Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə29/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   25   26   27   28   29   30   31   32   ...   197

www.vivo-book.com 

 

142 



Xanım  Renal  bütün  gecəni  bir  an  da  olsun  gözünü 

qırpmadı. Ona elə gəlirdi ki, bu vaxta qədər hədər yaĢayıb. 

O, axĢam Jülyenin ehtiraslı öpüĢlərini, əlində hiss elədiyi o 

sehrli, Ģirin həzzi xəyalən dəfələrlə yaĢayırdı. 

Qəfildən ağlına gələn qorxunc söz onun xoĢbəxtliyini 

zəhərlədi:  həzz.  Sevgi  haqqında  təsəvvürlərə  qatılacaq  ən 

iyrənc,  ən  alçaq  ən  əxlaqsız  Ģeylər gözünün qarĢısına  gəldi. 

Bu  təsəvvürlər  Jülyenin  və  onun  sevgisinin  zərif,  gözəl 

xəyalını çirkləndirməyə çalıĢırdı. Gələcək gözlərinə ən qara 

rənglərdə  göründü.  O  artıq  insanların  ona  necə  nifrət 

elədiyini görürdü. 

Bunlar  dəhĢətli  anlar  idi:  bu  vaxta  qədər  ağlına 

gəlməyənlər  indi  gözlərinin  qarĢısına  gəlirdi.  Hələ  heç  vaxt 

yaĢamadığı  həzzi  dadar-dadmaz,  o,  əzablı  iĢgəncələrin 

bataqlığına  yuvarlanmıĢdı.  Qadının  ağlına  da gələ  bilməzdi 

ki,  bu  qədər  əzab  çəkmək  olar  –  onun  gözlərinə  qaranlıq 

çökdü,  beyni  dumanlandı.  Hətta  bir  anlığa  düĢündü  ki, 

Jülyeni sevə biləcəyini ərinə etiraf eləsin. Amma bunu eləsə, 

gərək  ərinə  hər  Ģeyi  danıĢaydı.  XoĢbəxtlikdən  xanım  Renal 

lap  çoxdan,  toy  ərəfəsində  xalasının  ona  elədiyi  nəsihəti 




www.vivo-book.com 

 

143 



xatırladı.  Xalası  ona  demiĢdi  ki,  istənilən  halda  arvadının 

sahibi  olan  ərlə  açıq  danıĢmaq  olduqca  təhlükəlidir.  Xanım 

Renal həyəcanla əllərini ovuĢdururdu. 

Onun  beynində  ziddiyyətli,  əzablı  düĢüncələr  bir-

birinə  qarıĢmıĢdı.  O  gah  Jülyenin  onu  sevmədiyini 

düĢünərək  əsim-əsim  əsir,  gah  da  dəhĢətə  gələrək  özünü 

günahkar  hiss  eləyir,  günü  sabah  Veryerdəki  Ģəhər 

meydanında  insanların  gözü  qarĢısında  edam  ediləcəyini 

təsəvvür  eləyirdi:  sinəsindəki  lövhəyə  yazılan  yazı  hamıya 

onun xəyanətkar olduğunu xəbər verirdi. 

Xanım Renalın bircə damcı da olsun həyat təcrübəsi 

yox idi və öz iti ağlına, gözəl yaddaĢına baxmayaraq, günün 

günortaçağı  onun  ağlına  də  gələ  bilməzdi  ki,  tanrının 

qarĢısında günah törətməklə hamının gözü qarĢısında biabır 

olmağın,  hamının  nifrətini  qazanmağın  bir-biriylə  heç  bir 

əlaqəsi yoxdu. 

Xəyanət  həzzi  və  xanım  Renalın  fikrincə  bu  həzzin 

öz  arxasınca  gətirəcəyi  namussuzluq  barədəki  dəhĢətli 

qorxular  ona  bir  dəqiqə  rahatlıq  verəndə o, Jülyenlə  yaĢaya 

biləcəyi  məsum  həyatı  düĢünür  və  baĢ  verənləri  yadına 




www.vivo-book.com 

 

144 



salanda  yenə  Jülyenin  baĢqa  qadını  sevdiyini  fikirləĢərək 

dəhĢətə gəlirdi. 

O,  Jülyenin  portretin  əlindən  alınacağını,  kiminsə 

əlinə  keçəcəyini,  onu  pis  vəziyyətə  sala  biləcəyini 

düĢünəndə  necə  qorxduğunu,  rənginin  necə  ağardığını 

yadına salırdı. Ġlk dəfəydi ki, xanım Renal oğlanın alicənab, 

sakit  üzündə  belə  qorxu  görürdü.  Jülyen  hələ  heç  vaxt  nə 

ona, nə də uĢaqlara görə belə həyəcanlanmamıĢdı. 

Onsuz da qəhərdən öldüyü bu vəziyyətdə bu fikir ona 

ikiqat  əzab  verir,  insan  ruhunun  əzaba  dözmə  bacarığını 

üstələyirdi.  Xanım  Renal  özündən  asılı  olmayaraq  inildədi 

və  onun  iniltisi  qulluqçu  qızı  yuxudan  oyatdı.  Qəfildən  o, 

gözləri qarĢısında əlində Ģam tutub, onun yatağının yanında 

dayanan qulluqçu Elizanı gördü. Qadın sayıqladı: 

– Deməli, onun sevdiyi qadın sizsiniz! 

Xanımının halının nəsə birtəhər olduğunu görən 

qulluqçu qız heyrətə gəldi və xoĢbəxtlikdən bu qəribə 

sözlərə fikir vermədi. Xanım Renal baĢa düĢdü ki, 

ehtiyatsızlığa yol verib. 



www.vivo-book.com 

 

145 



– Qızdırmam var, – o, qulluqçusuna dedi. – Deyəsən, 

sayıqlayırdım. Bir az yanımda qalın. 

Özünü  ələ  almağa  məcbur  olduğu  üçün  o,  yavaĢ-

yavaĢ  özünə  gəldi  və  bir  az  yüngülləĢdi.  YarıhuĢsuz  halda 

qaldığı müddətdə onu tərk eləmiĢ düĢüncə qabiliyyəti özünə 

qayıtdı.  Qulluqçunun  ona  zillənmiĢ  diqqətli  baxıĢlarından 

azad  olmaq  üçün  qıza  əmr  elədi  ki,  ona  qəzet  oxusun  və 

qulluqçusunun  “Quotidienne”-dən  ahəngli  səslə  oxuduğu 

məqaləyə qulaq asaraq bir az sakitləĢdi. 

Xanım  Renal  belə  qərara  gəldi  ki,  Jülyenlə 

rastlaĢanda onunla mümkün qədər soyuq davransın. 

 

 



XII 

 

   SƏFƏR 



 

 

Parisdə  yaxşı  geyinmiş  adamlara  rast  gəlmək  olur, 



əyalətdəki insanlarsa möhkəm xarakterlə seçilirlər… 


www.vivo-book.com 

 

146 



Sinee 

 

Səhəri  gün  saat  beĢdə  xanım  Renal  hələ  yataq 



otağından  çıxmamıĢ  Jülyen  onun  ərindən  artıq  üçgünlük 

icazə  almıĢdı.  Jülyenin  qadını  görmək  istəyi  elə  özünə  də 

qəribə gəldi: yadına onun gözəl əli düĢmüĢdü. 

Oğlan  bağa  çıxdı.  Xanım  Renalı  çox  da  gözləyəsi 

olmadı. Təbii ki, Jülyen qadını sevsəydi, ikinci mərtəbədəki 

pəncərə qapaqlarının arasından boylanan qadını görə bilərdi. 

Xanım  Renal  alnını  pəncərənin  ĢüĢəsinə  söykəyib  ona 

baxırdı.  Axır  ki,  özünə  qoyduğu  bütün  qadağalara 

baxmayaraq, ürəklənib bağçaya çıxdı. 

Bu  səhər  onun  yanaqlarında  həmiĢəki  avazımıĢ 

rəngin  yerinə  bir  çəhrayılıq  çökmüĢdü.  Təbiətində 

hiyləgərlik  olmayan  bu  qadının  həyəcanlandığı  gün  kimi 

aydın  idi.  Onun  üzündə  gündəlik  qayğıların  fövqündə 

dayanan,  üstəlik  sifətinə  əvəzolunmaz  bir  cazibə  verən 

əvəzsiz  rahatlığın  yerini  bir  gərginlik,  hətta  narazılıq 

tutmuĢdu. 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə