Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə31/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   27   28   29   30   31   32   33   34   ...   197

www.vivo-book.com 

 

152 



məhsuldar düzləri açılırdı. Bu gənc Ģöhrətpərəstin ürəyi belə 

gözəlliklərə  laqeyd  olsa  da,  aradabir  özündən  asılı 

olmayaraq  dayanıb,  geniĢ  və  əzəmətli  mənzərəyə  nəzər 

salırdı. 

Nəhayət,  o,  dostu,  cavan  odun  alverçisi  Fukenin 

yaĢadığı tənha vadiyə çatmaq üçün aĢmalı olduğu dağın lap 

zirvəsinə  qalxdı.  Jülyen  Fukeni  görməkdən  ötrü  elə  də 

darıxmırdı,  ümumiyyətlə,  o,  heç  kimdən  ötrü  darıxmırdı. 

Nəhəng  dağın  zirvəsində  dikələn  çılpaq  qayaların  arasında 

vəhĢi quĢ kimi gizlənərək o bura istiqamət götürən hər kəsi 

görə  bilərdi.  Qayaların  birinin  lap  kənarında  o  balaca  bir 

mağara gördü və gizlin sığınacağa girib uzandı. Sevincindən 

gözləri parlaya-parlaya düĢündü: 

“Hə, bax burada heç kim məni tapa bilməz”. 

Ona  elə  gəldi  ki,  baĢqa  yerdə  qeyd  olunması  böyük 

təhlükə  doğura  biləcək  fikirlərini  burada  qələmə  ala  bilər. 

Dördkünc  daĢ  parçası  onun  yazı  masası  ola  bilərdi.  O,  bu 

həyəcana  elə  qapılmıĢdı  ki,  yazmaq  istədiklərini  güclə 

çatdırıb qeyd eləyirdi. Oğlan baĢını qaldırıb yuxarı baxanda 

günəĢin Bojole dağlarının arxasına tərəf əyildiyini gördü. 




www.vivo-book.com 

 

153 



“Bəlkə gecəni burada qalım? Çörəyim var, özüm də 

azadam”, – deyə düĢündü. 

Bu qüdrətli sözü dilinə gətirəndə qəlbinin sevincdən 

necə titrədiyini hiss elədi. Daimi riyakarlıq onu elə bir həddə 

çatdırmıĢdı ki, oğlan özünü hətta dostu Fukenin də yanında 

sərbəst  hiss  eləyə  bilmirdi.  BaĢını  əllərinin  arasına  almıĢ 

Jülyen  bu  balaca  mağarada  oturub,  öz  arzuları  və  azadlıq 

hissindən həzz  alır, özünü  heç  vaxt  olmadığı  qədər xoĢbəxt 

hiss  eləyirdi.  O,  günəĢin  son  Ģüalarının  bir-bir  necə 

söndüyünü  hiss  eləmədi.  O,  donub  qalaraq  qəlbinə  qəfil 

çökən qaranlığın arasından gözləri qarĢısında canlanan Paris 

həyatına tamaĢa eləyirdi. 

Hər  Ģeydən  əvvəl  onun  gözləri  qarĢısına  gözəl  bir 

qadın gəlirdi: əyalətdə heç vaxt görməyəcəyi qədər gözəl və 

bənzərsiz. O bu qadını ehtirasla sevir və sevgisi qarĢılıqlıdı. 

Əgər  o  bu  qadından  bir  müddət  ayrı  düĢürsə,  bunu  ancaq 

yeni  zəfərlər  qazanmaq  və  o  qadının  sevgisinə  daha  çox 

layiq olmaq üçün eləyir. 

Parisin  məyusedici  gerçəkliyi  içində  böyüyən  gənc 

hətta  Jülyenin  zəngin  təxəyyülünə  sahib  olduğu  halda  belə 




www.vivo-book.com 

 

154 



bu  sərsəmləmələri  eĢidəndə  özündən  asılı  olmayaraq 

gülərdi.  Jülyensə  hamının  bildiyi  həqiqəti  anlayanda  böyük 

qələbələri  və  Ģöhrət  arzularını  bir  kənara  buraxardı: 

“Qadınını tərk eləyən kiĢinin dərdi ağırdı – o, gündə üç dəfə 

xəyanətə məruz qalır”. 

Amma  bu  gənc  kəndli  oğlan  elə  bilirdi  ki,  ona  ən 

böyük  Ģücaətləri  göstərmək  üçün  sadəcə  uyğun  bir  Ģərait 

lazımdır. 

Bu  arada  gündüz  çoxdan  geridə  qalmıĢ,  əməlli-baĢlı 

axĢam  çökmüĢdü.  Fukenin  yaĢadığı  qəsəbəyəsə  düz  iki 

lyelik  yol  vardı.  Öz  mağarasını  tərk  eləməmiĢdən  əvvəl 

Jülyen ocaq qalayıb, yazdıqlarının hamısını yandırdı. 

Gecə  saat  birdə  dostunun  qapısını  döyəndə  Fukeni 

bərk  təəccübləndirmiĢ  oldu.  Fuke  hələ  yatmamıĢdı:  o,  hələ 

də  öz  iĢləriylə  məĢğul  idi.  Bu,  ucaboy,  əməlli-baĢlı 

yöndəmsiz bir gənc idi: üzünün cizgiləri kobud, burnusa çox 

yekəydi.  Amma  bu  xoĢagəlməz  yöndəmsizliyin  altında 

bitməz-tükənməz  bir  xeyirxahlıq  vardı.  Oğlan  o  dəqiqə 

soruĢdu: 



www.vivo-book.com 

 

155 



–  Belə  qəfil  gəlməkdə,  deyəsən,  cənab  Renalla 

aranızda nəsə dava-zad olub? 

Jülyen  bu  günlərdə  baĢ  verənlərin  hamısını  dostuna 

danıĢdı: o hesab eləyirdi ki, belə lazımdır. 

Fuke dedi: 

– Mənim yanımda qal. Görürəm, indi sən onları yaxĢı 

tanıyırsan:  cənab  Renalı  da,  cənab  Valnonu  da,  bələdiyyə 

sədrinin köməkçisi Mojironu da, küre ġelanı da. Onların nə 

düĢündüklərini  bilirsən.  Sənin  indi  əsl  ticarətlə  məĢğul 

olmaq  vaxtındır.  Riyaziyyatda  məndən  min  dəfə  yaxĢısan, 

haqq-hesabımı sən apararsan. Öz aramızdı, mən də alverdən 

pis  qazanmıram.  Amma  özüm  təkbaĢına  hər  Ģeyi 

çatdırmıram,  köməkçi  götürməyə  də  ehtiyat  eləyirəm:  hər 

tərəf fırıldaqçılarla doludur. Buna görə də hər gün nə qədər 

sərfəli  iĢdən  imtina  eləməli  oluram.  Qoy,  sənə  bir  misal 

gətirim:  bir  ay  əvvəl  o  MiĢo,  sən  onu  tanıyırsan  da,  Sent-

Amandan olan mənim sayəmdə altı min frank qazandı. Düz 

altı  ildi  onu  görmürdüm,  bu  yaxınlarda  da  təsadüfən 

Ponterlyedə  bazarda  gördüm.  O  altı  mini,  ya  da  ən  azından 

üç  mini  sən  niyə  qazanmayasan?  Axı  sən  mənim  yanımda 




www.vivo-book.com 

 

156 



olsan,  mən  bu  odun  alverinin  qiymətini  əməlli-baĢlı 

qaldırardım. Gəl, gəl bir yerdə iĢləyək. 

Bu  təklif  Jülyenin  qanını  qaraltdı:  alver  onun 

təxəyyülündəki  böyük  zəfərlərə  uyğun  gəlmirdi.  Homerin 

qəhrəmanları kimi özlərinə yemək hazırlayan iki dost (Fuke 

tək  yaĢayırdı)  Ģam  eləyəndə  Fuke  odun  alverinin  nə  qədər 

sərfəli  olduğunu  dostuna  sübut  elədi.  Fuke  Jülyenin  yaxĢı 

savadı və möhkəm xarakteri barədə yüksək fikirdəydi. 

Nəhayət,  Jülyen  küknar  odunlarından  quraĢdırılmıĢ, 

balaca otaqda tək qaldı. 

“Axı  o  haqlıdır”,  öz-özünə  dedi.  “Mən  burada  bir 

neçə  min  qazanıb,  sonra  da  Fransada  nəyin  dəbdə 

olmağından  asılı  olaraq  sakitcə  qərara  gələ  bilərəm  ki, 

bundan sonra hərbi mundir geyinim, yoxsa keĢiĢ cübbəsi? O 

vaxta  qədər  qazandığım  pullar  yolumun  üstündə  dura 

biləcək  bütün  maneələri  dəf  eləyər.  Burada,  insan  ayağı 

dəyməyən  bu  dağlarda  mən  salon  əyanlarını  maraqlandıran 

Ģeylər  barədə  bilgisizliyimi  yavaĢ-yavaĢ  dəf  edərəm.  Fuke 

də  evlənib-eləməyə  hazırlaĢmır,  özü  də  durmadan  deyir  ki, 

buralarda  darıxmaqdan  ürəyi  partlayır.  Aydın  məsələdir  ki, 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə