Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə49/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   45   46   47   48   49   50   51   52   ...   197

www.vivo-book.com 

 

242 



“Budur  yolundan  azmağın  əvəzi!  –  Jülyen  düĢündü.  – 

Axı  necə  ola  bilər  ki,  o  fırıldaqçı  rahiblər  haqlı  çıxsınlar? 

Necə  ola  bilər  ki,  günahlar  içində  boğulan  bu  adamlar 

günahın nə olduğunu bilsinlər?.. Bu mümkün deyil!” 

Cənab  Renalın  otaqdan  çıxmağından  iyirmi  dəqiqə 

sonra  da  Jülyen  sevdiyi  qadının  tərpənmədən  eyni 

vəziyyətdə  uzanmağına  baxırdı:  o,  baĢını  uĢağın  yatağına 

söykəyib,  sanki  huĢsuz  halda  donub  qalmıĢdı.  “Bu  qadın 

doğrudan  da  bənzərsizdi,  –  o  düĢündü.  –  Məni  tanıdığına 

görə  özünü  necə  də  bədbəxt  hesab  eləyir.  Vaxt  keçir.  Mən 

onun  üçün  nə  eləyə  bilərəm?  Qərar  vermək  lazımdı. 

Deyəsən,  artıq  mənlik  bir  Ģey  yoxdur.  Adamların  axmaq 

söz-söhbətlərindən mənə nə var? Amma mən onun üçün nə 

eləyə bilərəm axı? Onu atıb gedimmi? Amma belə eləsəm, o 

öz  dərdiylə  baĢ-baĢa  qalacaq.  Onun  bu  quru  ərinin  də 

xeyirdən çox ziyanı var. O öz kobudluğuyla bu qadını daha 

çox ağrıdacaq. Qadın ağlını itirib, özünü pəncərədən-zaddan 

ata da bilər! 

Mən onu tək qoyub getsəm, ona göz-qulaq olmasam, o, 

hər  Ģeyi  açıb  ərinə  deyəcək.  Nə  bilmək  olar  ki,  əri 




www.vivo-book.com 

 

243 



neyləyəcək?  Birdən  qadının  mirasına  məhəl  qoymayıb, 

iyrənc bir qalmaqal baĢlatsa? Hələ mən bu qadının o əclafa, 

abbat  Melona  etiraf  eləmək  fikrinə  düĢəcəyini  demirəm  – 

Allah  saxlasın!  O  əclaf  onsuz  da  burada  altı  yaĢlı  uĢağın 

xəstə  olduğunu  bəhanə  eləyib,  bunların  evindən  çıxmaq 

bilmirdi – bu boĢ-boĢuna deyildi ki! Qadın da ki ürəyindəki 

Allah  xofunun  təsirindən  onun  necə  bir  adam  olduğunu 

yaddan  çıxarıb  –  xanım  Renal  üçün  o  rahib  tanrı 

xidmətçisindən baĢqa bir Ģey deyil”. 

–  Gedin  burdan,  –  xanım  Renal  qəfildən  gözlərini 

açaraq dedi. 

– Sənə birtəhər kömək etmək üçün mən min dəfə ölüb-

dirilməyə  hazıram!  –  oğlan  dedi.  –  Mənim  mələyim,  mən 

hələ  heç  vaxt  səni  bu  qədər  sevməmiĢəm.  Daha  doğrusu, 

ancaq  indi  sənə  layiq  olduğun  qədər  pərəstiĢ  eləyirəm. 

Səndən  ayrılsam,  mənim  halım  necə  olar?  Hələ  üstəlik 

mənim  ucbatımdan  bədbəxt  olduğunu  düĢünərək?!  Amma 

mənim  əzablarımdan  sənə  nə?!  YaxĢı,  sevgilim,  mən 

gedərəm,  gedərəm!  Amma  mən  səni  qoyub  gedən  kimi, 

sənin üstündən gözümü çəkən kimi, durmadan ərinlə aranda 




www.vivo-book.com 

 

244 



dayanmağı  qurtaran  kimi,  sən  ona  hər  Ģeyi  danıĢacaqsan  – 

bu  da  sənin  axırın  olar!  Bir  fikirləĢ,  o  səni  rüsvay  eləyib 

evdən  qovacaq,  onda  bütün  Veryer,  bütün  Bezanson  bu 

qalmaqaldan  danıĢacaq.  FikirləĢ,  sənin  haqqında  nələr 

danıĢacaqlar,  ondan  sonra  sən  bir  də  ayağa  qalxa 

bilməyəcəksən... 

– Mən elə bunu istəyirəm! – qadın qəfildən diz çökdüyü 

yerdən qalxaraq qıĢqırdı. – Layiq olduğum əzabları çəkmək 

istəyirəm! 

–  Amma  belə  dəhĢətli  qalmaqalla  onu  da  bədbəxt 

eləmiĢ olarsan. 

–  Yox,  bu  mənim  rüsvayçılığımdı,  mən  hər  Ģeyi  öz 

üzərimə götürəcəm: qoy ləkə mənim adıma gəlsin. Bəlkə də 

belə  olsa,  oğlum  xilas  olar.  Özümü  o  rüsvayçılığın  içinə 

atacam, hamının gözündə alçaldacam  – kütləvi edam  yəqin 

elə  budur.  Bu  kəm  ağlımla  düĢünürəm  ki,  tanrıya  verə 

biləcəyim ən böyük qurban budu! Bəlkə belə eləsəm, o rəhm 

eləyər,  mənim  alçalmağımı  qəbul  eləyib,  oğlumun  canını 

bağıĢlayar.  Mənə  bundan  artıq,  bundan  dəhĢətli  bir  qurban 

göstər – mən hər Ģeyə hazıram! 




www.vivo-book.com 

 

245 



– Onda izin ver, mən özümü cəzalandırım. Axı mən də 

günahkaram, mən də! Ġstəyirsən, mən zahid həyatı yaĢamağa 

baĢlayım. Bu sərt həyat tərzi bəlkə də sənin tanrının rəhmə 

gəlməsinə səbəb olar, Ġlahi! Necə də dəhĢətlidi, mən balaca 

Stanislavın əzablarını öz üzərimə götürə bilmirəm... 

–  Ġlahi!  Sən  onu  bu  qədər  sevirsən?!  –  deyə  qıĢqıran 

xanım Renal özünü Jülyenin qollarına atdı. 

Və elə o dəqiqə də dəhĢətlə onu itələdi. 

–  Mən  sənə  inanıram,  inanıram!  –  o  inildəyərək  yenə 

diz  çökdü.  –  Mənim  tək  dostum  sənsən.  Ġlahi,  niyə  axı 

Stanislavın  atası  sən  deyilsən?  Onda  səni  sənin  oğlundan 

çox sevməyim belə dəhĢətli günah olmazdı. 

–  Mənə  icazə  ver,  yanında  qalım.  Bu  dəqiqədən 

etibarən  mən  səni  qardaĢın  kimi  sevərəm.  Bu  –  tanrının 

qəzəbini soyutmaq üçün ən yaxĢı hərəkət olar. 

–  Bəs  mən?  –  qadın  ayağa  qalxaraq  Jülyenin  baĢını 

əlləri  arasına  alıb  onun  gözlərinə  baxdı:  –  Bəs  mən?!  Mən 

səni  qardaĢım  kimi  sevə  bilərəm?  Elə  bilirsən,  səni  qardaĢ 

kimi sevmək əlimdən gələr?! 

Jülyen göz yaĢlarını boğa bilmədi. 




www.vivo-book.com 

 

246 



–  Necə  istəyirsən,  necə  istəyirsən,  elə  də  olsun!  –  o, 

qıĢqıraraq xanım Renalın ayaqlarına düĢdü. – Bircə mənə de 

ki,  mən  nə  eləməliyəm!  Nə  desən,  elə  də  eləyərəm.  BaĢqa 

əlimdən heç nə gəlmir. Ağlım baĢımdan çıxıb, necə hərəkət 

eləməli olduğumu bilmirəm. Mən getsəm, sən hər Ģeyi ərinə 

deyəcəksən,  onu  da,  özünü  də  məhv  eləyəcəksən.  Bu 

biabırçılıqdan  sonra  o  heç  vaxt  deputat  ola  bilməyəcək. 

Qalsam,  sən  elə  biləcəksən  ki,  oğlun  mənim  ucbatımdan 

ölür,  bu  dərd  səni  də  öldürəcək.  YaxĢı,  istəyirsən,  bir  cəhd 

eləyək  –  mən  gedim?  Ġstəyirsən,  günahımızın  cəzasını 

çəkmək üçün bir həftəliyə harasa gedim? Gedəcəm, bir həftə 

itib-batacam,  gözə  də  görünməyəcəm.  Özü  də  sən  hara 

istəsən, ora gedərəm. Məsələn, Bre-le-o abbatlığına? Amma 

mənə and iç ki, mən gəlməmiĢ ərinə heç nə deməyəcəksən. 

Bir  fikirləĢ,  nəsə  desən,  mən  daha  heç  vaxt  qayıda 

bilməyəcəm. 

Qadın  and  içdi,  Jülyen  getdi.  Amma  heç  iki  gün 

keçməmiĢdi ki, xanım Renal onu geri çağırdı. 

–  Sən  burada  olmasan,  mən  andıma  əməl  edə 

bilməyəcəm.  Sən  burada  olmayanda,  baxıĢlarındakı  susmaq 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə