldikdəsə,  o,  bu  dəqiqə  heç  nə  barədə  düĢünə 

bilmirdi – o özünü tamamilə unutmuĢdu. 

Onların  burada,  danıĢılan  əfsanələrdən  birinə  görə 

Cəsarətli  Karlın  əkdiyi  nəhəng  cökənin  altında  keçirdikləri 

saatlar xanım Renalın həyatında yaĢadığı ən xoĢbəxt zaman 

kəsiyiydi  və  həmiĢə  də  belə  qaldı.  O,  küləyin  sıx  cökə 

yarpaqlarını  necə  xıĢıldatdığını,  təzəcə  yağmağa  baĢlayan 



www.vivo-book.com 

 

116 



seyrək  yağıĢ  damlalarının  bu  yarpaqların  üstünə  necə 

damcıladığını eĢidir və qəlbi həzdən titrəyirdi. 

Jülyen  onu  çox  sevindirəcək  bir  məqamı  gözdən 

qaçırmıĢdı  –  əmisi  qızına  küləyin  masadan  yerə  aĢırdığı 

güldanı  qaldırmağa  kömək  eləmək  məqsədiylə  bir 

dəqiqəliyə  ayağa  qalxan  xanım  Renal  sanki  qeyri-ixtiyari 

olaraq  əlini  Jülyenin  əlindən  çəkdi,  amma  yerinə  əyləĢən 

kimi,  elə  bil  min  ildi  buna  vərdiĢ  eləyibmiĢ  kimi  əlini 

oğlanın əlinə uzatdı. 

Saat  on  ikini  çoxdan  vurmuĢdu,  artıq  bağdan  çıxıb 

getmək  vaxtı  idi  –  hamı  dağılıĢdı.  Qəlbi  sevgi  həzziylə 

dolmuĢ  xanım  Renal  elə  qeyri-müəyyən  vəziyyətdəydi  ki, 

özünü günahkar hesab eləmək heç ağlına da gəlmirdi. 

O,  bütün  gecəni  gözünü  qırpmadı  –  xoĢbəxtlik  onu 

yatmağa  qoymurdu.  Bütün  günü  içindəki  utancaqlıqla 

qürurun  apardığı  mübarizədən  yorulan  Jülyensə  yatağına 

uzanan  kimi  bərk  yuxuya  getdi  və  bütün  gecəni  daĢ  kimi 

yatdı. 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə