Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə30/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   26   27   28   29   30   31   32   33   ...   197

www.vivo-book.com 

 

147 



Jülyen cəld ona yaxınlaĢdı. O, qadının çiyninə tələm-

tələsik  saldığı  Ģalın  altındakı  yarıçılpaq,  gözəl  qoluna 

heyranlıqla baxdı. Adama elə gəlirdi ki, səhərin təmiz havası 

onun  yanaqlarında  gecə  ərzində  yaĢadığı  həyəcanların 

yaratdığı  xəstəhal  qızartını  daha  da  çoxaltmıĢdı.  Xanım  de 

Renalın  təvazökar,  adamın  ürəyini  titrədən,  üstəlik  ruhla 

dolu – sadə qadında bunu görmək mümkün deyil – gözəlliyi 

Jülyenin  qəlbində  indiyə  qədər  özündə  kəĢf  eləmədiyi  bir 

hiss oyatdı. 

BaxıĢlarını  ayıra  bilmədiyi  bu  gözəlliyin  sehrinə 

düĢmüĢ  Jülyen  dostyana  qarĢılanacağına  əmin  idi.  Qəti  və 

aydınca  hiss  olunan  soyuqluqla  qarĢılaĢanda  onun 

təəccübünü  izah  etmək  mümkün  deyildi  və  o,  bu  buz  kimi 

soyuqluqda  ancaq  qadının  ona  öz  yerini  göstərmək 

məqsədini sezə bildi! 

Oğlanın  dodaqlarındakı  sevincli  təbəssüm  qəfildən 

yoxa çıxdı, onun bu evdəki yeri, xüsusilə də bu varlı, varis 

qadının  gözünə  necə  göründüyü  barədə  düĢündü.  Jülyenin 

sifəti  ani  olaraq  dəyiĢdi:  indi  bu  sifətdə  yekəxanalıq  və 

özünə  qarĢı  olan  qəzəbdən  baĢqa  heç  nə  görmək  mümkün 




www.vivo-book.com 

 

148 



deyildi. Bir saatdan çox vaxtı burada gözlədiyini və bundan 

sonra belə alçalmağını özünə bağıĢlaya bilmirdi. 

“Ancaq  axmaqların  baĢqalarına  acığı  tutur”,  –  o  öz-

özünə  dedi.  –  DaĢı  yerə  salan  onun  öz  ağırlığıdır.  Yəni, 

doğrudanmı,  mən  həmiĢə  belə  uĢaq  qalacam?  Yəni, 

doğrudanmı,  mən  heç  vaxt  bu  insanlara  xərcləyəcəyim 

ürəyin  haqqını  ancaq  onların  ödədikləri  pulla  hesablaya 

bilməyəcəm?  Əgər  mən  bu  adamların  mənə  hörmət 

etmələrini,  elə  özümün  də  özümə  hörmət  etməyimi 

istəyirəmsə,  baĢa  salmalıyam  ki,  onların  var-dövlətiylə 

bağladığım  saziĢin  səbəbi  ancaq  ehtiyacdır.  Mənim 

ürəyimsə  onların  əclaflığından  minlərlə  lye  uzaqda  və  elə 

ucalıqdadır ki, bunların laqeydlikləri və ya xoĢ məramlarının 

ona heç bir təsiri ola bilməz”. 

Gənc  mürəbbi  ürəyində  bunları  vurnuxdurarkən, 

onun  üzündə  zədələnmiĢ  qürurun  və  sərt  hiddətin  ifadəsini 

görmək  olurdu.  Xanım  Renal  tamam  özünü  itirdi.  Onun 

oğlana  göstərmək  istədiyi  çəkingən  soyuqluq  canfəĢanlıqla 

əvəz olundu – bu canfəĢanlıq həyəcan və gözləri qarĢısında 

baĢ  verən  bu  dəyiĢiklikdən  əmələ  gəlmiĢ  çaĢqınlıqla 




www.vivo-book.com 

 

149 



doluydu.  Səhər  ertədən  sağlamlıq  və  havayla  bağlı  heç  nə 

ifadə  etməsə  belə,  deyiləndə  adama  xoĢ  gələn  sözlər  hər 

ikisinin dodaqlarında donub qaldı. 

Canında  heç  bir  ehtiras  olmadığı  üçün  soyuqluğunu 

qoruyub  saxlamağı  bacaran  Jülyen  xanım  Renala  onların 

arasındakı  münasibətləri  dostyana  hesab  etmədiyini 

göstərmək  üçün  vasitə  tapmıĢdı.  O  öz  səfəri  barədə  bircə 

kəlmə  də  demədən  çıxıb  getdi.  Qadın  dünən  gözünə  elə 

dostyana  görünən  baxıĢların  bir  az  əvvəl  necə  qəzəblə, 

ikrahla dolduğunu yadına salıb, oğlanın arxasınca baxa-baxa 

qalmıĢdı ki, böyük oğlu onun yanına qaçıb, boynuna atılaraq 

dedi: 


– Bizim tətilimiz baĢlayır, cənab Jülyen bu gün gedir! 

Bunu  eĢidən  xanım  Renalı  soyuq  tər  basdı,  əxlaqlı 

olmağı onu necə bədbəxt eləmiĢdisə, zəif olmağı indi ondan 

yüz qat artıq bədbəxt eləyirdi. 

BaĢ  verən  hadisə  onun  bütün  təsəvvürlərini 

darmadağın  elədi.  Qadının  soyuqqanlı  olmaqla  bağlı 

niyyətləri  bir  anın  içində  harasa  yoxa  çıxdı.  Ġndi  onun  əsas 



www.vivo-book.com 

 

150 



çətinliyi  pərəstiĢ  elədiyi  gəncin  qarĢısında  təslim  olmamaq 

deyil, tezliklə onu əbədi itirmək dərdiydi. 

Səhər  yeməyi  vaxtı  masada  otura  bilmək  üçün  o 

özünü  xeyli  ələ  almalı  oldu.  Bütün  bu  əzablarla  yanaĢı, 

cənab  Renalla  xanım  Dervil  də  bütün  səhər  yeməyi  boyu 

ancaq Jülyenin getməyi barədə danıĢırdılar. Jülyenin getmək 

məqsədini bildirəndə səsindəki qəti ahəng Veryer merinə bir 

az qəribə görünmüĢdü. 

– Aydın məsələdir ki, bu oğlana kimsə yaxĢı bir təklif 

eləyib.  Buna  heç  bir  Ģübhəniz  olmasın.  Amma  o  təklifi 

eləyən  kim  olursa  olsun,  deyək  ki,  lap  elə  cənab  Valno 

mürəbbiyə  ildə  altı  yüz  frank  verməyə  bir  az  tərəddüd 

eləyər.  Yəqin  dünən  Veryerdə  ona  deyiblər  ki,  üç  gün 

gözləsin.  Ġndi  də  yəqin  bu  səhər  bu  əclaf  mənə  cavab 

verməmək  üçün  dağlara  tərəf  əkildi.  Adam  fikirləĢəndə  ki, 

bizə  qarĢı  kobudluq  eləyən  bir  xidmətçinin  nazıyla 

oynamalıyıq  –  dəli  olmaq  dərəcəsinə  gəlirəm.  Gör,  biz  nə 

günlərə qaldıq! 

“Əgər  Jülyeni  necə  təhqir  elədiyinin  fərqində  belə 

olmayan  ərim  də  onun  burdan  gedə  biləcəyindən 




www.vivo-book.com 

 

151 



ehtiyatlanırsa,  onda  mən  nə  düĢünməliyəm?  Hər  Ģey 

qurtardı!” – xanım Renal öz-özünə dedi. 

Doyunca ağlamaq və xanım Dervilin sorğu-suallarına 

cavab  verməmək  üçün  o,  baĢının  bərk  ağrıdığını  dedi  və 

otağına gedib, yatağına uzandı. 

– Hə, qadınlar belədi də, – cənab Renal təkrarlayırdı. 

–  HəmiĢə  onların  harasısa  ağrıyır.  Yaman  hiyləgər 

məxluqlardı. 

Bunu deyib, gülə-gülə çıxıb getdi. 

Özünün  bədbəxt  və  onu  bərk  yaralayan  ehtirasının 

qurbanı  olan  xanım  Renal  ən  ağrılı  iztirabları  yaĢadığı 

saatlarda  Jülyen  yolla  Ģad-Ģalayın  addımlayır  və  dağ 

təbiətinin  insan  gözünü  oxĢaya  biləcək  bütün  gözəl 

mənzərələri  onun  gözləri  qarĢısında  uzanıb  gedirdi.  O, 

Verjinin  Ģimalındakı  dağ  silsiləsini  keçməliydi.  Onun 

addımladığı  nəhəng  qaraçöhrələrlə  dolu  cığır  Du  çayının 

Ģimal sahilindəki hündür dağın yoxuĢunun boynuna halqalar 

ata-ata  tədricən  yuxarı  qalxırdı.  Aralarından  Du  çayının 

cənuba  istiqamət  götürdüyü  alçaq  təpələri  keçən  yolçunun 

gözləri  qarĢısında  indi  Burqundiya  və  Bojolenin  geniĢ  və 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə