Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə27/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   23   24   25   26   27   28   29   30   ...   197

www.vivo-book.com 

 

132 



Bircə saat əvvəl onu belə özündən çıxaran o nüfuzlu, 

zəngin adamın nədən ehtiyatlandığını düĢünə-düĢünə Jülyen 

özünü  yavaĢ-yavaĢ  Ģirin  arxayınlığının  ixtiyarına  buraxdı. 

Ġrəlilədiyi meĢə zolağının gözəlliyi onu bir anlıq valeh elədi. 

Nə  vaxtsa  dağlardan  qopub  düĢən  qaya  parçaları  meĢənin 

dərinliklərində  bir-birinin  üstündə  qalaqlanmıĢdı.  Qocaman 

qaraçöhrə  ağacları  o  qədər  hündür  idi  ki,  boyları  az  qala 

qayaların  zirvəsinə  qədər  uzanırdı.  Ağacların  kölgəsisə  üç 

addımlıqda 

adamı 


qovuran 

günəĢin 


parlamağına 

baxmayaraq, bənzərsiz dərəcədə sərin idi. 

Jülyen bu nəhəng ağacların kölgəsində bir az dincini 

alıb, irəli, dağlara tərəf qalxdı. Tezliklə o ancaq keçi otaran 

çobanların istifadə elədikləri zorla bilinən cığıra tərəf döndü. 

Nəhayət, ən hündür dağa qalxandan sonra özünü ətrafındakı 

dünyadan  təcrid  olunmuĢ  hiss  elədi.  Fiziki  ucalığın  verdiyi 

hiss  onu  gülümsəməyə  məcbur  elədi:  bu  sanki  ruhunun 

acgözlüklə  tələb  elədiyi  həmin  ucalıq  halıydı.  Təmiz  dağ 

havası qəlbinə bir aydınlıq,  hətta  müəyyən qədər də sevinc 

gətirirdi. 



www.vivo-book.com 

 

133 



Veryer  Ģəhərinin  meri  hələ  də  onun  gözündə  bütün 

varlı və əclaf insanların cəmiydi, amma o hiss eləyirdi ki, bir 

az  əvvəl  onu  boğan  nifrət  heç  nəyə  baxmayaraq,  Ģəxsi  bir 

Ģey  deyildi.  O,  cənab  Renalı  bircə  həftə  görməsə,  nəinki 

onun özünü, hətta qəsrini də, itlərini, uĢaqlarını, ailəsini də 

yaddan çıxaracaq. 

“Heç  cür  baĢa  düĢə  bilmirəm  ki,  onu  belə  böyük 

güzəĢtə  getməyə  nələ  məcbur  elədim?!  Adamın  ağlı 

baĢından  çıxır  –  ildə  beĢ  yüz  eküdən  artıq  bir  məbləğ?! 

Amma  bundan  bircə  dəqiqə  əvvəl  mən  necə  də  təhlükəli 

vəziyyətdəydim? Bu da sənə bir gün ərzində iki qələbə: yox, 

gərək  bunun  necə  baĢ  verdiyini  öyrənim!  Amma  bütün 

xoĢagəlməz mülahizələri sabaha saxlamaq lazımdır”. 

Jülyen  uca  dikdirdə  dayanıb,  qaynar  avqust 

günəĢindən  alıĢıb-yanan  göy  üzünə  baxırdı.  Dikdirin 

yamacındakı  talada  cırcıramalar  cırıldayır,  onlar  susandasa 

dörd tərəf sükuta qərq olurdu. Jülyen ayaqları altında qalan 

iyirmi  lyelik  həndəvərə  göz  gəzdirə  bilirdi.  Onun  baĢı 

üzərindəki qayadan havaya Ģığıyan qırğı göy üzündə səssiz-



www.vivo-book.com 

 

134 



səssiz  nəhəng  çevrələr  cızır  və  aradabir  Jülyenin  gözləri 

qarĢısında peyda olurdu. 

Jülyen qeyri-ixtiyari bu lələkli yırtıcının hərəkətlərinə 

tamaĢa  eləyirdi.  Qırğının  sakit,  amma  qüdrətli  hərəkətləri 

onu heyrətə salırdı. O, bu gücə, bu tənhalığa həsəd aparırdı. 

Bax, Napoleonun da taleyi belə olmuĢdu və kim bilir, 

bəlkə elə onun özünü də belə bir tale gözləyirdi? 

 

 



 

XI 


 

   AXġAM VAXTI 

 

Yet culid'b very coldness still Wes kind

   And tremulously gentle her small hand 

   Withdrew itself from his, but left behind 

   A little pressure, thrilling, and so bland 

   A slight so very slight that to the mind 

   Tibas but a doubt 



www.vivo-book.com 

 

135 



   Don Juan, s I, st LXXI

19

 

 

Amma  necə  olsa  da,  Veryerdə  də  gözə  görünmək 

lazım  idi.  Jülyenin  bəxti  gətirmiĢdi,  o  küreni  yanına  çatan 

kimi  cənab  Valnoyla    üz-üzə  gəldi  və  oğlan  maaĢının 

artırıldığını ona demək zövqündən özünü məhrum eləmədi. 

Verjiyə çatanda Jülyen axĢamı gözlədi və ancaq hava 

qaralandan  sonra  bağa  keçdi.  Onun  ruhu  bu  gün  yaĢadığı 

könül sarsıntılarından bərk yorulmuĢdu. 

“Ġndi  mən  onlara  nə  deyəcəm?”  –  deyə  evdəki 

qadınları  yadına  salaraq,  narahatlıqla  düĢündü.  Heç  ağlına 

                                                 

Onun soyuqluğu da sevimli və doğmaydı 

Qəfil bir titrəyiĢlə əsirdi gözəl əli 

Sonra hiss olunmadan sıxıb oğlanın əlini 

Tez də sürüĢüb çıxdı onun ovuclarından 

Köksünü ötürərək, bu qəfil xoĢbəxtliyə 

Hələ də inanmırdı, inanmırdı oğlan... 

Bayron, “Don Juan”, birinci nəğmə (ing.) 

19

 



www.vivo-book.com 

 

136 



da gəlmirdi ki, onun bu dəqiqədəki ruhi vəziyyəti elə məhz 

qadınların  maraq  dairəsinin  məhdudlaĢdığı  həmin  xırda 

hadisələr səviyyəsindədi. 

Xanım Dervil, hətta onun rəfiqəsi də çox vaxt Jülyeni 

baĢa  düĢə  bilmirdilər,  amma  elə  oğlan  özü  də  onlardan 

eĢitdiklərinin  ancaq  yarısını  anlaya  bilirdi.  Bu  gənc 

Ģöhrətpərəstin  canını  bürüyən  doyumsuz  ehtirasların 

böyüklüyü və hərəkət gücü bax bu səviyyədəydi. Bu qeyri-

adi varlığın könlündə az qala hər gün belə tufanlar qopurdu. 

Bu  axĢam  bağa  tərəf  gedəndə  Jülyen  göyçək 

əmiqızılarla ünsiyyət qurmağa meyilliydi. 

O,  həmiĢəki  kimi  xanım  Renalın  yanında  oturdu. 

Tezliklə  hava  lap  qaraldı  və  o,  bayaqdan  kürsünün 

söykənəcəyində  gördüyü  ağappaq  ələ  təzədən  sahib  olmaq 

istədi. 

Əvvəl-əvvəl  əl  təslim  oldu,  amma  sonra  əl  elə 

qətiyyətlə  çırpınıb  oğlanın  əlindən  çıxdı  ki,  Jülyen  əlin 

sahibinin ona bərk qəzəbli olduğunu baĢa düĢdü. Oğlan israr 

etmək  fikrində  deyildi  və  bayaqkı  kimi  Ģuxluqla  deyib-



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə