Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə40/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   36   37   38   39   40   41   42   43   ...   197

www.vivo-book.com 

 

197 



əvəz  eləyəcək,  onsuz  bu  bədbəxtlər,  hətta  məndən  varlı, 

ciblərində  ancaq  təhsil  almağa  çatacaq  bir-iki  ekü  olub, 

amma  sonra  yaxĢı  bir  yerə  iĢə  düzəlmək  üçün  pul 

tapmayanlar neyləyəcək? Özü də sonra nə olursa olsun, – o, 

dərindən  nəfəs  alaraq  əlavə  elədi  –  bu  acı  xatirə  bizi  heç 

vaxt  rahat  buraxmayacaq,  biz  daha  heç  vaxt  özümüzü 

xoĢbəxt hiss eləməyəcəyik. 

Qəfildən o hiss elədi ki, xanım Renal qaĢlarını çatdı və 

soyuq, təkəbbürlü bir sifət aldı – qadının fikrinə görə, ancaq 

xidmətçinin  ağlına  belə  Ģeylər  gələ  bilərdi.  Ona  varlı 

olduğunu  uĢaqlıqdan  təlqin  eləmiĢdilər  və  o,  təbii  olaraq 

Jülyenin  də  varlı  olduğunu  düĢünürdü.  O  bu  oğlanı 

həyatından  çox  sevirdi,  hətta  Jülyen  naĢükürün,  yalançının 

biri olsaydı da, xanım Renal onu sevərdi və onun üçün pulun 

heç bir dəyəri yox idi. 

Amma təbii ki, Jülyen bunlardan xəbərsiziydi. Qadının 

çatılmıĢ  qaĢlarını  görəndə  elə  bil  onun  qol-qanadını 

sındırdılar.  Amma  o  yenə  də  özünü  itirmədi,  bir  neçə 

dəqiqənin içində bir Ģey uydurdu və bu zadəgan xanıma baĢa 

saldı  ki,  bu  sözləri  o,  hələ  keçən  dəfə  odun  alverçisi  olan 




www.vivo-book.com 

 

198 



dostu Fukenin yanına gedəndə eĢidib. Baxın, o əclaflar belə 

fikirləĢirlər! 

Xanım Renal bir az əvvəl zəriflik yağan üzündə əmələ 

gəlmiĢ soyuq təkəbbürü saxlayaraq dedi: 

– Belə adamlarla dostluq eləmək lazım deyil. 

Xanım  Renalın  bu  çatılmıĢ  qaĢları,  daha  doğrusu,  öz 

ehtiyatsızlığı  ucbatından  lazım  olmayan  etirafları  eləməyi 

Jülyenin xəyallarına ilk zərbəni vurdu. 

“O  mehriban  və  xoĢrəftardır,  özü  də  məni  doğrudan 

sevir.  Amma  o  düĢmən  cəbhədə  böyüyüb.  Əlbəttə,  onlar 

yaxĢı təhsil alandan sonra pulsuzluq ucbatından özlərinə yer 

tapa  bilməyən  cəsarətli,  ləyaqətli  insanlardan  çəkinirlər. 

Əgər bizim  bərabər  imkanlarla  mübarizə aparmaq  Ģansımız 

olsaydı,  bu  məzlum  zadəganların  axırı  necə  olardı!  Bax, 

deyək  ki,  mən  Veryerin  meriyəm,  cənab  Renal  kimi 

namuslu,  xoĢməramlı  adamam.  Amma  mer  mən  olsaydım, 

bu  adamların  hamısını  baĢımdan  rədd  eləyərdim  –  o  rahibi 

də,  cənab  Valnonu  da,  onların  cəfəng-cəfəng  söhbətlərini 

də!  O  zaman  Veryerdə  ədalət  öz  yerini  tutardı!  Axı  bu 



www.vivo-book.com 

 

199 



adamların  mənə  mane  olmağa  istedadları  çatmazdı.  Bu 

adamlar özləri kimlərinsə kölgəsində dolanırlar”. 

Bu  gün  Jülyenin  xoĢbəxtliyi  daha  da  möhkəmlənə 

bilərdi.  Amma  bizim  qəhrəmanın  axıra  qədər  səmimi 

olmağa  cəsarəti  çatmadı.  O  özündə  güc  tapıb,  savaĢa 

atılmalıydı, amma ləngiməməliydi. 

Xanım  Renal  Jülyenin  sözlərinə  heyrət  elədi,  çünki 

onun  çevrəsindəki  insanlar  durmadan  deyirdilər  ki,  yeni 

Robespyerin  gəliĢindən  ehtiyat  eləyirlər  və  belə  bir  adam 

kasıb, amma həddən artıq savadlı cavanların arasından çıxa 

bilər.  Xanım  Renal  üzündəki  soyuqluğu  hələ  xeyli  saxladı 

və Jülyenə elə gəlirdi ki, o, bunu qəsdən eləyir. Amma qadın 

çılğınlığa  qapılıb,  belə  yersiz  sözlər  barədə  düĢündüklərini 

deyəndən 

sonra  oğlanın  xətrinə  dəyib-dəymədiyini 

düĢünürdü.  Onun  çox  vaxt,  xüsusilə  də  darıxdırıcı 

insanlardan  uzaq  olanda  təmizlik  və  məsumluqla  alıĢıb-

yanan  üzündəki  ifadə  də  indi  əslində  həmin  peĢmanlığın 

ifadəsiydi. 

Jülyen daha heç vaxt “ucadan arzulamağı” özünə icazə 

vermədi. Ġndi daha  əvvəlki kimi dəlicəsinə vurğun olmayan 



www.vivo-book.com 

 

200 



oğlan bir az sakitləĢdi və düĢündü ki, xanım Renalın otağına 

gedəndə  heç  bir  ehtiyat  tədbiri  görmür.  YaxĢısı  budu,  qoy 

qadın onun otağına gəlsin. Axı qulluqçulardan kimsə xanımı 

dəhlizdə  görsə,  o  deməyə  nəsə  tapar  –  onun  o  qədər 

bəhanəsi ola bilər ki! 

Amma bu üsulun da bəzi narahat tərəfləri vardı. Jülyen 

Fukenin  köməkliyilə  özünün,  gənc  din  xadiminin  kitab 

dükanında  adını  belə  çəkə  bilməyəcəyi  bəzi  kitabları  əldə 

eləmiĢdi. O bu kitabları ancaq gecələr oxuya bilirdi. Və çox 

vaxt  istəmirdi  ki,  kiminsə  gəliĢi  onu  mütaliədən  ayırsın. 

Baxmayaraq  ki,  bir  müddət  əvvəl  o  bu  gəliĢin  xəyalıyla 

yaĢayanda əlinə kitab ala bilməzdi. 

Xanım  Renalın  sayəsində  o  indi  kitablardan 

oxuduqlarından  daha  çox  Ģey  baĢa  düĢürdü.  Nə  qədər  fitri 

istedada  sahib  olsa  da,  zadəgan  olmayan  cavan  adamların 

xəbərsiz olduqları halda, dalana dirənə biləcəyi xırda Ģeyləri 

xanımdan  soruĢmaqdan  çəkinmirdi.  Sevgiylə  idarə  olunan 

bu  tərbiyə  onun  üçün  əsl  xoĢbəxtlik  idi.  Bu  dərslərin 

sayəsində Jülyen zadəgan cəmiyyətini o vaxtlar olduğu kimi 

görə bilirdi. Onun beynini bu cəmiyyətin bir vaxtlar nəinki 




www.vivo-book.com 

 

201 



iki  min  il,  hətta  altmıĢ  il  əvvəl,  on  beĢinci  Lüdovikin  və 

Volterin  zamanlarında  necə  olmağı  barədə  əfsanələrlə 

yormurdular.  Oğlanın  elə  bil  gözləri  açılmıĢdı!  O,  necə 

sevinirdi! Axır ki o, Veryerdə baĢ verənlərin hamısını baĢa 

düĢə biləcək. 

Birinci  yerdə  bezonas  prefekti  barədə  hələ  iki  il  əvvəl 

baĢlamıĢ  dedi-qodular  dayanırdı.  Bu  dedi-qodulara  səbəb 

Parisin  ən  yüksək  cəmiyyətinin  adamlarından  gələn 

məktublar  idi.  Bütün  məsələsə  cənab  Muaronu  –  bu  adam 

bütün  həndəvərdə  ən  imanlı  adam  kimi  tanınırdı  –  Veryer 

merinin  kiçik  köməkçi  vəzifəsindən  əsas  köməkçi  iĢinə 

keçirməkdən ibarət idi. 

Onun  rəqibi  çox  varlı  fabrik  sahibiydi,  indi  bu  adamı 

nəyin  bahasına  olursaolsun,  merin  ikinci  köməkçi  yerinə 

düĢürmək lazım idi. 

Axır  ki,  Jülyen  əvvəllər  həndəvərin  bütün  adlı-sanlı 

adamlarının cənab Renalın evinə yığıĢdığı o dəvətlər zamanı 

təəccüblə  dinlədiyi  eyhamları  baĢa  düĢürdü.  Bu  imtiyazlı 

dəstə  Ģəhərdə  özlərindən  baĢqa  heç  kimin,  hətta  liberalların 

da  namizədliyindən  xəbər  tutmadıqları  bu  adamın  merin 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə