Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə3/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   2   3   4   5   6   7   8   9   ...   197

www.vivo-book.com 

 

12 



Valnonun  qənaətinə  görə  –  bu  bulvar  Ledəki  Sen-Jermen 

bulvarından bir addım da geridə qalmır. 

Mənə  qalsa,  Sədaqət  Xiyabanının  –  bu  rəsmi  adı 

bulvarın on beĢ-iyirmi yerində, cənab Renala daha bir orden 

qazandıran  iri  mərmər  lövhələrdə  oxuya  bilərsiniz  –  bircə 

qüsurundan  Ģikayətlənə  bilərəm  ki,  bu  da  vəhĢicəsinə 

nəhəng  çinar  ağaclarıdır:  rəhbərliyin  əmrinə  əsasən  tez-tez 

bu ağacları amansızcasına qırxıb-tökürlər. Həmin ağaclar ən 

bəsit,  fağır  bostan  tərəvəzlərinə  oxĢamaqdansa,  özlərinin 

Ġngiltərədəki  qardaĢlarına  xas  azad  və  gözəl  biçimlərdə  ola 

bilərdi.  Amma  cənab  merin  sözü  qanun  olduğuna  görə, 

ictimaiyyətə  məxsus  olan  bu  ağacların  hamısı  ildə  iki  dəfə 

qəddar amputasiyaya məruz qalır. Yerli liberallar deyirlər ki 

– düzdü, bu söhbətlər biz az ĢiĢirdilib – cənab vikar Maloy 

ağacların  kəsilmiĢ  tör-töküntüsünə  əl  qoyandan  bəri  Ģəhər 

bağbanının əli daha da qəddarlaĢıb. 

Bu gənc din xadimi bir neçə il əvvəl, abbat ġelan və 

bu həndəvərdəki bir neçə yerli loğmana nəzarət eləmək üçün 

Bezansondan göndərilmiĢdi. Veryerdə qocalığını keçirməyə 

gəlmiĢ  italyan  hərəkatının  iĢtirakçısı,  cənab  merin  sözlərinə 




www.vivo-book.com 

 

13 



görəsə  bir  vaxtlar  eyni  zamanda  həm  yakobinçi,  həm  də 

bonapartçı olan qoca alay loğmanı bir dəfə necə olmuĢdusa, 

ağacların  mütəmadi  Ģikəst  edilməsinə  görə  özündə  merə 

narazılığını bildirmək cəsarəti tapmıĢdı. 

Cənab  Renal  səsindəki  həmiĢəki  yekəxanalıq 

ahəngiylə  –  belə  ahəng  adama  adətən  Fəxri  Ordu  ordeninə 

layiq  görülmüĢ  alay  həkimiylə  danıĢanda  lazım  olur  –  ona 

cavab vermiĢdi: 

– Mən də kölgələri sevirəm, özüm də əmr verirəm ki, 

ağacları  kölgə  sala  biləcək  Ģəkildə  budasınlar.  Bir  də  baĢa 

düĢmürəm, əgər bütün ağaclar məsələn, qoz ağacı kimi gəlir 

gətirmirlərsə, onlar daha nəyə lazımdı? 

Bax,  budur  o!  Veryerdə  hər  Ģeyi  həll  etməyə  qadir 

olan  böyük  söz:  gəlir  gətirmək!  Buradakı  əhalinin  dörddə 

üçünün  bütün  fikri-zikri  bunda,  məhz  bundadır  –  nədənsə 

gəlir götürməkdə. 

Gəlir  götürmək  –  gözünüzə  bu  qədər  gözəl  görünən 

bu Ģəhərdə hər Ģeyi idarə edən ehtirasın adı budur. ġəhərin 

baĢına  dolanan  sərin,  geniĢ  vadilərin  gözəlliyinə  məftun 

olmuĢ  səyahətçiyə  əvvəlcə  elə  gəlir  ki,  buradakı  insanlar 




www.vivo-book.com 

 

14 



gözəllik  aĢiqidirlər  –  düzdü,  onların  gözəlliyə  qiymət 

verdiyini  inkar  eləmək  olmaz,  axı  mehmanxana  saxlayan 

sahibkarları  varlandıran  turistləri  bu  yerlərə  cəlb  edən  də 

məhz bu gözəllikdi. 

Bir  dəfə,  günəĢli  bir  payız  günündə  cənab  Renal 

xanımıyla  Sədaqət  Xiyabanında  gəziĢirdi.  Xanım  Renal 

vacib  bir  sifət  alıb,  ağzı  qızıĢan  ərinə  qulaq  asa-asa  üç 

oğlanın hərəkətlərini narahatlıqla seyr edirdi. 

Oğlanların  arasında  yaĢca  ən  böyüyü  –  onun 

təxminən  on  bir  yaĢı  olardı  –  yuxarı  dırmaĢmaq  məqsədilə 

elə hey parapetə sarı qaçırdı. Onda zərif bir səs Adolf deyə 

çağırır  və  oğlan  tezcə  özünün  cəsarətli  məqsədindən 

daĢınırdı. Xanım de Renalın hardasa otuz yaĢı olsa da, o hələ 

çox qəĢəng idi. 

–  O  Parisli  daqqa  hələ  çox  peĢman  olacaq  –  cənab 

Renal  hörmətsizliyə  məruz  qalıbmıĢ  kimi  bir  ahənglə 

danıĢırdı,  onun  avazımıĢ  yanaqlarının  dərisi  daha  da 

ağarmıĢdı. – Mənim sarayda da əlaqələrim var... 

Düzdü,  sizə  bu  əyalət  barədə  hələ  düz  iki  yüz 

səhifəlik  məlumat  verəcəm,  amma  mən  əyalət  insanlarının 




www.vivo-book.com 

 

15 



uzun və usandırıcı dialoqlarıyla oxucunun zəhləsini tökəcək 

qədər də qəddar adam deyiləm. 

Merin  o  qədər  nifrət  elədiyi  həmin  Parisli  daqqa  iki 

gün  əvvəl təkcə həbsxana və Veryer Xeyriyyə Evinə deyil, 

üstəlik  cənab  mer  baĢda  olmaqla  Ģəhərin  adlı-sanlı 

mülkiyyətçilərinin  himayəsində  yerləĢən  xəstəxanaya 

burnunu soxmağa nail olmuĢ cənab Apper idi. 

– BaĢa düĢmürəm, əgər siz kasıbların varidatıyla belə 

incə  xeyirxahlıqla  davranırsınızsa,  o  parisli  cənab  sizə  nə 

edə bilər? – xanım Renal ehtiyatla soruĢdu. 

–  O,  bura  elə  ona  görə  gəlib  ki,  bizim  baĢımızı 

piyləsin,  sonra  da  gedib  liberal  qəzetlərdə  axmaq-axmaq 

məqalələr yazsın. 

–  Dostum,  axı  siz  o  məqalələri  heç  vaxt 

oxumursunuz? 

–  Amma  bizə  həmiĢə  o  yakobinçi  məqalələr  barədə 

xəbərdarlıq  eləyirlər.  Bunların  hamısı  bizim  diqqətimizi 



www.vivo-book.com 

 

16 



yayındırır və xeyir əməllərimizə mane olur. Özümə gəlincə, 

bunu heç vaxt bizim küre

4

yə bağıĢlamaram. 



 

 

III 



 

  KASIBLARIN VARĠDATI 

 

Tanrının  bir  kəndə  ən  böyük  lütfü,  hər  hansı 

çəkişmələrdən uzaq, xeyirxah küredi... 

 

Fleri 

 

 



Gərək  qeyd  eləyim  ki,  Veryerin  bu  dağların  Ģəfalı 

havası  hesabına  dəmir  kimi  möhkəm  sağlamlığını  və 

dəmirdən  də  möhkəm  iradəsini  qoruyub  saxlamıĢ  səksən 

yaĢlı  küresinin  istənilən  vaxt  həbsxanaya,  xəstəxanaya  və 

                                                 

4

Küre – Fransada katolik kilsə xadimi, keşiş 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə