Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə35/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   31   32   33   34   35   36   37   38   ...   197

www.vivo-book.com 

 

172 



Amma  özü  hələ  də  inamsızlıq  içində  olduğu  və  bu 

qərarsızlığını  özünə  də  etiraf  eləmədiyi  üçün  bu  planı 

yazmaq qərarına gəldi. 

Səhər  xanım  Renal  qonaq  otağında  bir  neçə  dəqiqə 

vaxt tapıb onunla ikilikdə danıĢdı: 

– Sizin adınız Jülyendi. Bəs ikinci adınız necədir? 

Qəhrəmanımız  bu  xoĢrəftar  suala  cavab  tapmadı. 

Onun planlarında belə bir ehtimala yer yox idi. Əgər ağlında 

o  gicbəsər  fikir  olmasaydı,  iti  ağlı  bu  dəqiqə  köməyinə 

gələrdi, 

gözlənilməzliksə  onun  iti  zəkasını  ancaq 

gücləndirmiĢ olardı. 

Öz  çıxılmazlığı  oğlanın  fikrini  bir  az  da  dolaĢdırdı. 

Xanım Renal bu çaĢqınlığı dərhal ona bağıĢladı. Oğlan onun 

gözünə  olduqca  sadəlövh  və  sevimli  göründü.  Qadının 

fikrincə, 

hamının 

ağıllı 


hesab 

elədiyi 


Jülyenin 

davranıĢlarında çatıĢmayan Ģey məhz elə bu sadəlövhlük idi. 

– Sənin bu cavan müəllimindən nəsə gözüm su içmir, 

–  bu  sözləri  xanım  Dervil  ona  tez-tez  deyirdi.  –  Ona 

baxanda  adama  elə  gəlir  ki,  bu  oğlan  nəsə  bir  addım 



www.vivo-book.com 

 

173 



atmamıĢdan əvvəl hər Ģeyi min dəfə ölçüb-biçir. Çox tədbirli 

adamdır! 

Jülyen  sual  qarĢısında  özünü  belə  itirməyinə  və 

xanım Renala cavab verə bilmədiyinə görə özünü bağıĢlaya 

bilmirdi. 

“Mənim  kimi  biri,  gərək  bu  səhvi  düzəltməyi 

bacarsın  – ən azından özüm üçün...”  – o, bunu düĢündü və 

xanım Renalla qonaq otağına keçdiyi yerdə qəfildən qadını 

öpdü. 

Yəqin ki, bundan daha yersiz, daha xoĢagəlməz və ən 



əsası daha ağılsız hərəkəti təsəvvür etmək mümkün deyildi. 

Onlar az qala yaxalanacaqdılar. Xanım Renal oğlanın ağlını 

itirdiyini  düĢündü.  Qadın  qorxdu,  eyni  zamanda  dəhĢətli 

dərəcədə  əsəbiləĢdi.  Bu  yersiz  hərəkət  ona  cənab  Valnonu 

xatırlatdı. 

“Görəsən,  mən  burada  onunla  ikilikdə  olsaydım,  nə 

olardı?” – qadın düĢündü. Sevgi öləzidiyi üçün bütün əxlaqi 

dəyərləri geri qayıtdı. 

Qadın  çalıĢdı  ki,  oğlanlarından  biri  mütləq  onların 

yanında olsun. 




www.vivo-book.com 

 

174 



Həmin gün Jülyen üçün çox darıxdırıcı keçdi. Oğlan 

öz  planını  həyata  keçirmək  üçün  olduqca  yöndəmsiz 

hərəkətlər eləyirdi. Gün ərzində o bircə dəfə də olsun, xanım 

Renala  adi  gözlərlə  baxmadı  –  hər  dəfə  baxıĢları  min  bir 

məna  ifadə  eləyirdi.  Amma  o  belə  anlarda  xoĢagəlimli, 

məftunedici  olmağı  bacarmadığını  hiss  etməyəcək  qədər  də 

axmaq deyildi. 

Bu yöndəmsizlik və ağlasığmaz cəsarət xanım Renalı 

elə təəccübləndirmiĢdi ki, qadın özünə gələ bilmirdi. 

“Bəlkə  belə  ağıllı  adamı  birdən-birə  gah  belə 

cəsarətli, gah da çox utancaq eləyən Ģey ilk məhəbbətdi?” – 

deyə  düĢündü  və  qəlbi  təsvirə  gəlməyəcək  bir  sevinclə 

doldu. “Deməli, mənim rəqibim onu sevmirmiĢ?!” 

Səhər yeməyindən sonra xanım Renal qonaq otağına 

keçdi, bələdiyyə sədrinin köməkçisi cənab ġarko de Mojiron 

onun  yanına  gəlmiĢdi.  Xanım  Renal  oturub  nəsə  tikməklə 

məĢğul  olmağa  baĢladı.  Xanım  Dervil  də  onun  yanında 

oturmuĢdu. Elə bu vaxt, günün günortaçağı, qəhrəmanımızın 

ağlına gəldi ki, uzunboğaz çəkmə geyindiyi ayağıyla xanım 

Renalın  parıltılı  corab  və  gözəl  Paris  tufliləri  olan  ayağını 




www.vivo-book.com 

 

175 



tapdalasın  –  bu  hərəkət  bələdiyyə  sədrinin  köməkçisinin 

diqqətindən yayınmadı. 

Xanım  Renal  əməlli-baĢlı  qorxdu:  o,  qayçını,  ip 

yumağını  və  əlindəki  bütün  iynələri  yerə  saldı  ki,  Jülyenin 

hərəkətini  xanımın  əlindən  düĢən  qayçını  havadaca  tuta 

bilmək istəyi kimi qələmə verə bilsin. XoĢbəxtlikdən ingilis 

malı olan balaca qayçı yerə düĢüb sındı və o, Jülyeni qayçını 

vaxtında tuta bilmədiyinə görə qınamağa baĢladı. 

–  Axı siz gördünüz ki, qayçı  əlimdən  düĢdü?!  Bunu 

məndən  əvvəl  gördünüz,  ayağıma  vurmaq  əvəzinə  qayçını 

vaxtında tuta bilərdiniz! 

Bu  sözlər  bələdiyyə  sədrinin  köməkçisini  yanılda 

bilsə də, xanım Dervili aldada bilmədi. 

“Bu  göyçək  oğlanın  aradabir  axmaq-axmaq 

hərəkətləri  olur!”  –  o  düĢündü.  Əyalət  kübarlarının  məiĢət 

müdrikliyi belə sadə yanlıĢlıqları bağıĢlamır. 

Xanım  Renal  Jülyeni  bir  dəqiqəliyə  kənara  çəkərək 

dedi: 


–  Ehtiyatlı  olun,  bunu  sizə  əmr  eləyirəm!  Jülyen  ehtiyatsız 

davrandığını özü də baĢa düĢürdü və bərk pərt olmuĢdu. O, 




www.vivo-book.com 

 

176 



xanımın  “bunu  sizə  əmr  eləyirəm”  ifadəsinə  qəzəblənib-

qəzəblənməyəcəyi barədə də xeyli götür-qoy elədi. DüĢündü 

ki,  əgər  söhbət  nəsə  baĢqa  Ģeydən,  uĢaqlardan,  ya  onların 

tərbiyəsindən  getsəydi,  o  mənə  əmr  eləyə  bilərdi.  Amma 

əgər  o  mənim  sevgimə  qarĢılıq  verirsə,  deməli,  aramızdakı 

bərabərliyi  qəbul  eləməlidir.  Arada  bərabərlik  yoxdusa,  bu 

nə  sevgidi?  Oğlan  bütün  fikirlərini  cəmləyib,  yaddaĢında 

bərabərliklə  bağlı  ən  müxtəlif  qaydalar  tapmağa  çalıĢdı.  O, 

Kornelin  Ģeirini  özlüyündə  qəzəblə  oxumağa  baĢladı  –  bu 

Ģeiri ona bir neçə gün əvvəl xanım Dervil oxumuĢdu. 

 

Sevgi bərabərlik axtarmır. 



Sevgi – bərabərliyin özüdür. 

 

Jülyen  inadkarcasına  özünü  don  Juan  kimi  aparırdı, 



amma  indiyə  qədər  bircə  sevgilisi  də  olmadığı  üçün  axmaq 

vəziyyətinə  düĢürdü.  Onun  yaxĢı  düĢünə  bildiyi  bircə  Ģey 

vardı: özünə və xanım Renala acığı tutduğu ərəfədə dəhĢətlə 

düĢünürdü  ki,  bu  gecə  o  yenə  bağçada,  qaranlıqda  bu 

qadınla  yanaĢı  oturmalıdır  –  bunu  nəzərə  alandan  sonra  o 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə