Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə36/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   32   33   34   35   36   37   38   39   ...   197

www.vivo-book.com 

 

177 



cənab Renaldan Veryerə, kürenin yanına getmək üçün icazə 

aldı və ancaq gecəyarısı qayıtdı. 

Jülyen  cənab  ġelanın  yanına  çatanda  məlum  oldu  ki, 

küre öz prixodundan köçür. Axır ki, onu iĢindən uzaqlaĢdıra 

bilmiĢdilər, kürenin yerinə indi vikariy Maloy gəlirdi. Jülyen 

qollarını  çırmalayıb  qoca  küreyə  kömək  eləməyə  giriĢdi və 

qəfildən  ağlına  gəldi  ki,  dostu  Fukeyə  məktub  yazsın. 

Yazsın  ki,  onun  dostyana  təklifindən  boyun  qaçırmağının 

səbəbi özünü müqəddəs kilsəyə xidmətdə görmək idi, amma 

indi  o  elə  qəddar  bir  ədalətsizliklə  üz-üzə  gəldi  ki,  artıq 

ruhunun xilasını rahiblikdən imtina etməkdə görür. 

Jülyen ağlına gələn parlaq fikirdən vəcdə gəldi: kürenin 

iĢdən  kənarlaĢdırılması  ona  bəhanə  üçün  əl  yeri  qoyurdu, 

əgər  məzlum  ağlı  qəlbindəki  qəhrəmanlıq  arzularına  qalib 

gəlsə, o, alverlə məĢğul ola bilərdi. 

 

 



 

XV 


 


www.vivo-book.com 

 

178 



XORUZ BANI 

 

  Latınca Amor deyirlər sevgiyə 



  Sevgi – öldürücüdü. 

  Bir dəniz gözyaĢı, bir səhra həsrət 

  Kədər, əzab, rüsvayçılıq... 

  Sevgi niĢançısı 

 

Jülyendə  onun  özünə  elə  cidd-cəhdlə  yaraĢdırdığı 



biclikdən doğrudan da bir damcı olsaydı, səhəri gün Veryerə 

səfəriylə qazana bildiyi parlaq qələbəni dəyərləndirə bilərdi. 

O  yoxa  çıxdı  və  bütün  günahları  bağıĢlandı.  Amma  bütün 

günü  qanı  qara  gəzdi,  yalnız  axĢam  ağlına  doğrudan  da 

qəribə  bir  fikir  gəldi  və  özündə  görünməmiĢ  cəsarət  tapıb 

bunu  xanım  Renala  dedi.  Onlar  bağçada  masa  arxasına 

oturar-oturmaz,  Jülyen  havanın  tamam  qaralmağını  belə 

gözləmədən,  qadının  təmiz  adına  ləkə  gətirəcəyindən  belə 

çəkinmədən  dodaqlarını  xanım  Renalın  qulaqlarına 

yaxınlaĢdırıb, dedi: 




www.vivo-book.com 

 

179 



–  Xanım,  bu  gecə  düz  saat  ikidə  otağınıza  gələcəm  – 

sizinlə danıĢmalıyam. 

Oğlan  qorxudan  titrəyirdi:  birdən  qadın  razı  olar! 

MəĢuq rolu onu elə qorxudurdu ki, əgər indi bacarsaydı, bu 

qadınları  görməmək  üçün  otağına  qapanar,  üç  gün  oradan 

çıxmazdı.  O  baĢa  düĢürdü  ki,  dünənki  “xoĢ”  davranıĢına 

görə bir  az  əvvəl  asanlıqla  əldə etdiklərini  korlayıb və indi 

nə edəcəyini bilmirdi. 

Jülyenin  cəsarətə  gəlib  elədiyi  bu  qəfil  və  iddialı 

bəyanat  xanım  Renalı  doğrudan  da  bərk  təĢviĢə  saldı. 

Qadının qısaca cavabı ona təhqir kimi gəldi. O da düzdü ki, 

az qala pıçıltıyla deyilən bu cavabda “tfu” ifadəsi də vardı. 

UĢaqlara  nəsə  demək  bəhanəsiylə  Jülyen  evə  getdi, 

qayıdandasa xanım Renaldan mümkün qədər uzaqda, xanım 

Dervilin  yanında  oturdu.  Bununla  da  özünü  xanım  Renalın 

əlini  tuta  bilmək  imkanından  tamamilə  məhrum  elədi. 

Söhbət  ciddiləĢdi,  beyninin  məĢğul  olduğu  bəzi  məqamları 

çıxmaq  Ģərtiylə  Jülyen  də  bu  söhbətdə  yaxından  iĢtirak 

eləyirdi. Həmin  bir neçə  məqamdasa  Jülyen  baĢını sındırıb, 

vasitə axtarırdı: “Görəsən, nə eləyə bilərəm ki, xanım Renal 




www.vivo-book.com 

 

180 



mənə  üç  gün  əvvəl  bu  qadının  artıq  mənim  olduğunu 

düĢünməyə vadar edəcək qədər xoĢ münasibət göstərsin?” 

Öz  hərəkətləriylə  qəlizləĢdirdiyi  bu  çıxılmaz  vəziyyət 

Jülyeni  sıxırdı.  Amma  indi  uğurlu  bir  nəticə  belə  onun 

fikirlərini daha çox dolaĢdırardı. 

Saat  on  ikiyə  qalanda  hamı  dağılıĢdı  və  Jülyen  kədərli 

bir əminliklə düĢündü ki, xanım Dervil ona yuxarıdan aĢağı 

baxır,  xanım  Renalla  münasibətləri  də  elə  buna  oxĢar  bir 

Ģeydi. 

Ən iyrənc ovqatda olan, özünü o ki var alçaldılmıĢ hiss 



edən  Jülyen  yuxuya  gedə  bilmədi.  Amma  o,  bütün  bu 

hiyləgərlikləri  bir  kənara  tullayaraq  öz  planlarından  imtina 

etmək,  xanım  Renalın  yanında  uĢaq  kimi  hər  təzə  günün 

gəliĢinə sevinərək yaĢamaq fikrini də yaxına buraxmırdı. 

O beynini sındırıb, ən hiyləgər fəndlər fikirləĢsə də, bir 

neçə  saniyədən  sonra  həmin  fəndlər  onun  gözünə  olduqca 

sadəlövh  görünürdü.  Qəsrin  saatları  ikini  vuranda  oğlan 

özünü dünyanın ən bədbəxt adamı hesab eləyirdi. 

Saatın zəngi onu oyatdı – xoruzların banladığını eĢidən 

apostol Pyotr da belə oyanmıĢdı. O nəsə dəhĢətli bir Ģey baĢ 




www.vivo-book.com 

 

181 



verdiyini  hiss  elədi.  Həmin  cəsur  təklifi  elədiyi  dəqiqədən 

etibarən,  oğlan  bu  məsələni  yaddan  çıxartmıĢdı.  Axı  qadın 

ona elə qəzəblənmiĢdi ki! 

O, yatağından qalxaraq, düĢündü: 

“Ona  dedim  ki,  saat  ikidə  otağına  gedəcəm.  Mən 

sıradan kəndçi oğlu olduğuma görə, kobud, yöndəmsizin biri 

ola  bilərəm.  Amma  ona  sübut  eləyəcəm  ki,  mən  heçlik 

deyiləm”. 

Doğrudan  da,  Jülyenin  öz  cəsarətiylə  öyünməyə  haqqı 

çatırdı:  o,  hələ  heç  vaxt  özünü  belə  dəhĢətli  dərəcədə 

zorlamamıĢdı.  Otağının  qapısını  açanda  elə  titrəyirdi  ki, 

dizləri  əsirdi,  odur  ki,  bir  müddət  divara  söykənib  qalası 

oldu. 

O,  qəsdən  baĢmaq  geyinməmiĢdi.  Dəhlizə  çıxandan 



sonra  cənab  Renalın  qapısına  yaxınlaĢıb  dinlədi:  otaqdan 

bərk xorultu gəlirdi. Oğlanın çarəsi tükənmiĢdi. Deməli, indi 

xanım Renalın otağına getməmək üçün heç bir bəhanəsi yox 

idi. Amma, Ġlahi, Jülyen orada neyləyəcəkdi? Onun heç bir 

planı yox idi, amma olsaydı da, indi fikri elə dolaĢıq idi ki, 

həmin planı həyata keçirə bilməzdi. 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə