Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.

səhifə32/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
1   ...   28   29   30   31   32   33   34   35   ...   197

www.vivo-book.com 

 

157 



əgər iĢə pul qoymayacaq adamla əlbir olub iĢləmək istəyirsə, 

deməli, mənim onunla qalacağıma ümid eləyir”. 

–  Yəni  doğrudanmı  mən  dostuma  xəyanət  eləyə 

bilərəm? – Jülyen qəzəblə bağırdı. 

Riyakarlıqla dolu, heç nəyə bağlı olmayan bu qəribə 

adam  indi  onu  sevən  dostuna  qarĢı  ən  xırda  yanlıĢlıq  edə 

biləcəyi fikrini ağlından belə keçirə bilməzdi. 

Amma  birdən  Jülyenin  gözünə  iĢıq  gəldi:  o,  rədd 

cavabı vermək üçün səbəb tapmıĢdı. 

–  Necə?  Yeddi-səkkiz  ilimi  burada  heç  bir  ad-san 

qazanmadan itirim? Axı o vaxta qədər mənim iyirmi səkkiz 

yaĢım  tamam  olacaq?  Bu  yaĢda  Bonapart  bütün  böyük 

zəfərlərini  qazanmıĢdı.  Amma  mən,  heç  kimin  tanımadığı 

adam  alverlə  məĢğul  olub,  hansısa  fırıldaqçı  məmurların 

rəğbətini qazanmağa çalıĢandan sonra kim bilir, canımda bir 

tikə də olsun Ģöhrət qazanmaq həvəsi qalacaqmı? 

Səhəri  gün  Jülyen  məsələni  artıq  həll  olunmuĢ  bilən 

mehriban dostu Fukeyə soyuqqanlılıqla bildirdi ki, öz yerini 

kilsəyə  xidmətdə  görür  və  canındakı  din  xofu  dostunun 



www.vivo-book.com 

 

158 



təklifinə  razılaĢmağa  imkan  vermir.  Fuke  heyrətdən  özünə 

gələ bilmirdi. 

–  Sən  bir  fikirləĢ,  –  o,  dostuna  dedi.  –  Söhbət  ildə 

dörd  min  qazanmaqdan  getmir,  axı  mən  səni  özümə  ortaq 

götürürəm!  Sənsə  buna  razılaĢmaq  əvəzinə  adına  ləkə 

gətirməyə hazır olan cənab Renalın yanına qaçırsan! Sən iki 

min qızıl pul qazanandan sonra seminariyaya getməyinə kim 

mane  olacaq  ki?  Hələ  deyim  ki,  mən  özüm  sənə  bu 

həndəvərdə ən yaxĢı kilsəni tikdirə bilərəm. Sən bilirsən axı, 

– Fuke səsini bir az alçaldaraq dedi. – Mən cənab X-yə də, 

cənab X-yə də, cənab X-ə də odun satıram. Mən onlara palıd 

satıram,  onlar  mənə  əla  növ  qoz  ağacının  pulunu  ödəyir  – 

bundan yaxĢı qazanc ola bilər? 

Amma Jülyen öz qərarında qətiydi, buna görə də Fuke 

fikirləĢdi  ki,  dostunun  baĢı  bir  az  xarab  olub.  Üçüncü  gün, 

səhər  açılar-açılmaz,  Jülyen  dostuyla  sağollaĢdı,  o  bu  günü 

dağlarda, qayaların arasında keçirmək istəyirdi. 

O  öz  balaca  mağarasını  tapdı,  amma  indi  ruhundakı 

həmin  sakitlik  yox  idi:  Fukenin  təklifi  ağlını  qarıĢdırmıĢdı. 

Ġndi o özünü xeyirlə Ģər arasında seçim etməli olan Herkules 




www.vivo-book.com 

 

159 



kimi  hiss  eləyirdi,  amma  Jülyen  həyatını  təmin  edəcək 

gəlirli  iĢlə  gənclik  arzularının  arasında  seçim  etməliydi. 

“Deməli,  mən  çox  da  möhkəm  adam  deyiləm,  –  deyə 

düĢündü.  Bu  fikir  ona  hər  Ģeydən  çox  əzab  verirdi.  – 

Deməli,  mənim  palçığım  o  böyük  insanların  yoğrulduğu 

palçıqdan  yoğrulmayıb.  Əgər bir tikə  çörək  qazanacağım  o 

yeddi-səkkiz il ərzində məni böyük iĢlər görməyə səsləyən o 

möcüzəli  qüvvənin  əlimdən  alınacağından  qorxuramsa, 

deməli, elə belədir ki, var... 

 

 



XIII 

 

 



PARILTILI CORABLAR 

 

Roman – uzaq yola tutduğun güzgüdür... 

 

Sen-Real 

 



www.vivo-book.com 

 

160 



Qədim  Verji  kilsəsinin  qalıqlarını  görəndə  Jülyenin 

yadına düĢdü ki, üç gün ərzində bircə dəfə də olsun, xanım 

Renal barədə düĢünməyib: 

“Mən evdən çıxdığım gün o qadın mənimlə xidmətçi 

oğlan  kimi  rəftar  eləyərək  aramızda  necə  uzaq  məsafənin 

olduğunu mənə xatırlatdı. Məlum məsələdir ki, bu günlərdə 

əlindən  tutduğuma  icazə  verdiyinə  görə  peĢman  olub  və 

bunu mənə bildirməyə çalıĢır. Amma öz aramızdı, o əl necə 

də  gözəl  idi!  Əl  deyildi,  möcüzəydi!  Hələ  o  qadının  adama 

necə kübar-kübar baxmağını demirəm!” 

Fukenin  alverinə  Ģərik  olub  xeyli  pul  qazana  bilmək 

imkanı  Jülyeni  əməlli-baĢlı  çaĢdırmıĢdı:  kasıblığı  və 

baĢqalarının  gözünə  fağır  görünməyi  daha  ona  əzab 

vermirdi.  O  elə  bil  hansısa  ali  mərtəbədə  dayanmıĢdı  və 

dayandığı  yerdən  onu  var-dövlətə  apara  biləcək  rifaha  da, 

acı  səfalətə  də  sakitcə  baxmaq  imkanı  var  idi.  Onun 

vəziyyətə  filosof  gözüylə  baxmaq  fikri  yox  idi,  amma  ayıq 

baĢla  düĢünəndə  anlayırdı  ki,  üçgünlük  səfərə  çıxdığı 

dağlardan baĢqa adam kimi qayıdıb. Xanım Renalı xahiĢiylə 



www.vivo-book.com 

 

161 



öz səfərini yığcam nağıl eləyəndə o qadının ona necə qeyri-

adi bir həyəcanla qulaq asdığını görüb, təəccübləndi. 

Fuke 

dəfələrlə 



evlənmək 

istəsə 


də, 

sevgi 


məsələlərində  məyusluğa  uğramıĢdı.  O  bu  uğursuzluqlarını 

dostuna da danıĢdı. Tez-tez vaxtından əvvəl sevincək olmuĢ 

Fuke  hər  dəfə  anlayıb  ki,  istədiyinin  xoĢ  münasibətindən 

faydalanan təkcə o olmayıb. 

Onun 

danıĢdığı 



əhvalatlar 

Jülyeni 


çox 

təəccübləndirdi, onlardan çox Ģey öyrəndi. Amma daima öz 

təxəyyülüylə baĢ-baĢa qalan, ətrafındakı hər Ģeyə və hamıya 

inamsızlıqla  yanaĢan  gənc  belə  məsələlərdə  ona  nəsə  bir 

məsləhət verə bilməzdi. 

Onun dağlarda keçirdiyi günlər ərzində xanım Renal 

yaĢamaq  əvəzinə  əzab  çəkirdi.  Onun  əzabları  bir-birindən 

fərqlənsə də, nəticədə hamısı dözülməz idi. Qadın doğrudan 

da xəstə düĢmüĢdü. 

Jülyenin  geri  qayıtdığını  görən  xanım  Dervil 

rəfiqəsinə dedi: 

–  AxĢam  bağa  çıxmağı  heç  ağlına  da  gətirmə.  Sən 

xəstəsən, havada da nəmiĢlik var, sənə pis təsir eləyəcək. 





Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   197


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə