Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə5/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   2   3   4   5   6   7   8   9   ...   197

www.vivo-book.com 

 

22 



xidmətim mənə heç bir gəlir gətirmir, bəlkə də elə buna görə 

iĢimdən olacağımı bilmək məni heç də qorxutmur. 

Cənab  Renalın  arvadıyla  arası  çox  mehriban  idi, 

amma  arvadı“O  parisli  cənab  bizim  məhbuslara  nə  pislik 

eləyə  bilər  ki?”  –  deyə  soruĢanda  suala  cavab  verməyə 

çətinlik  çəkərək,  hirsindən  aləmi  bir-birinə  vurmağa 

hazırlaĢırdı ki, arvadı qıĢqırdı. 

Arvadın ikinci oğlu parapetin üstünə çıxaraq ona tərəf 

qaçdı.  Bu  divar  o  üzdəki  meynəlikdən  iyirmi  fut 

hündürdəydi.  UĢağın  yıxılacağından  qorxan  xanım  Renal 

onu çağırmağa ürək eləmirdi. Nəhayət, özünün Ģücaətindən 

Ģövqə  gəlmiĢ  uĢaq  anasına  tərəf  baxdı  və  onun  qorxudan 

rənginin ağardığını görəndə parapetdən aĢağı atılıb, anasının 

yanına qaçdı. UĢağı o ki var danladılar. 

Bu xırda narahatlıq ər-arvadı söhbətlərini baĢqa axına 

yönəltməyə məcbur elədi. 

Cənab Renal: 

–  Mən  axır  bu  qərara  gəldim  ki,  o  Soreli,  odun 

doğrayanın  oğlunu  yanıma  iĢə  götürüm,  –  dedi.  –  Qoy 

uĢaqlara  göz-qulaq  olsun,  yoxsa  onları  islah  eləmək 




www.vivo-book.com 

 

23 



mümkün  deyil.  O  cavan  oğlan  dindardı,  demək  olar  ki, 

rahibdi. Latın dilini əla bilir, uĢaqları da öyrənməyə məcbur 

eləyər. Küre deyir ki, onun möhkəm iradəsi var. Ona üç yüz 

frank maaĢ və iĢ masası verəcəm. Əvvəllər onunla bağlı bəzi 

Ģübhələrim  vardı.  Axı  bu  oğlan  o  qoca  loğmanın,  ġərəf 

Ordeni 


kavalerinin 

sevimlisidir. 

qoca 


Sorelin 

qohumlarından  biri  olduğunu  deyərək,  onlara  təĢrif 

buyurandan  sonra  elə  onlarda  da  qalası  oldu.  Amma  böyük 

bir ehtimalla bu adam liberalların gizli casusudur. Deyir ki, 

buraların  dağ  havası  onun  astmasına  xeyirdi,  amma  iĢin 

əslini  kim  bilir  ki?  O  Bonapartla  bütün  italyan 

hərəkatlarında  iĢtirak  eləyib,  özü  də  deyilənlərə  görə, 

imperiya  üçün  səs  verəndə  “yox”  deyib.  Bu  liberal  Sorelin 

oğluna dərs verib, özüylə gətirdiyi kitabların da çoxunu ona 

bağıĢlayıb.  Düzdü,  odun  doğrayanın  oğluna  uĢaqlarımın 

tərbiyəsini tapĢırmaq mənim heç ağlıma da gəlməzdi, amma 

bu aralar mən bizim küreylə mübahisə eləmiĢəm. Özü  

də birdəfəlik. Küre mənə dedi ki, Sorelin oğlu düz üç 

ildir  ki,  dini  öyrənir  və  seminariyaya  hazırlaĢır.  Deməli,  o 

liberal deyil, üstəlik, bu oğlan latın dilini də bilir. 



www.vivo-book.com 

 

24 



Cənab  Renal  diplomat  sifəti  alıb,  arvadına  baxaraq 

davam elədi: 

– Amma burada bəzi məsələlər də var. Cənab Valno 

evinə  iki  gözəl  normand  atı  gətirdiyinə  görə  elə  öyünür  ki! 

Amma onun uĢaqlarının mürəbbisi yoxdu. 

– Birdən o, sonradan bizimkini əlimizdən alar? 

– Deməli, seçimim sənin xoĢuna gəlir, – cənab Renal 

indicə  gözəl  bir  fikir  bildirən  arvadına  təĢəkkür  dolu 

təbəssümlə baxdı. – Deməli, razılaĢdıq. 

–  Ġlahi,  əziz  dostum,  siz  hər  Ģeyi  necə  də  asanlıqla 

həll edirsiniz. 

–  Çünki  mən  iradəli  adamam,  bu  yaxınlarda  bizim 

küre  də  buna  əmin  olar.  Özümüzü  aldatmağın  bir  mənası 

yoxdu,  hər  tərəf  liberalla  doludu.  Bu  manufakturaçıların 

hamısı mənə paxıllıq eləyir, buna  əminəm. Onlardan iki-üç 

nəfəri  artıq  özlərini  varlılar  sırasına  soxuĢdurublar.  Eybi 

yox, qoy onlar görsünlər ki, cənab Renalın uĢaqları gəzintiyə 

öz  mürəbbilərinin  müĢayiətilə  çıxırlar.  Bu  məsələnin  özü 

artıq  onlara  nəsə  deyər.  Mən  uĢaq  olanda  babam  həmiĢə 

mənə danıĢırdı ki, onun həmiĢə öz mürəbbisi olub. Bu mənə 




www.vivo-book.com 

 

25 



təxminən  yüz  eküyə  baĢa  gələcək,  amma  nüfuzumuzu 

qorumaq üçün bu xərc qaçılmazdır. 

Bu  qəfil  qərar  xanım  Renalı  düĢündürdü.  Ucaboy, 

qədd-qamətli  xanım  Renal  bir  vaxtlar  bu  yerlərin  ən  gözəl 

qızıydı.  Onun  görünüĢündə,  duruĢunda  nəsə  çox  gənc  və 

sadə  bir  Ģey  vardı.  Məsumluq  və  təzə-tər  nəfəslə  dolu  bu 

sadəlövh  əzəmət  bir  parislinin  gözünə  sirli  ehtiras  kimi 

görünər  və  onu  öz  əsirinə  çevirərdi.  Amma  xanım  Renal 

kiməsə  belə  təsir  göstərdiyini  bilsəydi,  yəqin  ki, 

utandığından  yerə  girərdi.  Ġstənilən  naz-qəmzə  və  göstəriĢ 

onun təbiətinə yad idi. 

Deyirlər  ki,  xeyriyyə  evinin  direktoru,  varlı  cənab 

Valno  bir  vaxtlar  ümidsiz  halda  onun  böyür-baĢında 

fırlanırmıĢ. Bu hərəkət qızın dillərdə gəzən təmiz adına heç 

yaraĢmırmıĢ,  çünki  nəhəng  gör-gövdəli,  qırmızıyanaq,  gur, 

qara birçəkli cənab Valno əyalət adamlarının “kiĢi göyçəyi” 

dediyi  kobud,  davakar  və  Ģux  kiĢilərdən  idi.  Təbiətcə  çox 

zərif varlıq olan xanım Renalın əsəbləri deyəsən çox zəif idi 

və  cənab  Valnonun  elə  hey  eĢidilən  möhkəm  qəhqəhələri, 

onun  böyür-baĢında  ora-bura  vurnuxması  qızı  özündən 




www.vivo-book.com 

 

26 



çıxarırdı.  Veryerdə  Ģadyanalıq  hesab  olunan  heç  bir  Ģeyə 

qoĢulmadığına görə, qızın haqqında onun öz əsil-nəcabətinə 

görə  özünü  yuxarıda  tutduğunu  deyirdilər.  Bu  onun  heç 

ağlına da gəlmirdi, amma Ģəhər əhalisi qızın evində getdikcə 

daha seyrək görünəndə qız buna ancaq sevindi. 

Açığı,  yerli  qadınların  gözündə  bu  qız  axmağın 

biriydi,  çünki  əriylə  münasibətdə  heç  bir  siyasət  iĢlədə 

bilmir,  Paris,  ya  da  Bezonansdan  dəbdə  olan  yaraĢıqlı  bir 

Ģlyapa aldırmaq imkanını əldən buraxırdı. 

Onun  tək  fikri-zikri  özünün  gözəl  bağçasında 

gəziĢmək idi – baĢqa heç bir istəyi yox idi. 

Onun  sadə  qəlbi  vardı:  heç  vaxt  ərinin  addımlarını 

götür-qoy eləməz, ya da onunla darıxdığını özünə belə etiraf 

eləməzdi.  Ona  elə  gəlirdi  ki,  ər  və  arvad  arasında  incə 

münasibətlərdən  baĢqa  heç  nə  ola  bilməz.  Əslində,  bu 

barədə heç fikirləĢmirdi də. 

Cənab  Renal  ona  uĢaqlar  barədə  növbəti  fikirlərini 

bildirəndə o,  ərini  məxsusi sevirdi. Ərinin  fikirlərisə  adətən 

oğullarından  birini  hərbiçi,  birini  dövlət  məmuru, 

üçüncüsünüsə kilsə xadimi eləməkdən ibarət olurdu. 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə