Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə39/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   35   36   37   38   39   40   41   42   ...   197

www.vivo-book.com 

 

192 



“Ġlahi!  Niyə  mən  Jülyenlə  on  il  əvvəl,  hələ  gözəl 

olduğum vaxtlarda üz-üzə gəlmədim?” 

Təbii  ki,  Jülyenin  ağlına  belə  Ģeylər  gəlmirdi.  Onun 

sevgisi hələ də müəyyən mənada Ģöhrətpərəstliyinin həzzini 

yaĢayırdı.  Özünün  –  belə  kasıb,  fağır,  yiyəsiz  oğlanın  belə 

gözəl  qadına  sahib  olması  gerçəyi  onu  xoĢbəxt  eləyirdi. 

Onun  səmimi  heyranlığı,  məĢuqəsinin  gözəlliyi  qarĢısında 

odlu-alovlu  etiraflar  eləməyi  qadının  aralarındakı  yaĢ 

fərqiylə bağlı nigarançılığını bir az səngidə bildi. Əgər onda 

bu yaĢda əyalət qadınlarına xas olan həyat təcrübəsi olsaydı, 

o,  belə  sevginin  nə  qədər  davam  edəcəyini  düĢünərək 

nigarançılıqdan  özünə  yer  tapa  bilməzdi,  çünki  bu 

məhəbbətin  gücü  elə  qadının  gözünə  belə  təzə-tər 

görünməyində  və  onun  özünəvurğunluğuna  xidmət 

eləməyindəydi. 

Jülyen  öz  uzaqvuran  hədəflərini  unudanda  o  hətta 

xanım  Renalın  Ģlyapalarına,  paltarlarına  da  heyran  ola 

bilirdi.  Bu  paltarların  ətrini  ciyərlərinə  çəkəndə  həzdən 

əriyib  gedirdi.  Jülyen  xanım  Renalın  güzgülü  paltar 

dolabının  qapılarını  taybatay  açaraq,  saatlarla  dolabın 




www.vivo-book.com 

 

193 



qarĢısında  dayanaraq,  burdakı  səliqə  və  gözəlliyə 

heyranlıqla baxırdı. MəĢuqəsi ona qısılaraq yanında dayanır 

və oğlana baxırdı – Jülyensə gözlərini bu bahalı daĢ-qaĢdan 

və  toy  ərəfəsində  gəlinin  səbətinə  qoyulan  yüz  cür  gözəl 

xırdavatdan çəkə bilmirdi. 

“Axı mən belə adama ərə gedə bilərdim! Onun necə də 

atəĢin  ürəyi  var!  Onunla  yaĢamaq  necə  gözəl  olardı!”  – 

xanım Renal hərdən öz-özünə deyirdi. 

Jülyenə  gəlincə,  o  həyatı  boyu  hələ  heç  vaxt  belə 

baĢgicəlləndirici  qadın  anbarına  yaxın  düĢməmiĢdi.  “Yəni 

doğrudan da Parisdə bundan gözəl nəsə tapmaq olarmı?”  – 

deyə  heyranlıqla  düĢünürdü.  Və  belə  anlarda  o  öz 

xoĢbəxtliyinin  yolunda  heç  bir  maneə  görmürdü. 

MəĢuqəsinin  səmimi  heyranlığı,  sevgisini  çılğınlıqla  ifadə 

etmək bacarığı bir vaxtlar hər Ģeyin haqq-hesabını çəkməyə, 

özünü  naqolay  vəziyyətə  salmağa  məcbur  edən  axmaq 

fikirlərini ona unutdururdu. 

Elə  dəqiqələr  olurdu  ki,  özünü  daim  süni  aparmaq 

vərdiĢinə  baxmayaraq,  oğlan  bəzi  həyat  məsələlərində  tam 

bilgisiz  olduğunu  ona  heyran-heyran  baxan  bu  zadəgan 




www.vivo-book.com 

 

194 



xanıma  etiraf  etməkdən  hədsiz  dərəcədə  sevinə  bilirdi. 

MəĢuqəsinin  dayandığı  yüksəklik  özündən  asılı  olmayaraq, 

onu  da  yüksəltmiĢ  olurdu.  Öz  növbəsində  xanım  Renal  da 

hamının  gələcəyinin  parlaq  gördüyü  bu  istedadlı  oğlana 

xırım-xırda  Ģeylər  öyrədəndə  sanki  ruhu  dincəlirdi.  Hətta 

bələdiyyə  sədrinin  köməkçisi  və  cənab  Valno  da  oğlanın 

istedadına laqeyd qala bilmirdilər – xanım Renal indi onların 

o  qədər  də  axmaq  olmadıqlarını  düĢünürdü.  Təkcə  xanım 

Dervil bu məsələ barədə susurdu. ġübhələndiyi Ģeyin gerçək 

olduğunu  biləndən,  özünün  xeyirxah  məsləhətləriylə  sözün 

əsl  mənasında  baĢını  itirmiĢ  gənc  qadını  ancaq 

əsəbiləĢdirdiyini görəndən sonra o heç nə demədən qəfildən 

Verjidən  çıxıb  getdi.  Xanım  Renal  ondan  nəsə  soruĢmağa 

ehtiyat  elədi,  əvvəl  bir  az  ağlamsınsa  da,  tezliklə  hiss  elədi 

ki,  rəfiqəsi  gedəndən  sonra  özünü  daha  xoĢbəxt  hiss  eləyir. 

Xanım  Dervil  gedəndən  sonra  o  az  qala  bütün  günü 

sevgilisiylə göz-gözə keçirə bilirdi. 

Jülyen  də  bütün  günü  sevgilisiylə  baĢ-baĢa  qalmaqdan 

məmnun  idi,  həm  də  o,  uzun  müddət  tək  qalanda  dostu 

Fukenin  təklifi  ona  rahatlıq  vermirdi.  Ġndiyə  qədər 




www.vivo-book.com 

 

195 



məhəbbətin  nə  olduğunu  bilməyən,  heç  kimdən  sevgi 

görməyən oğlan bu yeni həyatının ilk günlərində bəzən özü 

olmaqdan  elə  izahagəlməz  həzz  yaĢayırdı  ki,  indiyə  qədər 

özünün  ali  məqsədi  olan  Ģöhrətpərəstlik  azarını  xanım 

Renala  etiraf  eləmək  istəyirdi.  Dostu  Fukenin  hələ  də  onu 

qəribə  Ģəkildə  cəlb  eləyən  təklifi  ilə  bağlı  qadınla 

məsləhətləĢmək istəyirdi, amma xırda bir hadisə qəfildən bu 

səmimiliyə son qoydu. 

 

 

XVII 



 

 MERĠN ƏSAS KÖMƏKÇĠSĠ 

 

  O, how this spring of love ressembleth 

  The uncertain glory of an April day; 

  Which now shows all the beauty of the sun

  And by, and by a cloud takes all awayl 



www.vivo-book.com 

 

196 



  Two gentlemen of Verona

21

 

 

Bir  axĢam,  günəĢ  qüruba  əyiləndə  meyvə  bağının 



xəlvət,  bəd  nəzərlərdən  uzaq  bir  küncündə,  məĢuqəsinin 

yanında oturduğu yerdə Jülyen qəfildən fikrə getdi. 

“Bu  xoĢbəxt  dəqiqələr  çoxmu  uzun  çəkəcək?”  –  o 

düĢündü. Belə az imkanlara sahib olduğu halda qərar qəbul 

etməyin nə qədər çətin olduğu fikri onun baĢından çıxmır və 

boğazında  qəhərlə  anlayırdı  ki,  kasıb  adamın  uĢaqlığını 

əlindən  alan  və  gəncliyinin  ilk  illərini  zəhərləyən  o  böyük 

Ģər elə budur. 

–  Ġlahi!  –  o  özünü  saxlaya  bilməyib  dedi.  –  Gənc 

fransızlara  Napoleonu  Allah  göndərmiĢdi!  Onu  bizə  kim 

                                                 

21

Sevgi baharı da aprel günü kimidir 



Ovqatı tez dəyiĢən, vəfasız, etibarsız 

Gah isidir adamı parlaq günəĢ iĢığı 

Gah qəzəbli buludlar qara qaĢ tək çatılır. 

ġekspir, “Ġki veronalı”, birinci hissə, ikinci səhnə (ing.) 

 

 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə