Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə42/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   38   39   40   41   42   43   44   45   ...   197

www.vivo-book.com 

 

207 



ağzı  bir  avaz  çalırdı,  baĢqa  iĢi-gücü  olmayan  adamlar  kral 

gələndə  baĢ  verənləri  yaxĢı  izləmək  üçün  məxsusi  eyvanlar 

kirayələməyə baĢlamıĢdılar. 

Gündəmdə  dayanan  əsas  məsələ  fəxri  qaravula  rəhbər 

seçmək  idi.  Cənab  Renal  o  dəqiqə  məntiqlə  düĢündü  ki, 

rəhbərliyi  cənab  Muaroya  tapĢırmaq  söküləcək  evlərin 

xeyrinə  olar.  Bu  tapĢırıq  bir  növ  gələcəkdə  ona  merin  əsas 

köməkçisi təyin olunmağa kömək edəcək fəxri mükafat ola 

bilər.  Doğrudan  da,  bu  tapĢırıq  lap  yerinə  düĢərdi,  amma 

dərd  burasındaydı  ki,  cənab  Muaro  ömründə  ata 

minməmiĢdi.  Muaro  –  otuz  altı  yaĢlı,  olduqca  çəkingən  bir 

cənab  idi  və  atdan  yıxılaraq,  gülünc  vəziyyətə  düĢməkdən 

çox qorxurdu. 

Səhər saat beĢdə mer cənab Muaronu yanına çağırdı. 

–  Cənab,  görürsünüz  ki,  mən 

sizinlə 


elə 

məsləhətləĢirəm,  elə  bil  siz  artıq  Ģəhərimizin  namuslu 

adamlarının görmək istədiyi vəzifəni tutmusunuz. Bizim bu 

qarabəxt  Ģəhərdə  fabriklər  gündən-günə  çiçəklənir,  liberal 

partiyanın  əlində  milyonlar  var,  bu  partiya  hakimiyyəti 

nəyin  bahasına  olursaolsun  ələ  almaq  istəyir.  Gəlin  kralın, 




www.vivo-book.com 

 

208 



monarxiyanın  və  hər  Ģeydən  əvvəl  müqəddəs  kilsəmizin 

maraqlarını  düĢünək.  Mənə  öz  fikrinizi  deyin,  cənab:  necə 

düĢünürsünüz,  biz  fəxri  qaravula  rəhbərliyi  kimə  tapĢıra 

bilərik? 

Atlara qarĢı izaholunmaz qorxusuna baxmayaraq cənab 

Muaro  axır  ki,  əzablı  bir  görünüĢ  alaraq,  bu  fəxri  tapĢırığı 

baĢına əzab çələngi qoyurlarmıĢ kimi qəbul elədi. 

– Mən bu iĢin öhdəsindən ləyaqətlə gəlməyə çalıĢaram! 

– o, merə dedi. 

Vaxt  olduqca  az  idi,  üstəlik,  yeddi  il  əvvəl  Veryerə 

hansısa  Ģahzadənin  gəliĢi  zamanı  hərbiçilərin  geyindiyi 

mundirləri də səliqəyə salmaq lazım idi. 

Səhər  saat  yeddidə  xanım  Renal  uĢaqları  və  Jülyeni 

götürüb  Veryerə  gəldi.  Salon  artıq  liberalların  arvadlarıyla 

doluydu.  Onlar  indi  bütün  partiyaların  birləĢməyinin  vacib 

olduğunu  deyərək  yalvarırdılar  ki,  xanım  Renal  əriylə 

danıĢsın və mer qadınların hər birinin ərinə fəxri qaravulda 

yer versin. Qadınlardan biri hətta əminliklə deyirdi ki, əgər 

onun  ərini  fəxri  qaravula  seçməsələr,  o,  dərddən  özünü 



www.vivo-book.com 

 

209 



müflis  elan  eləyəcək.  Xanım  Renal  qadınların  hamısını  tez 

yola saldı. O, nəyə görəsə bərk qayğılı görünürdü. 

Jülyen  qadının  öz  həyəcanlarının  səbəbini  ondan 

gizlətdiyinə  təəccüblənir  və  əsəbiləĢirdi.  O  dərdli-dərdli 

düĢünürdü:  “Mən  elə  belə  də  bilirdim,  ərinin  rəhbərlik 

elədiyi  Ģəhərdə  kralı  qarĢılamaq  xoĢbəxtliyi  onun  bütün 

sevgisini  kölgədə  qoyub.  Bu  həyəcan  onu  özünə  gəlməyə 

qoymur.  Bu  təbəqə  cəfəngiyatı  onun  baĢını  gicəlləndirib 

qurtarandan sonra o məni yada salacaq”. 

Maraqlıdır ki, bunları düĢündükcə oğlan bu qadına daha 

çox vurulurdu. 

Ev  boyaçılarla  dolmuĢdu.  Jülyen  qadınla  heç  olmasa 

bircə  kəlmə  kəsmək  üçün  uzun  müddət  səbrini  basıb 

gözlədi.  Axır  ki,  xanım  Renal  oğlanın  otağından  qollarının 

üstündə  də  onun  paltarını  tutaraq  çıxanda  onu  yaxalaya 

bildi.  Ətrafda  heç  kim  yox  idi.  O,  qadınla  danıĢmağa  cəhd 

elədi. Amma xanım Renal onu dinləmədən çıxıb getdi. 

“Ġlahi,  mən  necə  axmaq  adamam  ki,  belə  bir  qadına 

vurulmuĢam.  Bu  qadın  elə  Ģöhrətpərəstdi  ki,  əri  kimi  lap 

ağlını itirib”. 




www.vivo-book.com 

 

210 



Düzünə  qalsa,  qadın  bu  məsələdə  ərini  də  keçmiĢdi. 

Ġndi o bir arzuyla alıĢıb yanırdı və Jülyenin qüruruna toxuna 

biləcəyindən  qorxaraq  bunu  ona  demirdi.  Bütün  qəlbiylə 

arzulayırdı ki, oğlan əynindəki bu qara paltarı bircə gün də 

olsun,  çıxarsın.  Belə  sadəlövh  qadına  xas  olmayan 

heyrətamiz bir fəndgirliklə o əvvəlcə cənab Muaronu, sonra 

da  bələdiyyə  sədrinin  köməkçisi  cənab  Mojironu  inandırdı 

ki, Jülyeni də fəxri qaravula götürsünlər. Hərçənd, bu yerdə 

beĢ-altı  namizədin,  özü  də  ən  varlı  fabrik  sahiblərinin 

oğullarının  –  onlardan  ən  azı  ikisi  nümunə  göstəriləcək 

ləyaqətli  gənclər  idi  –  gözü  vardı.  Karetasına  Ģəhərin  ən 

gözəl  qadınlarını  otuzduraraq,  öz  gözəl  normand  atlarının 

Ģəninə  yağdırılacaq  tərifləri  eĢitmək  arzusunda  olan  Cənab 

Valno  atlarından  birini  səmimi  qəlbdən  nifrət  elədiyi 

Jülyenə  verməyə  razı  oldu.  Amma  fəxri  qaravulda  duracaq 

adamların  hamısı  yeddi  il  əvvəlki  fəxri  mühafizəçilərin 

geyindikləri  gümüĢü  polkovnik  epoletli  gözəl  lacivərd 

mundirlərdən almıĢ, ya da birovuz götürmüĢdü. 

Xanım Renal nəyin bahasına olursa olsun, Jülyeni təzə 

mundirdə  görmək  istəyirdi  və  indi  Bezansonda  paltar, 




www.vivo-book.com 

 

211 



üçkünc  papaq,  silah  –  bir  sözlə,  fəxri  qaravul  üçün  nə 

lazımdısa – sifariĢ verməyə onun ixtiyarında cəmi dörd gün 

var  idi.  Ən  maraqlısı  da  bu  idi  ki,  Jülyen  üçün  paltarı 

Veryerdə sifariĢ verməkdən çəkinirdi. O təkcə oğlana deyil, 

bütün Ģəhərə sürpriz eləmək istəyirdi. 

Fəxri  qaravul  və ictimai  rəylə  bağlı bütün  bu  həngamə 

qurtarandan  sonra  mer  təntənəli  dini  mərasim  qayğılarıyla 

məĢğul  olmalı  oldu.  Kral  Veryerə  gələndə  müqəddəs 

Klimentin Ģəhərdən yarım lye məsafədə yerləĢən Bre-le-oda 

uyuyan, adı dillər əzbəri olan cəsədinə təzim etmək imkanını 

əldən vermək istəmirdi. 

YaxĢı  olardı  ki,  burada  mümkün  qədər  çox  dini 

Ģəxsiyyət  toplansın,  amma  bu  çətin  məsələydi  –  təzə  küre 

cənab  Maloy  keçmiĢ  küre  cənab  ġelanın  mərasimdə  iĢtirak 

etməyini  istəmirdi.  Cənab  Renal  var  gücüylə  ona  əksini 

sübut  etməyə  çalıĢırdı  ki,  bu  da  olduqca  ehtiyatsız  hərəkət 

idi.  Ta  qədimdən  əcdadları  nəsildən-nəslə  bu  əyalətin 

qubernatorları  olan  markiz  de  La-Moll  da  kralı  müĢayiət 

eləyən  əyanların  arasında  olacaqdı.  Və  markiz  artıq  otuz 

ildir  ki,  küre  ġelanı  tanıyır!  Təbii  ki,  o,  Veryerə  gələndə 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə