Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə26/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   22   23   24   25   26   27   28   29   ...   197

www.vivo-book.com 

 

127 



 

   MĠNNƏTDARLIQ ÇOXDU, PUL ĠSƏ AZ... 

 

But passion most dissembles, yet betrays, 

   Even by its darkness, as the blacket sky 

   Foretells the heaviest tempest... 

   Don Juan, c. I. st. LXXIII

18

 

 

Cənab  Renal  qəsrin  bütün  otaqlarını  gəzəndən  sonra 

içi  təzədən  doldurulmuĢ  döĢəkləri  daĢıyan  qulluqçuların 

əhatəsində uĢaq otağına gəldi. Bu adamın qəfil peyda olmağı 

Jülyenin bayaqdan dolmuĢ səbir kasasını daĢırdı. 

                                                 

18

Göy üzünü bürümüĢ qara-qara buludlar 



        Qəzəbli bir tufandan xəbər verən sayağı 

        Yandıran alovuyla ifĢa edir özünü  

        Susqunluğun altında gizlənmiĢ ehtiraslar... 

Bayron, “Don Juan”, birinci nəğmə (ing.) 

 

 



www.vivo-book.com 

 

128 



Rəngi  avazımıĢ  oğlan  ağasının  onda  hələ  heç  vaxt 

görmədiyi  qətiyyətlə  cənab  Renalın  üstünə  Ģığıdı.  Cənab 

Renal yerində quruyaraq xidmətçilərə baxdı. 

–  Cənab,  –  Jülyen  dedi,  –  Siz  doğrudanmı  elə 

düĢünürsünüz ki, uĢaqlarınızın əldə elədikləri uğurları baĢqa 

mürəbbi  onlara  qazandıra  bilərdi?  Əgər  sizin  cavabınız 

“yox”dursa,  siz  hələ  bir  cəsarət  eləyib  məni  onlara  laqeyd 

yanaĢmaqda ittiham eləyirsiniz? 

Qəfil  qorxudan  sonra  özünə  gələn  cənab  Renal 

düĢündü  ki,  bu  fağır  oğlanın  birdən-birə  belə  yekə-yekə 

danıĢmağı boĢuna deyil. Deməli, ona nəsə əlveriĢli bir təklif 

olunub və oğlan həmin təklifi qəbul etmək, onların yanından 

getmək barədə fikirləĢir. 

Öz qəzəbini boğa bilməyən Jülyensə əlavə elədi: 

– Mən, cənab, siz olmadan da keçinə bilərəm! 

Cənab Renal yüngülcə kəkələdi: 

–  Sizin  belə  həyəcanlanmağınız  məni  məyus  elədi, 

cənab. 


Qulluqçular 

lap 


yaxında, 

onların 


on 

addımlığındaydılar – yataqları düzəltməklə məĢğul idilər. 




www.vivo-book.com 

 

129 



–  Mən  sizdən  bunu  gözləmirəm,  cənab  –  get-gedə 

daha da qəzəblənən Jülyen bağırdı. – Məni bir az əvvəl, özü 

də qadınların yanında necə təhqir elədiyinizi yadınıza salın! 

Cənab  Renal  Jülyenin  nəyə  nail  olmağa  çalıĢdığını 

anlayırdı.  Elə  bu  vaxt  qəzəbdən  artıq  özünü  itirmiĢ  Jülyen 

bağırdı: 

–  Sizin  evinizi  tərk  eləyəndən  sonra  mən  hara 

gedəcəyimi bilirəm, cənab! 

Bu  sözləri  eĢidən  cənab  Renal  bircə  anın  içində 

Jülyeni cənab Valnonun evində təsəvvür elədi. 

–  YaxĢı,  cənab,  –  nəhayət,  ağır-ağır  köksünü  ötürən 

cənab  Renal  ən  çətin  əməliyyata  hazırlaĢan  cərraha  üzünü 

tuturmuĢ  kimi,  oğlana  baxdı.  –  Mən  sizin  istəyinizlə 

razıyam.  Birigündən  etibarən  –  bu  elə  ayın  birinə  düĢür  – 

mən sizin aylıq maaĢınızı əlli franka qaldırıram. 

Jülyen  özünü  gülməkdən  güclə  saxladı:  o  elə 

heyrətlənmiĢdi ki, qəzəbi öz-özünə yoxa çıxmıĢdı: 

“Belə  çıxır  ki,  mən  bu  heyvana  hələ  az  nifrət 

eləyirmiĢəm! Bu alçağın qadir olduğu tək Ģey belə səxavətli 

üzrxahlıq imiĢ!” 




www.vivo-book.com 

 

130 



Ağızlarını  ayırıb  bu  səhnəyə  tamaĢa  eləyən  uĢaqlar 

bağa  qaçaraq  analarına  xəbər  verdilər  ki,  cənab  Jülyen 

dəhĢətli  dərəcədə  qəzəblənib  və  o,  bundan  sonra  ayda  əlli 

frank alacaq. 

Jülyen  vərdiĢi  üzrə  uĢaqların  arxasınca  getdi  və  heç 

qanrılıb  bircə  dəfə  də  olsun  cənab  Renala  tərəf  baxmadı  – 

ağası hirsindən cilov gəmirirdi. 

–  Bu  Valno  artıq  mənə  ildə  yüz  altmıĢ  səkkiz  frank 

ziyan  vurdu,  –  mer  öz-özünə  düĢünürdü.  –  Gərək  atılmıĢ 

uĢaqlar məsələsində onun dərsini verim. 

Heç  bir  dəqiqə  keçməmiĢdi  ki,  Jülyen  təzədən  onun 

qarĢısında peyda oldu. 

– Mən ġelan atanın yanına gedib, günahlarımı etiraf 

eləməliyəm. Bir neçə saatlığa iĢimi buraxmalı olacağımı sizə 

bildirməkdən Ģərəf duyuram. 

Cənab Renal həddindən artıq süni təbəssümlə: 

– Buyurun, əziz Jülyen, – dedi. Ġstəyirsiniz lap bütün 

günü, hətta istəsəniz, lap səhər də gəlməyin. Bağbanın atını 

da götürün, Veryerə piyada gedəsi deyilsiniz ki? 



www.vivo-book.com 

 

131 



“Hə,  aydındı.  Deməli,  o,  Valnoya  cavabını  deməyə 

gedir”  –  cənab  Renal  düĢündü.  “Axı  o  mənə  heç  nə  söz 

vermədi,  neynək,  bu  əsəb  dağarcığının  hirsinin  soyumağını 

gözləmək lazımdır”. 

Jülyen  tələm-tələsik  evdən  çıxıb  dağlara,  Verjidən 

Veryerə düz yolu olan böyük meĢəyə getdi. Onun elə bu saat 

ġelan atanın yanına getmək fikri yox idi. Təzədən riyakarlıq 

eləmək  və  saxta  səhnələr  quraĢdırmaq  həvəsində  deyildi. 

Ġndi  o  öz  qəlbiylə  baĢ-baĢa  qalmalı,  özüylə  haqq-hesabını 

çəkməli və canını bürüyən hisslərə azadlıq verməliydi. 

“Mən  bu  döyüĢü  qazandım,  –  onu  heç  kimin  görə 

bilməyəcəyi  meĢəyə  ayaq  basan  kimi,  o  öz-özünə  dedi,  – 

bəli, mən bu döyüĢü qazandım”. 

Bayaq  baĢ  verənlər  ən  yaxĢı  tərəfləriylə  gözlərinin 

qarĢısında  canlanaraq  onu  bu  qənaətə  gətirib  çıxarmıĢ  və 

ruhi tarazlığını özünə qaytarmıĢdı. 

“Deməli,  indi  mən  ayda  əlli  frank  maaĢ  alacam. 

Görünür,  cənab  Renal  yamanca  qorxdu.  Amma  o  nədən 

qorxdu axı?” 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə