Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə34/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   30   31   32   33   34   35   36   37   ...   197

www.vivo-book.com 

 

167 



“Yox,  bu  qadın  mənə  üstdən  aĢağı  baxa  bilməz!”  o 

düĢündü  –  “Əgər  belədirsə,  onda  bu  xanımın  gözəlliyinin 

qarĢısında dirənmək üçün heç bir səbəb yoxdu. Özü də əgər 

mən  özümə  hörmət  eləmək  istəyirəmsə,  onun  sevgilisi 

olmalıyam”. 

Əgər  o  öz  dostunun  sadəlövhcəsinə  nağıl  elədiyi 

sevgi  əhvalatlarını  eĢitməsəydi,  bu  fikir  onun  ağlına 

gəlməzdi. 

Bu qəfil qərar ona elə təsir elədi ki, düĢündü: 

“Bu qadınlardan biri mütləq mənim olmalıdır!” Bunu 

özlüyündə  deyəndə,  qəfildən  fikirləĢdi  ki,  xanım  Dervillə 

dilxoĢluq  eləmək  onun  daha  çox  xoĢuna  gələrdi.  Ona  görə 

yox ki, onun bu qadından xoĢu gəlirdi. Sadəcə, xanım Dervil 

onu eləcənə mürəbbi kimi tanıyırdı, daha xanım Renal kimi 

oğlanı ilk dəfə qoltuğunda mahud gödəkcəsini tutmuĢ halda 

görməmiĢdi. 

Amma  xanım  Renal  bu  dəqiqə  onların  qapıları 

önündə  dayanıb,  qulaqlarına  qədər  qızara-qızara  zəngi 

vurmağa  ürək  eləməyən  həmin  gənci  xatırlayıb,  sevgiylə 

gülümsədi. 




www.vivo-book.com 

 

168 



Öz addımlarını götür qoy eləyən Jülyen əmin oldu ki, 

xanım  Dervillə  bağlı  ümidlərinin  üstündən  xətt  çəkməlidi, 

çünki çox yəqin ki, bu qadın xanım Renalın ona qarĢı laqeyd 

olmadığını hiss eləyir. 

Beləliklə, o çar-naçar xanım Renalı seçməliydi. “Bəs 

mən bu qadın barədə nə bilirəm ki?” o düĢündü. “Bircə bunu 

bilirəm  ki,  buradan  gedənə  qədər  mən  onun  əlini  əlimə 

alırdım,  o  əlini  çəkirdi.  Ġndi  mən  əlimi  çəkirəm,  o  mənim 

əlimi əlinə alır. YaxĢı fürsət düĢüb əlimə, mənə üstdən aĢağı 

baxdığına görə ondan qisas ala bilərəm. Allah bilir, onun nə 

qədər  sevgilisi  olub!  Yəqin  məni  də  ona  görə  seçib  ki, 

mənimlə görüĢmək daha rahat olacaq?” 

Sivilizasiyanın  həddən  artıq  olmasının  dərdi  də  elə 

budur.  Təhsil  görmüĢ  iyirmi  yaĢlı  gəncin  ruhu  hər  cür 

səbəbsizlikdən min arĢın uzağa qaçır, bu olmadansa sevgi ən 

darıxdırıcı öhdəçiliyə çevrilir. 

“Mən  bu  qadının  sevgisini  həm  də  ona  görə 

qazanmalıyam  ki,  gələcəkdə  kimsə  keçmiĢdə  mənim 

mürəbbi  olduğumu  üzümə  vursa,  sevgi  xatirinə  bu  iĢə 



www.vivo-book.com 

 

169 



razılaĢdığımı  bəhanə  gətirə  bilim”  –  Jülyenin  xırdaçı 

Ģöhrətpərəstliyi onun qulağına bunları pıçıldayırdı. 

Jülyen  əlini  bir  də  qadının  əlindən  çəkdi,  sonra  özü 

xanım Renalın əlindən yapıĢıb sıxdı. 

Onlar  gecəyarısı  qonaq  otağına  qalxanda  xanım 

Renal sakitcə onun qulağına dedi: 

–  Siz,  doğrudan,  bizi  tərk  eləyirsiniz?  Doğrudan, 

gedəcəksiniz? 

Jülyen ah çəkərək, dedi: 

–  Mən  getməliyəm,  çünki  mən  sizə  dəlicəsinə 

vurulmuĢam, gənc rahib üçün bağıĢlanmaz günahdır! 

Qəfildən xanım Renal onun əlinə elə ehtirasla sığındı 

ki,  özü  də  bilmədən  yanağını  Jülyenin  isti  yanağına 

toxundurdu. 

Bu  iki  adam  həmin  gecəni  necə  də  fərqli  yaĢadı! 

Xanım  Renal  ehtirasın  ən  ali  mərtəbəsində  özünü  xoĢbəxt 

hiss  eləyirdi.  Nazlı-qəmzəli,  təzə-təzə  vurulan  gənc  qızlar 

tədricən  sevgi  həyəcanlarına  öyrəĢir  və  əsl  ehtirası  duya 

biləcək yaĢa çatanda onlar üçün heç bir yenilik hissi qalmır. 

Amma  heç  vaxt  sevgi  romanları  oxumayan  xanım  Renal 




www.vivo-book.com 

 

170 



üçün  indi hər  Ģey  təptəzəydi.  Nə heç  bir acı  həqiqət, nə də 

gələcəyin hansısa kölgəsi onun hisslərinə təsir eləmirdi. Ona 

elə  gəlirdi  ki,  aradan  on  il  keçəcək  və  o  özünü  yenə  də 

bugünkü kimi xoĢbəxt hiss eləyəcək. 

Hətta  bir  neçə  gün  əvvəl  xanım  Renala  əzab  verən 

əxlaq  və  sədaqət  andı  qarĢısında  qorxusu  belə  ondan  yan 

keçdi  –  qadın  vaxtsız  gələn  qonaq  sayaq  bu  hisslərdən 

qurtuldu. 

“Mən  icazə  vermərəm  ki,  aramızda  nəsə  olsun.  Biz 

Jülyenlə  bu  aya  kimi  necə  yaĢamıĢdıqsa,  eləcə  də 

yaĢayacağıq.  O  mənim  dostum  olacaq,  vəssalam”  –  xanım 

Renal öz-özünə təkrarlayırdı. 

 

 

XIV 



 

   ĠNGĠLĠS QAYÇISI 

 

On altı yaşlı qızların yanaqları qızılgül kimi olsa da, 

yenə də allanır. 



www.vivo-book.com 

 

171 



   

Polidori 

 

Jülyenə  gəlincə,  Fukenin  təklifindən  sonra  o  özünü 



olduqca  bədbəxt  hiss  eləyirdi  –  oğlan  qəti  qərara  gələ 

bilmirdi. 

“Ġlahi,  deməli,  mən  o  qədər  də  möhkəm  deyiləm, 

mənim  iradəm  çatmır!  Məndən  Napoleona  əsgər  olmazdı! 

Amma  ən  azından, ev  sahibəsi bir  müddət  mənim  könlümü 

əyləndirə bilər” – o düĢünürdü. 

XoĢbəxtlikdən  məsələləri  özü  üçün  belə  sıralamağı 

onun əsl ruhi vəziyyətilə üst-üstə düĢmürdü. Təzə yay donu 

geyinmiĢ xanım Renalın gözəlliyi onu qorxudurdu. Bu paltar 

hətta Parisdə belə onun ağlını baĢından alardı. Qüruru imkan 

vermirdi  ki,  taleyini  təsadüflərə  həvalə  eləsin,  ya  da  çətin 

anlarda  onu  vəziyyətdən  çıxaracaq  iti  ağlına  ümid  eləsin. 

Fukenin  danıĢdıqlarından  və  Bibliyadan  oxuduğu  sevgi 

hekayətlərindən  nəticə  çıxararaq  o  özü  üçün  diqqətlə 

iĢlənmiĢ qəti plan cızmıĢdı. 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə