Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə48/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   44   45   46   47   48   49   50   51   ...   197

www.vivo-book.com 

 

237 



 

Bu  yazının  arxasında,  Muaronun  imzasının  arxasınca 

tövsiyə qeydi yazılmıĢdı: 

“Dünən mən özümdə etibarlı bir adamın xahiĢi barədə 

sizə məlumat vermək cəsarəti tapdım...” və s. 

 

“Hə, deməli, məsələ bu yerdəymiĢ!” – Jülyen düĢündü. 



Hətta  bu  axmaq  ġolen  də  mənə  hansı  yolla  getməli 

olduğumu göstərir!” 

 

Kralın  Veryerə  gəliĢindən  bir  həftə  keçdi  və  əsas 



mövzuların  kral  özü,  Aqda  yepiskopu,  markiz  de  La-Moll, 

on  min  ĢüĢə  Ģərab,  öz  biabırçılığından  düz  bir  ay  sonra 

niĢanı  almaq  ümidilə  evindən  çıxan  bədbəxt  cənab  Muaro 

olan  söz-söhbətlərdən,  yalanlardan,  ən  axmaq  qeybətlərdən 

qalan təkcə bir məsələ oldu: xarrat oğlu Jülyen Sorelin fəxri 

qarovul sıralarına soxuĢdurulması rəzaləti! Səhərdən axĢama 

qədər kafedə oturub, səsləri batana qədər bərabərlikdən dəm 

vura-vura  danıĢan  varlı  manufakturaçıları  görməyə  göz 

lazım  idi.  Əlbəttə,  bu  rəzaləti  təĢkil  eləyən  o  təkəbbürlü 



www.vivo-book.com 

 

238 



xanım  Renal  olub!  Bəs  onu  buna  nə  vadar  eləyib?  Bunu 

tapmaq  elə  də  çətin  deyil  –  abbat  Sorelin  gözəl  gözləri  və 

təzə-tər yanaqları. 

Cənab  Renalın  ailəsi  Verjidən  qayıdandan  sonra 

oğlanlardan  balacası,  Stanislav  Ksavye  xəstələndi.  Xanım 

Renal qəfildən dəhĢətli vicdan əzabı çəkməyə baĢladı. O, ilk 

dəfə  ehtirasına  görə  özünü  uzun-uzadı  və  qəddarca  ittiham 

eləməyə  baĢladı.  Elə  bil  qəfil  bir  möcüzə  ona  sevgisinin 

necə  dəhĢətli  günaha  səbəb  olduğunu  göstərdi.  Qəlbindəki 

dərin  iman  hissinə  baxmayaraq,  o  hələ  heç  vaxt  tanrı 

qarĢısındakı günahının belə böyük olduğunu düĢünməmiĢdi. 

Bir vaxtlar, Ġsanın Ürəyi monastırında onun qəlbi tanrı 

sevgisiylə alıĢıb-yanırdı. Ġndisə bütün qəlbi tanrı qorxusuyla 

doluydu.  Qadının  qəlbini  parçalayan  əzablı  tərəddüdün  ən 

dəhĢətli  tərəfi  bu  idi  ki,  bu  qorxu  soyuq  ağlın  heç  bir 

qənaətinə tabe olmurdu. 

Jülyen  hiss  elədi  ki,  heç  bir  məntiqli  izahat  onu 

sakitləĢdirmir,  əksinə  qadın  bunların  iblisanə  sözlər 

olduğunu düĢünərək daha da əsəbiləĢir.Amma Jülyen özü də 

balaca  Stanislavı  çox  istəyirdi,  uĢağın  xəstəliyiylə  bağlı 




www.vivo-book.com 

 

239 



qadının danıĢacağı yeganə insan da Jülyen idi. UĢağın halısa 

gündən-günə 

pisləĢirdi.Bitib-tükənməyən 

peĢmanlıq 

hissindən əzab çəkən xanım Renalın yuxusu ərĢə çəkilmiĢdi. 

O, bütün günü susur, dodaqlarını tərpətdiyi nadir hallardasa 

ancaq  tanrı  və  insanlar  qarĢısındakı  günahını  etiraf  eləyib, 

bağıĢlanmasını diləyirdi. 

–  Yalvarıram,  –  onlar  təklikdə  qalan  kimi  Jülyen 

deyirdi – bu barədə heç kiminlə danıĢmayın. Qoy mən sizin 

əzablarınızın yeganə Ģahidi olum. Əgər içinizdə mənə qarĢı 

bir  azca  da  olsa  sevgi  qalıbsa,  susun.  Sizin  etiraflarınız 

balaca Stanislavı sağalda bilməz. 

Amma  onun  dilətutmaları  iĢə  yaramırdı,  o  baĢa 

düĢmürdü  ki,  xanım  Renal  bircə  Ģeyə  əmindir:  qarĢısında 

günahkar  olduğu  tanrının  qəzəbini  soyutmaq  üçün  ya 

Jülyenə  nifrət  etməli,  ya  da  oğlunu  itirməliydi.  Və  özündə 

məĢuquna  nifrət  edəcək  qədər  güc  tapmadığına  görə  indi  o 

çox bədbəxt idi.  

–  Məni  buraxın,  –  bir  dəfə  o,  Jülyenə  dedi.  –  Allah 

xətrinə, yalvarıram, gedin evimizdən: sizin burada olmağınız 

mənim oğlumu öldürür. – Sonra səsini alçaldıb əlavə elədi, – 




www.vivo-book.com 

 

240 



Tanrı mənə görk eləyir. Onun qəzəbi ədalətlidi, məsləhət də 

onundu.  Mən  dəhĢətli  günah  eləmiĢəm,  üstəlik  günahımı 

anlamadan  yaĢamıĢam.  Bu  dərdlə  tanrı  məndən  əl 

götürdüyünü  göstərir,  deməli,  mən  cəzamı  ikiqat 

çəkməliyəm. 

Jülyen  çox  sarsılmıĢdı.  O,  qadının  dediklərinin  saxta, 

təmtəraqlı ifadələr olmadığını görürdü. 

“O  inanır  ki,  oğlunu  öldürən  Ģey  mənə  olan  sevgisidi. 

Bununla  belə,  yazıq  qadın  məni  oğlundan  çox  sevir. 

Ġnanmamaq  mümkün  deyil  –  günah  hissinin  onu  necə 

öldürdüyü göz qabağındadı. Budur əsl ali hisslər. Bircə bunu 

baĢa düĢə bilmirəm  ki, necə olub ki, bu qadın mənim kimi 

kasıb, ədəb-ərkandan kasad, savadsız, hələ desəm, kobud bir 

adamı belə sevə bilib?” 

Bir  gecə  uĢağın  halı  lap  pisləĢdi.  Təxminən  saat  ikidə 

cənab  Renal  uĢağa  baĢ  çəkmək  üçün  onların  otağına  gəldi. 

Qızdırmadan qıpqırmızı alıĢıb yanan oğlan atasını tanımadı 

da.  Qəfildən  xanım  Renal  ərinin  qarĢısında  dizlərini  yerə 

atdı.  Jülyen  baĢa  düĢdü  ki,  qadın  bu  dəqiqə  ərinə  hər  Ģeyi 

etiraf eləyərək özünü birdəfəlik bədbəxt edə bilər. 




www.vivo-book.com 

 

241 



XoĢbəxtlikdən  qadının  belə  qəribə  davranıĢı  cənab 

Renalı daha da özündən çıxartdı. 

– Əl çək! Əl çək! – deyərək o özünü qapıya tərəf atdı. 

– Yox! Mənə qulaq as! – qadın dizi üstə çığıraraq ərini 

saxlamağa  cəhd  elədi.  –  Sən  gerçəyi  bilməlisən!  Bil  ki, 

oğlum  mənə  görə  ölür!  Ona  dünyaya  gətirən  mən  idim  – 

mən də onun həyatını məhv eləyirəm. Göylər məndən qisas 

alır!  Mən  tanrı  qarĢısında  günah  iĢlətmiĢəm,  mən  qatiləm! 

Mən  özüm  özümü  insanların  mühakiməsinə  verməliyəm, 

bəlkə bu qurban yaradanın qəzəbini soyuda. 

Əgər cənab Renalın bircə damcı təxəyyül gücü olsaydı, 

hər Ģeyi baĢa düĢərdi. 

–  Bunlar  hamısı  romantik  sayıqlamalardır!  –  cənab 

Renal  onun  dizlərini  qucaqlamağa  çalıĢan  arvadını 

itələyərək  çığırdı.  –  BoĢ-boĢ,  romantik  axmaqlamalar! 

Jülyen, sabah səhər həkim çağırın. 

Cənab Renal bunu deyib, yatmağa getdi. 

Xanım Renal az qala huĢunu itirərək, döĢəməyə sərildi. 

Jülyen kömək etmək üçün ona tərəf qaçsa da, qadın çırpına-

çırpına onu itələdi. 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə