Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə46/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   42   43   44   45   46   47   48   49   ...   197

www.vivo-book.com 

 

227 



Prussiya  ordusu  dayanıbmıĢ  kimi,  dəqiqədə  beĢ  dəfə 

açılmağa baĢladı. 

Amma 

bu 


heyrətamiz 

gurultu 


daha  Jülyeni 

həyəcanlandırmırdı.  O  daha  nə  Napoleon,  nə  də  hərbiçi 

Ģöhrəti barədə düĢünürdü. 

“Belə  cavan  adam  olasan,  özün  də  Aqd  yepiskopu 

rütbəsinə  qalxasan!  Bəs  hanı  o  Aqd?  Görəsən,  o  nə  qədər 

maaĢ alır? Yəqin ki, iki yüz, üç yüz min frank?” 

Zati-alilərinin  xidmətçiləri  təmtəraqlı  bir  taxt-rəvan 

gətirdilər:  cənab  ġelan  taxt-rəvanın  bir  qulpundan  tutdu, 

əslindəsə ağırlıq Jülyenin çiyinlərinə düĢürdü. 

Yepiskop  taxt-rəvanın  altına  keçdi.  Orada  o  necə 

elədisə, 

doğrudan 

da 

yaĢlı 


görünməyi 

bacardı. 

Qəhrəmanımızın heyranlığının həddi-hüdudu yox idi. 

“Ağıl  və  fəndgirliklə  hər  Ģeyə  nail  olmaq  olar”,  –  o 

düĢündü. 

Kral  içəri  girdi.  Jülyen  onu  özünün  bir  neçə 

addımlığında görmək xoĢbəxtliyini yaĢadı. Yepiskop səsinə 

zati-alilərinin  xoĢuna  gələcək  həyəcan  ahəngi  verməyə 

çalıĢaraq kralı təntənəli nitqlə salamladı. 



www.vivo-book.com 

 

228 



Bre-le-odakı  mərasimlərin  hamısını  təkrar  təsvir 

etməyəcəyik:  bunların  hamısı  iki  həftə  ərzində  bizim 

departamentin  bütün  qəzetlərinin  köĢələrində  təsvir 

olunmuĢdu. Yepiskopun nitqini dinləyən Jülyen kralın Cəsur 

Karlın nəslindən olduğunu bildi. 

Aradan  xeyli  keçəcək,  Jülyen  xidmət  borcu  olaraq  bu 

mərasimin  hesablarını  yoxlamalı  olacaqdı.  Bacısı  oğluna 

yepiskop  rütbəsi  alan  cənab  de  La-Moll  ona  lütfkarlıq 

göstərərək bütün xərcləri öz üzərinə götürmüĢdü. Elə təkcə 

Bre-le-odakı  mərasim  üç  min  səkkiz  yüz  franka  baĢa 

gəlmiĢdi. 

Yepiskopun  nitqindən  və  kralın  cavabından  sonra  zati-

aliləri taxt-rəvanın atına keçdi. Sonra o qəlbində böyük tanrı 

xofuyla  düz  mehrabın  qarĢısındakı  döĢəkcənin  üstündə  diz 

çökdü. 

Klirosun


29

  ətrafında  döĢəmədən  iki  pilləkən  yuxarıda 

yerləĢən  kürsülər  uzanırdı.  Jülyen  aĢağı  pillədə,  cənab 

                                                 

29

Kliros –  kilsədə ibadət vaxtı dua mətnləri  oxuyanlar üçün nəzərdə tutulan yer 




www.vivo-book.com 

 

229 



ġelanın ayaqları atında oturmuĢdu – bu lap Romada, Sikstin 

kapellasında kardinalın ətəkdaĢıyanının oturuĢuna oxĢayırdı. 

Sonra dua ayini baĢladı – buxur buludlar, arasıkəsilməz 

top  atəĢləri:  həndəvərdəki  bütün  kiĢilər  sevinc  və  Ģərəfin 

sərxoĢluğunu yaĢayırdılar. 

Buna oxĢar bircə gün yüzlərlə yakobinçi qəzetlərin iĢini 

heçə çıxarmağa qadirdi. 

Jülyen  kralın  altı  addımlığında  oturmuĢdu  və  onun 

doğrudan  da  ürəkdən  dua  elədiyini  görürdü.  Bu  vaxt  o  iti 

baxıĢlı ortaboy adamı gördü: onun paltarının üstündə demək 

olar ki, qızılı iĢləmə-zad yox idi. Amma sinəsində, bu sadə 

paltarın  altında,  çiynindən  aĢırdığı  lacivərd  lent  görünürdü. 

O,  krala  Jülyenin  dediyi  kimi,  mundirləri  hətta  altındakı 

mahud  parçasını  görünməz  edəcək  qədər  qızıl  naxıĢlarla 

iĢlənmiĢ baĢqa əyanlardan daha yaxın dayanmıĢdı. 

Bir  neçə  dəqiqədən  sonra  Jülyen  bu  adamın  cənab  de 

La-Moll  olduğunu  öyrəndi.  O,  Jülyenin  gözünə  təkəbbürlü, 

hətta yekəxana adam kimi göründü. 

“Ġnanmıram  ki,  bu  markiz  bizim  yepiskop  qədər 

nəzakətli adam olsun. Ah! Deməli, mənəvi rütbə beləymiĢ – 




www.vivo-book.com 

 

230 



adamı daha müdrik və təvazökar eləyir. Amma kral axı bura 

müqəddəs  cəsədlərə  təzim  eləməyə  gəlib,  amma  mən  hələ 

ki, cəsəd-filan görmürəm. Bəs hanı bu müqəddəs Kliment?” 

Yanında oturan gənc Ģagird ona izah elədi ki, müqəddəs 

cəsədlər bu binanın ən yuxarısında, Alovlu Ġbadətgahdadı. 

“Alovlu  Ġbadətgah  nədir?”  Jülyen  düĢündü.  Amma 

sorğu-sual  eləmək  fikrindən  daĢındı.  Mərasimə  ikiqat 

maraqla tamaĢa eləməyə baĢladı. 

Monastıra  taxt-tac  sahibi  gələndə  qaydaya  görə, 

rahiblər 

mənsəbli 

qonağı 


yepiskopla 

baĢ-baĢa 

buraxmalıydılar.  Amma  Aqda  yepiskopu  yuxarı  qalxanda 

abbat  ġelanı  da  arxasınca  səslədi,  Jülyensə  özündə  onunla 

getmək cəsarəti tapdı. 

Onlar çox hündür pilləkənlə yuxarı çıxaraq bir qapının 

önündə  dayandılar  –  qapının  qotik  üzlüyü  yarısına  qədər 

qızıla tutulmuĢdu. Deyəsən, bu qapı son günlərin əl iĢiydi. 

Qapının  ağzında  Veryerin  ən  adlı-sanlı  ailələrindən 

olan iyirmi dörd gənc qız diz çökmüĢdü. 

Qapını açmazdan əvvəl yepiskopun özü bu iyirmi dörd 

gözəl qızın arasında diz çökdü. 




www.vivo-book.com 

 

231 



Yepiskop  ucadan  dua  oxuduğu  müddətdə  qızların 

hamısı heyranlıqla ona baxır və deyəsən, gənc din xadiminin 

gözəl  krujevalarına,  əzəmətli  kürəyinə  və  olduqca  cavan, 

olduqca göyçək üzünə baxmaqdan doymurdular. 

Bu  vəziyyət  qəhrəmanımızın  olan-qalan  ağlını  da 

əlindən  aldı.  Bu  an  o  bütün  varlığıyla  inkvizasiya  uğrunda 

mübarizəyə də hazır idi. 

Qapı qəfil açıldı və buradakıların hamısı sanki alovlara 

bürünmüĢ  balaca  bir  kilsə  gördü.  Onların  qarĢısındakı 

mehrabın  üstündə  az  qala  min  dənə  Ģam  yanırdı  –  Ģamlar 

səkkiz  cərgəyə  bölünmüĢ,  hər  cərgənin  arasınasa  qızılgül 

dəstələri  düzülmüĢdü.  Əsl  buxurun  Ģirin  və  gözəl  qoxusu 

burum-burum kilsənin qapısından çölə yayılırdı. 

Kilsə  çox  balaca  olsa  da,  təzəcə  qızıla  tutulmuĢ 

divarları hündür idi. Jülyen diqqətlə fikir verəndə gördü ki, 

mehrabın  üstündəki  Ģamların  hündürlüyü  on  beĢ  futdan 

çoxdu.  Gənc  qızlar  heyrətdən  içlərini  çəkdilər.  Kilsənin 

balaca giriĢinə ancaq bu iyirmi dörd qızı, iki din xadimi və 

Jülyeni buraxmıĢdılar. 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə