Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə43/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   39   40   41   42   43   44   45   46   ...   197

www.vivo-book.com 

 

212 



küreni  axtaracaq.  Onun  iĢdən  çıxarıldığını  biləndə  baĢının 

dəstəsiylə qocanın evinə getmək istəyəcək. Bax, bu əsl zərbə 

olar! 

–  Onun  mənim  kilsəmdə  görünməsi  burda  da, 



Bezansonda  da  mənim  üçün  rüsvayçılıq  olar.  Allah 

göstərməsin! Axı o yansenistdir

22



Cənab Renal ona etiraz elədi: 



–  Əziz  abbat,  biz  nə  deyiriksə,  deyək,  mən  imkan 

vermərəm  ki,  Veryerin  rəhbərliyi  markiz  tərəfindən  belə 

təhqir  olunsun.  Siz  onu  yaxĢı  tanımırsınız:  onun  kral 

sarayında  ləyaqətli  adam  olduğuna  baxmayın,  əyalətə 

gələndə  o  adamları  məsxərəyə  qoymaq  imkanını  əldən 

verməyən  qeybətcilin,  itoynadanın  birinə  çevrilir.  Axı  o 

eləcə  əylənmək  xətrinə  bizi  bütün  liberalların  yanında 

axmaq vəziyyətə qoya bilər. 

Üç  gün  sürən  danıĢıqlardan  sonra,  axır  ki,  Ģənbədən 

bazar  gününə  keçən  gecə  ifrat  qorxusu  hesabına  cəsarətə 

gələn  cənab  merin  təkidi  qarĢısında  abbat  Malonun  qüruru 

                                                 

22

XVII-XVIII əsrlərdə katolik kilsəsi daxilində mövcud olmuş və küfr elan edilmiş  



yanseizm sektasının tərəfdarı  


www.vivo-book.com 

 

213 



sındı.  Cənab  ġelana  xətircəmliklə  dolu  məktub  yazmalı 

oldular:  yaĢı  və  səhhəti  imkan  verdiyi  təqdirdə,  ondan  rica 

olunurdu  ki,  Bre-le-o  yaxınlığındakı  təntənəli  mərasimdə 

iĢtirak  eləsin.  Cənab  ġelan  onu  ipodiakon

23

  qismində 



müĢayiət  edəcək  Jülyenə  də  dəvət  məktubu  tələb  elədi  və 

aldı. 


Bazar günü səhər ertədən Veryer küçələri yaxınlıqdakı 

dağlardan  gələn  kəndlilərlə  doldu.  GünəĢ  par-par  yanırdı. 

Nəhayət,  günorta  saat  üçdə  kütlə  həyəcanlandı:  Veryerdən 

iki  lye  uzaqdakı  hündür  qayanın  baĢında  böyük  tonqal 

yandı. Bu, kralın departamentə təĢrif buyurmağına iĢarəydi. 

O  dəqiqə  bütün  kilsə  zəngləri  cingildədi,  belə  böyük 

bayramın həyəcanına qapılmıĢ kütlənin sevincini ifadə edən 

köhnə ispan topu gurladı. Əhalinin yarısı artıq damlardaydı. 

Qadınların  hamısı  eyvana  çıxmıĢdı.  Fəxri  qaravul  irəli 

yeridi.  Parıldayan  mundirlər  hamını  heyrətə  salmıĢdı,  bu 

qaravuldakıların hamısı kiminsə dostu, kiminsə qohumuydu. 

Hamı  atın  belində  güclə  oturaraq  qorxusundan  tez-tez 

                                                 

23

Kilsə xidmətçisi 




www.vivo-book.com 

 

214 



yüyəndən  yapıĢan  cənab  Muaroya  gülürdü.  Amma  elə  bu 

vaxt  kiminsə  bir  kəlməsi  hamının  diqqətini  yayındırdı: 

doqquzuncu  sırada  gedən  birinci  atlı  heç  kimin  tanımadığı 

Ģümal,  yaraĢıqlı  oğlan  idi.  Və  qəfildən  həyəcanlı  səs-küy, 

heyrət  hər  tərəfi  bürüdü,  hamının  üzündə  qəzəb  ifadəsi 

peyda  oldu  –  bir  sözlə,  aləm  bir-birinə  dəydi.  Cənab 

Valnonun  gözəl  normand  atının  belində  Ģax  dayanmıĢ  bu 

gənci  görənlər  dülgər  Sorelin  oğlunu  tanıdılar.  Hamı, 

xüsusilə  liberallar  bir  ağızdan  meri  tənqidə  tutdular.  Axı 

necə  ola  bilər?!  Bu  dünənki  gədə  əyninə  rahib  paltarı 

geyinib,  onun  uĢaqlarına  mürəbbilik  eləyir  deyə,  adlı-sanlı, 

varlı  fabrik  sahiblərinin  oğullarının  yerinə  fəxri  qaravulda 

dayanır?! 

–  Bu  cənablar  niyə  kiĢi  adına  ləkə  olan  bu  daqqa 

gədənin dərsini vermirlər? – bunu bankirin arvadı dedi. 

Yanındakı adam etiraz elədi: 

–  Oğlan  atdan  düĢməyəcək  axı,  belində də  qılıncı var, 

baxarsan, adamın üz-gözünü yaralayar. 

Zadəgan  cəmiyyətinə  məxsus  olan  insanların  fikirləri 

daha təhlükəliydi: yəni bu utancverici məsələdə günah təkcə 




www.vivo-book.com 

 

215 



merdədirmi? Axı o indiyə qədər belə aĢağı təbəqədən çıxmıĢ 

insanlara qarĢı heç vaxt xoĢrəftar olmayıb... 

Bu müzakirələr baĢ verən anlarda bütün söz-söhbətlərin 

səbəbi olan Jülyen özünü dünyanın  ən xoĢbəxt adamı hesab 

eləyirdi. Fitrətən cəsarətli oğlan olan Jülyen atın belində bu 

dağ  Ģəhərindəki  cavan  adamların  çoxundan  daha  Ģux 

dayanmıĢdı. Qadınların gözlərindən oxuyurdu ki, bu dəqiqə 

hamı ondan danıĢır. 

Təzə  olduğuna  görə,  onun  çiynindəki  epoletlər  daha 

yaxĢı parıldayırdı, altındakı at isə hər iki dəqiqədən bir Ģahə 

qalxırdı. Oğlan həzzin zirvəsindəydi. 

Onlar köhnə qəsrin divarına çatanda və hardansa atılan 

güllə  onun  atını  hürküdəndə,  at  Jülyeni  sıradan  çıxaranda 

oğlanın  sevincinin  həddi-hüdudu  yox  idi.  Hansısa  möcüzə 

nəticəsində  yəhərdən  yıxılmayan  oğlan  özünü  az  qala 

qəhrəman  kimi  hiss  eləyirdi.  Ġndi  o,  Napoleonun  düĢmən 

qoĢununa hücum eləyən adyutantıydı. 

Amma həmin vaxt özünü ondan da xoĢbəxt hiss eləyən 

bir  nəfər  vardı.  Bu  qadın  əvvəlcə  ona  Ģəhər  bələdiyyəsinin 

pəncərəsindən baxırdı, sonrasa faytona oturaraq hamını ötüb 




www.vivo-book.com 

 

216 



keçdi.  Jülyenin  atı  sıçrayıb  sıradan  kənara  çıxanda  hadisə 

yerinə təzəcə çatmıĢ qadın qorxudan yerində donub qaldı. 

Sonra fayton tam sürətlə yerindən götürüldü, qaravulun 

baĢqa  bölümünü  ötərək  kralın  keçməli  olduğu  yolun  düz 

kənarına  çıxdı.  Və  iyirmimetrlik  məsafədən  aramla  özlərini 

cəngavər  kimi  hiss  eləyən  kral  mühafizəsinin  ardınca 

irəlilədi. 

Cənab  mer  qarĢılama  nitqiylə  zati-alilərinə  müraciət 

eləyəndə  on  min  kəndli  bir  ağızdan:  “YaĢasın  kral!”  deyə 

bağırdı. 

Bir  saatdan  sonra,  reqlamentə  uyğun  bütün  nitqləri 

dinləyəndən sonra kral balaca Ģəhərciyə daxil oldu – balaca 

Ģəhər  topu  aramsız  atəĢlərlə  kralı  salamladı.  Elə  bu  vaxt 

bədbəxt  hadisə  baĢ  verdi  –  öz  sənətlərinə  Leypsiq  və 

Monmiray  yaxınlığında  yiyələnən  kanonirlərlə

24

  hər  Ģey 



qaydasındaydı,  olan  merin  gələcək  əsas  köməkçisi,  cənab 

Muaroya olmuĢdu. Onun altındakı at cənab Muaronu yolun 

üstündə olan yeganə gölməçəyə atdı: aləm bir-birinə dəydi, 

                                                 

24

Kanonir – topçu 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə