Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə33/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   29   30   31   32   33   34   35   36   ...   197

www.vivo-book.com 

 

162 



Cənab  Renalın  həmiĢə  həddindən  artıq  sadə 

geyinməkdə qınadığı rəfiqəsinin qəfildən parıltılı corablar və 

Parisdən  alınan  gözəl  tuflilər  geyindiyini  görən  xanım 

Dervil xeyli təəccübləndi. Son günlər ərzində xanım Renalın 

yeganə  əyləncəsi  tikmə  iĢiydi.  O,  dəbdə  olan  gözəl  bir 

parçadan  özünə  gözəl  bir  yay  donu  biçmiĢdi  və  paltarı 

tikməsi  üçün  durmadan  Elizanı  tələsdirirdi.  Jülyen  qayıdan 

kimi  xanım  Renal  donu  geyindi.  Xanım  Dervilin  daha  heç 

bir Ģübhəsi qalmadı. 

–  Bu bədbəxt o oğlana vurulub!  – xanım  Dervil  öz-

özünə dedi. 

Rəfiqəsinin 

qəfil 

xəstəliklərinin, 



qəribə 

nasazlıqlarının səbəbi indi ona aydın oldu. 

Qadının  Jülyenlə  danıĢanda  üzünün  gah  ağardığını, 

gah da yanaqlarının qızardığını görürdü. Əzablı həyəcanlarla 

dolu baxıĢlar gənc mürəbbidən ayrılmırdı. Xanım Renal hər 

an  oğlanın  gedəcəyi,  ya  da  qalacağıyla  bağlı  qərarını 

açıqlamağını gözləyirdi. 

Amma Jülyen heç nə demirdi, çünki o bu barədə heç 

düĢünməmiĢdi 

də. 


Nəhayət, 

uzun-uzadı 

əzablı 



www.vivo-book.com 

 

163 



tərəddüdlərdən sonra xanım Renal əzablarını o dəqiqə ifadə 

edən bir səslə soruĢdu: 

–  Deyəsən,  siz  bizi  və  uĢaqları  buraxıb,  baĢqa  yerə 

keçmək fikrindəsiniz? 

Xanım  Renalın  bu  inamsız  səsi  və  baxıĢları  Jülyeni 

heyrətə gətirdi. 

“Bu  qadın  məni  sevir.  Ġndi  bir  anlıq  zəif  damarı 

tutub.  Bir  azdan  tezcə  də  buna  görə  peĢman  olacaq. 

Qalacağıma  əmin  olandan  sonra  yenə  də  özünü  həmiĢəki 

kimi təkəbbürlü aparacaq”. 

O, düĢdüyü xoĢagəlməz vəziyyəti ani olaraq gözünün 

qabağına gətirdi, bir az tərəddüd eləyəndən sonra dedi: 

– Belə gözəl uĢaqlardan, özü də belə ləyaqətli ailənin 

uĢaqlarından  ayrılmaq  mənə  çox  çətin  olacaq.  Amma 

görünür,  bunu  eləməli  olacam.  Axı  hamının  özü  qarĢısında 

məsuliyyəti var. 

Lüğətinə  bu  yaxınlarda  daxil  elədiyi  kübar 

cəmiyyətlərdə 

tez-tez 

iĢlənən  “ləyaqətli”  kəlməsini 

deyəndən sonra Jülyen nifrətlə qadına baxdı. 



www.vivo-book.com 

 

164 



“Deməli,  mən  bu  qadının  gözündə  ləyaqətli  adam 

deyiləm” – deyə o düĢündü. 

Xanım  Renal  onu  dinləyir  və  oğlanın  ağlına, 

yaraĢığına heyran olurdu. Qadının ürəyi sıxılırdı, axı gənc öz 

diliylə dedi ki, onları tərk eləmək fikrindədir. 

Jülyen burada olmadığı müddətdə Veryerdən Verjiyə 

gələn  bütün  dostlar  onun  ərinin  tapdığı  bu  nadir  növcavanı 

tərifləmiĢdilər.  Əlbəttə,  uĢaqların  əldə  elədikləri  uğurlar  bu 

adamları  az  maraqlandırırdı.  Amma  onun  Bibliyanı  əzbər, 

üstəlik  də  latınca  əzbər  bilməyi  Veryerliləri  elə  heyrətə 

gətirmiĢdi  ki,  bu  canfəĢanlıq  ən  azı  hələ  yüz  il 

soyumayacaqdı. 

Amma  Jülyen  heç  kimlə  ünsiyyətdə  olmadığı  üçün 

bunlardan  xəbər  tuta  bilməzdi.  Xanım  Renalın  bircə  tikə 

soyuqqanlılığı  olsaydı,  o,  belə  yaxĢı  ad  qazandığına  görə 

oğlanı təbrik edər, bununla da Jülyenin qürurunu doyurmuĢ 

olardı.  O  da  öz  növbəsində  qadına  qarĢı  təvazökar  və 

xoĢrəftar  olardı,  axı  ən  azından  onun  təzəcə  geyindiyi  yay 

donu oğlanın çox xoĢuna gəlmiĢdi. 



www.vivo-book.com 

 

165 



Jülyenin  donuyla  bağlı  dediklərindən  bərk  sevinən 

xanım  Renal  oğlana  bağda  gəziĢməyi  təklif  elədi.  Qadın 

oğlanın qoluna yaslandı. Amma bu hərəkəti ona güc vermək 

əvəzinə  daha  da  zəif  saldı  –  oğlana  toxunan  kimi  qadının 

bədəni sustaldı. 

Hava  artıq  qaralırdı,  onlar  oturan  kimi  Jülyen 

çoxdankı  imtiyazından  istifadə  edərək  əvvəlcə  dodaqlarını 

xanımın  əllərinə  yaxınlaĢdırdı,  sonra  da  yavaĢ-yavaĢ  bu 

gözəl əldən bərk-bərk yapıĢdı. 

Bu  anlarda  o  xanım  Renal  barədə  deyil,  öz 

sevgililəriylə 

cəsarətlə 

davranan 

Fukeni 


düĢünürdü, 

“ləyaqətli”  ifadəsi  hələ  də  daĢ  olub,  onun  ürəyindən 

asılmıĢdı. 

Birdən onun əli bərk-bərk sıxıldı, amma bu ona bircə 

damcı  olsun  da  zövq  vermədi.  Oğlan  nəinki  bu  lütfə  görə 

fəxr eləmirdi, hətta onun içində bu axĢam ərzində qadından 

gördüyü  xoĢ  rəftar  üçün  bir  damcı  da  olsun  minnətdarlıq 

hissi yox idi. Bu axĢam qadının nə gözəlliyi, nə Ģuxluğu, nə 

də  təravəti  ona  təsir  eləmiĢdi.  Gözəl  qadınların  daxili 

ruhunun  təmizliyi,  bütün  bəd  əməllərdən  uzaqlığı  onların 




www.vivo-book.com 

 

166 



gəncliyinin  ömrünü  uzadır.  Gözəl  qadınların  əksəriyyəti  ən 

tez sifətdən qocalırlar. 

Bütün  axĢamı  Jülyen  kefsiz  oturdu,  insanı  ictimai 

həyatın  müxtəlif  yerlərinə  qoyan  təsadüflər  onu  özündən 

çıxarmıĢdı. Fuke ona varlanmaq üçün həmin əlveriĢli təklifi 

eləyəndən sonra oğlanın özünə qəzəbi tutmuĢdu. Bu fikirlərə 

qapıldığı  üçün  o,  qadınlarla  ancaq  aradabir  bir-iki  kəlmə 

danıĢırdı,  sonrasa  özünü  büsbütün  unudub  xanım  Renalın 

əlini əlindən buraxdı. Yazıq qadının ürəyi sıxıldı, oğlanın bu 

hərəkətində o öz sonunu gördü. 

Əgər qadın Jülyenin hisslərinə, ona bağlılığına  əmin 

olsaydı, xanım Renalın əxlaqı ona oğlanın qarĢısında təslim 

olmamağa  kömək  edərdi.  Amma  indi  oğlanı  həmiĢəlik 

itirmək  qorxusu  qarĢısında  o  öz  hisslərinə  qarĢı  çıxa 

bilmirdi.  Odur  ki,  özü  oğlanın  fikirli-fikirli  kətilin 

söykənəcəyinə söykədiyi əlindən yapıĢdı. 

Onun  bu  hərəkəti  gənc  Ģöhrətpərəsti  xəyallardan 

ayırdı.  Ziyafətlərdə,  uĢaqlarla  birlikdə  lap  son  küncündə 

oturduğu  masanın  baĢında  əyləĢən  adlı-sanlı,  təkəbbürlü 

cənabların bu dəqiqə onu görməyini necə istərdi! 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə