Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə28/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   24   25   26   27   28   29   30   31   ...   197

www.vivo-book.com 

 

137 



gülməyinə  davam  elədi.  Elə  bu  vaxt  cənab  Renalın 

addımlarının səsi eĢidildi. 

Səhər-səhər  ondan  eĢitdiyi  kobud  sözlər  hələ  də 

Jülyenin qulaqlarında cingildəyirdi. Oğlan düĢündü: 

–  Puluna  güvənən  bu  əclafı  ələ  salmaq  heç  də  pis 

fikir deyil. Bax, elə indi, onun öz yanında arvadının əlindən 

yapıĢmağım  əla olardı. Hə, mən bunu eləyəcəm, qoy bilsin 

ki, mənim kimi adama üstdən aĢağı baxmaq nə deməkdi. 

Bunu düĢünəndən sonra Jülyenə xas olmayan sakitlik 

onu yenə tərk elədi. DüĢdüyü fikrin ehtirasına elə qapıldı ki, 

daha  baĢqa  heç  nə  barədə  düĢünə  bilmədi  –  o,  nəyin 

bahasına  olursa  olsun,  xanım  Renalın  əlini  ona  təslim 

etməsinə nail olmalıydı. 

Cənab  Renal  çılğın  halda  siyasət  barədə  danıĢırdı. 

Veryerdəki  iki-üç  fabrik  sahibi  əməlli-baĢlı  varlanmıĢdı,  o 

adamlar tezliklə cənab Renaldan varlı ola bilərdilər. Təbii ki, 

sonra  da  seçkilərdə  onunla  rəqabətə  giriĢəcəkdilər.  Xanım 

Dervil maraqla qulaq asırdı. Onun yekə-yekə danıĢmağından 

hirslənən  Jülyen  kətilini  xanım  Renala  yaxınlaĢdırdı.  Hava 

elə qaranlıq idi ki, göz-gözü görmürdü. Oğlan cəsarətə gəlib 




www.vivo-book.com 

 

138 



əlini o gözəl, dirsəkdən yuxarısına qədər açıq olan qolun lap 

yaxınına  qoydu.  Onun  fikri  dolaĢdı,  bədəni  əsim-əsim  əsdi 

və  qəfildən  cəsarətə  gələrək  yanağını  biləyə  söykəyib, 

dodaqlarını qadının əlinə toxundurdu. 

Xanım  Renalı  əsməcə  tutdu.  Əri  cəmi  dörd 

addımlıqdaydı:  o  tez  əlini  Jülyenə  uzadıb,  onu  sakitcə 

kənara  itələdi.  Cənab  Renal  kisələrini  dolduran  o  lənətə 

gəlmiĢ yakobinçiləri, o fırıldaqçıları asıb-kəsdiyi, lənətlədiyi 

dəqiqələrdə  Jülyen  ona  tərəfə  uzanmıĢ  əli  ehtiraslı  öpüĢlərə 

qərq  eləyirdi,  amma  nə  bilmək  olar,  bəlkə  də  o  öpüĢlər 

ancaq xanım Renalın gözünə ehtiraslı görünürdü. 

Bu arada qeyd eləmək lazımdır ki, bu yazıq qadın elə 

bu  lənətə  gəlmiĢ  gün  pərəstiĢkarı  olduğunu  özünə  də  etiraf 

eləyə  bilmədiyi  adamın  baĢqa  bir  qadını  sevməyinin 

sübutunu  öz  əllərində  tutmuĢdu.  Jülyenin  harasa  getdiyi 

ərəfədə o özünü hədsiz dərəcədə bədbəxt hiss eləyirdi və bu 

halı onu xeyli düĢünməyə vadar eləmiĢdi. 

“Ġlahi,  doğrudanmı  mən  onu  sevirəm?  Mən  – 

sevirəm? Mən – ərli qadın və indi kimisə sevirəm? Axı mən 

hələ heç vaxt ərimə qarĢı belə hisslər yaĢamamıĢam? Amma 




www.vivo-book.com 

 

139 



bu oğlana hiss elədiyim o dəhĢətli ehtiras onu bircə anlığa da 

olsa,  unutmağa  imkan  vermir.  Axı  əslində  bu  yazıq  uĢaq 

mənə  ancaq  hörmətlə  yanaĢır.  Əlbəttə,  bu  ehtiras  keçib 

gedəcək.  Bir  də  ki,  mənim  ərimin  onsuz  da  heç  vecinə  də 

deyil  ki,  mən  bu  oğlana  qarĢı  nəsə  hiss  eləyirəm,  ya  yox. 

Mənim  Jülyenlə  danıĢa  biləcəklərimi  eĢitsə,  cənab  Renalın 

darıxdığından ürəyi partlayardı. Bu xəyalların mənim ərimə 

heç  bir  dəxli  yoxdur.  O  öz  iĢləriylə  məĢğul  olur,  bir  də  ki, 

axı Jülyenə verəcəklərimi mən ərimin payından kəsmirəm”. 

Bu  məsum  nə  olduğu  heç  vaxt  bilməyən  ehtirasla 

aldadılmıĢ 

ruh 


hələ 

hansısa 


bir 

riyakarlıqdan 

ləkələnməmiĢdi.  O,  bir  yalana  qapılmıĢdı,  amma  özünün 

bundan xəbəri yox idi, buna baxmayaraq içindəki əxlaq hissi 

artıq  həyəcan  təbilini  çalırdı.  Jülyen  bağda  peyda  olanda 

onun içində bax, belə iztirablı bir mübarizə gedirdi. 

Qadın  Jülyenin  səsini  eĢitdi  və  elə  az  qala  həmin 

dəqiqə  də  oğlanın  onun  yanında  oturduğunu  gördü.  Ürəyi 

titrədi,  bu  qəfil  xoĢbəxtlik  onun  ruhunu  yerindən  oynatdı: 

son  iki  həftədə  ona  dinclik  verməyən  və  qəfil  dönüĢlərlə 




www.vivo-book.com 

 

140 



dolu olan xoĢbəxtlik yenə canını bürüdü. Amma bu hal cəmi 

bir neçə saniyə davam elədi. 

“Bu  nədir,  –  o  öz-özünə  dedi.  –  Deməli,  bu  oğlanı 

bircə dəfə görmək kifayətdir ki, mən hər Ģeyi ona, bu oğlana 

bağıĢlayım?” 

O  qorxdu  və  elə  həmin  an  da  əlini  oğlanın  əlindən 

çəkdi. 

Oğlanın  ehtiraslı  öpüĢləri  –  axı  hələ  heç  kim,  heç 



vaxt onun əlini belə öpməmiĢdi – Jülyenin baĢqasını sevmək 

ehtimalını unutdurdu. Ġndi Jülyen onun gözündə məsumdan 

məsum idi. ġübhənin boğazında düyünlədiyi əzablı qəhər bir 

anın içində yoxa çıxdı, heç vaxt yuxusunda belə görmədiyi 

həzz isə könlünü sevgi heyrəti və hədsiz sevinclə doldurdu. 

Bu axĢam, varlanmağa baĢlayan fabrik sahiblərini bir 

an  da  olsun  yadından  çıxara  bilməyən  Veryer  merindən 

baĢqa hamı üçün əvəzsiz oldu. Jülyen daha öz qara niyyətini 

gerçəkləĢdirmək  üçün  nə  qədər  maneələrdən  keçəsi  olduğu 

Ģöhrətpərəst arzularını  yaddan  çıxarmıĢdı. O  ilk  dəfəydi ki, 

öz  yaraĢığının  möhtəĢəm  gücünü  hiss  eləyirdi.  Heç  vaxt 

yaĢamadığı baĢgicəlləndirici, Ģirin həzzə qapılıb, gözəlliyilə 




www.vivo-book.com 

 

141 



onun  ağlını  baĢından  alan  bu  gözəl  əli  incə-incə  sıxaraq, 

özünü  unutmuĢ  halda  cökə  yarpaqlarının  həzin  axĢam 

küləyinin səsini ötürən xıĢıltısına, bir də Du çayı sahilindəki 

dəyirman tərəfdən gələn it hürüĢünə qulaq asırdı. 

Amma  onun  bu  halı  ancaq  xoĢ  istirahət  idi,  bunun 

ehtiraslara  heç  bir  dəxli  yox  idi.  Öz  otağına  qayıdandan 

sonra  Jülyen  ancaq  bir  Ģey  barədə  düĢünürdü:  sevimli 

kitabını  oxumaq,  çünki  iyirmi  yaĢlı  gənc  üçün  “kübar 

cəmiyyət”  və  orada  necə  təsir  bağıĢlayacağı  fikrindən  daha 

Ģirin xəyal yoxdur. 

Amma  tezliklə  o,  kitabı  kənara  qoydu.  Napoleonun 

qələbələrini  götür-qoy  edə-edə  bir  daha  öz  qələbəsini  də 

gözdən keçirdi. 

– Hə,  mən bu döyüĢü qazandım,  – öz-özünə dedi. – 

Deməli, bundan faydalanmaq lazımdır, nə qədər ki, güzəĢtə 

gedir,  bu  əsəbi  zadəganın  qürurunu  əzmək  lazımdır. 

Napoleon  da  həmiĢə  belə  eləyib.  Deməli,  mən  üçgünlük 

istirahət də tələb edə bilərəm. Dostum Fukeyə baĢ çəkərəm. 

Əgər  cənab  Renal  razılıq  verməsə,  onu  birdəfəlik  iĢi 

buraxacağımla qorxudaram. Əlbəttə, o güzəĢtə gedəcək. 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə