Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə45/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   41   42   43   44   45   46   47   48   ...   197

www.vivo-book.com 

 

222 



Jülyeni  həyəcanlandırmıĢdı  və  bir  azdan  üzərinə  yağacaq 

kobud sözləri artıq eĢidibmiĢ kimi özünə yer tapa bilmirdi. 

Həmin cavan adam güzgüdən Jülyeni gördü, ona tərəfə 

çevrilərək  üzündəki  qəzəbli  ifadəni  tez  yığıĢdıraraq, 

inanılmaz dərəcədə yumĢaq səslə soruĢdu: 

– Hə, cənab, ümid eləyirəm ki, o artıq hazırdı... 

Heyrətdən  Jülyenin  dili  tutuldu.  Gənc  adam  ona  tərəf 

çevriləndə  Jülyen  onun  xaçlı  üzüyünü  gördü.  Bu  –  Aqda 

yepiskopunun özüydü. 

“O  necə  də  gəncdir?!  Məndən  cəmi  altı,  ya  də  səkkiz 

yaĢ böyük olar” – Jülyen düĢündü. 

Oğlan ayaqlarındakı mahmızlardan utandı. 

–  Zati-müqəddəsləri,  –  o,  ehtiyatla  dedi,  –  məni  sizin 

yanınıza kapitul rektoru, cənab ġelan göndərib. 

–  Həə,  mən  onun  haqqında  ancaq  yaxĢı  Ģeylər 

eĢitmiĢəm  –  yepiskop  bunu  elə  mehribancasına  dedi  ki, 

Jülyenin heyranlığı bir az da artdı. – BağıĢlayın, cənab, mən 

sizi  baĢqasıyla  səhv  saldım.  Ġndi  mənə  mitramı

27

 

                                                 



27

Bəzi xristian kilsələrində keşişlərin xüsusi baş örtüyü 




www.vivo-book.com 

 

223 



gətirməlidirlər.  Onu  Parisdə  elə  pis  büküblər  ki,  tamam 

əzilib. Bilmirəm, o nəyə oxĢayacaq – gənc yepiskop dedi. – 

Bir düĢünün, bunlar hələ məni gözlədirlər də! 

–  Zati-müqəddəsləri,  əgər  icazə  versəniz  mən  gedib 

sizin mitranızı gətirərəm. 

Jülyenin gözəl gözləri öz təsirini göstərdi. 

–  Lütfən  gedin,  cənab,  –  yepiskop  ilanı  yuvasından 

çıxaran  nəzakətlə  dedi.  –  O  mənə  çox  lazımdı,  özü  də  elə 

indi.  Doğrudan  da  mən  bütün  kapitulu  gözlətdiyimə  görə 

çox üzgünəm. 

Zalın  ortasına  çatanda  Jülyen  qanrılıb  geri  baxdı: 

yepiskop hələ də xeyir-dua verirdi. 

“Axı  bu  nə  deməkdi?  Əlbəttə,  yəqin  ki,  bugünkü 

mərasim üçün hazırlıq ayinlərindən biridi” – o düĢündü. 

Kamerlakeylərin  oturduğu  otağa  girəndə  oğlan  mitranı 

onların  əlində gördü. Jülyenin təmkinli görünüĢünə güzəĢtə 

getməli  olan  kamerlakeylər  zati-müqəddəslərinin  mitrasını 

ona uzatdılar. 

O,  mitranı  fəxrlə  apardı.  Zala  girəndə  addımların 

yavaĢıtdı.  Oğlan  mitranı  ehtiramla  aparırdı.  Yepiskop  hələ 




www.vivo-book.com 

 

224 



də  güzgünün  qarĢısında  oturub,  artıq  yorulmuĢ  sağ  əliylə 

aradabir  xeyir-dua  verirdi.  Jülyen  mitranı  geyinməkdə  ona 

kömək elədi. Yepiskop baĢını tərpətdi. 

–  Hə,  yaxĢı  qalır,  –  o,  məmnunluqla  dedi.  –  Ġndisə, 

lütfən bir az aralı durun. 

Bunu  deyib,  yepiskop  cəld  zalın  ortasına  yeridi,  sonra 

bayaqkı  kimi  xeyir-dua  verə-verə  aramla  güzgüyə  tərəf 

gəldi, onun sifətində yenə qəzəbli ifadə vardı. 

Jülyen  heyrətdən  yerində  donub  qaldı.  Ona  elə  gəlirdi 

ki,  artıq  baĢa  düĢür,  amma  buna  inanmağa  ürək  eləmirdi. 

Yepiskop  sifətindəki  bütün  sərtliyi  bir  tərəfə  atıb,  geri 

çevrilərək Jülyenə baxdı: 

–  Mənim  mitram  barədə  nə  deyə  bilərsiniz  cənab  – 

mənə yaxĢı qalır? 

– Çox yaxĢı qalır, zati-müqəddəsləri. 

–  Boynu  çox  dik  durmur  ki?  Belə  olsa,  məni  bir  az 

axmaq kimi göstərər. Amma gözlərimin üstünə salsam, zabit 

kiverinə


28

 oxĢayacaq. 

                                                 

28

Kiver – hərbi papaq 




www.vivo-book.com 

 

225 



– Mənə elə gəlir ki, çox yaxĢı qalır. 

– Kral öz həndəvərində fəxri ruhaniləri görməyə alıĢıb 

– onların da hamısının sərt görkəmi var. Mən istəmirəm ki, 

yaĢımın azlığına görə kralın yanında qeyri-ciddi görünüm. 

Və  yepiskop  təzədən  ora-bura  gəziĢib,  xeyir-dua 

verməyə baĢladı. 

“Aydındı,  –  Jülyen  axır  ki  inanmağa  cəsarət  edərək 

düĢündü. – O, xeyir-dua verməyi məĢq eləyir”. 

Bir neçə dəqiqədən sonra yepiskop dedi: 

–  Hə,  mən  hazıram,  cənab.  Gedin  cənab  rektora  və 

kapitul üzvlərinə xəbər verin. 

Bir  müddətdən  sonra  cənab  ġelan  özü  kimi  iki  qoca 

rahiblə  Jülyenin  əvvəllər  görmədiyi,  ecazkar  oymalarla 

iĢlənmiĢ qapılardan içəri girdilər. Bu dəfə o, rütbəsinə uyğun 

olaraq hamıdan axırda addımlayır və yepiskopu ancaq qapı 

ağzında yığıĢan rahiblərin çiyinləri arasından görə bilirdi. 

Yepiskop  aramla  zal  boyu  yeridi:  o,  qapıya  çatanda 

rahiblər  sırayla  düzülərək  ayin  düzülüĢünü  aldılar.  Bir 

dəqiqəlik  sakitlikdən  sonra  dəstə  dua  oxuya-oxuya  irəli 



www.vivo-book.com 

 

226 



yeridi.  Yepiskop  arxada,  cənab  ġelan  və  baĢqa  bir  yaĢlı 

rahibin arasında yeriyirdi. 

Ġndi  abbat  ġelanı  müĢayiət  edən Jülyen  yepiskopa  çox 

yaxın idi. Onlar Bre-le-o abbatlığını uzun-uzadı dolaĢdılar – 

günəĢin  hər  yeri  qarsıdığına  baxmayaraq,  bura  nəm  və 

qaranlıq idi. Axır ki, dəstə açıqlığa çıxdı. 

Bu  möhtəĢəm  yürüĢ  Jülyeni  vəcdə  gətirmiĢdi. 

Yepiskopun  cavanlığı  onun  izzəti-nəfsini  qıcıqlandırmıĢ, 

üzügülərliyi,  adamı  ovsunlayan  nəzakətisə  oğlanı  heyran 

eləmiĢdi. Cənab  Renal  hətta  ən  yaxĢı  anlarında da  heç  vaxt 

belə nəzakətli olmamıĢdı. 

“Cəmiyyətin 

yüksək 

təbəqəsinə 



yaxınlaĢdıqca 

adamların  daha  nəzakətli  olduğunu  görürsən”  –  Jülyen 

düĢündü. 

Xaç  yürüĢü  kilsəyə  yan  giriĢdən  daxil  oldu  –  qəfil 

gurultu  qədim  dirəkləri  tir-tir  titrətdi.  Jülyenə  elə  gəldi  ki, 

dirəklər  indicə  uçacaq.  Amma  bu,  həmin  balaca  Ģəhər 

topuydu.  Ona  səkkiz  at  qoĢaraq  bura  gətirmiĢdilər  və  atlar 

dartınan  kimi  leypsiq  kanonirlərinin  topu  sanki  qarĢısında 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə