Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə24/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   20   21   22   23   24   25   26   27   ...   197

www.vivo-book.com 

 

117 



Səhər  saat  beĢdə  onu  oyatdılar:  oğlan  oyananda 

xanım  Renal  heç  yadına  da  düĢmədi.  Qadın  bunu  bilsəydi, 

bu onun üçün necə də ağır zərbə olardı! 

O  öz  borcunu,  qəhrəmanlıq  borcunu  yerinə 

yetirmiĢdi.  Bunu  düĢünəndə  aldığı  zövqü  yaĢaya-yaĢaya  o 

öz otağının qapısını arxadan kilidlədi və yeni bir həvəslə öz 

qəhrəmanının zəfərlərini təsvir etməyə giriĢdi. 

Səhər  yeməyinə  dəvət  eləyən  zəng  çalınanda  o, 

Böyük  Ordunun  zəfərləri  barədə  xeyli  oxuyub,  axĢam 

qazandığı qələbəni unutmuĢdu. Qonaq otağına keçəndə o öz-

özünə yarızarafat-yarıgerçək düĢündü: 

“Gərək o qadına deyim ki, mən onu sevirəm”. 

Amma görməyə hazırlaĢdığı yorğun baxıĢlar əvəzinə 

o,  cənab  Renalın  qəzəbli  baxıĢlarıyla  üzləĢdi.  Cənab  Renal 

Jülyenin  bütün  səhəri  uĢaqlarla  məĢğul  olmamağından 

əsəbiləĢdiyini  gizlədə  bilmirdi.  Bu  qəzəbli  adamın  nədənsə 

razı  qalmadığı  halda  göstərdiyi  üzdən  daha  idbar  sifət 

təsəvvür etmək mümkün deyildi. 

Ərinin hər zəhərli sözü xanım Renalın qəlbini deĢirdi. 

Amma Jülyen hələ də həzzin ən ali həddini yaĢayırdı: oğlan 




www.vivo-book.com 

 

118 



son  saatlar  ərzində  təxəyyülündə  canlandırdığı  böyük 

əməllərə  o  qədər  aludə  olmuĢdu  ki,  qəfildən  yerə  enmək 

onun  üçün  çətin  idi.  Odur  ki,  cənab  Renalın  kobud 

danlaqları hələ ona çatmırdı. Nəhayət, qəti və kəskin Ģəkildə 

cavab verdi: 

– Mən özümü pis hiss eləyirdim. 

Bu  cavabın  ahəngi  Veryer  merindən  daha  az  əsəbi 

adamı  belə  əsəbiləĢdirə  bilərdi.  O  az  qala  Jülyeni  evdən 

qovmağa  hazır  idi.  Onu  bu  addımı  atmaqdan  ancaq  əsəbi 

anlarında tələsməmək vərdiĢi saxladı. Mer öz-özünə dedi: 

“Bu əclaf südəmər mənim evimdə özünə əməlli-baĢlı 

nüfuz  qazanıb.  Valno  bunu  o  dəqiqə  öz  yanında  iĢə 

götürəcək,  oğlan  özü  də  tezbazar  Elizayla  evlənəcək  –  hər 

iki halda da məni axmaq yerinə qoyub dolayacaq”. 

Amma  bütün  bu  sərt  mülahizələrə  baxmayaraq, 

cənab Renalın narazılığı kobud danlaqlarla müĢahidə olundu 

ki, bu da yavaĢ-yavaĢ Jülyeni özündən çıxartdı. 

Xanım  Renal  göz  yaĢlarını  güclə  saxlayırdı.  Onlar 

masa  arxasından  qalxan  kimi  qadın  Jülyenə  yaxınlaĢaraq 

onun  qoluna  girdi  və  bir  az  gəziĢməyi  təklif  elədi.  Özü  də 




www.vivo-book.com 

 

119 



dostyana  oğlana  qısıldı.  Amma  o  nə  deyirdisədesin,  Jülyen 

asta səslə təkcə: 

–  Hə,  deməli,  varlı  adamlar  belə  olurmuĢlar!  – 

deyirdi. 

Cənab Renal da onlarla yanaĢı addımlayırdı və onun 

burada  olması  Jülyeni  bir  az  da  özündən  çıxarırdı.  O, 

qəfildən  hiss  elədi  ki,  xanım  Renal  ona  çox  yaslanıb  və 

qadının  bu  hərəkəti  onda  ikrah  doğurdu,  oğlan  əlini  sərt 

hərəkətlə xanım Renalın əlindən çəkdi. 

XoĢbəxtlikdən  cənab  Renal  bunu  görmədi,  Jülyenin 

hərəkəti təkcə xanım Dervilin diqqətini cəlb elədi. Həmin an 

cənab  Renal  bağçanın  arxa  tərəfindəki  xüsusi  yola  keçmək 

istəyən kəndçi qızcığaza tərəf daĢ tolazlamaqla məĢğul idi. 

Xanım Dervil oğlana: 

–  Cənab  Jülyen,  yalvarıram,  özünüzü  ələ  alın.  Axı 

hamının ovqatının pis vaxtları olur, – dedi. 

Jülyen  nəhayətsiz  nifrətlə  dolu  baxıĢlarla  soyuq-

soyuq  ona  baxdı.  Bu  baxıĢ  xanım  Dervili  heyrətə  saldı, 

amma  qadın  oğlanın  bu  baxıĢlarla  nə  demək  istədiyini 

bilsəydi,  daha  çox  heyrətlənərdi.  Xanım  Dervilsə  bu 




www.vivo-book.com 

 

120 



baxıĢlarda ancaq ağır qisas almaq ümidi görə bildi. ġübhəsiz 

ki, robespyerləri yaradan da elə belə alçaldıcı dəqiqələrdi. 

–  Sizin  bu  Jülyen  çox  qəzəblidir,  mən  ondan 

ehtiyatlanıram – xanım Dervil sakitcə rəfiqəsinə dedi. 

Rəfiqəsi: 

– O necə qəzəblənməsin? Bu qədər zəhmət çəkəsən, 

uĢaqlar  belə  uğurlar  əldə  eləyə,  bircə  səhər  onlarla  məĢğul 

olmadığın  üçün  üzünü  bu  qədər  danlayalar?  Yox,  düzünü 

deyək ki, bu kiĢilər dəhĢətli dərəcədə kobud məxluqlardı. 

Ġlk  dəfəydi  ki,  xanım  Renal  ərindən  qisas  almaq 

haqqında  düĢünürdü.  Jülyenin  varlılara  olan  dərin  nifrəti 

partlamaq həddindəydi. 

XoĢbəxtlikdən  cənab  Renal  bağbanı  çağırıb,  meyvə 

bağına  gedən  xüsusi  yola  tikanlı  məftil  çəkmək  barədə 

söhbətə baĢladı. 

Jülyen gəzinti ərəfəsində üstünə dolu kimi yağan xoĢ 

sözlərə  bircə  kəlməylə  də  olsun,  cavab  vermədi.  Cənab 

Renal  aralanan  kimi,  rəfiqələrin  ikisi  də  yorğunluqlarını 

bəhanə gətirərək Jülyenin qoluna girdilər. 



www.vivo-book.com 

 

121 



O,  həyəcan  və  vəziyyətin  gərginliyindən  qızarıb-

pörtmüĢ  iki  qadının  arasında  addımlayırdı.  Onun  rənginin 

yekəxana  bir  tövrlə  avazımağı,  sifətinin  tutqun,  qəti 

görünüĢüylə  bu  qadınların  vəziyyəti  arasında  nə  qədər 

ziddiyyət  vardı!  O  bu  qadınlara  da,  dünyadakı  bütün  incə 

hisslərə də nifrət eləyirdi. 

“Əgər  mənim  ildə  beĢcə  yüz  frank  gəlirim  olsaydı, 

bircə  bu  təhsilimin  puluna  çatsaydı!  Mən  bunların  hamısını 

baĢımdan cəhənnəm eləyərdim”. 

Bu qara-qura düĢüncələrə qərq olduğu üçün o qoluna 

girmiĢ  iki  qadının  diqqətinə  laqeyd  yanaĢırdı.  Qulağına 

çatan  bəzi  seyrək  sözlərsə  ona  mənasız,  cəfəng,  bir  sözlə 

arvad söhbəti kimi gəlirdi. 

Heç  olmasa  nədənsə  danıĢmaq  və  söhbəti  birtəhər 

davam elətdirmək üçün xanım Renal sözarası dedi ki, əri bu 

gün  Veryerdən  bir  kəndlidən  qarğıdalı  saçağı  almaq  üçün 

qayıdıb  (bu  yerlərdə  qarğıdalı  saçağını  döĢəyin  içinə 

doldururlar). 

–  Ərim  bu  gün  daha  bura  qayıtmayacaq,  –  xanım 

Renal  dedi.  –  O,  xidmətçiylə  bağbanı  çağırdı,  indi  onların 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə