Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə41/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   37   38   39   40   41   42   43   44   ...   197

www.vivo-book.com 

 

202 



əsas  köməkçisi  iĢinə  keçməsində  bərk  maraqlıydılar.  Bu 

məsələyə  bu  qədər  marağın  səbəbi  təbii  ki,  hamının  bildiyi 

kimi,  Veryerin  əsas  küçəsinin  Ģərq  tərəfini  doqquz  fut 

geniĢləndirmək  ehtiyacıydı  –  çünki  bu küçə  artıq  əsas  yola 

çevrilmiĢdi. 

Odur  ki,  əgər  sökülməli  olan  üç  evin  sahibi  cənab 

Muaro  merin  əsas  köməkçisi,  cənab  Renal  deputat  olandan 

sonrasa  Ģəhər  meri  vəzifəsinə  keçsə,  vaxt  gələndə  o  bu  iĢə 

göz yumar, sökülməli olan evlərsə xırım-xırda dəyiĢikliklərə 

məruz qalar və hələ yüz il də yerindən tərpənməzdi. 

Cənab  Muaronun  olduqca  imanlı  və  heç  Ģübhəsiz  ki, 

ədalətli  adam  olduğuna  baxmayaraq,  hamı  belə  fikirləĢirdi 

ki, həmin vaxt gələndə o, bəzi Ģeylərə göz yummalı olacaq, 

çünki  onun  özü  çoxuĢaqlı  ailə  baĢçısıydı.  Sökülməli  olan 

evlərdən  doqquzusa  Veryerin  ən  adlı-sanlı  adamlarına 

məxsus idi. 

Jülyenin  fikrinə  görə  bu  məsələ  Fukenin  verdiyi 

kitablardan  birində  təsvir  olunan  Fontenua  yaxınlığındakı 

döyüĢdən  daha  əhəmiyyətliydi.  BeĢ  il  əvvəl,  axĢamlar 

kürenin  yanına  dərsə  getdiyi  vaxtdan  bəri,  Jülyeni 




www.vivo-book.com 

 

203 



təəccübləndirən  Ģeylər  az  olmamıĢdı.  Amma  təmkin  və 

üzüyolalıq  özünü  tanrıya  xidmətə  hazırlayan  gəncin  əsas 

keyfiyyətləri hesab olunduğu üçün o bu barədə sual verməyi 

özünə yaraĢdırmamıĢdı. 

Bir  dəfə  xanım  Renal  ərinin  Jülyenə  nifrət  eləyən 

xidmətçisinə nəsə göstəriĢ verdi. 

–  Xanım,  axı  bu  gün  cümə  günüdü,  bu  ayın  axırıncı 

cüməsi – gənc çoxmənalı Ģəkildə dedi. 

– YaxĢı, gedin, – xanım Renal razılaĢdı. 

–  Deməli,  o  bu  gün  saman  anbarına  gedəcək,  ora  bir 

vaxtlar kilsə idi, indi kilsəni təzədən açıblar – Jülyen dedi. – 

Axı  bunlar  orada  neynirlər?  Bu  məsələni  heç  cürə 

aydınlaĢdıra bilmirəm. 

–  Ora  nəsə  ruhu  təmizləyən,  amma  çox  gizli  yerdi,  – 

xanım Renal cavab verdi. – Ora qadınları buraxmırlar. Bircə 

onu  bilirəm  ki,  orada  hamı  bir-birinə  “sən”  deyə  müraciət 

eləyir. Məsələn, bu xidmətçi oğlan orada cənab Valnoya rast 

gəlsə,  o  təkəbbürlü  əclaf  Sen-Janın  ona  “sən”  deməyinə 

acıqlanmaz və özü də oğlana elə müraciət eləyər. Əgər orada 

baĢ  verənlər  barədə  daha  çox  Ģey  bilmək  istəyirsinizsə, 




www.vivo-book.com 

 

204 



çalıĢaram  cənab  Mojirondan  və  cənab  Valnodan  soruĢum. 

Biz  hər  xidmətçi  üçün  ora  iyirmi  frank  ödəyirik  ki,  gözəl 

günlərin birində doxsan üçüncü il qiyamı baĢlasa, onlar bizi 

doğramasınlar. 

Zamanın necə ötdüyünü hiss eləmək olmurdu. Jülyenin 

izzəti-nəfsi ona əziyyət verməyə baĢlayanda o, məĢuqəsinin 

gözəlliyini  düĢünüb,  bir  az  sakitləĢirdi.  Ġkisi  də  düĢmən 

cəbhələrə  məxsus  olduğu  üçün  bütün  dərin  mənalı, 

darıxdırıcı söhbətlərdən vaz keçdiklərinə görə, Jülyen özü də 

hiss  etmədən  qadının  ona  bəxĢ  etdiyi  xoĢbəxtliyi  daha 

dərindən hiss eləyir və onun təsirinə daha çox düĢürdü. 

Onlar  getdikcə  daha  açıqgözlü  olan  uĢaqların  yanında 

danıĢıqlarını təmkinli söhbət çərçivəsində saxlayanda Jülyen 

gözləri  məhəbbətlə  parlaya-parlaya  qadının  dünyanın 

quruluĢ  barədə  söhbətlərinə  qulaq  asırdı.  Elə  olurdu  ki, 

çəkiləcək yol məsələsi kimi böyük fırıldaqlardan danıĢanda 

xanım  Renal  Jülyenin  heyrət  dolu  üzünə  baxa-baxa  özünü 

unudur və onunla öz uĢaqlarıyla olduğu kimi, sadə və rahat 

danıĢırdı – belə hallarda Jülyen onun sözünü kəsməli olurdu. 

Doğrudan  da,  bəzən  ona  elə  gəlirdi  ki,  o,  Jülyeni  öz 




www.vivo-book.com 

 

205 



uĢaqlarından  biri  kimi  sevir.  Doğrudan  da,  axı  o,  Jülyenin 

sadə  Ģeylər  barədə  elə  sadəlövh  suallarına  cavab  verməli 

olurdu  ki,  yaxĢı  ailədən  çıxmıĢ  on  beĢ  yaĢlı  oğlan  bunları 

çoxdan  öyrənmiĢ  olur.  Amma  bircə  dəqiqədən  sonra  yenə 

Jülyenə  heyranlıqla,  öz  ağasına  baxırmıĢ  kimi  baxırdı. 

Oğlanın  ağlı  onu  elə  heyrətləndirirdi  ki,  qadın  hərdən 

qorxurdu,  o  bu  gənc  rahibin  gələcəkdə  böyük  iĢlər 

görəcəyinə  hər  gün  daha  çox  əmin  olurdu.  Xanım  Renal 

Jülyeni  gah  papanın,  gah  da  baĢ  RiĢelye  kimi  baĢ  nazirin 

yerində görürdü. 

O tez-tez Jülyenə deyirdi: 

–  Görəsən,  sənin  o  Ģöhrətin  zirvəsində  olduğun 

günlərini görə biləcəyəmmi? Ġndi böyük adamların yolu hər 

yerdə  açıqdır,  kilsənin  də,  kralın  da  qüdrətli  insanlara 

ehtiyacı  var.  Zadəgan  salonlarında  bütün  günü  bundan 

danıĢırlar. Əgər RiĢelye kimi bir adam peyda olub, bütün bu 

qarmaqarıĢıqlığa  və  hərc-mərcliyə  son  qoymasa,  biz 

fəlakətdən qaça bilməyəcəyik. 

 

 



www.vivo-book.com 

 

206 



XVIII 

 

  KRAL VERYERƏ GƏLĠR 



 

Sizi,  damarlarında  qanı  donmuş,  ruhsuz  xalqı  murdar 

ət kimi tullamaq lazımdır... 

 

Yepiskopun 



Müqəddəs 

Kliment 

kilsəsindəki 

moizəsindən... 

 

 

Sentyabrın üçündə, axĢam saat onda Veryerin mərkəzi 



küçəsindən  atla  çaparaq  keçən  jandarm  bütün  Ģəhəri  ayağa 

qaldırdı.  Onun  gətirdiyi  xəbərə  görə  zati-aliləri  kral  *** 

bazar  günü  Ģəhərə  təĢrif  buyuracaq  –  bu  günsə  həftənin 

ikinci  günüydü.  Bələdiyyə  sədri  əmr  verdi  ki,  kralı 

qarĢılayacaq fəxri qaravul üçün cavan oğlanlar seçilsin: hər 

Ģey  mümkün  qədər  kübar  və  təntənəli  olmalıydı.  Xəbər  o 

dəqiqə bütün Verjiyə yayıldı. Cənab Renal gecə atını minib 

Ģəhərə gələndə bütün Veryeri həyəcan içində gördü. Hərənin 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə