Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə4/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   2   3   4   5   6   7   8   9   ...   197

www.vivo-book.com 

 

17 



xeyriyyə evinə baĢ çəkmək hüququ vardı. Odur ki, Parisdən 

küreyə zəmanət məktubu almıĢ cənab Apper səhər düz saat 

altıda  bu  balaca  Ģəhərə  qədəm  basaraq,  yubanmadan  din 

xadiminin evinə yollanmıĢdı. 

Fransa  perinin

5

  bütün  həndəvərdə  ən  varlı  torpaq 



sahibi  Markiz  de  La-Mollun  yazdığı  tövsiyə  məktubunu 

oxuyan küre ġelan fikrə getdi. 

Sonra axır ki, alçaq səslə öz-özünə: 

– Mən qocayam, burada da hamı xətrimi çox istəyir, 

onların buna hünəri çatmaz. 

Sonra  tezcə  parisli  qonağa  tərəf  çevrilib,  yaĢına 

baxmayaraq hələ də gənclik alovu parlayan və heç bir riskə 

baxmayaraq, elədiyi xeyir iĢlərdən zövq almaq bacarığından 

xəbər verən gözlərini qaldıraraq dedi: 

–  Mənimlə  gedək,  cənab,  amma  sizdən  ricam  budur 

ki,  gördüklərimiz  Ģeylər  barədə  həbsxana  nəzarətçisinin, 

                                                 

5

Per-Fransa taxt-tacının birbaşa vassalı olan iri feodal 



 


www.vivo-book.com 

 

18 



xüsusilə də xeyriyyə evindəki nəzarətçilərin yanında heç nə 

danıĢmayasınız. 

Cənab Apper mərd bir adama rast gəldiyini anladı. O, 

möhtərəm  din  xadiminin  yanına  düĢüb,  həbsxanaya, 

xəstəxanaya,  xeyriyyə  evinə  baĢ  çəkərək  xeyli  suallar 

yağdırdı  və  aldığı  qəribə  cavablara  baxmayaraq,  bir  kəlmə 

də olsun etiraz eləmədi. 

Bu  gəzinti  cəmi  bir  neçə  saat  çəkdi.  Rahib  cənab 

Apperi  nahara  dəvət  eləsə  də,  sonuncu  bir  yığın  məktub 

yazmaq  məcburiyyətində  olduğunu  bəhanə  elədi:  o,  geniĢ 

ürəkli yol yoldaĢının mərhəmətindən sui-istifadə edərək ona 

daha çox narahatlıq vermək istəmirdi. 

Saat üçdə onlar xeyriyyə evinə bir daha baĢ çəkdilər, 

sonra  da  həbsxanaya  qayıtdılar. Onları  qapıda  mühafizəçi – 

bir 

sajen


6

 

boyu 



olan 

əyriayaq  nəhəng  qarĢıladı. 

Mühafizəçinin  onsuz  da  qorxunc  olan  görünüĢü  qorxudan 

bir az da eybəcərləĢmiĢdi. 

                                                 

6

1sajen = 216sm. 




www.vivo-book.com 

 

19 



–  Ah,  cənab,  –  o,  keĢiĢi  görən  kimi  dilləndi,  – 

yanınızdakı bu cənab təsadüfən cənab Apper deyil ki? 

– Bunu niyə soruĢursunuz ki? – küre soruĢdu. 

–  Məsələ  burasındadır  ki,  dünən  mən  qəti  əmr 

almıĢam,  – cənab perfektin o  əmrini gətirən jandarm bütün 

gecəni  atını  bura  çapıb.  O  əmrə  görə  mən  heç  bir  halda 

cənab Apperi həbsxanaya buraxa bilmərəm. 

– Nəzərinizə çatdırım ki, cənab Nuaru, – küre dedi, – 

yanımdakı  bu  cənab  doğrudan  da  cənab  Apperin  özüdür. 

Yəqin  sizin  məlumatınız  var  ki,  mənim  günün  və  gecənin 

istənilən  saatında  həbsxanaya  girmək  və  yanımda  istədiyim 

hər kəsi gətirmək hüququm var. 

–  Əlbəttə,  elədir,  cənab  küre,  –  mühafizəçi  səsini 

alçaldıb,  sahibinin  ağac  göstərib,  itaət  tələb  elədiyi  buldoq 

kimi  baĢını  aĢağı  salaraq  dilləndi.  –  Amma  cənab  küre, 

mənim  arvad-uĢağım  var,  əgər  məni  iĢdən  çıxartsalar,  necə 

yaĢayacam?  Axı  mənim  tək  gəlirim  buradan  aldığım 

maaĢdan ibarətdir. 




www.vivo-book.com 

 

20 



–  Mənim  də  əlimdən  prixodu

7

  alsalar,  pis  olar  – 



vicdanlı küre səsi titrəyə-titrəyə dedi. 

–  Əcəb  müqayisə  elədiniz!  –  mühafizəçinin  səsi 

dirçəldi. – Cənab küre, hamı bilir ki, siz icarəyə verdiyiniz 

torpağınızdan ayda səkkiz yüz livr alırsınız... 

Bax,  balaca  Veryer  Ģəhərciyində  son  iki  gündə  belə 

ĢiĢirdilmiĢ,  iyirmi  ağızdan  keçib  gəlmiĢ  söhbətlər  qəzəb 

ehtiraslarını püskürdürdü. 

Elə  cənab  Renalla  xanımı  arasında  son  günlər 

yaranmıĢ yüngülvari fikir ayrılığının da səbəbi bu söhbətlər 

idi.  Səhər  cənab  Renal  xeyriyyə  evinin  direktoru  cənab 

Valno  ilə  birlikdə  narazılıqlarını  bildirmək  üçün  kürenin 

evinə baĢ çəkmiĢdi. 

Cənab  ġelanın  heç  bir  hamisi  olmadığından  o  hiss 

eləyirdi ki, söhbətin ağır nəticələri olacaq. 

–  Neynək,  cənablar,  görünür  mən  buralarda  səksən 

yaĢında yerindən məhrum edilən üçüncü rahib olacam. Düz 

əlli  altı  ildir  ki,  burada  xidmət  eləyirəm,  mən  buralara 

                                                 

7

Prixod – kilsə, xüsusi məbədi olan kilsə dairəsi 




www.vivo-book.com 

 

21 



gələndə  bu  Ģəhər  vur-tut  balaca  bir  qəsəbəydi.  Bu  Ģəhərin 

əhalisinin  demək  olar  ki,  hamısını  xaç  suyuna  mən 

salmıĢam.  Hər  gün  bir  vaxtlar  nənə-babalarının  nikahını 

kəsdiyim  cavanlara  xeyir-dua  verirəm.  Veryer  –  mənim 

ailəmdir,  amma  buraları  tərk  eləmək  qorxusu  nə  məni 

vicdanımın əleyhinə getməyə, nə də özümdən baĢqa kiminsə 

iradəsiylə  oturub-durmağa  məcbur  eləyə  bilər.  O  parisli 

oğlanı  görəndə  öz-özümə  dedim:  bəlkə  də  bu  parisli 

doğrudan  da  liberaldır  –  axı  indi  onlar  hər  yerdədirlər  – 

hərgah,  o  lap  liberal  olsa  da,  bizim  kasıb-kusuba  və 

məhbuslara nə zərər yetirə bilər ki? 

Amma  bu  nitq  cənab  Renalın,  xüsusilə  də  xeyriyyə 

evinin  direktoru  cənab  Valnonun  getdikcə  daha  da 

kəskinləĢən ittihamlarını yumĢaltmadı. 

– Neynək, cənablar, buyurun, prixodu məndən alın! – 

qoca  küre  səsi  titrəyə-titrəyə  qıĢqırdı.  –  Onsuz  da  mən  bu 

yerlərdən  getməyəcəm.  Hamı  bilir  ki,  qırx  il  əvvəl  mənə 

balaca  bir  torpaq  sahəsi  miras  qalıb.  Bu  torpaq  sahəsi  ildə 

mənə  səkkiz  yüz  livr  gəlir  gətirir.  Bu  pul  yaĢamaq  üçün 

mənə  bəs  edər.  Nəzərə  alın  ki,  cənablar,  prixoddakı 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə